Məhkəmə qərarları › İş №2-1(102)-2385/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2385/2019

30.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2385/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Nəbizadə Rahib Sahib oğlu məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (bundan sonra cavabdeh) qarşı borcun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-474/2019 saylı, 9 aprel 2019-cu il tarixli qərarından cavabdehin ve rdiyi kassasiya şikayətinin mümkünlüyünə baxaraq müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə cavabdehə qarşı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli qərardadı ilə iddia qismən təmin edilmiş, cavabdehin 1 iyul 2016-cı il tarixdən 1 aprel 2018-ci il tarixədək olan dövr ərzində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 118.242,88 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Həmin qərardan iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 aprel 2019-cu qərarı ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermiş, lakin şikayət vəkil tərəfindən imzalanmamış, vəkilin orderi şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsində qeyd edilir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 407.3-cü maddəsində qeyd edilir ki, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır... MPM-in 407.4-cü maddəsinə görə şikayətə vəkilin orderi...əlavə olunur. MPM-in 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi... əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılır. İnzibati Prosessual Məcəllənin 96.3-cü maddəsinə görə kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır... Cavabdehin verdiyi kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından və vəki lin orderi şikayətə əlavə edilmədiyindən, bununla bağlı şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə kassasiya şikayətinin mümkünlük məsələsinə baxılması 30 iyul 2019-cu il tarixətəyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə, o cümlədən kassasiya şikayətini tərtib etmiş cavabdehə 13 iyul 2019-cu il tarixli məhkəmə bildirişi göndərilmiş, bildirişdə şikayətin vəkil tərəfindən tərtib edilmədiyi və imzalanmadığı qeyd edilərək göstərilən nöqsanın 30 iyul 2019-cu il tarixədək aradan qaldırılması təklif edilmiş, əks halda kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur. Ali Məhkəmə tərəfindən cavabdehə məktub göndərilərək kassasiya şikayəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tə ləblərə əməl edilməsi ona bildirilmiş, bildirişdə nöqsanlar aradan qaldırılmadığı halda, onun hüquqi nəticələri cavabdehə izah edilmişdir. Buna baxmayaraq cavabdeh vəkillə tərtib edilmiş kassasiya şikayətini məhkəmə kollegiyasına təqdim etməmişdir. Kassasiya şikayətini vəkil imza etmədiyindən və şikayətə vəkilin orderi əlavə olunmadığından kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir. İPM-in 96.3-cü maddəsinə görə...Şikayətin qəbulundan imtina edildiyi hallarda apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.3-cü maddəsini rəhbər tutaraq qərar verdim: Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommu nal Təsərrüfatı Birliyinin Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-474/2019 saylı, 9 aprel 2019-cu il tarixli qərarından verdiyi kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar