Məhkəmə qərarları › İş №2-1(102)-2387/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2387/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2387/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X2 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X2 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fili alına qarşı yaşa görə əmək pensiyasının 01.01.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-329/2021 nömrəli iş üzrə 28.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının 01.01.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi xahiş etmişdir.

2. Cavabdehin 21.01.2021-ci il tarixli, **********9 nömrəli etiraz məkrubunda qeyd edilir ki, Qullar kənd sakini İddiaçı məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinin 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş sonuncu 3-cü cümləsi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının 01.01.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsini iddia etmişdir. Cavabdeh orqan bundan imtina etmişdir və hesab etmişdir ki, iddiaçıya təyin olunmuş pensiyanın yenidən hesablanması həyata keçirilməməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X2 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək pensiyaları haqqında Qanunun 27.1-ci maddəsinin sonuncu 3-cü cümləsi n əzərə alınmaqla yaşa görə əmək pensiyasının 01.01.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsində qeyd olunur: Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq h esablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır (sonuncu cümlə 2017-ci il iyulun 1- dən qüvvəyə minir). 2017-ci il iyulun 1-dən sonra pensiya hüququ yaranan şəxslərə pensiya hesablanarkən Qanunun 27.1-ci maddəsinin sonuncu 3-cü cümləsinin qaydası nəzərə alınmaqla pensiyanın məbləği müəyyən olunmalıdır. İddiaçıya 2018- ci il 1 yanvar tarixdən yaşa görə əmək pensiyası təyin edilərkən sığortaolunan olduğu halda Qanunun 27.1-ci maddəsinin sonuncu cümləsi nəzərə alınmadan pensiya təyin edilmiş və hesablanmışdır.

5. Birinci instansiya məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(116)140/2021 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək pensiyaları haqqında Qanunun 27.1-ci maddəsinin sonuncu 3-cü cümləsi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının 01.01.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin rəd d edilməsi qərara almışdır.

6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.8, 1.0.10, 1.0.12, 27.1-ci maddələrinə, İPM-in 34.1, 52, 69.5-ci madələrinə əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçının müraciətini təmin etməməklə cavabdeh inzibati orqan haqlı olmuşdur.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(116)-140/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 28.09.2021-ci il tarixli, 2-1(107)-329/2021 nömrəli (hakimlər Ayaz Ma hmudov - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Mahir Əsədli) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(116)-140/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

9. Apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 12, 38, 71-ci maddələrini, “İnzibati icraat haqqında” Qanunun 19.1, 46.3-cü maddələrini, həmçinin birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, iddia tələbinin təmin edilməməsi nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

10. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın məhkəməyə təqdim etdiyi bu yazılı sənədlərinin ümumilikdə məzmunundan belə fikrə gəlinir ki, ona pensiya hesablanarkən 2006-cı il yanvar ayının 01-dən 2017-ci il iyul ayının 1-dək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 80 faiz artırılaraq pensiya hesablanmışdır. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilən məktub və arayışlarda 2006-cı ildən pensiya təyin edilən 01.01.2018-ci il tarixə fərdi hesabında yığılan pensiya kapitalı haqqında məbləğ müxtəliflik təşkil edir. (8295man. 7582.man. 6158 man. 6320man.) Həmin məktub və arayışlarda cavabdeh orqanın müxtəlif idarələri (Sosial ödənişlərin təyina tı üzrə Mərkəz, Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəz və 16 saylı ərazi idarəsi) məhkəməyə təqdim etdikləri məktub və arayış larında 2017-ci il tarixə fərdi hesabında toplanmış pensiya kapitalının məbləğini göstərsələr də toplanmış pensiya kapitalının 80 faiz artırılmasını təsdiq edən, sübuta yetirən hər hansı bir sənəd əlavə etməmişlər. Dövlət Sosial Müdafiə X1 sistemindən elektron imza əsasında əldə etdiyi və 2006-cı ildən 2019-cu ilədək əmək fəaliyyəti ilə bağlı (əmək haqqları və onun əsasında ödənilmiş məcburi sığorta haqları və onun tərəfindən birbaşa ödənilmiş məcburi sığorta haqlar və. sənədlər) tam dəqiq məlumatları əks etdirən “Sosial arayışı” Şəki İnzibati Məhkəməsinə şəxsən bilavasitə təqdim etmişdir. İddiaçı olaraq ona görə iddia tələbi ilə bağlı düzgün və obyektiv məlumatlar bu sənəddə öz əksini tapır. Şəki İnzibati Məhkəməsi, eyni zamanda İnzibati Kollegiya qərar çıxararkən “Sosial arayışda” qeyd edilən məlumatları ümumiyyətlə nəzərə almamışlar. 11. “Sosial arayışda” 2006-cı il 01 yanvar tarixdən 2017-ci tarixə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı 5657.00 manat olmuşdur. İndeksləşmə ilə 2017-ci il tarixə pensiya kapitalı 6975.00 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondu Balakən rayon şöbəsinin iddiaçıya ünvanlanmış 07 may 2019-cu il tarixli, 156 nömrəli məktubunda 01.01.2006-cı ildən pensiya hüququnun yarandığı tarixə 6975.00 manat pensiya kapitalı olduğu nəzərə alınmışdır. Məhkəmə qərarlarında da qeyd edilir ki, 2006-cı il 01 yanvar tarixədək sığorta stajı 29 il 4 ay olmuş və indeksasiya nəticəsində 20576.00 manat təşkil edib. Bu rəqəm əsasında hesablanan 1-ci mərhələ üzrə pensiya məbləği 143.00 manata bərabər olmuş dur. İddia tələbində 2006-cı il tarixədək olan hal mübahisələndirilmir. İddia tələbi “Əmək pensiyaları haqqında Qanunun 27.1-ci maddəsinin 2017-ci il 01 iyul tarixdə qüvvəyə minmiş sonuncu 3-cü cümləsi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının 01.01.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi ödəliyinin DSMF-nin Balakən rayon şöbəsinin üzərinə qoyulmasına dairdir.

12. Amma ona pensiya təyin edilib hesablanan zaman sığortaolunan olduğu halda Qanunun 27.1-ci maddəsinin sonuncu cümləsinin norması tətbiq edilmədən pensiya hesablanmışdır. Yuxarıda qeyd etdiyim kimi 2017-ci il tarixə kimi fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı 6975.00 manat olmuşdur. 6975.00 manat pensiya kapitalı Qanunun 27.1-ci maddəsinin 3-cü cümləsinə uyğun olaraq 80% artırılmamışdır.

13. Nəticədə ilkin pensiyanın məbləği 143.00 man + 87.00 man = 230 manat olmalı halda, cavabdeh tərəfindən ona iş materiallarında qeyd olunduğu kimi 185.00 manat hesablanıb. 14. "Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə Respublika Prezidentinin 2006-cı il 6 mart tarixli 1377 nömrəli Fərmanında dəyşikliklər edilməsi haqda 1 may 2017-ci il tarixli 1352 nömrəli fərmanının 3cü hissəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 15. 2006-cı il 1 yanvar tarixdən 2017-ci ilin 1 iyul tarixinədək toplanmış pensiya kapitalı 80 faiz artırılaraq 2017-ci il iyul tarixə qeydə alınmalı və ona əsasən pensiya hesablanmalı idi. İnzibati Kollegiyanın qeyd edilən fikrindən də aydın olur ki, 27.1ci maddənin 3-cü c ümləsi işləyən əmək pensiyaçılarına da şamil olunmalıdır. Fikrinə görə Sığortaolunan şəxs 2017-ci il iyul tarixdən sonra pensiyaya çıxırsa, bu şəxs 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının 80 faiz artırılaraq 2017-ci ilin 01 iyul tarixinə qeydə alınmasını tələb etməlidir, və ya 2014-cü ilin yanvar ayından pensiyaya çıxmış şəxs 2017-ci il 01 iyul tarixədək, sonra işləməkdə davam edirsə o şəxs pensiyaya çıxdığı 2014-cü ildən 2017-ci il iyul tarixədək toplanmış pensiya kapitalının 80 faiz artırılaraq 01 iyul 2017-ci il tarixə qeydə alınmasını tələb edə bilər. Bu şəxs işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə Qanunun 37.3.2-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalın a görə pensiyası yenidən hesablanmalıdır.

16. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin 28.09.2021-ci il tarixli, 2-1(107)-329/2021 nömrəli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün müvafiq məhkəməyə göndərilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. «Əmək pensiyaları haqqında» Qanun: Maddə 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya k apitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.

18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiy mətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlar la əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2 Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntula r səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxt ında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası ilk öncə cavabdehin iddiaçıya ünvanlandığı 28.02.2019-cu il tarixli cavabında mövcud olan müddəaların nəzərdən keçirilməsini zəruri hesab edir.

22. Belə ki, həmin cavab məktubunda yazılmışdır ki, “01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş ş əxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır”.

23. Daha sonra cavab məktubunda göstərilmişdir ki, “Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 01 yanvar tarixindən 2017-ci il 01 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla 2017-ci il 01 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır ”.

24. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, eyni müddəalar və eyni mətndə DSMF-nin Publik Hüquqi şəxsin 16 saylı Ərazi filialının Şəki İnzibati Məhkəməsinə göndərdiyi 17.12.2020-ci il tarixli, **********4 saylı m əktubunda öz əksini tapmış, bununla yanaşı yazılmışdır ki, “01.01.2006-cı ildən sonra İddiaçı fərdi hesabın sığorta hissəsində isə 7 il 3 ay üçün 6.158,44 manat olmuşdur”.

25. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qərarının “əsaslandırma hissəsində” 6158,44 manat məbləği göstərilsə də, apellyasiya instansiyası məhkəməsi həmin məbləği yalnız yazmaqla kifayətlənmiş, bu məsələ üzrə hər hansı araşdırma aparmamışdır.

26. Belə ki, məlum olduğu kimi “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 27. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 27-ci maddənin adında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış” sözləri “Qazanılmış” sözü ilə əvəz edilmişdir. 28. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.

29. Lakin yuxarıda artıq göstərildiyi kimi, apellyasiya məhkəməsi qərarında 615 8,44 manat məbləğini qeyd etsə də, hazırkı inzibati mübahisənin düzgün həll edilməsi üçün həlledici məqam olan bu məsələni, yəni sözügedən 6158,44 manat məbləği iddiaçının pensiya kapitalına “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin tələbləri baxımından 80% artırılmaqla, yoxsa 80% daxil edilməməklə hesablanmış məbləğdir, məsələsini tam və hərtərəfli araşdırmamışdır.

30. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin 28.09.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Ş əki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.09.2021-ci il tarixli, 2-1(107)-329/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar