Məhkəmə qərarları › İş №2-1(102)-2386/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2386/2022

27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2386/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyası təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tab eliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 21(103)-1851/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən o: - xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Füzuli KTİ SMD-yə 1-ci dərəcəli fəhlə katib-makinaçı işləmiş; - xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilədək Füzuli 2 nömrəli SMD İB-də katibəmaşinist və normalaşdırıcı işləmiş; - xx.xx.1984-cü ildə Azərbayca n SSR ANN X7 Müəssisəsində (Füzuli SANM) kadrlar şöbəsində müfəttiş vəzifəsinə təyin edilmiş, xx.xx.1988-ci ildə kadrlar şöbəsinə müdir təyin edilmişdir. - Qaçqınlıqla əlaqədar olaraq Bakı şəhərində məskunlaşmış, ona görə də, xx.xx.1993-cü il tarixdə işə gedib-gələ bilmədiyi üçün işdən azad edilmişdir. - xx.xx.1993-cü ildə "xxxx" Dövlət Konserninin 11 nömrəli Yük X2 şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.1997-ci il tarixdən 11 nömrəli X8 “Bakısənayetikintinəqliyyat” İANB-nin 11 nömrəli YANM adlandırılmışdır. - xx.xx.1999-cu ildə yeni strukturun tətbiqi ilə əlaqədar olaraq işdən azad edilmiş, həmin tarixdə də yeni əmək müqaviləsi bağlanmaqla 11 saylı YANM-dən köçürmə yolu ilə "xxxx" ATSC-də kadrlar şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci il tarixdə vəzifəsindən a zad edilmişdir.

2. İddiaçının yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı müraciətindən cavabdehin 12 mart 2021-ci il tarixli **********5 nömrəli məktubu ilə imtina edilmişdir.

3. İmtina onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Təqdim edilən İT-İ seriyalı, ******* saylı əmək kitabçasına və ona əlavə edilmiş sənədlərə əsasən iddiaçının xx.xx.2006-cı il tarixinə kimi sosial sığorta stajı 24 il 5 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunveri ciliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Füzuli rayonundan olan məcburi köçkündür. Füzuli rayonu işğal olunan vaxtadək orada işləmiş və xx.xx.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Füzuli şəhəri işğal olunduqdan sonra Bakı şəhərinə gələrək 7 sentyabr 1993-cü il tarixdən 11 saylı Yük Avtomobil İdarəsində işə başlamışdır. İşğal dövrünə düşsə də, iş sta jında fasilə olmamışdır. İşdən çıxmamaqla köçürmə yolu ilə Bakı şəhərində işə başlamışdır. Yaşa görə əmək pensiyasına çıxmaq üçün 2 saylı Bakı “Asan xidmət” Mərkəzinə müraciət etmişdir. Onun ərizəsi bu təşkilatdan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Filialdan ona verilən cavab məktubunda qeyd edilmişdir ki “Təqdim etdiyi İT-0092574 saylı əmək kitabçasına və ona əlavə edilmiş sənədlərə əsasən onun xx.xx.2006-cı il tarixinə kimi sosial sığorta stajı 24 il 5 ay olmaqla qanunvericilikdə tələb olunan müddətdən 25 ildən az təşkil edir. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır”. Ona ünvanlanan cavab məktubunda qeyd edildiyi kimi, onun sosial sığorta stajı 2006-cı il tarixədək deyil, xx.xx.2007-ci il tarixədək hesablanmalıdır ki, bu halda, tələb olunan 25 ildən artıqdır.

6. Cavabdeh iddia tələbinə dair yazılı etirazında göstərmişdir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki əsas eyni anda mövcud olmalıdır: 1) vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir, yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçıya münasibətdə birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, xx.xx.2021-ci ildə yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixdədək olan dövr və xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyini iddia etdiyi dövr mübahisələndirilir. İşin faktiki hallarına əsasən, iddiaçının xx.xx.1978-ci il tarixli İT-l № ******* nömrəli əmək kitabçasına əsasən 24 il 5 ay sosial sığorta stajı mövcuddur (xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək (1 il 8 ay 1 gün), xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək (13 il 9 ay), xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (9 il) işlədiyi dövrlər nəzərə alınmaqla). İş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasındakı qeydlərdə xx.xx.1999-cu il tarixdə iddiaçının "Bakı-Yük- Avtonəqliyyat-11” Açıq tipli Səhmdar Cəm iyyətinə köçürmə yolu ilə kadrlar şöbəsinin rəisi təyin edilməsi, xx.xx.2007-ci il tarixli 07 nömrəli əmrlə işdən azad edilməsi göstərilmişdir. İddiaçı xx.xx.2007-ci il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu halda “Sığorta AS”-də onun adına ödənilən məcburi dövlət sığorta haqları göstərilməli, yığılmış pensiya kapitalı əks olunmalı idi. Lakin göstərilən heç bir hal baş verməmiş, iddiaçının adına ödənilən heç bir məcburi dövlət sosial sığorta haqqı qeydə alınmamışdır. İddiaçı sığortaolunan kimi uçota alınmamışdır. İddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün adına ödənilən məcburi dövlət sosial sığorta haqqı olmadığından xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan işlədiyini iddia etdiyi dövrlər sosial sığorta stajına daxil edilə bilməz. İddiaçının təqdi m etdiyi əmək kitabçasının 8-ci səhifəsindəki 10-cu qeyddə gözlə görüləcək şəkildə düzəlişlər edilmişdir. Həmin qeyd kiril qrafikalı əlifba ilə yazıldığı halda növbəti sətirdə latın qrafikalı əlifba ilə “təyin edilsin, düzəlişə inanılsın” qeydi aparılmışdır. Əlavə olaraq, əmək kitabçasının 15-ci səhifəsində iddiaçının xx.xx.1993-cü il tarixli 65 nömrəli əmrlə işdən azad edildiyi qeyd olunmuşdur. Belə ki, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək iddiaçının "xxxx" Dövlət Konserninin 11 nömrəli X4 işləməsi ilə əlaqədar hər hansı qeyd əmək kitabçasında öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək iddiaçının işlədiyini iddia etdiyi dövrlər sosial sığorta stajına daxil edilə bilməz.

7. İddiaçı tərəfindən cavabdehin etirazına yazıl ı münasibətdə bildirilmişdir ki, onun xx.xx.1978-ci ildən xx.xx.2006-cı il tarixədək olan dövr onun ümumi iş stajının 27 il 8 ay 26 gününü təşkil edir. Belə ki, o, 5 aprel 1978-ci ildən 6 avqust 1984-cü ilədək SSRİ Su Təsərrüfatı və Meliorasiya Nazirliyinin “Azərkənd təssərüfatı su kəməri çəkilişi tikintisi” X9 2 nömrəli X1 (2 nömrəli SMD) müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1984-cü ildən isə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Füzuli Sərnişin X2 Şöbəsinin rəisi vəzifəsində işləmişdir. 23 avqust 1993-cü il tarixdə Füzuli rayonu ermənilər tərəfindən işğal edildiyindən o, Bakı şəhərinə gəlmiş və 7 sentyabr 1993-cü ildən Azərbaycan Respublikası "xxxx" Dövlət Konserninin Bakı şəhəri, Montin qəsəbəsindəki 11 saylı Yük X2 Şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.1993-cü ildə isə Beyləqan rayonuna gedərək Füzuli SANM-dən işdən azad olunmasını rəsmiləşdirmişdir (Əmr N 65, xx.xx.1993). xx.xx.1993-cü il tarixdən (Əmr N 57, xx.xx.1993) Bakı şəhəri 11 saylı YANMdə işləmişdir. Əmək kitabçasında öz səhvi ucbatından Kadrlar Şöbəsinin rəisi vəzifəsinə “təyin olunsun” əvəzinə səhvən “azad olunsun” yazılmış və sonradan səhvə düzəliş edilərək müəssisənin möhürü ilə təsdiq edilmişdir. Sosial Müdafiə Fondunun hesabladığı iş stajında həmin qaralamaya əsasən onun iş stajı mübahisəli sayılaraq 24 il 5 ay hesablanmışdır. O, xx.xx.2006-cı ildən sonra sosial sığorta ödənişinin olmadığı ilə razıdır.

8. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(112)-7063/2021 nömrəli qərarı (hakim A.A.Abdullayeva) ilə iddia təmin edilmiş, iddiaçıya 62 yaşından, yəni xx.xx.20 21-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək kitabçasının 8-ci və 10-cu səhifələrində olan qeydlərin mötəbərliyinin sübut edilməsi, eləcə də, xx.xx.1993cü il tarixli, 65 nömrəli əmrlə işdən azad edilməsi məsələsinin aydınlaşdırılması məqsədilə məhkəməyə "xxxx" ASC-yə məxsus olmuş 1993 və 1999-cu il tarixli əmrlər kitabı təqdim edilmişdir. İddiaçıya məxsus əmək kitabçasına, 11 saylı X6 (sonradan "xxxx" ASC-yə) məxsus olmuş 1993-cü il tarixli və 1999-cu il tarixli əmrlər kitabına keçirilən birgə baxış zamanı müəyyən edilmişdir ki, həqiqətən iddiaçının 7 sentyabr 1993-cü il tarixdən 11 saylı X6 Kadrlar Şöbəsinin rəisi vəzifəsinə təyin olunması barədə Müəssisənin 57 nömrəli, xx.xx.1993-cü il tarixli əmri, eləcə də, onun xx.xx.1999-cu il tarixdə yeni strukturun tətbiqi ilə əlaqədar olaraq xx.xx.1999-cu il tarixdən işdən azad edilməsi barədə xx.xx.1999-cu il tarixli, 02 nömrəli əmri və yeni strukturun təşkili ilə əlaqədar olaraq "xxxx" ASC-yə kadrlar şöbəsinin rəisi vəzifəsinə təyin edilməsi barədə xx.xx.1999-cu il tarixli, 10 nömrəli əmri mövcuddur. İddiaçı xx.xx.1993-cü il tarixdə 11 saylı X3 deyil, Füzuli SANM-dən işdən azad olunmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasında olan qeydlərin mötəbərliyini şübhə altına alan hər-hansı bir əsasın mövcud olması müəyyən edilməmişdir. Göstərilən hal cavabdehin iddiaçının sığorta stajının mötəbər sayılmaması ilə bağlı dəlillərini əsassız etmişdir.

10. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının adına xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi müəyyən edilməsə də, iddiaçı xx.xx.2006-cı il tarixədək artıq 25 ildən çox sığorta stajına malik olduğundan, həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi üçün məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsi əhəmiyyət daşımır. Məhkəmə eyni zamanda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı dəlilinə münasibətdə də göstərmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək artıq 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya k apitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır. Belə ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 20 22-ci il tarixli, 2-1(103)-1851/2022 nömrəli qərarı (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(112)-7063/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə yazılı etirazının dəlilləri ilə eynilik təşki l edir. Cavabdeh əlavə olaraq göstərir ki, iddiaçının mübahisələndirilməyən ümumi sığorta stajı 24 il 5 aydır. İddiaçının mübahisələndirilən sosial sığorta stajı 5 il 3 ay 3 gündür (2006-cı il tarixədək 3 il 3 ay 7 gün). İddiaçının 24 il 5 aya münasibətdə 20570.08 manat pensiya kapitalı mövcuddur. Mübahisələndirilən 3 il 3 ay 7 günə (xx.xx.2006-cı il tarixədək) münasibətdə 2737.99 manat pensiya kapitalı hesablanır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2021-cİ il tarixli 1-6-118/5102-21 nömrəli məktubunda "xxxx" Dövlət Konserninin 11 nömrəli X5 sənədlərinin arxivə təhvil verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli 4/1409 nömrəli arayışında "xxxx" Dövl ət Konserninin 11 nömrəli X5 arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il **********026700 nömrəli məktubuna əsasən xx.xx.2005-ci il tarixdə "xxxx" ASC kimi dövlət qeydiyyatına alınmış cəmiyyət ümumi yığıncağın xx.xx.2014-cü il tarixli qərarı ilə təşkilatıhüquqi formasını dəyişərək "xxxx" MMC-ə çevrildiyi qeyd olunmuşdur. Cəmiyyətin xx.xx.2005-ci il tarixli nizamnaməsinin 1.1-ci maddəsinə əsasən cəmiyyət xx.xx.1998-ci il tarixdə D-2886 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin baz asında yaradılmışdır və onun hüquqi varisidir. İddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" Dövlət Konserninin 11 nömrəli X4 işlədiyini iddia etdiyi dövrlər həmin müəssisə dövlət qeydiyyatında olmamışdır. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu kollegiyasının 23 aprel 1997-ci il tarixli, 3/1 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığorta üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”nın 2-ci bədinə əsasən sığorta iştirakçıları məcburi dövlət sosial sığortaedənləri kimi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu orqanlarında uçota durmalıdırlar. Həm əvvəlki, həm də hazırda qüvvədə olan pensiya qanunvericiliyinin tələbi şəxsin işlədiyi dövr üzrə sosial sığorta haqlarının hesablanaraq ödənilməsidir. Nəzərə alınmalıdır ki, müəssisənin rəsmi qeydiyyata alınmaması o deməkdir ki, qeydiyyata alınmazdan əvvəl məcburi dövlət sosial sığortası ilə əlaqədar hesabat təqdim etməmiş, Dövlət Sosial Müdafiə Fondu ilə hesablaşma aparmamışdır. İddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" Dövlət Konserninin 11 nömrəli X4 işlədiyini iddia etdiyi dövrlər onun sığorta stajına daxil edilə bilməz. İşi araşdıran hər iki instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılması zamanı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin rədd edilməs i barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 1 iyul 2017-ci ilədək qüvvədə olan redaksiya: 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək) yaşa görə əmək pensiyası hüququ vardır. 1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya: 62 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əm ək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 19. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (6 mart 2007-ci il tarixinədək qüvvədə olmuşdur): Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

20. Azərbaycan R espublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 21. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 22. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə

1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırı lması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərard adı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edi lən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyas ı məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Cavabdehin mübahisələndirdiyi 25 sentyabr 1993 – 1 yanvar 1997-ci il tarixlərə aid əmək fəaliyyətinə dair apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin müddətlə bağlı iddiaçının əmək kitabçasının məlumatlarının mötəbərliyini qəbul etmişdir. Belə ki, "xxxx" Dövlət Konserninin 11 nömrəli X5 1993 və 1999-cu il tarixli əmrlər kitablarını tədqiq edən apellyasiya instansiya məhkəməsi iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbər olmasını bir daha təsdiq etmiş, əmək kitabçasındakı qeydlərlə əmr kitablarındakı məlumatların bir-biri ilə tam uzlaşdığını müəyyən etmişdir.

32. Cavabdehin imtina məktubuna və şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı mübahisələndirilən dövr üzrə müəssisədəki əmək fəaliyyətinə 7 sentyabr 1993-cü ildə başlamışdır. xx.xx.1997-ci il tarixdə iddiaçının işlədiyi 11 nömrəli X8 “Bakısənayetikintinəqliyyat” İANB-nin 11 nömrəli YANM adlandırılmışdır. İddiaçı xx.xx.1999-cu ildə yeni strukturun tətbiqi ilə əlaqədar olaraq işdən azad edilmiş, həmin tarixdə də yeni əmək müqaviləsi bağlanmaqla 11 saylı YANM-dən köçürmə yolu ilə "xxxx" ATSC-də kadrlar şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci il tarixədək həmin vəzifədə işləmişdir.

33. Nəzərə alınmalıdır ki, cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasında iddiaçının 25 sentyabr 1993-cü il tarixdən işdən azad olunması ilə bağlı əmək kitabçasındakı qeyd, habelə, xx.xx.1993-xx.xx.1997-ci il tarixlərdə iddiaçının əmək fəaliyyəti haqqında məlumatın olmaması dayanır. Cavabdeh iddiaçının müraciətindən imtina edərkən nəzərə almamışdır ki, iddiaçı 11 nömrəli X6 məhz 7 sentyabr 1993-cü ildə işə qəbul olmuş və davamlı olaraq həmin müəssisədə çalışmışdır ki, cavabdeh də xx.xx.1997-ci il tarixdən sonrakı dövrü mübahisələndirmir. Əmək kitabçasında iddiaçının xx.xx.1993-cü ildə işdən azad edilməsi barədə olan qeyd onun 11 nömrəli X3 deyil, 1979cu ildən fasiləsiz olaraq çalışdığı və cavabdehin d ə mübahisələndirmədiyi X7 Müəssisəsindən işdən azad olunması ilə bağlıdır.

34. Hazırkı qərarın 21-ci bəndində qeyd edilən normanın tələbinə əsasən sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur, əksinə, iddiaçının əmək kitabçasındakı məlumatların doğruluğunu təsdiq edən sübutlar aşağı instansiya məhkəmələri tərəfindən əldə edilərək işə əlavə edilmişdir.

35. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

36. Qərarın 18-ci bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.

37. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1851/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar