Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2383/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1980/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 111194 saylı iş üzrə 27 avqust 2020-ci il tarixdən yaşa görə ömürlük 1438,17 manat məbləğində əmək pensiyası təyin olunmuşdur.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 10 iyul 2021-ci il tarixli məktubuna əsasən iddiaçı: - xx.xx.1983-xx.xx.1984 - Bakı şəhər Daxili İşlər İdarəsinin Post-patr ul xidməti milis alayının 11-ci rotasının komandirinin siyasi-tərbiyəvi işlər üzrə müavini; - xx.xx.1984-xx.xx.1985 - Bakı şəhər Daxili İşlər İdarəsinin Post-patrul xidməti milis alayının Çevik əməliyyat rotasının komandirinin siyasi hissə üzrə müavini; - xx.xx.1985-xx.xx.1987 - Bakı şəhər Daxili İşlər İdarəsinin İctimai təhlükəsizliyin mühafizəsi şöbəsinin inspektoru; - xx.xx.1987-xx.xx.1991 - Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin peşə hazırlığı şöbəsinin inspektoru; - xx.xx.1991-xx.xx.1991 - Daxili İşlər Nazirliyinin X11 İdarəsinin peşə hazırlığı şöbəsinin inspektoru; - xx.xx.1991-xx.xx.1992 - Daxili İşlər Nazirliyinin X5 İdarəsinin 4-cü şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili; - xx.xx.1992-xx.xx.1993 - Daxili İşlər Nazirliyinin X1 İdarəsinin Statistika şöbəsin in nəzarət üzrə inspektoru; - xx.xx.1993-xx.xx.1993 - Daxili İşlər Nazirliyinin X1 İdarəsinin Uçot-qeydiyyat intizamına nəzarət bölməsinin nəzarət üzrə inspektoru; - xx.xx.1993-xx.xx.1993 - Daxili İşlər Nazirliyinin X4 şöbəsinin rəis müavini; - xx.xx.1993-xx.xx.1996 - Daxili İşlər Nazirliyinin “Dinamo” Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin Kadr və Kargüzarlıq bölməsinin rəisi vəzifələrində işləmiş, xx.xx.1996cı il tarixdə öz xahişi ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsi, X11 İdarəsi, X5 İdarəsi, X1 İdarəsi göstərilən dövrlərdə DİN-in Aparatının struktur qurumuna daxil olmuşdur.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin 5 avqust 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı “Dinamo” BTİC -nin kadrlar və kargüzarlıq bölməsinin rəisi vəzifəsindən polis mayoru rütbəsi ilə “öz xahişinə” görə xx.xx.1996-cı il tarixindən daxili işlər orqanlarından xaric edilmişdir. Pensiya təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 16 il 10 ay 19 gün, imtiyazlı hesablama ilə 21 il 5 ay 21 gün təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsinə əsasən polis əməkdaşlarının pensiya məbləğləri onların xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən, yəni sonuncu aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən kompensasiyasından və vəzifə maaşına hesablanan digər əlavələrdən hesablandığı baxımından onun xidmət etdiyi sonuncu vəzifənin təminat xərcliyi pensiya hesablanmasında əsas götürü lmüşdür.
4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X2 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, iddiaçı 1979-cu ilin noyabr ayından 1983-cü ilin mart ayına kimi C.Naxçıvanski adına 2 nömrəli ixtisaslaşdırılmış internat-məktəb komsomol komitəsinin katibi vəzifəsində işləmişdir. Şaumyan rayon (indiki Xətai rayonu) komsomol komitəsinin 1977-ci ildən sonra sənədləri Arxivə təhvil verilmədiyi üçün iddiaçının əmək haqqı barədə məlumat vermək qeyri-mümkündür. C.Naxçıvanski adına 2 nömrəli ixtisaslaşdırılmış internat məktəbi komsomol komitəsinin katibi vəzifəsi Şaumyan rayon komsomol komitəsində işləyən işçilərin adlarının ümumi siyahısında gedib, həmin vəzifə komsomol komitəsi tərəfindən təsdiq edilib və əmək haqqı işlədiyi komsomol komitəsin dən alınmışdır.
5. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 24 avqust 2021-ci il tarixli, 04/xx-xx/2231 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlar ında “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1-ci bəndinə əsasən aparılmışdır. X 8 İttifaqının Şaumyan rayon komsomol komitəsinin C.Naxçıvanski adına hərbi məktəbin komsomol komitəsi Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) komitəsinin nomenklaturuna daxil olduğu və müvafiq şəhər (rayon) komitəsindən əmək haqqı aldığı halda, iddiaçının həmin komitənin katibi vəzifəsində işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alına bilər.
6. İddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya 1 iyun 2021-ci il tarixli **********8 nömrəli məktub ünvanlayaraq onun müraciətindən imtina etmişdir.
7. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçıya 27 avqust 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək p ensiyası təyin edilmişdir. Vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 1618,13 manat, qulluq stajına görə əlavəsi 384,31 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 59,84 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 560,21 manat olmaqla orta aylıq əmək haqqı 2752,49 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 15 il 9 ay 18 gün (xx.xx.1996-xx.xx.2002-ci il və xx.xx.2010xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (2752,49 manat) 52,25 faizi – 1438,17 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanun unun 2.3-cü maddəsinə əsasən daxili işlər orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi “Dövlət qulluğu haqqında” Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və daxili işlər orqanlarında qulluq dövlət qulluğunun xüsusi növüdür. Daxili işlər orqanlarının aparatında çalışan, hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan f əhlə və s. istisna olmaqla) “Dövlət qulluğu haqqında” Qanun şamil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli, 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublika sı Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması X3 Kommunist Gənclər ittifaqı və həmin İttifaqda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. İddiaçının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində və X6 Gənclər İttifaqında işlədiyi müddəti əmək pensiyasının hesablanması zamanı dövlət qulluğu stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində i craat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun Şaumyan RKK-da işlədiyi 1979-1983-cü illərin və Daxili İşlər struktur qurumlarında işlədiyi 1987-1993-cü illərin dövlət qulluqçusu kimi qulluq stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə Şaumyan RKK (Sovet orqanı) işçisi olaraq 1979-cu ildə başlayıb, dövlət məvacibi (maaşı) almışdır. Bu xüsusat Şaumyan RKK Büronun protokolu ilə təsdiq edilmişdir və Şaumyan RKK-ın xx.xx.1983-cü ilin 57-ci Büro Protokolu əsasında Daxili İşlər Nazirliyinə keçirilmişdir. C.Naxcıvanski adına 2 nömrəli ixtisaslaşdırı lmış internat məktəbi komsomol komitəsinin katibi vəzifəsi Şaumyan rayon Komsomol Komitəsində işləyən işçilərin adlarının ümumi siyahısında olmaqla komsomol komitəsində qeydə alınmışdır. Daxili işlər orqanların aparatlarında işlədiyi müddət də dövlət qulluqçusu stajı kimi nəzərə alınmalıdır. Belə ki, DİN aparatında işlədiyi müddət xx.xx.1987-xx.xx.1993 ilə kimi hesablanmışdır, bu isə 6 il 3 ay edir, hansı ki, 18,75% bərabərdir. Beləliklə 62%+18.75%=80,75% (80% çox edir) və 80% sayılaraq pensiyası 2326,23 manat edir. Lakin onun dövlət qulluqçusu kimi ancaq Azərbaycan Respublikasının Ali Məhkəməsinin aparatında işlədiyi dövr nəzərə alınmışdır. Bununla da, ona maddi zərər vurulmuşdur.
10. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 23 f evral 2022-ci il tarixli, 2-1(112)-4033/2022 nömrəli qərarı (hakim G.A.Sevdimalıyeva) ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1979xx.xx.1983-cü illərdə Şaumyan rayon komsomol komitəsinin C.Naxçıvanski adına hərbi məktəbin komsomol komitəsinin katibi və xx.xx.1987-xx.xx.1993-cü illərdə Daxili İşlər Nazirliyinin struktur qurumlarında işlədiyi dövr dövlət qulluqçusu kimi qulluq stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 15 il 9 ay 18 gün (xx.xx.1996-xx.xx.2002-ci il və xx.xx.2010-xx.xx.2020-ci ii tarixləri arasındakı dövrlər) dövlət qulluğu stajı kimi nəzərə alınmışdır. Həmin illərdə iddiaçı müvafiq olaraq Xarici İşlər Nazirliyində və Azərbaycan Respublikasının Ali Məh kəməsinin aparatında işləmişdir. Mübahisələndirilən dövr iddiaçının Şaumyan RKK-da işlədiyi 1979-1983-cü illər və Daxili İşlər struktur qurumlarında (aparatında) 1987-1993-cü illərdə işlədiyi dövrdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2007-ci il tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bölməsinin 3-cü hissəsində Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində mövcud olmuş katib (müvafiq şəhər (rayon) komitələrindən əməkhaqqı almış) vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunla şdırılmışdır. Həmin hissədə iddia tələbi əsaslıdır.
13. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.1987-xx.xx.1993-cü illərdə Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsində, Daxili İşlər Nazirliyinin X11 İdarəsində, Daxili İşlər Nazirliyinin X5 İdarəsində, Daxili İşlər Nazirliyinin X1 İdarəsinin Statistika şöbəsində müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 10 iyul 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsi, X11 İdarəsi, X5 İdarəsi, X1 İdarəsi göstərilən dövrlərdə DİN-in Aparatının struktur qurumuna daxil olmuşdur. 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununa yeni məzmunda 22. 7-1-ci və 22.7-2-ci maddələr əlavə edilmişdir. Həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Qanunvericiliyə edilən müvafiq dəyişikliyə əsasən, şəxsin dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına daxil edilməlidir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022- ci il tarixli, 2-1(103)-1980/2022 nömrəli qərarı (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, R.Ə.Eyvazov və C.A.Yusifov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2-1(112)-4033/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh qeyd edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daxili işlər orqanlarında dövlət qull uğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi “Dövlət qulluğu haqqında” Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilməsi hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və daxili işlər orqanlarında qulluq dövlət qulluğunun xüsusi növüdür. Daxili işlər orqanlarının aparatında çalışan, hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər-xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) “Dövlət qulluğu haqqında” Qanun şamil e dilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması X3 Kommunist Gənclər ittifaqı və həmin İttifaqda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. İddiaçının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində və X6 Gənclər İttifaqında işlədiyi müddət əmək pensiyasının hesablanması zamanı dövlət qulluğu stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi ni xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Dövlət qulluğu 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. 2.3. Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orq anlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir.... Maddə
14. Dövlət qulluqçusu 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.... Maddə
22. Dövlət məvacibi... 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsus iyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.... Maddə
23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir....
21. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”:...
2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məv acibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. 3. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.... 5. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alın an ayların (24 ay və yaxud 60 ay) sayına bölünür. 6. əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır.... 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığort a stajına daxil edilən digər dövrlərin məcmusudur;... Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbayca n Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);... 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəx sə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir....
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəm iyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni q ərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin d əlilləri mahiyyətcə imtina məktubunun və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin daxili işlər orqanlarında qulluğun dövlət qulluğunun xüsusi növünə aid olması və Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənməsi ilə bağlı təkrarlanan dəlilinə qiymət verərək qeyd edir ki, 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Dövlət qulluğu haqqında” Qanuna yeni məzmunda 22.7-1-ci və 22.7-2-ci maddələr əlavə edilmi şdir. Qeyd edilən normada birmənalı şəkildə göstərilmişdir ki, dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.
30. Göründüyü kimi, kassasiya şikayətinin qeyd edilən dəlili qanunvericiliyin tələblərinə birbaşa zidd olmaqla tamamilə əsassızdır.
31. Cavabdehin imtinasının, habelə kassasiya şikayətinin digər dəlili isə iddiaçının xx.xx.1979-xx.xx.1983-cü illərdə işlədəyi Şaumyan rayon komsomol komitəsinin C.Naxçıvanski adına hərbi məktəbin komsomol komitəsinin katibi vəzifəsinin qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilməməsidir.
32. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən hallarına görə, iddiaçının 1979-1983-cü illərdə işləmiş olduğu X8 İttifaqının Şaumyan rayon komsomol komitəsinin C.Naxçıvanski adına hərbi məktəbin komsomol komitəsi Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) komitəsinin nomenklaturuna daxil olmuşdur və iddiaçı həmin dövrdə müvafiq şəhər (rayon) komitəsindən əmək haqqı almışdır.
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd edilən dəlili bağlı qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən iddiaçının 1979-1983-cü illərdə işləmiş olduğu X8 İttifaqının Şaumyan rayon komsomol komitəsində işləmiş olduğu vəzifənin dövlət qulluğuna aid edilməsi tam və hərtərəfli yoxlanılmış, bununla bağlı müvafiq arxiv arayışları əldə edilərək iş materiallarına əlavə edilmişdir. 3
4. İddiaçının 1979-1983-cü illərdə X8 İttifaqının Şaumyan rayon komsomol komitəsində işlədiyi vəzifənin dövlət qulluğuna aid edilməsi öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin yuxarıda qeyd edilən dəlili əsassızdır.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçının Şaumyan RKK-da işlədiyi 1979-1983-cü illərin və Daxili İşlər struktur qurumlarında işlədiyi 1987-1993-cü illərin dövlət qulluqçusu kimi qulluq stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərar ında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1980/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.