Məhkəmə qərarları › İş №2-1(102)-2386/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2386/2024

01.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2386/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın qismən ləğv edilməsi; hüquqmüəyyənedici sənədin mövcud olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X13, Rəşidova (Səfərova) Sevil Ağaşirin qızı, X5) “çıxarışın q ismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-188/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Ağsu rayonu Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş ünvan 1i üzrə 1995-2001-ci il tarixlərə aid təsərrüfatbaşına kitabdan 185 №-li şəxsi hesabdan çıxarışdan müəyyən edilir ki, 1975-ci il tarixdə tikildiyi qeyd edilən fərdi yaşayış evi üzrə təsərrüfat başçısı X7, təsərrüfat üzvləri isə X13, X11 və X6 olmuşdur. 2. 150 inventar nömrəli, sentyabr 1988-ci il tarixli texniki pasporta əsasən, ünvan 1ində yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti X8 qeyd edilmişdir.

3. JN-072F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Ağsu rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı ilə X4 4 nəfər ailə üzvü ilə birlikdə 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir.

4. RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1ində, 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X3 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 5. 01.08.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən xx.xx.2001-ci il tarixdə ölmüş X3 vərəsələri X12, X13 və X1 bərabər hissələrdə pay almalı olduqları, miras əmlakın ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,10 ha torpaq sahəsindən X4 çatan hissədən və ümumi sahəsi 78.5 kv.m ola n fərdi yaşayış evindən ibarət olduğu qeyd edilmişdir.

6. RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1ində, 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X13, X12 və X1 bərabər hissəli payları olmaqla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 7. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş sənəddən görünür ki, Ağsu rayonunun Kalva kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə X8, X13, X11 və X2 adları qarşısında 0,10 ha, İddiaçı adının qarşısında 0,12 ha torpaq sahəsi qeyd edilmişdir.

8. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş JN-509F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətn amədən görünür ki, Ağsu RAİK-nın xx.xx.1998-ci il tarixli 07 saylı qərarı ilə X9 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir.

9. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ünvan 1ində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin özünə çatan hissəsini ayıraraq reyestrdən çıxarışın verilməsini xahiş etmiş, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Ağsu rayonun Kalva kəndində 0.10 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi qanuni əsaslarla X3 adına qeydiyyata alınmış və sonradan xx.xx.2016-cı il tarixdə həmin ev onun vərəsələri X10, X12 və X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X3 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 oktyabr 2015-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarışın fərdi evin bir hissəsinə münasibətdə qismən ləğv edilməsinə, sonradan vərəsəlik qaydasında xx.xx.2016 tarixində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** nömrəli, RX seriyalı ******* nömrəli çıxarış qismən etibarsız hesab edilməsinə və bu tələbə uyğun olaraq Ağsu rayonunun Kalva kəndində 0.10 ha torpaq sahəsi üzərində 1970-ci ilin əvvəlində, torpaq sahəsinin yola bitişik hissəsindən ibarət kürsülü evin, küçə istiqamətindən sağ yarısına və 60 kv.m yaxın həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın döv lət reyestrində qeydiyyata alınması və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-880/2023 nömrəli qərardadı ilə X13, Rəşidova (Səfərova) Sevil Ağaşirin qızı və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər.

12. Şəki İnzibatı Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-880/2023 nömrəli qərardadı ilə iddia tələbi “sonradan vərəsəlik qaydasında xx.xx.2016 tarixində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** nömrəli, RX seriyalı ******* nömrəli çıxarış qismən etibarsız hesab edilməsinə və bu tələbə uyğun olaraq Ağsu rayonunun Kalva kəndində 0.10 ha torpaq sahəsi üzərind ə 1970-ci ilin əvvəlində, torpaq sahəsinin yola bitişik hissəsindən ibarət kürsülü evin, küçə istiqamətindən sağ yarısına və 60 kv.m yaxın həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır.

13. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-349/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-880/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2189/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-349/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının əsaslandırması:

15. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ünvan 1ində doğulub böyümüşdür. Onun valideynləri 1970-ci ilin əvvəlində 0,10 ha torpaq sahəsində ev inşa etmişlər. Həmin ev qardaşı Səfərov Ağaşirin ilə arasında püşkatma ilə bölünmüşdür. Sonrada iddiaçıya məlum olmuşdur ki, torpaq sahəsinə dair şəhadətnamə, evə isə çıxarış qardaşının adına verilmişdir. Bundan sonra iddiaçı çıxarışın etibarsız hesab edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdehin etirazları:

16. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, 14 saylı Şama xı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8ci maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. İddiaçı iddia etdiyi Ağsu rayonun Kalva kəndində 0.10 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi qanuni əsaslarla qardaşı X3 adına qeydiyyata alınmış və sonradan xx.xx.2016-cı il tarixdə həmin ev onun vərəsələri X10, X12 və X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-880/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “X3 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 oktyabr 2015-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarışın fərdi yaşayış evinin bir hissəsinə münasibətdə qismən ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təs diq edən sənədlərin siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1- dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) hüququn qeydə alınması üçün zəruri sənəd olaraq qeyd edilmişdir. İddiaçıya isə JN-509F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Ağsu RAİK-nın xx.xx.1998-ci il tarixli 07 saylı qərarı ilə 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmış və iddia olunan fərdi yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatına əsas olacaq hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir.

19. İddiaçı həmin qərardan apellyasiy a şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-188/2024 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-880/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə ey nilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin yardım məktubu əsasında qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi ilə bağlı Ağsu Rayon Məhkəməsində iddia qaldırmış, iddia təmin edilmiş və həmin şəhadətnamə ləğv edilmişdir. Lakin apellyasiya məhkəməsi həmin qətnaməni nəzərə almamışdır. b) Kassasiya şikayətinə etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 a y, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibat i mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri o lan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

33. İş üzrə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı 06 oktyabr 2015-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarışın fərdi yaşayış evinin bir hissəsinə münasibətdə qismən ləğv edilməsinə nail olmaqdır. Belə ki, iddiaçı sözügedən fərdi yaşayış evinin küçə istiqamətind ən sağ yarısının qardaşı Ağaşirin Səfərovla aralarında püşkatma ilə bölündüyünü bildirərək bütövlükdə fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qardaşı Ağaşirin Səfərovun adına qeydə alınmasını əsassız hesab edir.

34. İş materiallarında olan Ağsu rayonu Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş ünvan 1i üzrə 1995-2001-ci il tarixlərə aid təsərrüfatbaşına kitabdan 185 №-li şəxsi hesabdan çıxarışdan müəyyən edilir ki, 1975-ci il tarixdə tikildiyi qeyd edilən sözügedən fərdi yaşayış evi üzrə təsərrüfat başçısı X7, təsərrüfat üzvləri isə X13, X11 və X6 olmuşdur.

35. Həmçinin 150 inventar nömrəli, sentyabr 1988-ci il tarixli texniki pasportda həmin fərdi yaşayış evi üzrə hüquq subyekti X8 qeyd edildiyindən cavabdeh orqan haqlı olaraq ******* nömrəli çıxarışda fərd i yaşayış evi üzərində mülkiyyət hüququnun X4 məxsus olması barədə qeydiyyat aparmışdır.

36. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1- dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) hüququn qeydə alınması üçün zəruri sənəd olaraq qeyd edilmişdi.

37. İddiaçıya isə JN-509F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Ağsu RAİK-nın xx.xx.1998-ci il tarixli 07 saylı qərarı ilə 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmış və iddia olunan fərdi yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatına əsas olacaq hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir.

38. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-188/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar