Məhkəmə qərarları › İş №2-1(102)-2383/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2383/2023

15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2383/2023 15.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X24, X29, X28, X21) qarşı “qeydiyyatın ləğv edilməsi və çıxarışın etibarsızlığının tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2606/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Səbail rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2005-ci i tarixli qətnaməsi əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən hazırki iş üzrə üçüncü şəxslər X14, X22, X17, X11 adına Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivin də 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ haqqında JN – 30391D kod 00400016 nömrəli şəhadətnamə verilmişdir, qeyd edilən şəhadətnamə əsasında həmin şəxslərin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,06 ha torpaq sahəsi üzərində ümumi birgə payla mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, sonradan alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsi X5, sonuncu tərəfindən isə X20 satılmışdır.

2. İddiaçının təqdim etdiyi **********211 nömrəli və **********8597 nömrəli tədiyyə bildirişlərinə əsasən iddiaçı Badamdar bələdiyyəsinin ərazisində 3-cü massivdə yerləşən torpaq sahəsi üzrə vergi ödəyicidir.

3. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kad astrı və Reyestri X33 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsinə dair X14, X17, X11 və X22 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı X14, X22, X17 və X11 adına verilmiş JN30391D kod 00400016 saylı, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın d övlət reyestrində X14, X22, X17 və X11 adına aparılmış qeydiyyatın və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X18, X25, X23 və X15 verilmiş 00401300 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığının tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı X14, X22, X17 və X11 adına verilmiş JN30391D kod 00400016 saylı, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində X14, X22, X17 və X11 adına aparılmış qeydiyyatın ləğv edilməsi (çıxarılması) və həmin qeydiyyat əsasında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X18, X25, X23 və X15 verilmiş 00401300 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığının tanınması barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı X14, X22, X17, X11 adına olan JN 30391D kod 00400016 nömrəli, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin ləğv olunmasına baxmayaraq cavabdeh inz ibati orqan tərəfindən həmin şəhadətnamə əsasında X18, X25, X23, X15 xx.xx.2016-cı ildə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2006-cı il tarixli Şəhadətnamədən göründüyü kimi, həmin Şəhadətnamənin verilməsinə əsas Səbail rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli və Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnamələri olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən xx.xx.2006-ci il tarixli Şəhadətnamənin verilməsinə əsas olmuş Səbail rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli və Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnamələri və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı yeni açılmış halla r əsasında ləğv edilmişdir.

7. Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 877 nömrəli sərəncamı Badamdar qəsəbəsində, 1-ci massivdə 7 nömrəli sahə, 600 kv.m. torpaq sahəsində fərdi ev tikmək üçün X18 ayrılmışdır. Lakin, X6 rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 3193 nömrəli sərəncamını saxtalaşdıraraq torpaq sahəsinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivindən ona ayrıldığını göstərmiş və bununla da həmin saxta sərəncam və onun əsasında qəbul edilmiş məhkəmə aktları ilə xx.xx.2006-ci il tarixli Şəhadətnamənin alınmasına nail olmuşdur. Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 160 nömrəli sərəncamı ilə X18 fərdi evin tikilməsi üçün Badamdar qəsəbəsində 1-ci yaşayış massivində 7 nömrəli sahə, 60 0 kv.m. torpaq sahəsinin ayrılması barədə Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 3193 nömrəli sərəncamı ləğv edilmişdir. Həmin sərəncam cavabdehə və digər aidiyyəti qurumlara göndərilmişdir. Həmin sərəncam ləğv edildiyindən ləğv edilmiş sərəncam əsasında X14 adına hazırlanmış xx.xx.2006-cı il JN-30391D saylı şəhadətnamənin ləğv edilməsi barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə ərizə ilə müraciət edərək onun kadastr məlumatlarından çıxarılmasını iddiaçı xahiş etmişdir.

8. Bundan sonra, Nadir Həsənovun təkidi ilə Mövlan Məcidov adlı şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinə qarşı yönəlmiş digər bir iddia tələbi üzrə aparılan məhkəmə mübahisələri nəticəsində iddiaçıya torpaq sahəsinin ayrılması barədə mövcud olan sərəncam və həmin torp ağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv olunmuş, eləcə də Səbail rayon İcra Hakimiyyəti tərəfindən Mövlan Məcidova qarşı ona torpaq sahəsi ayrılmasına dair xx.xx.1995-ci il tarixli, 1029a nömrəli sərəncam ləğv olunmuş və həmin qərar qanuni qüvvəyə minərək icra edilmişdir. Lakin qeyd edilən torpaq sahəsi ötən müddət ərzində fasiləsiz və etirazsız olaraq iddiaçının sahibliyində və istifadəsində qalmış, torpaqdan istifadəyə görə iddiaçı tərəfindən bələdiyyəyə torpaq vergisi ödənilmişdir. 2018ci ildə yenidən qanuni əsaslarla torpaq sahəsinin öz adına sənədləşdirilməsi üçün iddiaçı Səbail rayon İcra Hakimiyyətinə müraciət etmiş və torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün yenidən yalnız bələdiyyə orqanı tərəfindən alqı-satqı qaydasında alınması ona tövsiyyə edilmişdir. Bu m əqsədlə o Badamdar bələdiyyəsinə müraciət etmiş, lakin bələdiyyə sözügedən torpağı ona satmaqdan imtina etmişdir. O bələdiyyənin imtinasını qanunsuz hesab edərək yenidən məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi tərəfindən onun mülkiyyətində olmuş şəhadətnamədə göstərilən koordinatlara uyğun torpaq sahəsinin kimin mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinə müvafiq sorğu ünvanlanmış və reyestr xidməti tərəfindən bu torpaq sahəsinin hazırda dövlət, bələdiyyə və ya hər hansı şəxsin mülkiyyətində olmasına dair məlumatın olmadığı bildirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaş ayış massivi, 1666 nömrəli sahədə yerləşən 800 kv.m. torpaq sahəsinin bilavasitə alqı-satqı qaydasında onun mülkiyyətinə verilməsinə dair qərarın qəbul edilməsi Badamdar bələdiyyəsinə həvalə edilmişdir. Ona satılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə müraciət olunmuş, lakin 1 saylı Ərazi İdarəsi ona məxsus şəhadətnamədə və yerləşmə sxemində göstərilən torpaq sahəsinin dövlət reyestrində qeydiyyatdan keçmiş digər bir torpaq sahəsi ilə 155 kv.m. hissədə üst-üstə düşdüyü barədə cavab vermişdir. Bir müddət sonra iddiaçının sahibliyində istifadəsində olan torpaq sahəsinin bir hissəsinə düşməklə bir qrup naməlum şəxslər tərəfindən bu hissədə tik intiyə hazırlıq işlərinin görüldüyünü müşahidə etdiyindən iddiaçı müxtəlif qurumlara, o cümlədən Səbail rayon Prokurorluğuna müraciət etmişdir.

9. Səbail rayon Prokurorluğunda aparılmış ilkin araşdırma zamanı cavabdeh X14 adına olan yuxarıda qeyd olunan sərəncam və məhkəmə qətnamələrinə əsasən verilmiş olan “Torpağa mülkiyyət hüququnun verilməsinə dair şəhadətnamə”nin saxtalaşdırılması faktı müəyyən edildiyindən faktla bağlı müvafiq araşdırma aparılması üçün toplanmış sənədlər aidiyyəti üzrə Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Həmin şöbənin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından göründüyü kimi hazırki iş üzrə üçüncü şəxs X2 “Əsli ilə düzdür” məzmunlu xx.xx.1994- cü il tarixli, 3193 saylı sərəncam və eləcə də ləğv olunmuş məhkəmə qətnamələri əsasında verilmiş xx.xx.2006-cı il tarixli hüquqi əsası olmayan JN-30391D nömrəli şəhadətnaməni reyestr xidmətinə təqdim edərək ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarış almağa nail olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı X14 adına verilmiş xx.xx.2006-cı il tarixli, **********47 reyestr nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli rəsmi ərizə ilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin müraciəti təmin edilməmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir.

10. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsi JN 30391D kod 00400016 saylı, xx.xx.20 06-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X14, X22, X17 və X11 adına xx.xx.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçmişdir. Həmin torpaq sahəsi AN-İ ******* saylı, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X4, 4Ə-118 nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında isə X16 adına özgəninkiləşdirilmişdir. Hazırda torpaq sahəsi X16 xüsusi mülkiyyətindədir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1622/2023 nömrəli, 9 fevral 2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı X14, X22, X17 və X11 adına verilmiş JN30391D kod 00400016 saylı, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyy ətə verilməsinə dair” şəhadətnamənin və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində X14, X22, X17 və X11 adına aparılmış qeydiyyatın ləğv edilməsi (çıxarılması) vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun və həmin qeydiyyat əsasında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X18, X25, X23 və X15 verilmiş 00401300 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığının tanınması qərar alınmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxslərin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşa yış massivində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır, cavabdeh inzibati orqan isə “İnzibati icraat haqında” Qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmamış, işin bütün obyektiv hallarını müəyyən etməmişdir, yalnız üçüncü şəxslər X14, X22, X17, X11 təqdim etdikləri sənədlərlə kifayətlənmişdir. Halbuki reyestrdəki qeydiyyat hər hansı mülki hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa bu hal inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətinin nəticəsidir.

13. Lakin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dö vlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 1 saylı Bakı Ərazi İdarəsi yuxarıda qeyd edildiyi kimi öz təşəbbüsü ilə əlavə sübutlar toplamamış – üçüncü şəxslərin təqdim etdikləri mülkiyyət hüququ haqqında şəhadətnamələrdə əsas kimi göstərilmiş məhkəmə aktlarının qüvvədə olub-olmamasını araşdırmamış, bu barədə sorğular verməmiş, yalnız üçüncü şəxslərin təqdim etdiyi sənədlərlə kifayətlənmişdir ki, bu da nəticə etibarı ilə daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxslərin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının əsassız qeydiyyatının aparılmasına səbəb olmuşdur.

14. Üçüncü şəxs X24 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın mümkün sayılmamasını xahiş etmişdir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv e dilib, iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2606/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərardadı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 9 fevral 2023-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 1 saylı Bakı Ərazi İdarəsinə (X24, X29, X28, X21 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) qarşı “qeydiyyatın ləğv edilməsi və çıxarışın et ibarsızlığının tanınması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda sözügedən 0,06 ha torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 480621 nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, X16 tam mülkiyyətindədir. Beləliklə, iddiaçının iddia etdiyi 800 kv.metr torpaq sahəsinin 155 kv metr hissəsinin hazırda X16 xüsusi mülkiyyətində olması iş materialları ilə öz təsdiqini tapır.

18. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçının kassasiya şikayət i onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə gəldiyi qənaət və nəticələrindən irəli gələn Qərardadı, işin faktiki hallarının düzgün dəyərləndirilməməsi və işdə mövcud olan sübutlara düzgün qiymət verilməməsi, eləcə də, iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki halların Məhkəmə tərəfindən araşdırılmaması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır.

20. Hər şeydən əvvəl qeyd edilməlidir ki, qaldırdığı hazırkı iddia tələbi AR İnzibati Prosessual Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq müəyyən etmə və tanıma haqqında iddia növünə aiddir. Yəni hazırda qaldırdığı iddia ilə sahiblik və istifadəsində olan 800 kvm torpaq sahəsinin 155 kvm. hissəsinin cavabdehdən alınaraq verilməsini mübahisələndirməmiş, əksinə qanunsuz hüquq əsasında əldə edilmiş və artıq icra olunmuş inzibati aktın etiba rsızlığının tanınmasını Məhkəmədən xahiş etmişdir.

21. Cavabdeh tərəfindən mübahisə edilən torpaq sahəsinə qanunsuz hüquq əldə edilməsindən isə həmin torpaq sahəsinin mənə satılması barədə Məhkəmə aktının icrası zamanı xəbərim olmuşdur. Lakin buna baxmayaraq Məhkəmə istifadəmdə olan800kvm torpaq sahəsinin 155kvm hissəsinin onun tərəfindən mübahisələndirildiyi qənaətinə gəlmişdir ki, bu da hesab edir ki, əsassızdır.

22. Digər tərəfdən hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin hazırkı iddianı qaldırmağa subyektiv hüququmun olmaması və bu əsasla iddianı mümkün saymamaqda ədalətli və haqlı olmamışdır.

23. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, əvvəlcə uzun müddət mülkiyyət hüququ, daha sonra isə faktik istifadə hüququ ilə vicdanlı sahib kimi 25 ildir ki, mübahisəsiz sahibli k edir. Bu gün də həmin torpaq sahəsi giriş darvazası və daş hasarla əhatə olunmaqla onun sahibliyindədir və bugünədək ona qarşı hər hansı fiziki və hüquqi şəxs tərəfindən bu torpaq sahəsi ilə bağlı iddia və tələb irəli sürülməmişdir.

24. Eləcə də, bu torpaq sahəsinə münasibətdə Badamdar Bələdiyyəsində adına şəxsi hesab açılmaqla vergi ödəyicisi kimi qeydiyyatdadır və vergi ödəyir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

25. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şika yət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkə mə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (h əcmdə) dəyişdirilə bilər. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

29. Məlum olduğu kimi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın D övlət Kadastrı və Reyestri X33 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X24, X29, X28, X21) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı X14, X22, X17 və X11 adına verilmiş JN30391D kod 00400016 saylı, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində X14, X22, X17 və X11 adına aparılmış qeydiyyatın və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X18, X25, X23 və X15 verilmiş 00401300 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığının tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

30. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı X14, X22, X17 və X11 adına verilmiş JN30391D kod 00400016 saylı, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində X14, X22, X17 və X11 adına aparılmış qeydiyyatın ləğv edilməsi (çıxarılması) və həmin qeydiyyat əsasında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X18, X25, X23 və X15 verilmiş 00401300 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığının tanınma sı barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

31. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1622/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

32. Qərarla razılaşmayan üçüncü şəxs X24 ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın mümkün sayılmamasını xahiş etmişdir.

33. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir.

34. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(103)-2606/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasi ya şikayəti qismən təmin edilmiş, üçüncü şəxs X24 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1622/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 1 saylı Bakı Ərazi İdarəsinə (X24, X29, X28, X21 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) qarşı “qeydiyyatın ləğv edilməsi və çıxarışın etibarsızlığının tanınması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

35. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qənaətinə görə “iddia iddiaçının subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamışdır.”

36. Apellyasiya məhkəməsi həmin qəna ətə gələrkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarının müddəalarına istinad etmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi yuxarıda göstərilmiş maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

38. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhd əliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

39. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. 40. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təza hürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

41. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanın ı hüquqi cəhətdən təmin edir.

42. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərdən göründüyü kimi məhkəmədə iddia qaldıran şəxsin, iddianı irəli sürmək üçün subyektiv hüququnun olması mütləq şərtdir.

43. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-13/08 nömrəli xx.xx.2008-ci il tarixli qərarından görünür ki, iddiaçı X24 cavabdehlər Səbail rayon İcra Hakimiyyətinə, X8 və 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı Səbail rayon məhkəməsində iddia qaldıraraq Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 1384 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamının və bunun əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tər əfindən X7 adına verilmiş torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir, işin apellyasiya baxışı zamanı X3 Nadir Hidayət oğluna, Səbail rayon İcra Hakimiyyətinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə və Səbail rayon Badamdar qəsəbə nümayəndəliyinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının 3193 saylı, xx.xx.1994-cü il tarixli X18 Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün 600 kv metr torpaq sahəsinin ayrılması barədə sərəncamın etibarsız hesab edilməsi, X14 mübahisəli torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Səbail rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2005-ci il tarixli qətnaməsi ilə Səbail rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, X7 X18 və qeyrilərinə qarşı sərəncamın etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılmasına dair qarşılıqlı iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MİUKMK-nın xx.xx.2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-13/08 nömrəli, xx.xx.2008-ci il tarixli qərarı ilə isə Səbail rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi, onunla əlaqədar Azərbaycan Respublikası Apellyasiya M əhkəməsinin MİÜMK-nın xx.xx.2005-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi MİUMK-nın xx.xx.2006-cı il tarixli qərarı ləğv edilmiş, iş prosessual qanunla müəyyən edilən qaydalara uyğun olaraq aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilmişdir.

44. Bakı şəhər Səbail rayon məhkəməsinin 2(009)-944/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, X14 Səbail rayon İcra Hakimiyyətinə, X8 və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 1384 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamının və bunun əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən X7 adına verilmiş torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddiası, X7 X18, Səbail rayon İcra Hakimiyyətinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə və Badamdar qəsəbə nümayəndəliyinə qarşı Səbail rayon İcra Hakimiyyəti Başçısının 3193 nömrəli, xx.xx.1994-cü il tarixli X18 Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv metr torpaq sahəsinin ayrılması barədə sərəncamın etibarsız hesab edilməsi haqqında qarşılıqlı iddiası təmin edilməmişdir, Səbail rayon İcra Hakimiyyətinin qarşılıqlı iddiası təmin edilərək X18 fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində 1-ci massivdə 7 saylı sahədə 600 kv metr torpaq sahəsinin ayrılması barədə Səbail rayon İcra Başçısının 3193 nömrəli, xx.xx.1994cü il tarixli sərəncamı ləğv edilmişdir.

45. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.202 1-ci il tarixli, 8(102)-7/2021 nömrəli qərardadından görünür ki, Bakı şəhər Səbail rayon məhkəməsinin 2(009)-944/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsi qüvvəyə minmiş və qətnamənin icrası ilə bağlı icra vərəqi verilmişdir.

46. Beləliklə yuxarıda sadalanan məhkəmə qətnamələri ilə Səbail rayon Badamdar qəsəbəsində yerləşən 600 kvm torpaq sahəsinin hüquqi müqəddəratı həll edilmişdir.

47. Belə olan halda apellyasiya məhkəməsi haqlı olaraq qərarında göstərmişdir ki, hazırkı iddia üzrə iddiaçının iddiasında həmin ərazidə 800 kvm torpaq sahəsindən istifadə etdiyini, həmin torpaq sahəsinin rəsmiləşdirilməsi zamanı aidiyyəti inzibati orqan tərəfindən imtina olunaraq torpaq sahəsinin 155 kvm hissəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşməsinə istinad edilmişdir.

48. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı sahiblik və istifadəsində olan 800 kvm torpaq sahəsinin 155 kvm hissəsinin hazırki iş üzrə 3-cü şəxslərin vaxtilə mülkiyyətində olması əsasını mübahisələndirir. Başqa sözlə iddiaçının iddia etdiyi 800 kvm torpaq sahəsinin yalnız 155 kvm hissəsi mübahisəlidir, digər 600 kvm hissəsinin isə hər hansı şəxsin torpaq sahəsi ilə üst-üstə düşmə məqamı mövcud deyildir və həmin torpaq sahəsinin 3-cü şəxslərə aidiyyəti yoxdur. Bu fakt ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin X10 xx.xx.2019-cu il tarixli müraciətinə cavab olaraq verdiyi məktubunda da aşkar şəkildə qeyd edilmişdir. İddiaçı məhz istifadəsinə və sahibliyinə verilmiş 155 kvm torpaq sahəsinin 3-cü şəxslərin adına qanunsuz qeydiyyatın a alındığını, həmin torpaq sahəsinin onun sahibliyində olduğunu iddia edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı X14, X22, X17 və X11 adına verilmiş JN30391D kod 00400016 saylı, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində X14, X22, X17 və X11 adına aparılmış qeydiyyatın ləğv edilməsi (çıxarılması) və həmin qeydiyyat əsasında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X18, X25, X23 və X15 verilmiş 00401300 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığının tanınması barədə qərar qəbul olunmasını xahiş edi r.

49. İddiaçı bunun hüquqi əsasını onda görür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-2033/2018 saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1666 saylı sahədə yerləşən 800 kvm torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün bilavasitə alqı-satqı qaydasında iddiaçının mülkiyyətinə verilməsinə dair inzibati akt (qərar) qəbul edilməsi vəzifəsinin Səbail rayonu Badamdar Bələdiyyəsinə həvalə edilməsi qərara alınmışdır. Həmçinin, iddiaçı sözügedən torpaq sahəsinin sahiblik və istifadəsinə görə bələdiyyə vergisi ödəyir.

50. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə görə Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndinə əsaslanmaqla haqlı olaraq qərarına göstərmişdir ki, istinad edilən məhkəmə qərarının qəbul edildiyi dövrdə və hal-hazırda da mövcud qanunvericiliyin tələblərinə əsasən Bakı şəhərinin ərazisində bələdiyyələr tərəfindən torpaq ayrılması barədə qərarlar qəbul olunmasını, birmənalı olaraq qabaqcadan müvafiq orqanlardan, o cümlədən yerli icra hakim iyyəti orqanlarından rəy alınması ilə şərtləndirilir. Halbuki, hazırda Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə 1 yanvar 2017-ci il tarixdən müvafiq rəyin verilməsi müvəqqəti dayandırılmışdır.

51. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırda həmin məhkəmə qərarı mövcud deyildir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(81)-2033/2018 saylı qərardadı ilə ərizəçi X14 vəsatəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-2033/2018 saylı qərarı ləğv edilmiş, X24 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və işə baxılması təyin edilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra həm in iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının ərizəsi əsasında geri qaytarılmışdır.

52. Beləliklə iddiaçının istinad etdiyi məhkəmə qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılan zamanı isə onun ərizəsi əsasında iddia geri qaytarılmışdır.

53. Apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, belə olan halda iddiaçının vaxtilə 3-cü şəxslərin adına qeydiyyata alınmış 600 kvm torpaq sahəsinin hətta 155 kvm hissəsini də mübahisələndirmək hüququ mövcud deyildir.

54. Torpaq sahəsinə görə bələdiyyəyə vergi ödənişlərin edilməsi dəlilinə gəldikdə isə Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, işin mübahisəsiz halıdır ki, 800 kvm torpaq sahəsindən yalnız 155 kvm hissəsi mübahisəlidir yəni, digər torpaq sahəsini n iddiaçı tərəfindən istifadə və sahiblik edilməsi və buna görə vergi ödənişlərinin edilməsi hələ iddiaçının hazırki tələblə məhz çıxış edərək JN30391D kod 00400016 saylı, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsinə əsas vermir.

55. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, AN-İ ******* saylı, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən, X14, X22, X17 və X21 ümumi birgə mülkiyyətlərində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsini X1.

56. Həmçinin, X9 RX seriyalı 480621 nömrəli çıxarış əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bada mdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsini 4Ə-118 nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında isə X20 satmışdır.

57. Hazırda sözügedən 0,06 ha torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 480621 nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, X16 tam mülkiyyətindədir, yəni iddiaçının iddia etdiyi 800 kv.metr torpaq sahəsinin 155 kv metr hissəsinin hazırda X16 xüsusi mülkiyyətindədir.

58. İşin qeyd edilən halları bir daha iddiaçının hazırkı iddianı irəli sürməkdə subyektiv hüququnun olmamasını təsdiq edir.

59. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanıl malıdır.

60. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2606/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar