Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2387/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçı2, İddiaçıların vəkili (nümayəndəsi) Vəkil1, Üçüncü şəxs “xxxx” MMC-nin vəkili X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: “xxxx” MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi) “inzibati aktın etibarsız sayılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 14 may tarixli 2-1(103)-1219/2019 nömrəli qərarda dından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçılar 2018-ci il 14 mart tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının “xxxx” MMC-yə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında 2015-ci il 3 sentyabr tarixli, 367 saylı Sərəncamının etibarsız hesab olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 6 mart tarixli2-1(81)-76/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar həmin qərardaddan olunmasını xahiş etmişlər. apellyasiya şikayəti verərək qərardadın ləğv Apellya siya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 14 may tarixli 2-1(103)-1219/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə hər hansı bir subyektiv hüquqları yoxdur. Məhkəmənin qərardadı iddiaçılara 2019-cu il 31 may tarixdə təqdim edilmişdir. İddiaçılar həmin qərardaddan 2019-cu il 3 iyun tarixdə kassasiya şikayəti vermişlər. Onlar qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını tələb edirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləs inin (bundan sonra mətndə - İPM) 35.1-ci maddəsinə və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 saylı Qərarına istinad etmiş, qeyd edilən prosessual hüquq normasının məzmununu və Plenum qərarında göstərilənləri sadalasa da, hazırkı iş üzrə iddianın mümkün sayılmamalı olmasına aidiyyətini əsaslandırmamışdır. Məhkəmə nəzərə almamışdır ki, etibarsız hesab edilmiş, yaxud ləğv edilmiş mülkiyyət sənədlərinə qədər mübahisəli torpaq sahəsinə dair Bakı şəhəri X3 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12151-dən 1948-ci il 19 mart tarixdə çıxarış verilmişdir və hə min çıxarışa əsasən X ünvanında yerləşən ev mülkiyyət hüququ əsasında ½ hissədə x qızının, ½ hissədə x oğlunun adlarına qeydiyyatdan keçmişdir. 1965-ci ilin mart ayında Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X ünvanı üzrə X oğlunun oğlu (vərəsəsi) x oğlunun adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport tərtib edilərək təsdiq edilmişdir. Həmin pasportdan görünür ki, ev sahibi (x oğlu) “Bakı şəhəri X3 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12151-dən 1948-ci il 19 mart tarixdə çıxarış” üzrə sahənin evin həqiqi istifadəçisi sayılır. Həmçinin, həmin pasportdan görünür ki, meyda nçanın ümumi sahəsi 236 kv. m-dir. Qeyd edilən çıxarışı və pasport hazırda qüvvədədir. X ünvanında yerləşən ev ½ hissədə mülkiyyətçisi olmuş X oğlunun hazırda yaşayan vərəsəsidir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçıların vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı2 vəkilin izahatında göstərilənləri müdafiə etdi. Üçüncü şəxs “xxxx” MMC-nin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin və digər üçüncü şəxsin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məh kəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 36-cı maddəsinin müddəalarına əsasən,...tanınma haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bi lər (36.1)....tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (36.2)....tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər (36.3). İnzibati aktın etibarsızlığının tanınmasına dair iddia üzrə qərarın qəbulu üçün xüsusi mümkünlük şərtləri baxımından iddiaçının müəyyən etmə marağı ondan irəli gəlməlidir ki, o, inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırsın. Lakin iddiaçı bu məzmunda iddianı o halda irəli sürə bilər ki, istinad etdiyi nəticələr onun subyektiv hüquq sferasına aid olsun. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, inzibati məhkəmə icraatı qay dasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Tanınma haqqında iddianın mümkün olması üçün iddiaçının qısa müddət ərzində iddia qaldırmaqda maraqlı olması və subyektiv hüquqa malik olması kimi şərtlər mövcud olmalıdır. Hazırkı işdə iddiaçıların mübahisəli daşınmaz əmlaka münasibətdə subyektiv hüquqa malik olduğunu təsdiq edən hal müəyyən edilməmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 adına olan 2017-ci il 8 aprel tarixli 2V-47 reyestr nömrəli “qanun üzrə vərəsəlik şəhadətnaməsi” etibarsız hesab edilmiş, onun əsasında verilmiş ******* nömrəli, 2017-ci il 20 may tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış 2017-ci il 3 iyun tarixli 4Ə-1112 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, onun əsasında verilmiş ******* nömrəli 2017-ci il 8 iyun tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4399/2018 saylı, 2018-ci il 16 may tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)306/2018 saylı iş üzrə 2018-ci il 26 yanvar tarixli qətnaməsi “xxxx” MMC-yə, İddiaçı1 və İddiaçı2 münasibətdə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 8 oktyabr tarixli, 2(102)-6392/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4399/2018 saylı, 2018-ci il 16 may tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçıların Bakı şəhər İcra Hakimiyyətinin 2015-ci il 3 sentyabr tarixli, 367 saylı sərəncamının etibarsızlığının tanınmasını tələb etməyə subyektiv hüquqları yoxdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 14 may tarixli 2-1(103)-1219/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova A.S.Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-2387/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2387/2019
28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver