Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2385/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Ərizəçi İddiaçı cavabdeh qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçma z Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə ərizəçi İddiaçı tərəfindən verilmiş yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-407/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Susayqışlaq kəndi ərazisində yerləşən, ona məxsus 0.48 ha torpaq sahəsinə dair X2 adına verilmiş çıxarışın ləğv edilməsi barə də qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-344/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(105)-357/2022 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-344/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərarı ləğv edilərək, iddia tələbi rədd edilmişdir.
4. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)101/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-357/2022 nömrəli qərarı qüvvədə saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instan siya məhkəməsində icraat
5. Ərizəçi Sumqayıt İnzibati Məhkəməsinə vəsatətlə müraciət edərək yeni sübutlar əldə edildiyinə görə məhkəmə icraatının təzələnməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 8 nömrəli qərarı ilə ərizəçi İddiaçı JNq-001 8 KOD 30308028 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Quba rayonu, Susayqışlaq kəndində yerləşən 0,48 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Torpaq payının verilməsi ilə əlaqədar hüquqmüəyyənedici sənəd kimi çıxış edən torpağa mülkiyyət hüququna dair X10 islahatı haqqında Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar verilirdi. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin tələbləri ilə sovxoz və kolxozların torpaql arından pay almaq hüququ olan subyektlərin dairəsi müəyyən edilib: sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Qanunverici Torpaq islahatı haqqında Azərbaycan R espublikasının Qanununun 12-ci maddəsinin tələbləri ilə Qanunun subyektini müəyyən edərkən “torpağa bağlılıq” meyarını əsas götürmüşdür. X9 filialının 3-48-DA-6F/2 2-5xxxx/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş Quba rayonunun Susayqışlaq kəndinin 1991-1995-ci illərə aid təsərrufatbaşına kitablarda P.Ağabalayev xx.xx.1983-cü ildə Bakıya işləməyə getdiyi barədə qeyd vardır. Eyni zamanda həmin sənəddən görünür ki, İddiaçı 1997-ci ildə ərinin təsərrüfatına gəlib. Azərbaycan Respublikası DİN BPQMİ 3-13-18/2-18659-23 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixədək yaşayış yeri üzrə qeydiyyat barədə məlumat aşkar edilməmişdir. Aşağı Atuc bələdiyyəsinin 13 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1997-ci illin əvvəl lərindən İddiaçı Qədir Mərdanovla faktiki nikah (vətəndaş nikahı) münasibətlərində olub və həmin vaxtdan Quba rayonunun Susayqışlaq kəndində birgə təsərrüfat aparmaqla yaşayıblar. Hacıhüseynli bələdiyyəsinin 23 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Quba rayonu, Gənclər qəsəbəsində anadan olmuş Məmmədova (Mərdanova) Bahar Əhməd qızına başqa inzibati ərazidə yaşadığı üçün və torpaq sahəsi həmin inzibati ərazidə verildiyi üçün Gənclər kəndinin ərazisində ona torpaq sahəsi ayrılmamışdır. Azərbaycan Respublikası DİN BPQMİ 3-13- 18/2-10841/23 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1995-ci ildən P.Ağabalayevin daimi yaşayış yerin qeydiyyatı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 55 A, mən 5-dir. X9 filialının 3-48-DA-6F/2 -6xx-xx/2023 saylı, xx.xx. 2023-cü il tarixli məktubundan görünür ki, Quba rayonunun Susayqışlaq kəndi ərazisində fəaliyyət göstərmiş “Şahdağ” Aqrofirması tərəfindən vətəndaşlara əmlak payı verilməsi haqqında olan cədvəldə X2 adı yoxdur. Aşağı Atuc bələdiyyəsinin 10 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, P.Ağabalayev maddi normanın “bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər” tələbinin təsiri altına düşmür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən təqdim edilən 3-17-5/2-18753/2023 saylı xx.xx.2023-cü il tar ixli məktubdan görünür ki, torpaq islahatı aparılan dövrdə X1 rayonunun Susayqışlaq kəndin sovxoz və kolxozlarda daimi işləməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinin 3-43-46/2- 841/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, P.Ağabalayev xx.xx.1981- ci il tarixindən xx.xx.1983-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuş, daha sonra xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur və buna görə maddi normanın “sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər” tələbinin təsiri altına düşmür. Azərbaycan Respublikası DİN BPQMİ 3-13-18/2-10841/23 saylı xx.xx.2023-cü il tarixli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyindən təqdim edilən 3-17-5/2-18753/2023 saylı xx.xx.2023-cü il tarixli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinin 3-43-46/2-841/2023 saylı xx.xx.2023-cü il tarixli məktubları, habelə X9 filialının 3-48-DA- 6F/2 2- 58439/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş Quba rayonunun Susayqışlaq kəndinin 1991-1995-ci illərə aid təsərrufatbaşına kitabdakı qeydlərin birgə təhlili göstərir ki, P.Ağabalayev maddi normanın “sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxs” tələbinin təsiri altına düşmür. Beləliklə, 1983-cü ilin dekabr ayından Bakıda yaşayan, xx.xx.1993-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən, 1995-ci ildən Bakı şəhərində rəsmi qeydiy yatda olan və daimi yaşayan P.Ağabalayev “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin tələblərinin təsiri altına düşmür, buna görə Qanunla müəyyən edilmiş torpaq payı almaq hüququna malik olan subyekt deyil. Belə olan halda, P.Ağabalayevə Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunun tələbləri çərçivəsində torpaq payının ayrılması barədə sənədlərin təhrif olunmasına əsaslı şübhələr vardır. X9 filialının 3-48-DA-6F/2 258439/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş Quba rayonunun Susayqışlaq kəndinin 2001-2005-ci illərə aid təsərrufatbaşına kitabda P.Ağabalayev adına guya 0,68 ha torpaq sahəsinin mövcudluğu barədə qeyd təhrif edilmiş və 0,08 olan yazıda ikinci “0” rəqəmində düzəliş edərək 0,68 yazılıb, eyni zamanda sənəd t əhrif edilərkən digər sütun və sətirlərin bir-birinə uyğunluğu təmin edilməmişdir, nəticədə ziddiyyət yaranmışdır. Bundan başqa, 5 saylı Xaçmaz Ərazi İdarəsinin **********50 saylı xx.xx.2021-ci il tarixli məktubuna əsasən Quba rayonu, Susayqışlaq kəndində yerləşən 0,48 ha torpaq sahəsinə dair X2 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış aşkar edilməmişdir, halbuki P.Ağabalayev adına daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edilən **********54 reyestr nömrəli, xx.xx.2021 -ci il tarixli ********** nömrəsi ilə qeydiyyatı olan çıxarış mövcuddur. Kompüter ekranının üzərindən olan şəkildən görünür ki, daşınmaz əmlakın dövlət reyestri xidmətinin məlumat bazasında 18 saylı nömrəyə aid xx.xx.2020-ci il tarixinə İddiaçı adına 4799,788029 (m2) SHAPE_Area, yəni 0,48 ha torpağın sahəsinin mövcudluğu barədə xx.xx.2019-cu il tarixli qeyd vardır. 5 saylı Xaçmaz Ərazi idarəsinin **********450 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X3 adına Quba rayonu, Susayqışlaq kəndində yerləşən 0,48 ha torpaq sahəsinə aid mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrdən çıxarış aşkar edilməmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin 3-21-3- 34/2314/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qeyd edilən Qanunun tələblərinə zidd olaraq cavabdeh P.Ağabalayevin hüquqların dövlət qeydiyyatı xx.xx.2019cu il tarixli 160-11455A-3219 saylı polis arayışı və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-273/2020 saylı qərarı olmuşdur. Buna görə, yuxarı məhkəmələrin gəldiyi “X2 adına döv lət reyestrdən çıxarış hüquqmüəyyənedici sənəd olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında hazırlandığı” barədə nəticə yuxarıda qeyd edilən sənəddəki məlumata birbaşa ziddir. 5 saylı Xaçmaz Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 13.11-ci maddəsinin tələblərini kobud pozaraq dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə, kağız üzərindəki məlumata üstünlük verilməsi, dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilməsi tələbləri pozaraq uyğunsuzluq olduğu halda İddiaçı JNs-0018 KOD 30308028 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına üstünlük vermək əvəzinə polis arayışına, jurnal yazılarına, qonşu sahələrin torpaq sahəsinin planına və elektron formada olan yazılara üstünlük vermişdir. Bundan başqa, dövlət reyestr xidməti Sumqayıt İnzibati Məhkəməsinin 03.11,2020-ci il tarixli, 2-1(118)-273/2020 həmin qərarına əsas kimi istinad etsə də, sözügedən qərar P.Ağabalayevin mülkiyyət hüququnun tanınması haqqında deyil. Buna görə də yuxarıda qeyd edilən qərar mülkiyyət hüququnun tanınmasının qeydiyyatının əsas kimi çıxış edə bilməz. Buna görə də daşınmaz əmlakın dövlət reyestri hüquqmüəyyənedici sənədlər olmadan P.Ağabalayevin adına çıxarışın rəsmiləşdirməklə Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 10, 13.11-ci və bir sıra digər maddələrin tələblərini pozmuşdur. Məhkəmələr İPM 12-ci maddəsinin tələblərini tam həmcdə yerinə yetirmiş olsaydı, ərizə çinin sadaladığı dəlilləri və maddi normaların tələblərinin pozulmasını mütləq aşkar etmiş olardı. Müraciətin əsaslandırıcı hissəsində göstərilənlərə əsasən X4 Torpaq islahatı haqqında Azərbaycan Respublikasının tələblərinə əsasən həmin qanun subyekti olmadığı üçün və təsiri altına düşmədiyi üçün ümumiyyətlə torpaq payı ayrılmamalı idi. P.Ağabalayevə torpaq payının ayrılmasına dair sənədlər təhrif olunaraq saxtalaşdırılmış, daha sonra saxtalaşdırılmış sənədlər əsasında reyestr xidməti Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun, yəni maddi normalarının tələblərini kobud pozmaqla P.Ağabalayevin adına çıxarışı rəsmiləşdirmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(118)-344/2022 nömrəli qərardadı ilə (hakim:C.Məmmədov) ərizə t əmin edilməmişdir
8. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh təşkilata İPM-nin 100 və MPM-nin 432.2.1-ci maddəsində nəzərdə tutulan sonradan məlum olduğu halların heç biri mövcud deyil.
9. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiya məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-407/2024 nömrəli qərardadı ilə (hakimlər: Z.Məmmədov (sədrlik edən və məruzəçi), H.Babayeva və G.Cabbarova) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi İPM-in 100, 102, 106.3-cü maddələrinə isitnad edərək qeyd etmişdir ki, ərizəçinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi b arədə ərizə və apellyasiya şikayətinin dəlillərində icraatının təzələnməsi üçün əsas qismində istinad etdiyi hallar –dolayısı ilə həmin sübutun məhkəmə icraatı zamanı ərizəçiyə məlum olmaması kimi hal yuxarıda istinad olunan normada nəzərdə tutulmuş anlamda icraatın təzələnməsini şərtləndirən yeni hallar və ya sübutlar kimi qiymətləndirilə bilməz. Ərizəçinin dəlillərinin əksi olaraq müəyyən edilmişdir ki, X2 adı torpaq islahatı zamanı adlı siyahıda qeyd edilmişdir. Torpaq sahəsinin ayrılması üçün əsas adlı siyahı ilə yerli aqrar islahat komissiyasının qərarıdır. Başqa sözlə, torpaq sahəsinin ayrılması haqqında Dövlət Aktının olmaması mübahisə predmeti olan torpaq sahəsinin Pənah Ağababayev tərəfindən qanunsuz yolla əldə edilməsinə dəlalət edə bilməz.
12. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və “yeni açılmış hallar”la bağlı ərizəni icraata götürülməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Ərizəçi kassasiya şikayətində aşağıdakıları qeyd etmişdir: X4 Torpaq islahatı haqqında Azərbaycan Respublikasının tələblərinə əsasən həmin qanun subyekti olmadığı üçün və təsiri altına düşmədiyi üçün ümumiyyətlə torpaq payı ayrılmamalı idi. P.Ağabalayevə torpaq payının ayrılmasına dair sənədlər təhrif olunaraq saxtalaşdırılmış, daha sonra saxtalaşdırılmış sənədlər əsasında reyestr xidməti Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun, yəni maddi normalarının tələblərini kobud pozmaqla P.Ağabalayevin adına çıxarışı rəsmiləşdirmişdir. “Torpaq isl ahatı haqqında” Azərbaycan Respublikasının Qanununun subyekti olmayan, 1983-cü ildən şəhərə gedən, 1995-ci ildən şəhər sakini kimi qeydiyyata düşən P.Ağabalayevə torpaq islahatı ilə nəzərdə tutulmuş torpaq payı düşmür. P.Ağabalayevin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının subyekti olub-olmadığını yoxlamaq və həmin halların işin nəticəsinə köklü sürətdə təsir edib-etməcəyini yoxlamaq əvəzinə öncəki məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları ilə müəyyən edilmiş halları əsas kimi götürmüşdür. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxı r və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarı nı (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
103. Yeni açılmış ha llarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə
104. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmunu 104.1. Yeni açılmış hallarl a bağlı icraatın təzələnməsinə dair ərizədə aşağıdakılar göstərilməlidir: 104.1.1. mübahisə edilən məhkəmə qərarı haqqında məlumat; 104.1.2. icraatın təzələnməsi üçün əsaslar; 104.1.3. məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat; 104.1.4. ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat. 104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası m əhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəç inin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.
20. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçini n təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.
21. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərə cəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.
22. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “yeni açılmış hallar” barədə ərizədə yeni halların nədən ibarət olması tam olaraq göstərilməmiş, belə ki, ərizədəki hallar işin mahiyyəti ilə bağlıdır, bu hallar ilkin məhkəmə icraatı zamanı mövcud olmuş, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra yaranmamışdır. Göründüyü kimi, ərizəçinin istinad etdiyi hallar məhkəmə tədqiqatının obyektini təşkil edən hallar olmuşdur ki, bütün bunlara da işə baxan məhkəmələr tərəfindən artıq qiymə t verilmişdir.
23. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün bu qərarın 15-ci bəndində istinad olunan normalarda təsbit olunmuş aşağıdakı dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcud olduğu məhkəməyə və tərəfə məlum olmamalıdır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şərtlər birlikdə və eyni zamanda mövcud olmalıdı r.
24. Lakin hazırkı ərizəyə münasibətdə qeyd olunan dispozisiya şərtlərinin mövcudluğu, yəni ərizəçinin istinad etdiyi hal, iş üzrə icraatın təzələnməsinə əsas ola bilən hal kimi qiymətləndirilə bilməz.
25. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Ona görə də, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası dəyişdirilmədən QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(105)-407/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.