Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2384/2019 03.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2384/19 Bakı şəhəri 03 oktyabr 2019-cu il Açar sözlər: diplomatik xidmət əməkdaşlarının gömrük ödənişlərindən azad edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Zakir Quliyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdehin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi XXXnin və vəkili Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 aprel2019-cu il tarixli, 2-1(103)-881/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Almaniya Federativ Respublikasından aldığı “Mercedes-Benz G 63 AMG” markalı, buraxılış ili 2016-cı il, şassi nömrəsi WDB4632721X256693, invoys dəyəri 93.000 avro olan nəqliyyat vasitəsinin gömrük ödənişləri tutulmadan onun adına müvafiq gömrük rəsmiləşdirilməsinin aparılması və həmin nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük ərazisinə buraxılması vəzifəs inin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, diplomatik xidmətdə 24 ildən artıq işləmiş, diplomatik xidmətlə əlaqədar olaraq dəfələrlə Almaniya Federativ Respublikasında uzunmüddətli ezamiyyətlərdə olmuş və 01 avqust 2014-cü il tarixdən 01 avqust 2018-ci il tarixədək Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin birinci katibi vəzifəsində işləmişdir. İddiaçı xidməti ezaminyyəti başa çatdıqdan sonra Azərbaycan Respublikasına qayıdarkən “Mercedes Benz G63 AMG” markalı, buraxılış ili 2016-cı il, invoys dəyəri 93.000 avro olan nəqliyyat vasitəsini satın almışdır. Qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xarici ölkəyə ezam olunmuş əməkda şlarının geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surəti təqdim edilməklə onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən avtonəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi gömrük ödənişlərindən azad olunmuşdur.Xarici ölkə ərazisində ezamiyyətdə olduğu zaman əldə etdiyi nəqliyyat vasitəsinin gömrük ödənişləri tutulmadan müvafiq gömrük rəsmiləşdirilməsi aparılmaqla Azərbaycan Respublikasının gömrük ərazisinə buraxılması üçün göstəriş verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə onun müraciətini cavabsız qoymuşdur. Cavabdeh iddia ərizəsinə münasibət təqdim etməklə bildirmişdir ki, iddiaçının əldə etdiyi avtonəqliyyat vasitəsinin gömrük ödənişləri tutulmadan Azərbaycan Respublikası ərazisinə buraxılmasına dair müraciəti araşdı rılarkən, həmin avtonəqliyyat vasitəsinin iddiaçının ezamiyyətdə olduğu ölkədə onun istifadəsində olmaması, iddiaçının aldığı əmək haqqının zəruri xərclər nəzərə alınmaqla həmin avtonəqliyyat vasitəsinin dəyərinə uyğun olmadığı, habelə avqonəqliyyat vasitəsinin real dəyərinə dair ödəniş sənədi və ödənişin iddiaçının ezamiyyətdə olduğu ölkədən həyata keçirilməsinə dair müvafiq qəbzin olmadığı aşkar olunmuşdur. Bununla da iddiaçının qanunvericiliklə diplomatik xidmət orqanı əməkdaşları üçün nəzərdə tutulmuş güzəştlərdən sui-istifadə etmə halına yol verməklə avtonəqliyyat vasitəsini gömrük ödənişlərindən yayınmaqla Azərbaycan Respublikasına gətirmək riskinin olduğu müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18yanvar 2019-cu il tarixli, 2-1(81)504/2019 saylı qərarı ilə ( hakimTahirə Əsədova) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, diplomatik xidmət əməkdaşları xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaiti və əmlakı Azərbaycan Respublikasına gətirərkən gömrük ödənişlərindən azaddırlar. Bu zaman müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın geri çağırılma əmrinin müvadiq qaydada təsdiq olunmuş surətinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh öz mövqeyini iddiaçı tərəfindən təqdim olunmuş, avtonəqliyyat vasitəsinə aid sənədlərin qanunvericiliyin tələbləri ilə uyğunsuzluq təşkil etməsi ilə əsaslandırmağa çalışsa da, həmin uyğunsuzluğun nədən ibarət olduğunu əsaslandıra bilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd e dilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2-1(103)-881/2019 saylı qərarı ilə (sədrlik edən Valeh Ağayev, hakimlər Afaq Nuriyeva və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.9-cu maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 2.3-cü bəndi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kas sasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh kassasiya şikayətində etirazda göstərdiyi imtinanın əsasına dair halları təkrarlamış və əlavə olaraq bildirmişdir ki, diplomatik xidməti orqanının əməkdaşları xarici ölkələrdə işlədikləri dövr ərzində cari xərclər nəzərə alınmaqla aldıqları ümumi məvacibdən 2-3 dəfə artıq məbləğdə, əksər hallarda mühərrikinin həcmi ən yüksək iş gücünə malik olan yeni avtonəqliyyat vasitələrini alır və sonradan həmin avtonəqliyyat vasitələrini etibarnamə ilə digər şəxslərə verərək qanunvericiliklə diplomatlar üçün nəzərdə tutulmuş imtiyazlardan sui-istifadə hall arına yol verirlər. Belə ki, bununla bağlı aparılmış təhlillər nəticəsində son 3 il ərzində diplomatik xidmət orqanı əməkdaşları tərəfindən ölkə ərazisinə gətirilən avtonəqliyyat vasitələri on dörd milyon manatdan artıq gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq olunmadan rəsmiləşdirilərək sərbəst dövriyyəyə buraxıldığı və həmin avtonəqliyyat vasitələrinin qısa müddət ərzində özgəninkiləşdirildiyi müəyyən edilmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3, 40.1, 162.1, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 64.1, 68.2-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsivə vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62ci maddəsinə əsaslanmaqla işə iddiaçıtərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ümumi katibliyin Nəzarət və diplomatik nümayəndəliklərə göndərilən sənədlər şöbəsinin birinci katibi İddiaçı 2014-cü ilin avqust ayının 1-dən Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin birinci katibi vəzifəsinə təyin edilmiş və Berlin şəhərinə ezamiyyətə göndərilmişdir (Xarici İşlər Nazirliyi tərəfindən verilmiş 25 iyun 2014-cü il tarixli XXX N-İi əmr); İddiaçı ezamiyyət müddəti 2018-ci ilin avqust ayının 1-dək uzadılmış və həmin tarixdən tutduğu vəzifədən azad edilərək geri çağırılmışdır. (Xarici İşlər Nazirliyi tərəfindən verilmiş 14 fevral 2017-ci il tarixli 193 N-li əmr); İddiaçı həqiqətən 01 avqust 2014-cü il tarixdən 01 avqust 2018-ci il tarixədək Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin birinci katibi vəzifəsində işləməsi barədə eyni zamanda Xarici İşlər Nazirliyi tərəfindən verilmiş 01 avqust 2018-ci il tarixli arayışl a təsdiq olunur; İddiaçı 01 avqust 2014-cü ii tarixdən 01 avqust 2018-ci il tarixədək Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində birinci katib vəzifəsində çalışdığı dövrdə aylıq məvacibi 3150 Avro təşkil etmişdir (Azərbaycan Respublikasının Səfirliyi (Berlin) tərəfindən verilmiş 01 avqust 2018-ci il tarixli arayış). Beləliklə, iddiaçı 01 avqust 2014-cü il tarixdən 01 avqust 2018-ci il tarixədək 151.200 Avro məbləğində vəsait əldə etmişdir (3150 avro x 48 ay). İddiaçı diplomatik xidmət əməkdaşı olmaqla Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində xidmətdə olarkən Almaniya Federativ Respublikasından «Mercedes-Benz G 63 AMG» markalı, şassi N WDB4632721X256693, zavod buraxılış ili 2016-cı il, invoys dəyəri 93 000 Avro olan nəqli yyat vasitəsini alaraq Azərbaycan Respublikasına gətirmişdir. Mirzəyev X1 üzrə Orqanına (mərkəzi Gömrük Ekspertiza İdarəsi) ərizə ilə müraciət edərək «Mercedes-Benz G 63 AMG» markalı nəqliyyat vasitəsinin AZS ***-**** dövlət standartının tələblərinə uyğunluq sertifikatlaşdırılmasının keçirilməsini xahiş etmişdir. İddiaçı Kateqoriya M1, benzin mühərrikli, 5461 sm3, buraxılış ili 2016 olan VİN: WDB4632721X256693, Mercedes-Benz AMG G 63, AZS ***-**** Ekoloji sinif 6 nəqliyyat vasitəsinin normativ sənədlərin tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Milli Sertifikatlaşdırma Sistemi tərəfindən NVS 018710 N-İi 24 avqust 2018-ci il tarixli Uyğunluq Sertifikatı verilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddə sinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Apellyasiya məhkəməsinin mövqeyinə görə diplomatik xidmət əməkdaşları xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaiti və əmlakı Azərbaycan Respublikasına gətirərkən gömrük ödənişlərindən azaddırlar. Bu mövqeyi mübahisələndirən ca vabdeh bildirmişdir ki, iddiaçının Azərbaycan Respublikasına gətirdiyi avtonəqliyyat vasitəsi iddiaçının ezamiyyətdə olduğu ölkədə onun istifadəsində olmamış, iddiaçının aldığı əmək haqqı zəruri xərclər nəzərə alınmaqla həmin avtonəqliyyat vasitəsinin dəyərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası cavabdehin dəlili ilə aşağıdakılara əsasən razılaşmadığını qeyd edir. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.9-cu maddəsinə əsasən, diplomatik xidmət əməkdaşlarının xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikasına gətirilməsinə görə gömrük ödənişləri tutulmur. «Diplomatik xidmət haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Preziden tinin 3 sentyabr 2001-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən, maddədə nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlə Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları»nın 2.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidətini həyata keçirən şəxslər (...) tərəfindən xarici ölkəyə ezam olmuş əməkdaşın geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surəti təqdim edildikdə, onların xar icdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən avtonəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur. Qanunun istinad edilmiş müddəasından və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktların müddəalarından göründüyü kimi, diplomatik xidmət əməkdaşlarının xaricdə işlədikləri dövrdə əldə etdikləri əmlakın, o cümlədən avtonəqliyyat vasitələrinin gömrük ödənişləri tutulmadan Azərbaycan Respublikası ərazisinə gətirilməsi nəzərdə tutulmuşdur. Sadalanmış müddəaların tələblərinə görə, diplomatik xidmət əməkdaşlarının verilmiş güzəştdən istifadə edilməsi üçün onların diplomatik xidmət əməkdaşı və xaricə ezam olunduğu faktlarının müəyyən edilməsi, habelə geri çağırılma barədə əmrin mövcud olması və əmlakın xaricdə işlədiyi dövrdə əldə edilməsini təsdiq edən sənədlərin təqdim edilməsi yetərlidir ki, istinad edilmiş qayda onlara münasibətdə tətbiq edilsin. İşin müəyyən edilmiş hallarına görə, iddiaçı 2014-cü ilin avqust ayının 1-dən Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin birinci katibi vəzifəsinə təyin edilmiş və Berlin şəhərinə ezamiyyətə göndərilmişdir. İddiaçının ezamiyyət müddəti 2018-ci ilin avqust ayının 1-dək uzadılmış və həmin tarixdən tutduğu vəzifədən azad edilərək geri çağırılmışdır. Bu halların yuxarıda istinad edilmiş qanunveriliyin tələblərinə uyğun olaraq tətbiqi o anlamı yaradır ki, iddiaçı Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyində diplomatik xidmətdə olduğu dövrdə əldə etdiyi avtonəqliyyat vasitəsinin gömrük ödənişləri tutulma dan Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi hüququna malik olmuşdur. Cavabdeh bildirdiyi dəlilə münasibətdə qanunvericiliyin aşağıdakı müddəalarına istinad etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 9.0-ci maddəsinə əsasən, bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları aşağıdakı hüquqlara malikdirlər: 9.0.3. gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq; - 40.1-ci maddəsinə əsasən, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər; - 40.2-ci maddəsinə əsasən, gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir; - 162.1-ci maddəsinə əsasən, bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdu diyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Müddəaların tələbləri belə izah olunur ki, gömrük orqanları təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüququna malikdirər. Lakin yoxlanılması tələb olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmişdir. Həmin bəyannamə və təqdim edilmiş sənədlərdə göstərilən məlumatların düzgünlüyünə və tamlığına onları təqdim etmiş şəxs cavabdehdir. Qeyd edilmiş maddələrin tələblərinin işin hallarına və iddia tələbinə münasibətdə tətbiqi o nəticəni yaradır ki, iddiaçı diplomatik xidmət əməkdaşı kimi ona verilmiş güzəştdən istifadə edilməsi üçün yalnız qanunvericiliklə müəyyən edilmiş hüdudlar daxilində müvafiq sənədləri təqdim etməlidir. Belə sənədlərə iddiaçının diplomatik xidmət əməkdaşı olduğunu və xaricə ezam olunduğunu təsdiq edən sənədlər, habelə geri çağırılma barədə əmr və avtonəqliyyat vasitəsinin xaricdə işlədiyi dövrdə əldə edilməsini təsdiq edən sənədlər aiddir. Qanunveriliyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyası qeyd edir ki, istər «Diplomatik xidmət haqqında» Azərbaycan Respublikasının Qanununda və ona müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlarda, istərsə də Azərbaycan Respublikası Gömrük Məcəlləsinin istinad olunan müddəalarında cavabdehə diplomatik xidmət əməkdaşının verilmiş güzəştdən istifadə edilməsi üçün araşdırma aparılmaqla, hansı mənbə hesabına və hansı məqsədlə avtonəqliyyat vasitəsinin əldə edilməsinin müəyyən olunması səlahiyyəti verilməmiş və yoxlanılmalı olan məlumatların dairəsi yalnız yuxarıda istinad olunmuş faktların müəyyən edilməsi ilə məhdudlaşdırılmışdır. Cavabdeh tərəfindən diplomatik xidmət əməkdaşlarının verilmiş hüquqdan suiistifadə edilməsi hallarının mövcud olması ilə bağlı bildirdiyi dəlillərə münasibətdə isə məhkəmə kollegiaysı qeyd edir ki, istinad edilən hallar yalnız subordinasiya qaydasında müvafiq mərkəzi icra hakimiyyəti orqanının və yaxud digər inzibari orqanlarının nəzərinə çatdırmaqla müvafiq tədbirlərin görülməsi üçün əsas hesab oluna bilər. Lakin ümumiləşdirilmiş qaydada bildirilmiş belə məlumat konkret mübahisə üzrə iddia tələbinin təmin olunmaması üçün hüquqi əsas kimi qəbul oluna bilməz. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda s adalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respubli kası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2-1(103)-881/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2384/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2384/2019
03.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver