Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2388/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin plan-ölçüsü barədə ilkin sənədlərin və texniki pasportun etibarsız sayılması, reyestrdə qeydiyyatın və çıxarışın ləğv edilməsi üzrə iddianın rədd edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ə razi İdarəsinə qarşı (üçüncü şəxs X14) “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, torpaq sahəsinin plan-ölçüsü barədə ilkin sənədlərin və texniki pasportun etibarsız sayılması, reyestrdə qeydiyyatın və çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2-1(103)-233/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 24 avqust 2001-ci il tarixli, 000033 saylı və 25 avqust 2001-ci tarixli, 002504 saylı şəhadətnamələrə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətul la və Çernyayevski küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin və 1076,6 kv.m. torpaq sahəsinin mülkiyyətçisidir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X6 ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair dövlət qeydiyyatı və onun əsasında verilən 30 avqust 2017-ci il tarixli, ******* saylı reyestr çıxarışı və eyni tarixli texniki pasport verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 19 dekabr 2017-ci il tarixdə 2 saylı Bakı İnzibati-iqtisadi məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək üçüncü şəxsin adına Ağa Neymətulla küçəsi, 20 ünvanında yerləşən torpaq sahəsinə dair dövlət qeydiyyatının, onun əsasında verilən 30 avqust 2017-ci il tarixli, ******* saylı reyestr çıxarışının və eyni tarixli texniki pasportun verilməsi barədə cavabdehin hərəkətlərinin qanunsuz sayılması, torpaq sahəsinin plan-sxemi barədə ilkin sənədlərin və texniki pasportun etibarsız sayılması, reyestrdə qeydiyyatın və çıxarışın ləğv edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X14 “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu” təsdiq edən şəhadətnaməyə əsaslanaraq vahid daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib olunması üçün 18 may 2016-cı il tarixdə DƏDRX Bakı şəhər Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Lakin həmin idarə tərəfindən 2 iyun 2016-cı il tarixli məktubla çıxarışın və texn iki pasportun verilməsindən imtina olunmuşdur. İmtina məktubunda bildirilmişdir ki, ərizəçinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində digər fiziki şəxs tərəfindən tikilinin inşa olunaraq istifadə edildiyi məlum olmuşdur və bu səbəbdən də ərizənin icrası mümkün deyildir. Ziyad Əliyev həmin imtina məktubuna əsaslanaraq qeyd olunan tikilinin sökülməsi tələbi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmədə araşdırma zamanı təqdim edilmiş 29 iyun 2017-ci il tarixli 5852 nömrəli ekspert rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlər, o cümlədən AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq məktubundakı məlumatlar, torpaq sahəsinin faktiki ölçüsünün plan-sxemdə göstərilən ölçülərə uyğun olmaması, ayrıc aktı və kadast r planının olmaması- nəzərə alınaraq, 5 noyabr 1998-ci il tarixli 000087 nömrəli şəhadətnaməyə əsasən X6 məxsus 109,24 kv.m torpaq sahəsinin faktiki sərhədlərini, eləcə də ünvan 2 ünvanda yerləşən mübahisəli tikilinin həmin torpaq sahəsinin daxilində tikilib-tikilmədiyini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq, yuxarıda göstərilən ekspertiza rəyinə əhəmiyyət verməyən Nərimanov rayon məhkəməsi iddianın təmin olunması barədə qətnamə çıxarmışdır. İddiaçı (İddiaçı kiçik müəssisəsinin təmsilçisi Rza Ramazanov) həmin qətnamədən apellyasiya şikayəti vermişdir və həmin iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə icraatı zamanı iş üzrə iddiaçı qeyd olunan torpaq sahəsinə dair cavabdeh tərəfindən ona verilmiş 30 avqust 2017-cı ıl tarixli ******* saylı reyestrdən çıxar ışı və eyni tarixli texniki pasportu məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinə dair X4 adına qeydiyyat aparılması, həmin reyestrdən çıxarışın və texniki pasportun verilməsi qanunsuz sayılmalıdır. Belə ki, reyestrdən çıxarış və texniki pasport verilərkən cavabdeh tərəfindən iddia edilən torpaq sahəsinə baxış keçirilməmiş, sahənin qonşuluqda yerləşən sahələrlə sərhədləri dəqiqləşdirilməmış, mübahisəli torpaq sahəsinin faktiki ölçüsünün onun plan-sxemində qeyd olunan ölçülərə uyğun olmadığı, torpaq sahəsinin planlı yerləşməsinə dair müvafiq ayrıc aktı və kadastr planının tərtib olunmadığı nəzərə alınmamışdır. Bununla da, cavabdeh tərəfindən iddiaçıya məxsus olan binanın ərazisinə və torpaq sahəsinə müdaxilə olunmuş və onun hüquqları pozulmuşdur. Bu qanunsuz hərəkət iddia ərizəsinə əlavə olunmuş digər sənədlərlə də təsdiqini tapır. Belə ki, əvvəlki mülki iş üzrə təqdim edilmiş 29 iyun 2017-ci il tarixli 5852 nömrəli ekspertiza rəyində göstərilmişdir ki, 5 noyabr 1998-cı il tarixli 000087 nömrəli şəhadətnaməyə əsasən X6 məxsus 109,24 kv.m torpaq sahəsinin faktiki sərhədlərini, eləcə də ünvan 2 ünvanda yerləşən mübahisəli tikilinin həmin torpaq sahəsinin daxilində tikilib - tikilmədiyini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda ekspertlərin müəyyən edə bilmədiyi torpaq sahəsinin sərhədlərini cavabdehin yerində araşdırma aparmadan necə müəyyən etdiyi anlaşılmazdır. Bundan başqa, torpaq sahəsinin bir hissəsində digər fiziki şəxs tərəfindən tikinti inşa olunaraq ıstifadə olunmasını əsas gətirərək, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydiyy ata almaqdan imtina edən cavabdehin sonradan mülki məhkəmə araşdırması aparılmasına məhəl qoymadan hansı səbəbdən Ziyad Əliyevin adına mübahisəli torpaq sahəsinə dair reyestrdə qeydiyyat aparması, müvafiq reyestrdən çıxarış və texniki pasport verməsi də aydın deyil.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada müraciəti daxil olmamışdır. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa-Neymətulla küçəsi, 20 ünvanında yerləşən qeyri-yaşayış binası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi göstərilən sənədlər (“Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 11 noyabr 1997-ci il tar ixli 007172 nömrəli və “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən” 5 noyabr 1998-ci il tarixli 000087 nömrəli şəhadətnamələr) əsasında daşınmaz əmlakın dövlət reyestrində X4 adına qeydiyyata alınmış və halhazırda da onun mülkiyyətindədir. Bundan əlavə, müvafiq qeyri-yaşayış binası dövlət əmlakı olmuşdur, bu səbəbdən də müvafiq daşınmaz əmlak “Daşınmaz əmlakı dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq özəlləşdirilmiş və ********** qeydiyyat nömrəli 30 avqust 2017-ci il tarixli hüquqların dövlət haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, müvafiq qeyri-yaşayış binası qanunvericiliyin tələblərinə uyğun qaydada daşınmaz əmlakın dövlət reyestrində qey diyyata alınmış və bununla bağlı DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən hər hansı qanunsuz hərəkət və hərəkətsizlik olmamışdır. Sözügedən daşınmaz əmlakla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-654/17 saylı mülki iş üzrə bildirişi İdarəyə daxil olmuşdur. Müvafiq mülki iş üzrə yekun məhkəmə aktı barədə İdarəyə məlumat daxil olmamışdır. Göstərilənlərə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci, 8-ci, 9-cu, 10-cu, 11.1-ci, 16.1-ci, 23-cü, 29.1-ci maddələrinə, İPM-in 35.1-ci, 38-ci maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-51/2019 saylı, 7 may 2019cu il tarixli qərarı (hakim: X7) ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi he sab etmişdir ki, cavabdeh tərəfindən üçüncü şəxsin adına verilmiş reyestrdən çıxarış və digər sənədlər (o cümlədən texniki pasport) Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin həmin üçüncü şəxsə verdiyi “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamə əsasında tərtib olunmuş, iddiaçının məhkəmə icraatında gətirdiyi dəlillər təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş üzrə ekspertiza təyin edilmiş, lakin zəruri mütəxəssis rəyi alınmadığından ekspert tərəfindən rəy verilməsi mümkün olmamışdır. Beləliklə, iddiaçının mübahisələndirdiyi aktların ləğvi və etibarsız sayılması ilə bağlı xüsusatlar məhkəmə icraatında müəyyən edilməmiş, cavabdehin həmin sənədlərin verilməsi ilə bağlı hərəkətlərinin qanunsuz olduğu sübut olunmamışdır.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2021-ci il tarixli, 2-1(103)-28/2021 saylı qərarı (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X12 və X1) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan tərəfindən üçüncü şəxs X4 adına aparılmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair dövlət qeydiyyatı və onun əsasında verilən xx.xx.2017-ci il tarixli çıxarış və digər sənədlər iddiaçının faktiki torpaq sahəsi ilə üst-üstə düşən 21,56 kv.m. hissədə ləğv edilmiş, iddia qalan hi ssədə təmin olunmamışdır.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin 2 iyun 2016-cı il tarixli imtina məktubuna əsasən, Ziyad Əliyev Bakı şəhər Nərimanov Rayon Məhkəməsində qanunsuz tikilinin sökülməsinə dair iddia qaldırmışdır. Həmin mülki iş üzrə məhkəmə icraatı davam edərkən, imtina məktubundan 5 ay sonra cavabdeh üçüncü şəxs X4 hüquqlarını dövlət qeydiyyatına almış, onun adına 30 avqust 2017-ci il tarixli çıxarış və texniki pasport vermişdir. Apellyasiya məhkəməsi işin qeyd edilən bu halına əsasən yəni cavabdehin öz məktublarında qeyd etdiyi maneə ilə əlaqədar imtinasının ardından, üçüncü şəxsin hüquqlarını dövlət qeydiyyatına alması, sonuncu məktubda qeyd olunan 22,1 kv.m torpaq sahəsinin həqiqətən X4 xüsusi mülkiyyətində olan 109 kv.m torpaq sahəsi daxilində deyil, cavabdeh tərəfindən hüquqmüəyyənedici sənəd olmadan üçüncü şəxsin adına qeyri-qanuni apardığı koordinatlar daxilində olması qənaətinə gəlmişdir. Apellyasiya Məhkəməsi həmçinin 27 noyabr 2020-ci il tarixli, 10-1164 saylı ekspert rəyinin nəticə hissəsinə istinad edərək bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 5 noyabr 1998-ci il tarıxli, 000087 saylı şəhadətnamə və şəhadətnaməyə əlavə olunmuş plan-sxemlə, ünvan 3 ünvanda yerləşən 134 saylı pavilyonun yerləşdiyi torpaq sahəsinə dair 6 may 2006-cı il tarixli və 30 avqust 2017-ci il tarixli çıxarışlarda göstərilən ölçülər arasında uyğunsuzluq mövcuddur. Nəticədə cavabdeh tərəfindən üçüncü şəxs X4 adına verilmiş 30 avqust 2017-ci il tarixli çıxarışda və eyni tarixli texniki pasportda qeyd olunmuş ölçülər, torpaq sahəsinin ölçüsü və faktiki vəziyyətinə dair ilkin sənədlərdə nəzərdə tutulmuş məlumatlarla eynilik təşkil etmir. Bundan əlavə, apellyasiya Məhkəməsi yenə ekspertin qeyd edilən rəyinə istinadla hesab etmişdir ki, cavabdeh tərəfindən X4 adına verilmiş 30 avqust 2017-ci il tarixli texniki pasporta əsasən üçüncü şəxsin istifadəsində olan 2,8x7,7 ölçüdə torpaq sahəsi ilə İddiaçı kiçik müəssisəsinin faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən olunur. ünvan 3 ünvanda yerləşən üçüncü şəxsə məxsus 134 saylı pavilyonun yerləşdiyi torpaq sahəsinin sərhədlərini ilkin sənədlər əsasında müəyyən etmək mümkün olmadığı halda, cavabdeh tərəfindən 30 avqust 2017-ci il tarixdə üçüncü şəxsə ilkin sənədlərə uyğun olmayan çıxarışın və texniki pasp ortun verilməsi, həmin üçüncü şəxsin istifadəsində olan 2,8x7,7 ölçüdə torpaq sahəsi ilə İddiaçı kiçik müəssisəsinin faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinin üst-üstə düşməsi ilə nəticələnmişdir.
11. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 28 iyul 2021ci il tarixli, 2-1(102)-1249/2021 nömrəli qərarı (hakimlər: X15 (məruzəçi), X8 və X9) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
13. Kassasiya instansiyası məhkəməsi hes ab etmişdir ki, apellyasiya məhkəməsi cavabdeh tərəfindən üçüncü şəxsə verilmiş 30 avqust 2017-cı ıl tarixli ******* saylı çıxarışın ünvan 1 ünvanında yerləşən 134 saylı pavilyona dair Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 11 noyabr 1997-ci tarixli 7172 saylı şəhadətnaməyə, 13 sentyabr 1997-ci ildə tərtib edilmiş texniki pasporta, Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu” təsdiq edən 5 noyabr 1998-ci il tarixli 000087 saylı Şəhadətnaməyə, habelə sonuncu sənədlərdə əks olunmuş məlumatlara uyğun olaraq verilib – verilmədiyini araşdırmamışdır. Eyni zamanda hüquqmüəyyənedici ilkin sənədlər əsasında üçüncü şəxsə məxsus torpaq sahəsi nin sərhədləri və koordinatları müəyyən olunmamışdır. Araşdırma iddiaçıya münasibətdə də həyata keçirilməli, məhkəmə tərəfindən həmçinin iddiaçıya aid hüquqmüəyyənedici və digər sənədlər də tədqiq edilməli, həmin sənədlərdə olan məlumatlar dəqiqləşdirilməli və qeyd olunan sənədlər əsasında iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilməli idi. Məhkəmə iş materiallarında olan ekspert rəyinə əsaslanaraq X4 adına verilmiş ilkin hüquqmüəyyənedici sənədlərdəki məlumatlarla, xx.xx.2017-ci il tarixdə verilmiş çıxarışda və texniki pasportda nəzərdə tutulmuş məlumatların eyni olmadığını qeyd etsə də, həmin uyğunsuzluğun səbəblərini və əsaslarını müəyyən etməmişdir. Məhkəmə həmin halın müəyyən edilməsi məqsədi ilə cavabdehin izahatını almalı, cavabdehin və cəlb edilən mü təxəssisin iştirakı ilə yerində torpaq sahələrinə baxış keçirməli, torpaqların faktiki sərhədlərinin hüquqmüəyyənedici sənədlərə uyğunluğunu yoxlamalı idi. Dövlət Əmlak Komitəsinin mövqeyi öyrənilməli və ilkin özəlləşdirmə sənədləri (alqı-satqı müqavilələri və əlavə edilən digər sənədlər) Dövlət Əmlak Komitəsindən tələb olunmalı idi. Bundan əlavə, 134 saylı pavilyonun yerləşdiyi torpaq sahəsinin sərhədlərinin ilkin sənədlərə görə müəyyən edilməsinin mümkün olmadığını qeyd edən məhkəmə, 30 avqust 2017-ci il tarixdə üçüncü şəxsə verilmiş çıxarış və texniki pasport nəticəsində X4 istifadəsində olan 2,8x7,7 ölçüdə torpaq sahəsi ilə İddiaçı kiçik müəssisəsinin faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinin üst-üstə düşməsi qənaətinə gəlir. Halbuki, torpaq sahələrinin üst-üstə düşməsini iddia etmək üçün həmin torpaqların sərhədləri ən azından bəlli olmalıdır. Digər tərəfdən, konkret halda üst-üstə düşmə ən azından iki həmsərhəd torpaq sahəsinin olmasını nəzərdə tutur. Bu baxımdan iddiaçı və üçüncü şəxsə məxsus torpaq sahələrinin üstüstə düşməsinin səbəbini müəyyən etmək üçün yalnız üçüncü şəxsə aid sənədlərin tədqiq olunması obyektiv və hərtərəfli araşdırma prinsipinin tələbləri baxımından yetərli sayıla bilməz. Bu faktının səbəbini müəyyən etmək üçün həm üçüncü şəxsə, həm də iddiaçıya məxsus hüquqmüəyyənedici sənədlər araşdırılmalı, üst-üstə düşmənin qeyd olunan sənədlərdən yoxsa cavabdehin hərəkətlərindən qaynaqlandığı aydınlaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, araşdırmanın nəticəsi mübahisənin məhkəmə aidiyyətinə və mübahisə predmetinin məzmununa birba şa təsir göstərə bilən haldır. Üçüncü şəxsin müraciətinə cavabında cavabdeh 30 mart 2017-ci il tarixli, **********49 saylı məktubunda qeyd edir ki, Ziyad Əliyevin mülkiyyətində olan (5 noyabr 1998-ci il tarixli şəhadətnaməyə əsasən) 109.24 kv.m torpaq sahəsindən 22.1 kv.m torpaq sahəsi digər fiziki şəxs tərəfindən zəbt edilərək istifadə edilməkdədir və həmin sahədə əlavə olaraq 1 mərtəbəli tikili inşa edilmişdir. Məhkəmə qeyd edilən halı araşdırmamış, bununla bağlı cavabdehin izahatını almamış, məktubda göstərdiyi faktı necə və hansı sənədlər əsasında müəyyən etdiyini aydınlaşdırmağı cavabdehdən tələb etməmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2-1(103)-233/2022 nömrəli qərarı ( hakimlər: X5 (sədrlik edən və məruzəçi), X10 və X3) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixində məhkəməyə 10/48 saylı 10 iyun 2022-ci il tarixli ekspert rəyi təqdim olunmuşdur. Həmin rəydən görünür ki, xx.xx.2022-ci il tarixində tədqiqat obyektinə baxış keçirilmiş, xx.xx.2022-ci il tarixdə əlavə sənədlər daxil olduqdan sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa-Neymətulla küçəsi, 20 ünvanında yerləşən torpaq sahəsi üzrə ekspertiza tədqiqatı aparılmış və iş materiallarına və baxış zamanı əldə olunmuş məlumatlara əsasən nəticəyə gəlinmişdir ki, iddiaçıya məxsus daşınmaz əmlakla ilə bağlı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, AğaNeymətulla küçəsi, 20 ünvanında yerləşən İddiaçınə məxsus obyekt faktiki olaraq iş materiallarında olan həmin müəssisənin adına verilmiş ilkin sənədlərə (Nardaran-2” çoxsahəli kiçik müəssisəsinin adına olan xx.xx.2001 il tarixli 494 №-li Registrdən çıxarış”da xx.xx.2001-ci il tarixli 002504 №-li mülkiyyət şəhadətnaməsinə əlavə edilmiş xx.xx.2001-ci il tarixli 000046 №-li Texniki pasportda göstərilən torpaq sahəsinin sərhədlərinə (cizgilərinə) uyğundur. - xx.xx.2017-ci il tarixlərdə verilmiş ******* saylı reyestrdən çıxarışa əsasən üçüncü şəxs X4 mülkiyyətinə verilmiş, İddiaçı faktiki istifadəsində olan 2.8x7,7=21,56 kv.m ölçüdə torpaq sahəsi, həmin müəssisəyə məxsus qeyri-yaşayış sahəs inin giriş tərəfdən sərhədlərində yerləşir. Mübahisəli ərazidə yerləşən İddiaçınə məxsus obyektlərin yerləşdiyi faktiki torpaq sahəsinin ölçüləri texniki pasportun göstəricilərinə uyğun olduğu nəzərə alınmaqla, müəssisə tərəfindən sərhədləri pozulmamışdır. Eyni zamanda, üçüncü şəxslə bağlı ekspertlər müəyyən etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa-Neymətulla küçəsi, 20 ünvanında yerləşən X6 məxsus torpaq sahəsində ilkin sənədlərə əsasən yerləşən 134 saylı pavilyona dair Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 7172 saylı şəhadətnamə və xx.xx.1997-ci il tarixində tərtib edilmiş Texniki pasport və onun adına verilmiş xx.xx.2006-cı il və xx.xx.2017-ci il tarixlərdə verilmiş çıxarışlarla uyğunsuzluq təşkil edir, bu uyğunsuzluq nəzərə alınmaqla, üçüncü şəxs sər hədlərini pozmuşdur. Həmçinin rəydə göstərilənlərə aydınlıq gətirilməsi üçün ekspert Xəyyam İsgəndərov məhkəmə iclasında dindirilərkən ona verilmiş suallara əsasən müəyyən olunmuşdur ki, iddiaçı faktiki olaraq öz adına olan sənədlərlə əhatə olunan torpaq sərhədləri daxilində yerləşir. Ona məxsus qeyri-yaşayış sahəsinin ön hissəsində yerləşən 2.8x7,7=21,56 kv.m ölçüdə torpaq sahəsinə sənədi yoxdur, faktiki istifadə edir (bu hal iddiaçı tərəfindən mübahisələndirilmir). Sənədlərə əsasən müəssisənin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin sərhədləri üçüncü şəxs X14 tərəfindən pozulmamış, və onun tərəfindən baxmayaraq ki, ona məxsus obyektə dair ilkin və sonrakı sənədlər arasında uyğunsuzluq mövcud olsa da, faktiki vəziyyətində iddiaçının sənədlə əhatə olunan torpaq sahəsinə müdaxil ə olunmamışdır. Bundan əlavə, mübahisəli ünvanda yerləşən üçüncü şəxsə məxsus mübahisəli daşınmaz əmlakın cavabdeh tərəfindən aparılan dövlət qeydiyyatı - Qanunun qeyd olunan tələblərinə uyğundur və həmin qeydiyyat iddiaçı müəssisənin hüquqlarına xələl gətirmir. Beləliklə, cavabdehin iddiaçı müəssisənin hüquqlarını pozan hərəkətlərinin mövcudluğu müəyyən edilmir. Başqa sözlə, üçüncü şəxsə məxsus mübahisələndirilən qeydiyyatın və buna dair sənədlərin etibarsız sayılması və ləğv olunması əsaslar yoxdur.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstəril ənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, kassasiya instansiya məhkəməsinin qərarının 34-cü bəndində göstərilən göstərişində qeyd edilən məsələ iş üzrə təyin edilmiş ekspertiza rəyləri ilə də öz təsdiqini tapsa da, apellyasiya məhkəməsi prosessual pozuntuya yol verərək bu məsələni araşdırmamış, Ali Məhkəmənin göstərişi olmasına baxmayaraq həmin məsələyə hüquqi qiymət verməmişdir. Belə ki, hüquqmüəyyənedici ilkin sənədlər əsasında üçüncü şəxsə məxsus torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən olunmamış, 30 avqust 2017-ci il tarixli ******* saylı çıxarışın daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması üçün əsas qismində çıxış edən hüquqmüəyyənedici sənədlər müəyyən edilməmişdir.
18. Həmçinin apellyasiya məhkəməsi prosessual pozuntuya yol ve rərək qeyd edilən məsələni araşdırmamış, uyğunsuzluğun səbəblərini və əsasları müəyyən etməmiş, ilkin özəlləşdirmə sənədlərini (alqı-satqı müqavilələri və əlavə edilən digər sənədlər) Dövlət Əmlak Komitəsindən tələb etmədən, Ali Məhkəmənin göstərişinə məhəl qoymadan mahiyyəti üzrə qərar qəbul etmişdir. Bundan başqa, kassasiya instansiya məhkəməsinin qərarının 37-ci bəndində göstərilən göstərişlər iş üzrə təyin edilmiş ekspertiza rəyləri ilə də öz təsdiqini tapsa da, apellyasiya məhkəməsi prosessual pozuntuya yol verərək qeyd edilən məsələni araşdırmamış, Ali Məhkəmənin göstərişi olmasına baxmayaraq həmin məsələyə hüquqi qiymət verməmişdir.
19. Həmçinin apellyasiya məhkəməsi prosessual pozuntuya yol verərək mübahisəli 22.1 kv.m torpaq sahəsinin digər fiziki şəxs tərəfindən zəbt edilərək ist ifadə edilməsini və həmin sahədə əlavə olaraq 1 mərtəbəli tikili inşa edilməsini necə və hansı sənədlər əsasında müəyyən etdiyini araşdırmamış, Ali Məhkəmənin göstərişi olmasına baxmayaraq həmin məsələyə hüquqi qiymət verməmişdir. Məhkəmə mübahisəli ərazidə iddiaçıya məxsus obyektin (obyektlərin) yerləşdiyi faktiki torpaq sahəsinin sənədlərə (Nardaran-2” çoxsahəli kiçik müəssisəsinin adına olan xx.xx.2001 il tarixli 494 №-li Registrdən çıxarış”da xx.xx.2001-ci il tarixli 002504 №-li mülkiyyət şəhadətnaməsinə əlavə edilmiş xx.xx.2001-ci il tarixli 000046 №-li Texniki pasportda göstərilən torpaq sahəsinin sərhədlərinə (cizgilərinə) uyğun olmasına heç bir qiymət verməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
20. Üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək iddiaçının k assasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
21. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qey diyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi h üquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
23. İnzibati Prosessual Məcəllə: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkə mə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilm əsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.3. Sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər. 58.4. Zəruri hallarda sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayanadək, sübutların araşdırılmasını səlahiyyətli hakim qismində məhkəmə tərkibinin üzvlərindən birinə həvalə edə bilər. 58.5. Zəruri hallarda məhkəmə, aydınlaşdırılması zəruri olan konkret halları göstərməklə, sübutların araşdırılması və ya toplanılması üçün başqa məhkəməyə müraciət edə bilər. 58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir b) Maddə
14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmə k vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. c) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərar ı qətidir.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi torpaq sahəsinin plan-ölçüsü barədə ilkin sənədlərin və texniki pasportun etibarsız sayılması və reyestrdə qeydiyyatın, çıxarışın ləğv edilməsi ilə bağlı məsələni lazımi qaydada – hazırkı qərarın 23a bəndində göstərilən prosessual hüquq normalarına uyğun şəkildə araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qal mır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı təyin edilmiş 12 may 2022-ci il tarixli ekspertiza rəyinə əsasən müəyyən edilmişdir ki, - Bakı şəhəri, Nərimanov rayonu, Ağa-Neymətulla küçəsi, 20 ünvanında yerləşən yerləşən İddiaçınə məxsus obyekt faktiki olaraq iş materiallarında olan həmin müəssisənin adına verilmiş ilkin sənədlərə (Nardaran-2” çoxsahəli kiçik müəssisəsinin adına olan xx.xx.2001 il tarixli 494 No-li Registrdən çıxarış”da xx.xx.2001-ci il tarixli 002504 No-li mülkiyyət şəhadətnaməsinə əlavə edilmiş xx.xx.200 1-ci il tarixli 000046 No-li Texniki pasportda göstərilən torpaq sahəsinin sərhədlərinə (cizgilərinə) uyğundur. - xx.xx.2017-ci il tarixlərdə verilmiş ******* saylı reyestrdən çıxarışa əsasən üçüncü şəxs X2 mülkiyyətinə verilmiş, İddiaçı faktiki istifadəsində olan 2.8x7,7=21,56 kv.m ölçüdə torpaq sahəsi, həmin müəssisəyə məxsus qeyri-yaşayış sahəsinin giriş tərəfdən sərhədlərində yerləşir. - mübahisəli ərazidə yerləşən İddiaçınə məxsus obyektlərin yerləşdiyi faktiki torpaq sahəsinin ölçüləri texniki pasportun göstəricilərinə uyğun olduğu nəzərə alınmaqla, müəssisə tərəfindən sərhədləri pozulmamışdır. - Bakı şəhəri, Nərimanov rayonu, Ağa-Neymətulla küçəsi, 20 ünvanında yerləşən X6 məxsus torpaq sahəsində ilkin sənədlərə əsasən yerləşən 134 saylı pavilyona dair Dövlət Əmlak Komitəsi tərəfind ən verilmiş xx.xx.1997-ci il tarixli 7172 saylı şəhadətnamə və xx.xx.1997-ci il tarixində tərtib edilmiş Texniki pasport və onun adına verilmiş xx.xx.2006-cı il və xx.xx.2017-ci il tarixlərdə verilmiş çıxarışlarla (i.v.68 və 218; 1-ci cild) uyğunsuzluq təşkil edir, bu uyğunsuzluq nəzərə alınmaqla, üçüncü şəxs sərhədlərini pozmuşdur.
32. Həmçinin məhkəmə iclasında ekspert Xəyyam İsgəndərovun izahatına əsasən müəyyən olunmuşdur ki, İddiaçı faktiki olaraq, öz adına olan sənədlərlə əhatə olunan torpaq sərhədləri daxilində yerləşir. Ona məxsus qeyri-yaşayış sahəsinin ön hissəsində yerləşən 2.8x7,7=21,56 kv.m ölçüdə torpaq sahəsinə sənədi yoxdur, faktiki istifadə edir (bu hal iddiaçı tərəfindən mübahisələndirilmir). Sənədlərə əsasən müəssisənin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsin in sərhədləri - üçüncü şəxs X14 tərəfindən pozulmamış, və onun tərəfindən baxmayaraq ki, ona məxsus obyektə dair ilkin və sonrakı sənədlər arasında uyğunsuzluq mövcud olsa da, faktiki vəziyyətində iddiaçının sənədlə əhatə olunan torpaq sahəsinə müdaxilə olunmamışdır.
33. Beləliklə, mübahisəli ünvanda yerləşən üçüncü şəxsə məxsus mübahisəli daşınmaz əmlakın cavabdeh tərəfindən aparılan dövlət qeydiyyatı hazırkı qərarın 22ci bəndində göstərilən maddi hüquq normalarının tələblərinə tələblərinə uyğundur və həmin qeydiyyat iddiaçı müəssisənin hüquqlarına xələl gətirmir. Cavabdehin iddiaçı müəssisənin hüquqlarını pozan hərəkətlərinin mövcudluğu müəyyən edilmir. Başqa sözlə, üçüncü şəxsə məxsus mübahisələndirilən qeydiyyatın və buna dair sənədlərin etibarsız sayılması və ləğv olunması əsaslar yox dur.
34. Həmçinin məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Ali Məhkəmə tərəfindən hazırkı qərarın 15-ci bəndində göstərilən İPM-in 96.11-ci maddəsinə görə məcburi xarakter daşıyan göstərişlər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, hüquqi qərar qəbul edilmişdir.
35. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 23-cü bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan torpaq sahəsinin plan-ölçüsü barədə ilkin sənədlərin və texniki pasportun etibarsız sayılması və reyestrdə qeydiyyatın, çıxarışın ləğv edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir.
36. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2-1(103)-233/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.