Məhkəmə qərarları › İş №2-1(102)-2385/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2385/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2385/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-2385/23) (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2023-cü il tarixli, 21(104)-414/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı vergi ödəyicisi kimi xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, yük avtomobili nəqliyyatının fəaliyyəti, yanacaq doldurma məntəqələrinin fəaliyyəti, ixtisaslaşdırılmamış topdansatış ilə məşğul olmuşdur.

2. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********153230 nömrəli qərarına əsasən iddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Həmin vergi yoxlaması xx.xx.2018-ci tarixdən xx.xx.2021-ci ilədək olan vergi dövrünü əhatə etmişdir.

3. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********154380 nömrəli qərarı ilə səyyar vergi yoxlamasının müddəti iş həcminin çox olması ilə bağlı və əlavə araşdırmaların aparılması zərurəti yarandığı üçün 30 iş günü, sonradan xx.xx.2022-ci il tarixli, **********155976 nömrəli qərarı ilə eyni əsaslarla yenidən 30 iş günü artırılmışdır.

4. Yoxlamaların nəticələrinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********153623 nömrəli səyyar vergi yoxlaması akt əsasında Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməs i haqqında” xx.xx.2022-ci il tarixli, **********159852 nömrəli qərar qəbul edilmişdir.

5. Həmin qərarla 2018-ci ilin mənfəət vergisi üzrə 134045.50 manat əsas vergi və 67022.75 manat maliyyə sanksiyası, 2019-cu ilin mənfəət vergisi üzrə 53719.29 manat əsas vergi və 26859.65 manat maliyyə sanksiyası, 2018-ci ilin ƏDV üzrə 10863.65 manat əsas vergi və 5431.83 manat maliyyə sanksiyası, 2019-cu ilin ƏDV üzrə 56230.76 manat əsas vergi və 28247.61 manat maliyyə sanksiyası, 2020-ci ilin ƏDV üzrə 162346.22 manat əsas vergi və 81173.11 manat maliyyə sanksiyası hesablanmış, həmçinin 2019-2020-ci illərdə vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə 80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı c avabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, **********159852 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlaması ilə mənfəət və əlavə dəyər vergisi düzgün hesablanmamışdır. Belə ki, iddiaçı Göygöl rayonu, Qızılca kəndi (Gəncə-Daşkəsən yolunun sağ tərəfi) ərazisində yerləşən yanacaq doldurma məntəqəsində neft məhsullarının pərakəndə satışı ilə məşğul olmuşdur. xx.xx.2019-cu il tarixdə müəssisə fəaliyyətini dayandırmışdır və bu barədə vergi orqanlarına ərizə verilmişdir. Müəssisənin fəaliyyəti benzin və dizel yanacağının pərakəndə satışından ibarət olduğu üçün bu sahədə satışlar A zərbaycan Respublikası Tarif Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarı və həmin Qərara dəyişikliklərin edilməsi haqqında xx.xx.2017-ci il tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş qiymətlərlə həyata keçirilirdi. Müəssisə tərəfindən vergi orqanına xx.xx.2018-ci il tarixinə olan mal qalığı barədə məlumat təqdim edilməsinə baxmayaraq, vergi orqanı heç bir əsas olmadan yoxlama dövrünün sonuna mal qalığı üçün əlavə ƏDV hesablamışdır. Həm də, vergi orqanı 2021-ci il üzrə əlavə 162346.22 manat ƏDV hesablayan zaman həmin malların alındığı 2018-ci ilin tariflərini (qiymətlərini) deyil, nədənsə 2021-ci ilin qiymətlərini əsas götürmüşdür. Halbuki, müəssisə yuxarıda qeyd edildiyi kimi, xx.xx.2019-cu il tarixdə fəaliyyə tini dayandırmış, bu barədə vergi orqanlarına ərizə vermiş, buna görə də nəinki 2021-ci ildə, 2019-cu ilin 2-ci yarısı və 2020-ci ildə də heç bir mal alqı-satqısı həyata keçirməmişdir. Həmçinin, cavabdeh vergi orqanına yoxlama çərçivəsində gəlirdən çıxılan xərcləri təsdiqedici müvafiq sənədləri təqdim etsə də, cavabdeh onları əsassız olaraq nəzərə almamışdır, bunun səbəbləri yoxlama aktında qeyd edilməmişdir. Cavabdehin **********59852 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı 2018-ci il üzrə 134.045,50 manat əlavə mənfəət vergisi, 2018-ci il üzrə 10.863,65 manat əlavə dəyər vergisi, həmin məbləğlərə 72.454.57 manat maliyyə sanksiyası hesablanmışdır. Hətta həmin pozuntulara yol verildiyini ehtimal edilsə belə, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə görə, bu pozuntular üzrə vergi öhdə likləri yarana bilməz, çünki həmin dövrdən 3 il keçmişdir.

8. Cavabdeh iddia tələbinə dair verdiyi yazılı etirazda işin hallarına istinad edərək göstərmişdir ki, cəmiyyət tərəfindən 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 6673346,86 manat gəlir əldə edildiyi, malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclərin isə 6783774,48 manat təşkil edərək hesabat ilini 110427,62 manat zərərlə başa vurduğu göstərilmiş və mənfəət vergisi hesablanmamışdır. Səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən 2018-ci il ərzində cəmi 6738553,52 manat gəlir əldə edildiyi, gəlirin əldə edilməsi ilə bağlı 6008181,69 manat xərcin olduğu müəyyən edilməsinə baxmayaraq 7217 3,19 manat dəyərində gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. Səyyar vergi yoxlaması zamanı Al-92 markalı benzin satışından 3608883,56 manat, dizel yanacağı satışından 3057496,77 manat, cəmi 6666380,33 manat gəlir əldə edildiyi, gəlirin əldə edilməsi ilə bağlı Al-92 markalı benzin üzrə 3293455,42 manat, dizel yanacağı üzrə 2691394,09 manat, icarə haqqı üzrə 2400,00 manat, əmək haqqı üzrə 10200,00 manat, sığorta haqqı üzrə 2244,00 manat, bank xidmət haqqı üzrə 8150,18 manat, sair xərclər üzrə 338,00 manat, cəmi 6008181,69 manat xərcləri olmaqla 658198,64 manat vergiyə cəlb edilən mənfəətin az göstərilməsi nəticəsində 131639,73 manat mənfəət vergisinin azaldıldığı müəyyən edildi. Xərcləri təsdiq edən sənədlər yoxlamaya tam təqdim edilmədiyi nə görə mənfəət vergisinin hesablanması ilə bağlı Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi barədə məlumatlarının təqdim edilməsi üçün 05 may 2022-ci il tarixli **********660100 saylı məktubla idarənin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinə müraciət edilmişdir. Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsi tərəfindən 06 may 2022-ci il tarixli **********691900 saylı məktubla vergi orqanında olan uçot baza məlumatlarına əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicinin olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə müvafiq olaraq vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda, yəni cəmiyyət tərəfindən təqdim edilmiş 72173,19 manat dəyərində malların alışı ilə bağlı sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün həmin malların təqdim edilməsi (satılması) ilə bağlı mənfəət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı və 4 aprel 2003-cü il tarixli 42 saylı Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 72173,19 manat gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin mənfəəti hesablanmışdır(2405,77 manat). Cəmiyyət tərəfindən 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 3039428,24 manat gəlir əldə edildiyi, malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclərin isə 3055908,49 manat təşkil edərək hesabat ilini 16480,25 manat zərərlə başa vurduğu göstərilmiş və mənfəət vergisi hesablanmamışdır. Səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən 2019-cu il ərzində Al-92 markalı benzin satışından 1797117,31 manat, dizel satışından 1230551,07 manat, Premium markalı benzin satışından 17425,00 manat, nəqliyyat xidmətlərinin göstərilməsindən 43482,37 manat, çınqıl satışından 130000,00 manat, cəmi 3218575,75 manat gəlir əldə edildiyi, gəlirin əldə edilməsi ilə bağlı 2805410,65 manat xərcin olduğu müəyyən edilməsinə baxmayaraq 173482,37 manat dəyərində gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. Səyyar vergi yoxlaması zamanı Al-9 2 markalı benzin satışından 1797117,31 manat, dizel yanacağı satışından 1230551,07 manat, Premium markalı benzin satışından 17425,00 manat, cəmi 3045093,38 manat gəlir əldə edildiyi, gəlirin əldə edilməsi ilə bağlı Al-92 markalı benzin üzrə 1668730,97 manat, dizel yanacağı üzrə 1109033,55 manat, Premium markalı benzin üzrə 17255,91 manat, icarə haqqı üzrə 1000,00 manat, əmək haqqı üzrə 6000,00 manat, sığorta haqqı üzrə 1350,00 manat, bank xidmət haqqı üzrə 1803,22 manat, sair xərclər üzrə 237,00 manat, cəmi 2805410,65 manat xərcləri olmaqla 239682,73 manat vergiyə cəlb edilən mənfəətin az göstərilməsi nəticəsində 47936,55 manat mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə müvafiq olaraq vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda, yəni cəmiyyət tərəfindən təqdim edilmiş 173482,37 manat dəyərində malların alışı ilə bağlı sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün həmin malların təqdim edilməsi (satılması) ilə bağlı mənfəət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı və 4 aprel 2003-cü il tarixli 42 saylı Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 173482,37 manat gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin mənfəəti hesablanmışdır (5782,74 manat). Bundan əlavə, səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan dövrün müvafiq ayları üzrə təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrinin düzgünlüyünü yoxlayarkən cəmiyyət tərəfindən təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində 2018-ci ilin noyabr ayı üzrə 3811,89 manat, dekabr ayı üzrə 7051,76 manat, 2019-cu ilin yanvar ayı üzrə 1103,86 manat, fevral ayı üzrə 10978,98 manat, mart ayı üzrə 15931,25 manat, may ayı üzrə 28384,48 manat, iyun ayı üzrə 96,65 manat və 2021-ci ilin oktyabr ayı üzrə 162346,22 manat, cəmi 229705,09 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və 2019-cu ilin aprel ayı üzrə isə 264,46 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı müəyyən edildi. Beləliklə aparılmış səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində 229705,09 manat büdcəyə çatacaq əlavə dəyər vergisin in azaldıldığı və 264,46 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı, nəticədə yoxlama ilə əhatə olunan dövrdə 229440,63 manat (229705,09 - 264,46) büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı müəyyən edilmişdir (Kənarlaşmaya səbəb: təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində əvəzləşdirilən dövriyyənin aylar üzrə düzgün göstərilməməsi, yəni 2018-ci ilin noyabr ayı üzrə 3055,56 manat və 2019-cu ilin may ayı üzrə 130511,56 manat artıq göstərilməsi nəticəsində 2018-ci ilin noyabr ayı üzrə 550,00 manat və 2019-cu ilin may ayı üzrə 23492,08 manat, cəmi 240420,08 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı müəyyən edilmişdir; təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində vergiyə cəlb edilən dövriyyələrin aylar üzrə düzgün göstərilməməsi, yəni 2018-ci ilin noyabr ayı üzrə 18120,79 manat, dekabr ayı üzrə 39176,46 manat və 2019-cu ilin yanvar ayı üzrə 6132,54 manat, fevral ayı üzrə 60994,36 manat, mart ayı üzrə 88506,92 manat, may ayı üzrə 27179,19 manat, cəmi 240110,26 manat az göstərilməsi nəticəsində 43219,85 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı müəyyən edilmişdir; yoxlama zamanı tərtib olunmuş material uçotu cədvəllərinə əsasən yoxlama dövrünün sonuna vergi ödəyicisinin 901923,46 manat (ƏDV-siz) dəyərində yanacaq qalığı qalmışdır. Lakin səyyar vergi yoxlaması zamanı vergi ödəyicisində aparılmış inventarizasiyanın nəticəsinə əsasən vergi ödəyicisində yanacaq qalığının olmadığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisində aparılmış inventarizasiyanın nəticəsinə əsasən 901923,46 manat (ƏDV-siz) dəyərində yanacağın faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmadığı müəyyən edildiyi üçün həmin mallar yoxlama ilə əhatə edilən sonuncu hesabat dövründə, yəni 2021-ci ilin oktyabr ayında təqdim edilmiş kimi qəbul edilərək 2021-ci ilin oktyabr ayı üzrə 901923,46 manat əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin və 162346,22 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı müəyyən edilmişdir. Əlavə dəyər vergisinin bəyannamələrində vergiyə cəlb edilən dövriyyələrin aylar üzrə düzgün göstərilməməsi, yəni 2019-cu ilin aprel ayı üzrə 1469,20 manat artıq göstərilməsi nəticəsində 264,46 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı müəyyən edilmişdir).

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasib atlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7125 nömrəli ekspert rəyində qeyd edilmişdir ki: - xx.xx.2022-ci il tarixli **********153623 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsi müəyyən olunur. Yəni müəssisənin fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktının başlanması tarixi xx.xx.2022-ci il, yoxlamanın başa çatması tarixi xx.xx.2022-ci il, tərtib olunma tarixi xx.xx.2022-ci il və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi xx.xx.2022-ci il olmasına baxmayaraq mənfəət vergisi üzrə yoxlama ilə əhatə olunan dövr 2018-2020-ci il tarixləri o lduğundan 3 ildən əvvəlki dövrlərə dair də hesablanma aparılmışdır. Həmin tələblərin gözlənilməməsi nəticəsində yoxlama ilə 2018-ci il tarixdən 2022-ci il tarixədək olan dövr üzrə vergi ödəyicisinə əlavə olaraq 134.045,50 manat məbləğində 2018-ci ilin mənfəət vergisi hesablanmışdır. Bundan əlavə, xx.xx.2022-ci il tarixli **********153623 nömrəli “Səyyar vergi yoxlaması aktı”nda 2018 və 2019-cu illərdə Mənfəət vergisi üzrə xərc sənədlərinin tam təqdim edilmədiyi göstərilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlirdən çıxılan xərc sənədlərinin bir hissəsi nəzərə alınmamış və bu səbəbdən həmin illər üzrə (2018-2019) nəzərə alınmamış bir qisim xərc məbləğlərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 nömrəli və 04 aprel 2003-cü il tar ixli, 42 nömrəli Qərarlarına müvafiq olaraq hesablama aparılmışdır. Həmin illər üzrə digər xərclər gəlirdən çıxılaraq yerdə qalan məbləğə mənfəət vergisi hesablanmışdır. Yəni vergi ödəyicisinə bir vergi ili üzrə mənfəət vergisi iki üsulla hesablanmışdır. Lakin Vergi Məcəlləsində belə bir qaydada mənfəət vergisinin hesablanması nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd edilir ki, xx.xx.2022-ci il tarixli **********153623 nömrəli “Səyyar vergi yoxlaması aktı”nda hansı səbəbdən 2018 və 2019cu ilin mənfəət vergisi üzrə gəlirdən çıxılan xərc sənədlərinin nəzərə alınmaması göstərilməmişdir. Beləliklə, iş materiallarında olan sənədlərə və keçirilmiş səyyar vergi yoxlamasına əsasən iddiaçıya 2018-ci il üzrə 134.045,50 manat, 2019-cu il üzrə 53.719,29 manat hesablanmış mənfəət vergisi düzgünlüyü müə yyən edilmir. - Bundan başqa, müəssisənin fəaliyyəti üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli **********153623 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın başlanması tarixi xx.xx.2022-cu il, yoxlamanın başa çatması tarixi xx.xx.2022-ci il, tərtib olunma tarixi xx.xx.2022-ci il, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi xx.xx.2022-ci il yoxlama ilə əhatə olunan dövr isə noyabr 2018-cı il tarixdən oktyabr 2021-cu il tarixədək olmuşdur. Yuxarıda göstərilənlər nəzərə alınmaqla xx.xx.2022-ci il tarixli **********153623 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsi müəyyən olunur. Yəni müəəsisənin fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktın ın başlanması tarixi xx.xx.2022-ci il, yoxlamanın başa çatması tarixi xx.xx.2022-cu il, tərtib olunma tarixi xx.xx.2022-ci il və vergi ödəyicisinin yergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi xx.xx.2022-ci il olmasına baxmayaraq yoxlama ilə əhatə olunan dövr noyabr 2018-cı il tarixdən oktyabr 2021-ci il tarixədək olduğundan 3 ildən əvvəlki dövrlərə (2018-ci ilin noyabr, dekabr və s. ayları üzrə) dair də hesablama aparılmışdır. - Eyni zamanda, səyyar vergi yoxlaması aktında hansı səbəbdən əvəzləşdirilən ƏDV-nin aylar üzrə düzgün göstərilməməsi qeyd edilməmişdir. Beləliklə, iddiaçıya hesablanmış 323.067,16 manat əlavə dəyər vergisinin düzgünlüyü də müəyyən edilmir.

10. Gəncə İnzibati Məhkəməsinin 8 fevral 2023-cü il tarixli, 2-1(114)-119/2023 nömrəli qərarı (hakim Z.A.Quliyev) ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159852 nömrəli qərarı ləğv edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki: - növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yox lamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı mübahisəyə münasibətdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı qəbul etməsinə rəğmən, cavabdeh vergi orqanı qanunun həmin normasına istinad etməklə kifayətlənmiş, istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamamış, əldə etdiyi mənbəyi bəlli olan məlumatların nələrdən ibarət olduğunu dəqiq göstərməmiş, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmamışdır. - Vergi Məcəlləsinin normalarına görə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğ ini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad olunmaqla hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarına əsasən hesablamışdır. Vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır... iddiaçının gəlirinin əldə edilməsi ilə bağlı xərclər barədə sənədlərin iddiaçı tərəfindən tam təqdim edilmədiyinə istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin VM-in 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. - Cavabdeh vergi ödəyicisinə əlavə vergilərin hesablanmasının və şərti rentabelliyin tətbiqinin səbəbi qismində həm də zəruri olan sənədlərin yoxlamaya təqdim olunmamasına istina d edir. Bununla bağlı nəzərə alınmalıdır ki, vergiyə cəlb olunan əməliyyatları təsdiq edən sənədlərin yoxlamaya təqdim edilməməsi, formalaşmış hüquqi mövqeyə əsasən, cavabdehi icraat çərçivəsində həmin sənədlərin əldə olunmasına yönəlik mümkün tədbirlərin görülməsi vəzifəsindən azad etmir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, əlavə verginin hesablanması zamanı cavabdehin istinad etdiyi sənədləri məhkəməyə, eləcə də ekspertizaya təqdim etmək vergi orqanının məsuliyyət sferasına aiddir və onun vəzifəsidir. - Ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli **********153623 nömrəli Səyyar vergi yoxlaması Aktında 2018 və 2019-cu illərdə Mənfəət vergisi üzrə xərc sənədlərinin tam təqdim edilmədiyi göstərilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlirdən çıxıla n xərc sənədlərinin bir hissəsi nəzərə alınmamış və bu səbəbdən həmin illər üzrə (2018-2019) nəzərə alınmamış bir qisim xərc məbləğlərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli və 04 aprel 2003-cü il tarixli, 42 nömrəli Qərarlarına müvafiq olaraq hesablama aparılmışdır. Həmin illər üzrə digər xərclər gəlirdən çıxılaraq yerdə qalan məbləğə mənfəət vergisi hesablanmışdır. Yəni vergi ödəyicisinə bir vergi ili üzrə mənfəət vergisi iki üsulla hesablanmışdır. Lakin Vergi Məcəlləsində belə bir qaydada mənfəət vergisinin hesablanması nəzərdə tutulmamışdır. - Ekspert rəyinə əsasən İddiaçınə hesablanmış 323.067,16 manat əlavə dəyər vergisinin düzgünlüyü də müəyyən edilmir. Belə ki, səyyar vergi yoxlaması aktında hansı səbəbdən əvəzləşdirilən ƏDV-nin aylar üzrə düzgün göstərilməməsi qeyd edilməmişdir. - Bundan başqa, müəəsisənin fəaliyyəti üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli **********153623 nömrəli Səyyar vergi yoxlaması Aktının başlanması tarixi xx.xx.2022-cu il, yoxlamanın başa çatması tarixi xx.xx.2022-ci il, tərtib olunma tarixi xx.xx.2022-ci il, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi xx.xx.2022-ci il yoxlama ilə əhatə olunan dövr isə noyabr 2018-cı il tarixdən oktyabr 2021-cu il tarixədək olmuşdur. Yuxarıda göstərilənlər nəzərə alınmaqla xx.xx.2022-ci il tarixli **********153623 nömrəli Səyyar vergi yoxlaması Aktının Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsi müəyyən olunur. Yəni müəəsisənin fəaliyyəti üzrə tərtib ol unmuş səyyar vergi yoxlaması aktının başlanması tarixi xx.xx.2022-ci il, yoxlamanın başa çatması tarixi xx.xx.2022-cu il, tərtib olunma tarixi xx.xx.2022-ci il və vergi ödəyicisinin yergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi xx.xx.2022-ci il olmasına baxmayaraq yoxlama ilə əhatə olunan dövr noyabr 2018-cı il tarixdən oktyabr 2021-ci il tarixədək olduğundan 3 ildən əvvəlki dövrlərə (2018-ci ilin noyabr, dekabr və s. ayları üzrə) dair də hesablama aparılmışdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2023-cü il tarixli, 2-1(104)-414/2023 nömr əli qərarı (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, A.V.Bayramov və A.V.İsgəndərova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 8 fevral 2023-cü il tarixli, 2-1(114)-119/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh 2021-ci il üzrə əlavə 162346,22 manat ƏDV hesablayan zaman həmin malların alındığı 2018-ci il ilin tariflərini deyil, 2021-ci ildə mövcud qiymətləri əsas götürmüşdür. Nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.2019-cu ildən fəalıyyətini dayandırmış, bu barədə cavabdehi məlumatlandırmış, ona görə də nə 2021-ci ildə, nə 2019-cu ilin ikinci yarısında, nə də 2020-ci ildə heç bir mal alqısatqıs ı həyata keçirməmişdir.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh iddia tələbinə etirazında göstərilən hallara istinad etmiş və əlavə olaraq aşağıdakıları qeyd etmişdir.

17. Vergi Məcəlləsinin 67.17-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Lakin məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normasını nəzərə almadan, vergi orqanı tərəfindən 67-ci maddədəki ardıcıllığın gözlənilmədiyini qeyd etmişdir. Digər tərəfdən, məhkəməyə təqdim edilmiş pro sessual sənədlərdən göründüyü kimi səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 67.1.2-ci maddəsi tətbiq edilərək, əlaqəli məlumatlardan, yəni gəlirlər barədə rəsmi məlumatlardan istifadə edilərək gəlirlər müəyyən edilmiş, lakin xərcləri təsdiq edən sənədlər tam təqdim edilmədiyi üçün mənfəətin hesablanması zamanı şərti rentabellikdən istifadə edilmişdir. Bundan əlavə, analoji vergi ödəyicisinin məlumatlarından istifadə edilməsi üçün inzibati orqan tərəfindən lazımi hərəkətlər edilmiş, lakin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, digər xərclər də nəzərə alındığı təqdirdə yalnız Vergi Məcəlləsinin 67.1.3, 67.1.6 və 67.1.7-ci maddələrinə əsasən müəyyən olunmuş əlaqəli məlumatlar əsasında xərclərin tam m üəyyən edilməsi qeyri-mümkündür.

18. Bundan əlavə, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulmuş mənbəyi bəlli olan məlumatlar barədə ətraflı məlumat verilməsinə baxmayaraq və səyyar vergi yoxlamasını həyata keçirən şəxsin bu barədə şahid qismində dindirilmə imkanı olduğu halda məhkəmə kollegiyası prosessual fəallıq prinsipinə uyğun olaraq həmin şəxsi dindirməmişdir. Məlumat üçün bildirilir ki, səyyar vergi yoxlamalarının təhlili və təşkili şöbəsi xx.xx.2021-ci il tarixli **********887500 nömrəli xidməti məktub yazaraq iddiaçıda vergi və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünü yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən noyabr 2018 tarixdən oktyabr 2021-ci il tarixədək olan vergi dövrünün yoxlanılmalı olduğu nu bildirmişdir.

19. Məhkəmə kollegiyasının həmçinin 3 ildən əvvəlki dövrə vergi hesablanması ilə bağlı mövqeyi ilə əlaqədar isə qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Göstərilənləri, 2018-ci il üçün mənfəət vergisi bəyannaməsinin son təqdim edilmə müddətinin 31 mart 2019-cu il tarixi olduğunu və səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın 30 dekabr 2021-ci il tarixdə çıxarıldığını nəzərə alaraq 3 ildən əvvəlki dövr üzrə mənfəət vergisi hesablanmamışdır.

20. Həmçinin, məhkəmə kollegiyasının mötəbər hesab etdiyi ekspert rəyində ekspert onun qarşısında qoyulmuş suallara məhkəmə mühasibatlığı üzrə tədqiqata uyğun olmayaraq yalnız hüquq i rəy təqdim etmiş, heç bir mühasibatlıq sahəsi üzrə tədqiqat aparmamış, məhkəmənin səlahiyyətlərini mənimsəyərək guya prosessual pozuntu müəyyən etmiş və sübutları qiymətləndirməyə cəhd etmişdir. Halbuki qanunvericilik normalarına əsaslanmaqla işin hallarına hüquqi qiymət ekspert tərəfindən deyil, yalnız məhkəmə tərəfindən verilə bilər.

21. Həmçinin, yoxlanılan dövrdə cəmiyyət tərəfindən alınmış mallara görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə /VÖEN **********/ 8,0 min manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə /VÖEN **********/ 8,8 min manat, f/ş X1 /VÖEN **********/ 7,0 min manat, cəmi 23,8 min manat əlavə dəyər vergisi həmin vergi ödəyicilərinin ƏDV depozit hesabına ödənilməsinə baxmayaraq 132,2 min manat əsas məbləğ ödənilmədiyi halda təqdim edilmiş əlavə dəyər vergisinin bəyannam ələrində 23,8 min manat əvəzləşmə aparılmış, “Socar Petroleum” Qapali Səhmdar Cəmiyyətin /VÖEN **********/ ƏDV depozit hesabına 0,3 min manat əlavə dəyər vergisi ödənilmədiyi halda əvəzləşmə aparılmışdır. Ümumilikdə 24,1 min manat əlavə dəyər vergisinin artıq əvəzləşdirilməsi nəticəsində 24,1 min manat əlavə dəyər vergisinin azaldıldığı müəyyən edilmişdir. Beləliklə təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində əvəzləşdirilən dövriyyənin aylar üzrə düzgün göstərilməməsi, yəni 2018-c i ilin noyabr ayı üzrə 3055,56 manat və 2019-cu ilin may ayı üzrə 130511,56 manat artıq göstərilməsi nəticəsində 2018-ci ilin noyabr ayı üzrə 550,00 manat və 2019-cu ilin may ayı üzrə 23492,08 manat, cəmi 240420,08 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı müəyyən edilmişdir (əvəzləşdirm ə cədvəli yoxlama materiallarına əlavə olunmuşdur).

22. Vergi ödəyicisi tərəfindən 3 iyun 2019-cu il tarixdən fəaliyyəti dayandırılsa da, 28 yanvar 2022-ci il tarixdə keçirilmiş inventarizasiya zamanı həmin tarixə cəmiyyətdə mal qalığının olmadığı müəyyən edilmişdir. Mal qalığı əksik gəldiyi üçün Vergi Məcəlləsinin 67.15-ci maddəsinə müvafiq olaraq “Ai - 92” markalı benzinin 1 litri üçün 90,00 qəpik və dizel yanacağının 1 litri üçün 60,00 qəpik olmaqla (köhnə qiymətlərlə) 901,9 min manat (ƏDV-siz) vergiyə cəlb edilən dövriyyənin azaldılması nəticəsində 162,3 min manat əlavə dəyər vergisi azaldıldığı müəyyən edilmişdir. Göründüyü kimi 2021-ci ilin tarifləri əsas götürülmədiyi halda həmin tarifləri yanlış olaraq əsas götürən məhkəmə kollegiyası dolayısı ilə 2021-ci ilin oktyabr ayı üzrə azal manın olduğunu qəbul etmiş, sadəcə tarif fərqi ilə razılaşmadığını bəyan etmişdir. Halbuki qeyd edildiyi kimi vergilər hesablanarkən (yuxarıda qiymətlərdən də göründüyü kimi 2018-2019-cu illərin tarifləri əsas götürülmüşdür) 2021-ci ilin tarifləri əsas götürülməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi (mübahisələndirilən qərarın qəbul edildiyi anda qüvvədə olan redaksiya): Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənk ənar ola bilər. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər ha nsı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini... əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Maddə 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq... hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi o rqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəb ul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahis ələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi

27. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********153230 nömrəli Qərarına əsasən noyabr 2018-ci il tarixdən oktyabr 2021-ci il tarixədək olan dövr əhatə edilməklə iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

28. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər.

29. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********153230 nömrəli Qərarında yalnız Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilməklə kifayətlənilmiş və qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumat göstərilməmişdir. Bu hal aşağı instansiya məhkəmələri tərə findən pozuntu kimi müəyyən edilmişdir.

30. Cavabdeh kassasiya şikayətində bununla bağlı bildirmişdir ki, “Səyyar vergi yoxlamalarının təhlili və təşkili şöbəsi xx.xx.2021-ci il tarixli **********887500 nömrəli xidməti məktub yazaraq iddiaçıda vergi və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünü yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən noyabr 2018 tarixdən oktyabr 2021-ci il tarixədək olan vergi dövrünün yoxlanılmalı olduğunu bildirmişdir.

31. Bu dəlillə bağlı məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qə rarlar inzibati akt hesab edilmirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Mə cəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).

32. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühiti nin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lak in bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.

33. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən verg i orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

34. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.

35. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımınd an daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verır.

36. Beləliklə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qanunsuz və əsassız olduğundan, onun nəticəsində qəbul edilmiş məsuliyyət qərarı da ləğv edilməlidir. Mənfəət vergisinin hesablanmasında Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi və Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 03 illik müddətlə bağlı qeydlər 37. xx.xx.2022-ci ilədək qəbul edilmiş inzibati aktlarla mənfəət vergisinin hesablanması zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi ilə bağlı formalaşmış məhkəmə tə crübəsinə əsasən vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsəd lərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Məhz, Vergi Məcəlləsinə 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş 67.17-ci maddə də bu halı təsdiq edir (bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir). Başqa sözlə, sözügedən dəyişikliyə qədər 67-ci maddədə sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən müddəaların ardıcıllıq gözlənilmədən tətbiqinə əsas verən norma mövcud deyildi.

38. Yuxarıda qeyd edildiyi kimi 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) Vergi Məcəlləsinə 67.17-ci maddə əlavə edilmiş və həmin maddəyə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir.

39. Hazırkı iş üzrə mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixlidir. İşə baxan aşağı instansiya məhkəmələri maddi hüquq normasının tətbiqində səhvə yol verərək hazırkı iş üzrə cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsindəki ardıcıllığı gözləməli olduğuna dair hüquqi mövqe sərgiləmiş, həmçinin hazırda mübahisələndirilən yoxlama ilə yoxlanılan dövrün 2018-2019-cu illəri əhatə etdiyinə istinadən Vergi Məcəlləsinin 67.17-ci maddəsinin hazırkı işə tətbiq edilməməli olması nəticəsinə gəlmişlər.

40. Halbuki, Vergi Məcəlləsinin 67-ci maddəsi verginin məbləğini müxtəlif əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq metodlarını müəyyən edir. Vergi qanunvericiliyinə əsasən isə vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində qəbul edilirlər.

41. Qanunvericilik vergilərin hesablanmasını inzibati aktla əlaqələndirdiyindən və Vergi Məcəlləsinin 67-ci maddəsi də vergilərin hesablanması ilə bağlı metod və üsulları tənzimlədiyindən, vergilərin hesablanması barədə müvafiq inzibati aktın qəbul edildiyi tarixdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Başqa sözlə, hazırkı iş üzrə məsuliyyət qərarı xx.xx.2022-ci il tarixli olduğundan cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsindəki ardıcıllığa riayət etmədən vergi hesablamaq hüququ vardır.

42. Bununla yanaşı, qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən 67-ci maddənin tətbiqi ilə bağlı səhvə yol verilsə də, məsuliyyət qərarının əsasında duran növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə qanuni əsas olmadığından, bununla da mübahisələndirilən qərar qanunsuz olduğundan, bu cür pozuntu apellyasiya instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyildir.

43. Qeyd edilənlər, apellyasiya instansiya məhkəməsi tərəfindən vergi orqanının 03 ildən əvvəlki dövrlərə vergi hesablaması ilə bağlı mövqeyinə də aiddir.

44. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları v ergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququna malikdirlər. Bu maddəyə xx.xx.2020-ci il tarixdən edilmiş dəyişikliyə əsasən, bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir.

45. Yuxarıda qeyd edildiyi kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar xx.xx.2021-ci il tarixli olduğundan Vergi Məcəlləsinin 85.4-cü maddəsinin xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyası tətbiq edilməlidir. Belə olan halda isə, 2018-ci ilin mənfəət vergisi ilə bağlı 03 illik müddətin ötürülməsi barədə mövqe Vergi Məcəlləsinin 85.4-cü maddəsinə uyğun olmamışdır. Bununla yanaşı, yalnız 2018-ci ilin noyabr ayı üzrə hesablanmış ƏDV üzrə (3811.89 manat) 03 illik müddət ötürülmüşdür. Belə ki, 2018-ci ilin noyabr ayı üzrə ƏDV-nin hesabat dövrü noyabr ayının 30-u bitir. Yoxlama barədə qərar isə xx.xx.2021-ci il tarixli olmaqla 03 il 01 ay sonra qəbul edilmişdir. Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyası ilə bağlı qeydlər

46. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, mübahisələndirilən qərarla Vergi Məcəlləsinin 57.1-cı maddəsinə əsasən 80 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

47. Qeyd edilməlidir ki, tərəfindən mübahisələndirilən qərar həmin h issədə də ləğv edilməsinə baxmayaraq aşağı instansiya məhkəmələri tərəfindən qərarın əsaslandırılmasında münasibət bildirilməmişdir.

48. Məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə maliyyə sanksiyasının düzgün hesablanıb-hesablanmaması istiqamətində əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Çünki, hətta qərarda əks olunmuş həmin məbləğ əsaslı olsa belə, vergi orqanı tərəfindən aparılan yoxlama üzrə kobud prosessual pozuntulara yol verildiyindən (növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin əsaslandırılmaması) hesablama qanunsuzdur. Qeyd edilən bu hal, mübahisələndirilən qərarla Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyasına da aiddir

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qanunvericiliyin t ələblərinə uyğun olmadığından qərarın ləğv edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

50. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2023-cü il tarixli, 21(104)-414/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar