Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2389/2019 02.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 İdarəsi (Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamenti) Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual hüquq varisinin yenidən kassasiya şikayəti vermək hüququ, məhkəmə qərarlarının sabitliyi və hüquqi müəyyənlik, dinlənilmə hüququ. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəç i hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 İdarəsinin (prosessual hüquqi varis Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinin) Cavabdeh MMC-yə qarşı məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2433/2018 saylı iş üzrə 09 oktyabr 2018-ci il tarixli qərarından Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamenti tərəfindən verilmiş kassasiya şikayəti nin mümkünlüyünə Ali Məhkəmənin binasında 02 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2283/2018 saylı, 04 may 2018-ci il tarixli qərarı (hakim – E.Q.Məmmədov) ilə iddia təmin edilərək Cavabdeh MMC-nin 01 iyul 2016-cı il tarixdən - 01 iyul 2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 5811,50 manat məbləğində borcunun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 İdarəsinin xeyrinə tutulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2 -1(103)-2433/2018 saylı qərarı (sədrlik edən və məruzəçi hakim –V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2283/2018 saylı, 04 may 2018-ci il tarixli qərarı ləğv olunmaqla iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsini İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)2893/2018 saylı, 26 dekabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – Z.M.Quliyev, hakimlər – İ.K.Hüseynov və N.İ.Rəsulbəyova) ilə iddiaçının kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2-1(103)- 2433/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra 24 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamenti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 İdarəsinin prosessual hüquqi varisi kimi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2433/2018 saylı qərarını ləğv edib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 58-ci maddəsinə əsasən isə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birin ci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Beləliklə, qanunvericiliyin tələblərindən göründüyü kimi kassasiy a məhkəməsində işə baxılaraq Ali Məhkəmə tərəfindən müvafiq qərar qəbul edilmişdirsə (işin təkrar apellyasiya baxışına göndərilməsi halı istisna olmaqla), həmin qərar qəti hesab edilir və mübahisə üzrə məhkəmə icraatının yekunlaşdığı mənasına gəlir. Bundan sonra iş üzrə məhkəmə icraatı yalnız yeni açılmış hallar üzrə icraat və ya konstitusiya məhkəməsi icraatı çərçivəsində qəbul edilmiş qərardan sonra yenilənə bilər. Digər tərəfdən isə prosessual qanunvericiliyin tələblərinə görə hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Buna görə, əgər əvvəllər proses iştirakçısı olan şəxs tərəfindən zamanında kassasiya şikayəti vermək hüququndan istifadə edilmişsə, hüquq varisi özünün məhkəmə qərarı barədə yeni məlumatlı olmasına və ya yeni yaranmış başqa hallara istinadla kassasiya şikayəti vermək hüququna malik olduğunu irəli sürə bilməz və qərarın ona təqdim olunduğu andan hesablanmaqla kassasiya şikayəti vermə müddətinin yenidən hesablanmasını tələb edə bilməz. Bu hal, məhkəmə qərarlarının sabitliyi və hüquqi müəyyənlik prinsipi ilə uzlaşmayaraq məhkəmə qərarlarını davamlı olaraq mübahisə predmetinə çevirə bilər. Bu mənada, hazırkı işin hallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2433/2018 saylı qərarından bir dəfə iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsini İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2893/2018 saylı, 26 dekabr 2018-ci il ta rixli qərarı ilə həmin şikayət təmin edilməyərək apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçının prosessual hüquq varisinin kassasiya şikayəti verməklə yenidən mübahisələndirdiyi qərar daha əvvəl iddiaçının özü tərəfindən verilmiş şikayət əsasında kassasiya baxışının predmeti olmuş və Ali Məhkəmə tərəfindən mübahisəyə dair qəti qərar qəbul edilmişdir. Belə olan halda, iddiaçının prosessual hüquq varisinin yenidən həmin qərarı mübahisələndirməyə dair hüquqi marağı və imkanı ortadan qalxmış olur. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ müəyyən prosessual qaydalara və hüquqi müəyyənlik prinsipinin tələblərinə uyğun həyata keçirilə bilən hüquqdur. Buna görə, hər hansı məhkəmə aktı proses iştirakçıları (və ya onların hüquq varisləri) tərəfindən ya lnız bir dəfə yuxarı instansiya məhkəməsində mahiyyəti üzrə şikayət verməklə mübahisələndirilə bilər. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2433/2018 saylı qərarı iddiaçı tərəfindən daha əvvəl kassasiya qaydasında mübahisələndirildiyindən apellyasiya məhkəməsinin sözügedən qərarından iddiaçının prosessual hüquq varisi tərəfindən yenidən verilmiş kassasiya şikayəti mümkün sayılmamalıdır. İPM-in 96.3-cü maddəsinin 2-ci cümləsində təsbit edilmiş kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququnun təmin edilməli olduğuna dair müddəaya münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, həmin müddəa kassasiya qaydasında müb ahisələndirilməsi mümkün olan qərar və qərardadlara münasibətdə tətbiq edilməli olan normadır. Başqa sözlə, kassasiya şikayəti qeyri-mümkün sayılmadan əvvəl dinlənilmə hüququ o halda təmin edilməlidir ki, mübahisələndirilən qərar və ya qərardaddan kassasiya şikayəti verilməsi mümkün olsun. Yuxarıda da göstərildiyi kimi daha əvvəl kassasiya qaydasında baxılmış qərardan yenidən eyni proses iştirakçısı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsi həll edilərkən dinlənilmə hüququnun təmin olunması tələb olunmur. Çünki bu halda, artıq mübahisələndirilməsi mümkün olmayan məhkəmə qərarından verilən kassasiya şikayəti qanunun nəzərdə tutduğu kassasiya şikayəti deyildir. Yalnız qanunun yol verdiyi kassasiya şikayətinə münasibətdə kassasiya şikayətinin mümkünlüyü məsələsi dinlənil mə hüququ təmin edilməklə yoxlanılmalıdır. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, kassasiya şikayətinin mümkünlüyü ilə bağlı dinlənilmə hüqununun təmin edilməsinin məqsədi kassasiya şikayəti verilərkən buraxılmış qüsurların məhkəmənin yardımı ilə aradan qaldırılmasına yönəlmişdir. Bu halda, hətta dinlənilmə hüququ təmin edilsə belə, hazırkı kassasiya şikayəti mümkün sayıla bilməz. Çünki, yenidən kassasiya qaydasında mübahisələndirilməsi mümkün olmayan qərardan şikayət verilmişdir. Bu zaman məhkəmənin hansı qaydada yardım etməli olduğu məsələsi də qeyrimüəyyən olaraq qalır. Ona görə də, kollegiya hesab edir ki, bu halda, kassasiya şikayəti dinlənilmə hüququ təmin edilmədən qeyri-mümkün sayılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəl ləsinin 90, 96 və 99-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2433/2018 saylı iş üzrə 09 oktyabr 2018-ci il tarixli qərarından Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamenti tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2389/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2389/2019
02.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver