Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2387/2023 15.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sağlamlıq imkanlarının məhdud olmasının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının məhdud olmasının müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2023-cü il tarixli, 2-1(103)542/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli uşaq poliklinikası tərəfindən xx.xx.2019-cu il tarixdə göndərilmiş 0006003AABN3 nömrəli Forma 88 saylı arayışda göstərilmişdir ki, xəstəlik xx.xx.2007-cü il tarixdə başlamaqla, xəstəliyin gedişi xronikidir, ağırlıq dərəcəsi orta ağır. Əsas xəstəlik kimi Q68.1 Əlin anadangəlmə deformasiyası. Hər iki əlin anadangəlmə inkişaf qüsuru. Hər iki əlin birinci barmağının və birinci daraq sümüyünün hipoplazıyası. sol əlin birinci daraq sümüyünün daraq-əlönü nahiyə sində yalançı oynağı. birinci barmaqların deformasiyası, açıcı-bükücü kontrakturası. hər iki əlin tutma funksiyasının pozulması.. B) Ağırlaşma- Z 74.1—özünə xidmət zamanı köməyə ehtiyac. Uşaq doğulandan xəstə hesab olunur. Fiziki cəhətdən yaşıdlarından geri qalır. Daxili orqanlarda patologiya yoxdur Dəri və görünən selikli qişaları təmiz Dili ərpsizdır Qarnı yumşaq və ağrısızdır. Özünə xidmət edə bilmir Ətrafdakıların köməyinə ehtiyacı var; C) M 24.5- Oynaqların kontrakturası Oynaqların konrtuklurası. Birinci barmaqların deformasiyası, açıcı-bükücü kontrakturası.
2. Həmin poliklinika tərəfindən göndərilən xx.xx.2020-ci il tarixli 0006003AABQ5 nömrəli Forma 88 saylı arayışda göstərilmişdir ki, xəstəlik xx.xx.2007-cü il tarixdə başlamaqla, xəstəliyin gedişi xronikidir, ağırlıq dərəcəsi, orta ağırdır. Əsas xəstəlik kimi A) Əsas xəstəlik kimi Q68.1 Əlin anadangəlmə deformasiyası. B) Ağırlaşma- Z74.1— özünə xidmət zamanı köməyə ehtiyac; C) Yanaşı xəstəliklər Z 73.6- Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması.; C) yanaşı xəstəliklər M24.5- Oynaqların kontrakturası Oynaqların konrtuklurası.
3. Həmin poliklinika tərəfindən göndərilən xx.xx.2020-ci il tarixli 0006003AABS1 nömrəli Forma 88 saylı arayışda göstərilmişdir ki, xəstəlik xx.xx.2007-ci il tarixdə başlamaqla, xəstəliyin gedişi xronikidir, ağırlıq dərəcəsi, orta ağırdır. Əsas xəstəlik kimi A) Q71.8 Yuxarı ətrafı (ətralları) qısaldan digər defektlər Yuxarı ətrafı (ətrafları) qısaldan digər defektlər. B ) Ağırlaşma- Z74.1— özünə xidmət zamanı köməyə ehtiyac; C) Yanaşı xəstəliklər Z 73.6- Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması.; C) yanaşı xəstəliklər M24.5- Oynaqların kontrakturası Oynaqların konrtuklurası.
4. İddiaçı cavabdehə müraciət edərək Quliyeva Dürdanə Elmar qızının sağlamlıq imkanlarının məhdud olmasının müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətlərinin təmin olunmasından imtina edilərək bildirilmişdir ki: - göndərişin natamam doldurulması- ixtisaslaşdırılmış klinikadan tibbi rəy obyektiv müayinə dəqiqləşdirilməli və ətrafllı qeyd edilməlidir. - Əlavə müayinəyə ehtiyacın olması, - Göstərilən diaqnoz sağlamliq imkanlarının məhdudluğ u təyinatına əsas vermir. Xəstənin hal-hazırki vəziyyəti və funksionlar pozğunluqlarını dəqiqləşdirmək üçün ETTO İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Quliyeva Dürdanə Elmar qızının sağlamlıq imkanlarının məhdud olmasının müəyyən edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, qızı Quliyeva Dürdanə Elmar qızı 29 may 2007-ci ildə anadangəlmə qüsur ilə doğulmuşdur. Belə ki, hər iki əli inkişaf qüsurlu olmaqla, baş barmaqları inkişaf etməmişdir. Qızı ümumi olaraq da fiziki cəhətdən yaşıdlarından geri qalır. Qızının kiçik yaşlarında anadangəlmə əlilliyinin mü əyyən olunması və dövlətin verdiyi imtiyazlardan istifadə etmə imkanının olmasından məlumatlı olmamışdır. Onun istəyi uşağın sağlamlığının bərpa olunması olmuşdur. Lakin illər keçdikcə uşağın baş barmaqları inkişaf etməmişdir, mövcud qüsurlar düzəlməmişdir, uşaq yaşıdlarından geri qalmışdır. Onun geyimləri düymələmək, saçını daramaq kimi sadə işlərdə yardıma ehtiyacı vardır. Bu səbəbdən onun sağlamlıq imkanlarının məhdud olmasının müəyyən olunması ilə bağlı dəfələrlə tibb müəssisələrində olsa da, müsbət nəticə olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciətlər edilmişdir. Həmin orqan tərəfindən müraciətlərin təmin edilməsindən imtina edilmişdir. Belə ki, sonuncu müraciətin ə cavab olaraq cavabdeh orqan bildirmişdir ki, Dövlət Səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Göründüyü kimi inzibati orqanın cavabı formal xarakter daşıyır. Belə ki, iddia ərizəsinə də əlavə etdiyi sənədlərdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaqlar üçün Tibbi Sosial Ekspert Komissiyasına 0006003AABSİ saylı göndərişin bütün blankları tam olaraq doldurulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat travmatologiya və ortopediya institutunun 22 iyul 2019 və 10 avqust 2020-ci il tarixli arayışın da qızı Durdanə Quliyevanın xəstəliyinin diaqnozu kimi hər iki əlinin anadangəlmə inkişaf qüsurunun olması, hər iki əlin birinci barmağının və birinci daraq sümüyünün hipoplaziyası, sol əlin 1-ci daraq sümü yünün daraq nahiyyədə yalançı oynağı, İ barmaqların deformasiyası, açıcı-bükücü kontrakturası, hər iki əlin tutma funksiyasının pozulması qeyd edilmişdir. 8 saylı uşaq poliklinikasının Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışında da qızımın xəstəliyinin diaqnozu sözügedən arayışlardakına uyğun qeyd edilmişdir. Göndərişin özündə həkim rəy verərək qızının xəstəliyinin nədən ibarət olduğunu qeyd edib. Cavabdeh orqan tərəfindən tibbi rəyin dəqiqləşdirilib qeyd olunması tələb olunur ki, qeyri-dəqiqliyin nədən ibarət olması imtinada ifadə olunmur.
7. Bakı İnzibati Məhkəməsinın 2-1(112)-642/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur: xx.xx.2007-ci ildə Bakı şəhərində doğulmuş Quliyeva Dürdanə Elmar qızı canlı müayinə olunmaqla iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli uşaq poliklinikası tərəfindən 0006003AABN3, 0006003AABS1 və 0006003AABQ5 göndərişlərlə göndərilmiş № 088 saylı arayışlarda şəxsin səhhətini əks etdirən funksional diaqnostik müayinələrinin nəticələri və diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə müəyyən olunurmu?
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsi tərəfindən verilm iş T 131/2022 saylı rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, 2007-ci il təvəllüdlü Quliyeva Dürdanə Elmar qızının iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 8 nömrəli uşaq poliklinikası tərəfindən 0006003AABN3, 0006003AABS1 və ******* AABQ5 göndərişlərlə göndərilmiş 088 saylı arayışlarda şəxsin səhhətini əks etdirən funksional diaqnostik müayinələrin nəticələri və şəxsin canlı müayinəsi əsasında müəyyən edilmiş “yuxarı ətrafın digər defektləri, hər iki əlin birinci barmağının və birinci daraq sümüyünün hipoplaziyası” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarla rına dair” Əsasnaməndə müəyyən olunmur.
9. Bakı İnzibati Məhkəməsinın 2-1(112)-642/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət tərəfindən müəyyən edildiyini, məhkəmə-tibbi ekspertizası aparılarkən göndərişlərlə göndərilmiş 088 saylı arayışlarda şəxsin səhhətini əks etdirən funksional diaqnostik müayinələrin nəticələri və şəxsin canlı müayinəsi əsasında müəyyən edilmiş “yuxarı ətrafın digər defektləri, hər iki əlin birinci barmağının və birinci daraq sümüyünün hipoplaziyası” diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməndə müəyyən olunmadığından iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2023-cü il tarixli, 2-1(103)-542/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiz a və X1 Publik Hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 28 aprel 2023-cü il tarixli, 1659 nömrəli məktubda qeyd edilmişdir ki, ekspertizanı başa çatdırmaq mümkün olmamışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2023-cü il tarixli, 2-1(103)-542/2023 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə – sədrlik edən və məruzəçi, K.Əkbərov və P.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçı təkrar ekspertizanın keçirilməsindən məlumatlı olduğu halda qəsdən yenidən canlı müayinə olmaqdan yayınmışdır. Həmçinin ekspertizan ın keçirilməsində iştirak etməməsinin hər hansı üzrlü səbəblə əlaqəli olması barədə sübut məhkəməyə təqdim etməmişdir, bu səbəbdən də birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 131/2022 saylı ekspert rəyini mötəbər sübut hesab edilir.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayətində qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 22 iyul 2019 və 10 avqust 2020-ci il tarixli arayışında qızı Dürdanə Quliyevanın xəstəliyinin diaqnozu kimi hər iki əlinin anadan gəlmə inkişaf qüsurunun olması, hər iki əlin birinci barmağının və birinci daraq sümüyünün hipoplaziyası, sol əlin birinci daraq sümüyünün daraq nahiyədə yalançı oynağı, birinci barmaqların deformasiyası, açıcı-bükücü kontrakturası, hər iki əlin tutmaq funkisyasının pozulması qeyd edilmişdir. 08 saylı uşaq Poliklinikasının ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışında da qızının xəstəliyinin diaqnozu sözügedən arayışlardakına uyğun qeyd edilmişdir. Göndərişin özündə həkim rəy verərək qızının xəstəliyinin nədən ibarət olduğunu qeyd etmişdir. Cavabdeh orqan tərəfindən tibbi rəyin dəqiqləşdirilib qeyd olunması tələb olunur ki, qeyri dəqiqli yin nədən ibarət olması imtinada ifadə olunmur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi rədd edilmiş, həmin qərardan verilmiş apellyasiya şikayəti də təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Hər iki məhkəmə qərar qəbul edərkən cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyinə əsaslanmışdır.
18. Apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilən ekspertiza zamanı cavabdehin nümayəndəsinin həmin müayinədə iştirak etdiyi nəzərə alaraq işin obyektiv araşdırılması məqsədilə cavabdehin nümayəndəsinin iştirakı olmadan təkrar ekspertizanın keçirilməsi haqqında qərardad qəbul etmişdir. Lakin Apellyasiya Məhkəməsi qərarının 5-ci səhifəsinin sonuncu abzasında qeyd edir ki, iddiaçının iştirakının tə min olunması məqsədi ilə sonuncu ilə əlaqə saxlanılaraq ekspertizanın keçiriləcəyi yer və vaxt barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı canlı müayinə olunması üçün ekspertizanın keçirilməsində iştirak etməkdən yayınmışdır. Lakin iddiaçı ekspertizanın keçirilməsindən yayınmaq niyyətində olmamışdır. Ona telefon vasitəsilə məlumat verilən tarixdə çox vacib işinin olduğunu, həmin tarixdə başqa istənilən vaxt gələ biləcəyini bildirmişdir. Telefon əlaqəsi zamanı isə iddiaçıya müayinənin başqa vaxt keçiriləcəyi, vaxtı və yeri barədə ona yenidən məlumat veriləcəyi bildirilmişdir.
19. Məhkəmə haqlı olaraq cavabdeh orqanın iştirakı olmadan təkrar ekspertizanın keçirilməsi barədə qərar qəbul etdiyi halda həmin qərardadın icrası üçün zəruri tədbirlər görmədən (ona rəsmi bildiriş g öndərmədən, onun iştirak edə bilməcəyini, başqa vaxta təxirə salınma barədə xahişini nəzərə almadan) ekspertizanın keçirilməməsinin səbəbi kimi iddiaçının “qəsdən yenidən canlı müayinə olmaqdan boyun qaçırması”nı göstərmişdir.
20. Məhkəmə qərarının 6-cı səhifəsinin 3-cü abzasında qeyd edir ki, iddiaçı tərəf ekspertizanın keçirilməsində iştirak etməməsinin hər hansı üzrlü səbəblə əlaqəli olması barədə sübut məhkəməyə təqdim etmədiyindən, Kollegiya bu halı iddiaçının ekspertizanın keçirilməsindən iştirak etməkdən imtinası kimi qəbul edir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 131/2022 say lı ekspert rəyini mötəbər sübut hesab edir. Lakin həmin rəydə uşağın bütün xəstəliklərinə qiymət verilməmişdir. Belə ki, rəydə uşağın xəstəliklərini “yuxarı ətrafın digər defektləri, hər iki əlin birinci barmağının və birinci daraq sümüyünün hipoplaziyası” diaqnozu qeyd edilsə də göndərişlərdə uşağın səhhətində olan problemlər daha çox göstərilmişdir. Bu hallar da təkrar ekspertizanın keçirilməsini zəruri edən hallardır.
21. Bundan başqa iddiaçı məhkəmə iclasına yolda tıxac olduğuna görə bir neçə dəqiqə yubanmış, lakin onun dinlənilmə hüququ təmin edilməmiş və ədalətli məhkəmə araşdırması prinsipi pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallar ının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində bax ır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qər arı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
27. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quliyeva Dürdanə Elmar qızının sağlamlıq imkanlarının məhdud olmasının müəyyən edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya ş ikayəti isə hər hansı mötəbər dəlillərə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir.
29. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, işdəki sübutlara düzgün hüquqi qiymət verməmişdir.
30. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Quliyeva Dürdanə Elmar qızı xx.xx.2007-ci ildə Bakı şəhərində doğulmuşdur, anası İddiaçıdır.
31. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli uşaq poliklinikası tərəfindən Quliyeva Dürdanə El mar qızına aid; xx.xx.2019-cu il tarixdə göndərilmiş 0006003AABN3 nömrəli Forma 88 saylı arayışda göstərilmişdir ki, xəstəlik xx.xx.2007-cü il tarixdə başlamaqla, xəstəliyin gedişi xronikidir, ağırlıq dərəcəsi orta ağır. Əsas xəstəlik kimi Q68.1 Əlin anadangəlmə deformasiyası. Hər iki əlin anadangəlmə inkişaf qüsuru. Hər iki əlin birinci barmağının və birinci daraq sümüyünün hipoplazıyası. sol əlin birinci daraq sümüyünün daraq-əlönü nahiyəsində yalançı oynağı. birinci barmaqların deformasiyası, açıcı-bükücü kontrakturası. hər iki əlin tutma funksiyasının pozulması.. B) Ağırlaşma- Z 74.1—özünə xidmət zamanı köməyə ehtiyac. Uşaq doğulandan xəstə hesab olunur. Fiziki cəhətdən yaşıdlarından geri qalır. Daxili orqanlarda patologiya yoxdur Dəri və görünən selikli qişaları təmiz Dili ərpsizdır Q arnı yumşaq və ağrısızdır. Özünə xidmət edə bilmir Ətrafdakıların köməyinə ehtiyacı var; C) M 24.5Oynaqların kontrakturası Oynaqların konrtuklurası. Birinci barmaqların deformasiyası, açıcı-bükücü kontrakturası.
32. Bununla yanaşı xx.xx.2020-ci il tarixli 0006003AABQ5 nömrəli Forma 88 saylı arayışda göstərilmişdir ki, xəstəlik xx.xx.2007-cü il tarixdə başlamaqla, xəstəliyin gedişi xronikidir, ağırlıq dərəcəsi, orta ağırdır. Əsas xəstəlik kimi A) Əsas xəstəlik kimi Q68.1 Əlin anadangəlmə deformasiyası. B) Ağırlaşma- Z74.1— özünə xidmət zamanı köməyə ehtiyac; C) Yanaşı xəstəliklər Z 73.6- Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması.; C) yanaşı xəstəliklər M24.5- Oynaq ların kontrakturası Oynaqların konrtuklurası. xx.xx.2020-ci il tarixli 0006003AABS1 nömrəli Forma 88 saylı arayışda göstərilmişdir ki, xəstəlik xx.xx.2007-ci il tarixdə başlamaqla, xəstəliyin gedişi xronikidir, ağırlıq dərəcəsi, orta ağırdır. Əsas xəstəlik kimi A) Q71.8 Yuxarı ətrafı (ətrafları) qısaldan digər defektlər Yuxarı ətrafı (ətrafları) qısaldan digər defektlər. B) Ağırlaşma- Z74.1— özünə xidmət zamanı köməyə ehtiyac; C) Yanaşı xəstəliklər Z 73.6Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması.; C) yanaşı xəstəliklər M24.5- Oynaqların kontrakturası.
33. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan (səh. 26,27 və 29) Azərbaycan Respublik ası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat travmatologiya və ortopediya institutunun 22 iyul 2019 və 10 avqust 2020-ci il tarixli rəy-arayışları mövcuddur ki, həmin rəy-arayışlarda azyaşlı Durdanə Quliyevaya qoyulmuş diaqnoz, yuxarıda 88 saylı arayışda yazılmış diaqnozdan fərqlənmir.
34. Lakin apellyasiya məhkəməsi adıçəkilən 3(üç) sənədi ümumiyyətlə araşdırmamış, nəticə etibarı ilə də onlara hüquqi qiymət verməmişdir.
35. Bununla yanaşı qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında, apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertiza rəyinə dair biri birindən uyğun olmayan qənaətlərə gəlinmişdir.
36. Belə ki, apellyasiya məhkəməsi qərarında yazmışdır ki, “Eyni zamanda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilən ekspertiza zamanı cavabdehin nümayəndəsinin həmin müayinədə iştirak etdiyini nəzərə alaraq, işin obyektiv araşdırılması məqsədilə cavabdehin nümayəndəsinin iştirakı olmadan təkrar ekspertizanın keçirilməsi haqqında qərardad qəbul etmiş və bundan sonra iddiaçının iştirakının təmin olunması məqsədi ilə sonuncu ilə əlaqə saxlanılaraq ekspertizanın keçiriləcəyi yer və vaxt barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı canlı müayinə olunması üçün ekspertizanın keçirilməsində iştirak etməkdən yayınmışdır.”
37. Daha sonra apellyasiya məhkəməsi qərarında göstərmişdir ki, “yuxarıda qeyd edildiyi kimi, iddiaçı təkrar ekspertizanın keçirilməsindən məlumatlı olduğu halda qəsdən yenidən canlı müayinə olmaqdan yayınmışdır. Həmçinin ekspertizanın keçirilməsində iştirak etməməsinin hər hansı üzrlü səbəblə əlaqəli olması barədə sübut məhkəməyə təqdim etmədiyindən, Kollegiya bu halı iddiaçının ekspertizanın keçirilməsində iştirak etməkdən imtinası kimi qəbul edir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 131/2022 saylı ekspert rəyini mötəbər sübut hesab edir.”
38. Beləliklə, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın nəticələrinin obyektivliyini (apellyasiya məhkəməsi özü yazdığı kimi) “cavabdehin nümayəndəsinin həmin müayinədə iştirak etdiyini nəzərə alaraq”, şübhə altına aldığı halda, sonradan sözügedən ekspertiza rəyini mötəbər sübut hesab edir və əsaslandırır ki, iddiaçı təkrar ekspertizanın keçirilməsindən məlumatlı olduğu halda qəsdən yenidən canlı müayinə olmaqdan yayınmışdır.
39. Halbuki iddiaçı kassasiya şikayətində göstərir ki, “Ona telefon vasitəsilə məlumat verilən tarixdə çox vacib işinin olduğunu, həmin tarixdə başqa istənilən vaxt gələ biləcəyini bildirmişdir. Telefon əlaqəsi zamanı isə iddiaçıya müayinənin başqa vaxt keçiriləcəyi, vaxtı və yeri barədə ona yenidən məlumat veriləcəyi bildirilmişdir.”
40. Lakin bundan sonra iddiaçıya ekspertiza ilə bağlı heç bir məlumat verilməmişdir.
41. Qeyd edilməlidir ki, apellyasiya məhkəməsi işin həmin halını ümumiyyətlə araşdırmamışdır.
42. Məlum olduğu kimi, apellyasiya məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin bir sıra müddəalarına istinad etmişdir.
43. Qeyd edilməlidir ki, 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətən daşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulatorpoliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olm aması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.).
45. Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir.
46. Yuxarıda artıq göstərildiyi kimi, iddiaçının qızının xəstəlik diaqnozu poliklinikanın təqdim etdi yi 88 saylı forma üzrə rəylə və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat travmatologiya və ortopediya institutunun üç rəyi ilə təsdiq olunduğundan, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə yeni ekspertiza təyin edilməli və bunun nəticəsindən asılı olaraq məhkəmə qərarı qəbul edilməlidir.
47. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2023-cü il tarixli, 21(103)-542/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar q