Məhkəmə qərarları › İş №2-1(102)-2388/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2388/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2388/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs Balakən rayonu Gərəkli bələdiyyəsinin iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nabizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs Balakən rayonu, Gərəkli bə lədiyyəsinin iştirakı ilə) qarşı 0.10 ha torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)359/2021 nömrəli iş üzrə 28.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 dekabr 2021-ci tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Balakən rayonu, Gərəkli bələdiyyəsinin 18.08.2005-ci il tarixli 29 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya bələdiyyənin perspektiv inkişaf fondundan 0.10 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinin dəyərini 132311 nömrəli, 22.08.2005-ci il tarixli qəbzlə bələdiyyənin hesabına ödəmişdir. Lakin torpağın a lqı-satqısına dair sənədləşmə başa çatmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02.12.2016-cı il tarixli, 2-1(84)-627/2016 saylı qərarı ilə Gərəkli bələdiyyəsinin üzərinə bələdiyyənin 18.08.2005-ci il tarixli 29 saylı qərarının icrası öhdəliyi qoyulmuşdur. Məhkəmə qərarının icrası Balakən Rayon İcra və Probasiya şöbəsi vasitəsilə təmin edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, 0.10 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədi və çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 14.10.2020-ci il tarixli **********37 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Balakən rayonu Gərəkli bələdiyyəsi tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi təmin edildi kdən sonra, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələrinə əsasən şəxsiyyətini təsdiq edən sənədlə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birgə yenidən müraciət etdiyi təqdirdə qeyd olunan torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məsələsinə baxıla bilər. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə “0.10 ha torpaq sahəsinə dair planölçü sənə di və çıxarışın verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 04.12.2020-ci il tarixli, **********45 nömrəli etiraz məktubunda göstərmişdir ki, iddiaçının ərizəsinin icrası zamanı məlum olmuşdur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli, 21(84)- 627/2016 saylı qərarı ilə Balakən rayonu Gərəkli bələdiyyəsinin üzərinə bələdiyyənin 18 avqust 2005-ci il tarixli, 29 saylı qərarının icra edilərək 0,10 ha torpaq sahəsinin verilməsi öhdəliyi qoyulmuşdur. Lakin Daşınmaz əmlak üzərində hüququların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş sənədlər ərizəyə əlavə edilməmişdir (Balakən rayonu Gərəkli bələdiyyəsi i lə iddiaçı arasında (müvafiq notariat kontorunda təsdiq olunaraq) bağlanılmış alqı-satqı müqaviləsi). Qeyd olunanları nəzərə alaraq, həmin torpaq sahələrinin qeydiyyata alınması mümkün olmamış və bu barədə 14.10.2020-ci il tarixli, **********37 nömrəli məktubla ərizəçiyə imtina bildirişi ünvanlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı 0.10 ha torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

3. Birinci inst ansiya məhkəməsinin 16 iyun 2021-ci il tаrixli, 2-1(116)358/2021 nömrəli (sədrlik edən hаkim İlqar Cabbarov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Mülki Məcəllənin 139.1, 152.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 4, 9, 10, 18, 48, 86-cı maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.4, 2.1, 8.0, 11.1, 23.1, 23.2-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 17, 19.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının tələbi əsassızdır.

5. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 16 iyun 2021-ci il tаrixli, 2-1(116)-358/2021 nömrəli qərarının ləğv edilməsini, iddi a tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 28.09.2021-ci il tarixli, 2-1(107)-359/2021 nömrəli (hakimlər Elçin Hüseynov-sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Vəzirxan Məlikov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 16 iyun 2021-ci il tаrixli, 2-1(116)-358/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi hüquq normaları tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıq lı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

8. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə sübutlar tam və hərtərəfli araşdırılmamışdır. Eyni zamanda apellyasiya instansiyası tərəfindən işlə bağlı Gərəkli bələdiyyəsi tərəfindən Bələdiyyənin Müfəssəl planının və Arxiv idarəsi tərəfindən bələdiyyənin 2012-ci ilədək iclas protokollarında ictimai tikililərlə bağlı bələdiyyə tərəfindən nəzərdə tutulmuş torpaq sahəsinin ayrılması haqqında qərarın olubolmaması ilə bağlı vəsatəti təmin etmədi. Bununla da İnzibati Prosessul məcəllənin 58.7-ci maddəsinin tələblərini pozmuş oldu. İş materiallarında olan sənədlərdən məlum olur ki, Gərəkli Bələdiyyəsinin 18.08.2005-cü il tarixli 29 saylı i clasının qərarı ilə prespektif inkişaf fondundan, kənd yaşayış məntəqəsinin kənd təsərrüfatına yararsız 0.10 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə satılmışdır. Eyni zamanda iddiaçı bir milyon 860 min manat pulu bələdiyyənin kassasına ödəyib. Torpaq Məcəlləsinin həmin dövrdə qüvvədə olan 56.2-ci maddəsində qeyd olunur ki, Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyənin ehtiyat fondunun yaşayış məntəqələrinin prespektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bılər. 56.6-cı bəndə bildirilir ki, Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı ilə verilir. 22.08.2005-cü il tarixdə pulu bələdiyyənin kassas ına ödəyib 33 nömrəli qəbzi götürdü. Bələdiyyə tərəfindən 0.10 ha torpaq sahəsi qərarda göstərilən “ertesyanı” ərazidən, yararsız kol-kos basmış ərazidən ölçülüb verildi.

9. İş materiallarında olan iddiaçıya satılmış 0.10 ha torpaq sahəsinin yerquruluşu planının “Ayrılan torpaq sahəsinin kadastr göstəricilərində: Ayrılmış torpaq sahəsinin kateqoriyası-Yaşayış məntəqələri torpaqları; Təbii təsərrüfat yerləri-kənd təsərrüfatına yararsız: (tikinti altı torpaq sahəsi). Yerquruluşu planında həmin ərazidə heç bir tikilinin olmadığı da göstərilib.

10. ƏMDK-n Şəki ərazi şöbəsi hələ 2016-cı ilin 7 iyul 589 saylı rəyində həmin ərazinin yaşayış məntəqələri torpaqları kateqoriyalı kəndaltı torpaqlar olduğunu və alqı - satqı predmeti olduğunu göstərir. Belə deyə bilərik ki, mübahisə edilən ərazinin to rpaqlarının 2016-cı ilədək ictimai tikililər üçün nəzərdə tutulması ilə bağlı Gərəkli bələdiyyəsində və ƏMDK-nin Şəki ərazi şöbəsində heç bir sənəd olmayıb.

11. Bələdiyyə tərəfindən sənədlərin hazırlanmasının qeyri mümkün olduğunu görüb X6 Məhkəməsinə müraciət edib. Şəki İnzibati Məhkəməsi 02.12.2016-cı il tarixli 2-1(84)-627/2016 saylı qərarı ilə Gərəkli bələdiyyəsinin üzərinə bələdiyyənin 18.08.2005-ci il tarixli 29 saylı qərarının icrası öhdəliyini qoymuşdur. Amma məhkəmənin qərarından üç ildən çox müddət keçsə də məhkəmənin qərarını yerinə yetirmirdi. X7 məhkəməsinin 02.12.2016-cı il tarixli qərarını icraya yönəltmək məcburiyyətində qaldı. İşə əlavə edilmiş yerquruluşu planı, ayrıc aktı, memar rəyi və digər sənədlər Balakən rayon icra və probasıya şöbəsinin əməyi nəticəsində hazırlandı.

12. Apellyasiya instansiyası məhkəməsi qərar çıxararkən Mülki Məcəllənin 139-cu, 139-1-ci maddəsinin, Dövlət Reyestri haqqında Qanunun 15-ci maddəsinin tələblərinə, Torpaq Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına əməl etməmiş, Şəki İnzibati Məhkəməsinin 02,12.2016- cı il tarixli qərarında müəyyən edilmiş sübut edici halları nəzərə almamış,eyni zamanda ƏMDK-n Şəki ərazi idarəsinintorpaqla bağlı 18 saylı Zaqatala ərazi darəsinə təqdim etdiyi 2016-cı il il tarixli 589 saylı rəyini nəzərə almamişdır.

13. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin 28.09.2021-ci il tarixli, 2-1(107)-359/2021 nömrəli qərarının ləğv edilməsini, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qəra rın qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 61.1. Proses iştirakçıları bu M əcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, istənilən vaxt iş üzrə icraat materialları ilə, habelə həmin icraatla bağlı məhkəməyə təqdim olunmuş sənədlərlə tanış ola bilərlər. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4 Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə i lə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsini n qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 15. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Maddə 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi z əruri hesab edir ki, apellyasiya məhkəməsi iddianın əsassız olması qənaətinə gələrkən, qərarında bunun faktiki olaraq yeganə əsası kimi “iddiaçının faktiki olaraq mülkiyyət hüququnun qeydə aldırmaq istədiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ictimai tikililər uçun nəzərdə tutulan torpaq sahəsidir” göstərmişdir.

19. Buna görə də, apellyasiya məhkəməsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə istinad edib, iddiaçının iddiasını əsassız saymışdır.

20. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Balakən rayonu, Gərəkli bələdiyyəsinin 18.08.2005-ci il tarixli, 29 nömrəli icasının qərarından görünür ki, həmin qərarla Gərəkli kənd sakini İddiaçı (qərarda adı “X2” olaraq yazılmışdır) bələdiyyənin perespektiv inşikafı üçün saxlanmış ərazidən 0.10 ha həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır, iddiaçı 0.10 ha torpaq sahəsinin dəyərini Gərəkli bələdiyyəsinə ödəmişdir.

21. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02.12.2016-cı il tarixli, 2- 1(84)-627/2016 nömrəli qərarı ilə həmin iş üzrə iddiaçı X1 cavabdeh Balakən rayonu, Gərəkli bələdiyyəsinə qarşı “Gərəkli bələdiyyəsinin 18.08.2005-ci il tarixli, 29 saylı qərarını icra etməklə 0.10 ha torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbi təmin edilmişdir.

22. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Balakən Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 02.03.2020-ci il tarixli, 11 nöm rəli rəyində qeyd edilir ki, Gərəkli bələdiyyəsinin mülkiyyətində olan ərazidən Gərəkli bələdiyyəsinin 03 saylı 17 fevral 2020-ci il tarixli məktubu əsasında, DƏK və URX-nin Şəki LTİ-nin yerquruluşu planı (№0090) və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22.08.2019-cu il tarixli 2-1(84)-627/2016 saylı qərardadı əsasında Gərəkli bələdiyyəsi ərazisində ayrılmış 0,10 ha torpaq sahəsi şimaldan bələdiyyə torpaq sahəsi ilə, cənubdan bələdiyyə torpaq ilə, şərqdən pay torpaq sahəsi ilə, qərbdən avtomobil yolunun qorunma zolağı ilə həmsərhəddir. Ərazidə heç bir tarixi və təbiət abidələri yoxdur. Ərazi şimaldan cənuba doğru mailidir və relyefi sakitdir. Ərazidən həyətyanı üçün torpaq sahəsinin ayrılması məqsədə uyğundur.

23. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Balakən r ayonu, Gərəkli bələdiyyəsinin 24.06.2020-ci il tarixli, 08 saylı iclasında Gərəkli kəndi ərazisində yerləşən fərdi yaşayış evinin tikilməsi məqsədilə bilavasitə satılması nəzərdə tutulan 0.10 ha torpaq sahəsinə dair rəyin verilməsi üçün cavabdeh orqana müraciət edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi şöbəsinin 31.08.2020ci il tarixli, 248 nömrəli rəyində qeyd edilir ki, Gərəkli bələdiyyəsinin Balakən rayon (şəhər) Gərəkli bələdiyyəsinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 1000 kv.m (0.10 ha) torpaq sahəsi ilə bağlı daxil olmuş 08.07.2020-ci il tarixli ********** saylı məktubuna İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki əraz i şöbəsi üzrə daimi komissiyada baxılmışdır. Bildirilir ki, sözügedən torpaq sahəsi barədə müvafiq sənədlər və komissiya tərəfindən tərtib edilmiş müayinə (baxış) aktı X3 Təşkili üzrə Dövlət Agentliyinə göndərilmişdir.

24. Bundan başqa apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, TDİT üzrə Dövlət Agentliyinin 26.08.2020-ci il tarixli, ********** saylı məktubuna əsasən ayrılmış torpaq sahəsi ərazisində olan mövcud ictimai tikililər üçün nəzərdə tutulmuş torpaq sahəsinə aid olduğundan, hüquqların dövlət qeydiyyatına alınması məqsədəuyğun hesab edilmir. Qeyd olunanı nəzərə alaraq, həmin torpaq sahəsi barədə tərəfimizdən müsbət rəy verilməsi məqsədəmüvafiq deyildir.

25. Beləliklə yuxarıda göstərilənlərdən göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyənin mülkiyy ətində olması işin təkzibolunmaz faktı olsa da, həmin torpaq sahəsinin satılmasının qanuna uyğun olub-olmaması ilə əlaqədar müxtəlif əlaqəli inzibati orqanların fərqli rəyləri mövcuddur.

26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün, obyektiv və qanuni məhkəmə qərararın qəbul edilməsi üçün sözügedən məsələ tam və hərtərəfli araşdırılmalıdır.

27. Lakin apellyasiya məhkəməsi bunu etməmiş, halbuki adıçəkilən məsələ iş üzrə həlledici xarakter daşıyır, nəticə etibarı ilə iş üzrə əsassız məhkəmə qərarı qəbul etmişdir.

28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin 28.09.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

29. Şərh edilənləri və Azərbay can Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.09.2021-ci il tarixli, 2-1(107)-359/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar