Məhkəmə qərarları › İş №2-1(102)-2389/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2389/2020

16.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2389/2020 16.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı1 cavabdeh Azərbaycan Respublikası X4rşı iş üzrə QƏRAR Açar sözlər: (işlədiyi müddətin dövlət qulluğu stajına hesablanması, ümumi müsahibədə iştirakının təmin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası X4rşı işlədiyi müddətin dövlət qulluğu stajına hesablanması, ümumi müsahibədə iştirakının təmin edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx-ci il tarixli, 2-1(103)-689/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 dekabr 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası X4rşı cavabdehin hərəkətləri qanunsuz hesab edilərək 03.12.2002-ci il tarixindən 13.11.2003-cü il tarixədək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X2 və Mühafizəsi Departamentinin Təsərrüfat sektorunun mütəxəssisi və 13.11.2003-cü ildən 19.09.2008-ci il tarixədək həmin sektorun müdiri vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına hesablanması və onun dövlət qulluğuna qəbul üçün təşkil edilən ümumi müsahibədə iştirakının təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 03.12.2002-ci il tarixindən 13.11.2003-cü il tarixədək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X2 və Mühafizəsi Departamentinin Təsərrüfat sektorunun mütəxəssisi və 13.11.2003-cü ildən 19.09.2008-ci il tarixədək həmin sektorun müdiri vəzifəsində işləmişdir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və 2004-cü il 21 iyul tarixli 151S nömrəli sərəncamına əlavə də dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyul 2009-cu il tarixli 108 nömrəli qərarının 2-ci bəndinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X2 və Mühafizəsi Departamentinin əməkdaşlarına dövlət qulluqçusu statusu verilmişdi r. İddiaçı dövlət qulluğuna qəbul üçün təşkil edilən ümumi müsahibədə iştirakının təmin olunması barədə 01.10.2018-ci il tarixdə cavabdehə yazılı müraciət etmişdir. Lakin cavabdeh orqanın 18.10.2018-ci il tarixli məktubu ilə əsassız imtina almışdır. Sonuncu dəfə 12.03.2019-cu ildə X5 Şurasının üzvü Tələt Məcidova müraciət etmişdir və bu müraciət X6 deyil Ekologiya Nazirliyinə yönləndirilmişdir. Ekologiya Nazirliyinin 51k343-12 saylı 08.05.2019-cu il tarixli məktubunda X6 müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən yenidən 18 may 2019-cu il tarixdə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 04/08-22/2114 saylı 12.06.2019-cu il tarixli məktubu ilə ona cavab ünvanlanaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X2 və Mühafizəsi Departamentində iş lədiyi illərdə (2002-2008) Depratamentin dövlət büdcəsindən maliyyələşdirilmiş təşkilat olduğunu və yalnız 27 iyul 2009-cu il tarixdə dövlət orqanlarının siyahısına əlavə edildiyini əsas gətirərək dövlət orqanlarında inzibati vəzifələrdə 5 il qulluq stajına malik olmadığı üçün ümumi müsahibədə iştirak etməsinin qanunverciliklə mümkün olmadığı bildirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X2 və Mühafizəsi Departamentinin əməkdaşlarına 2001-ci ildən dövlət qulluğu stajı şamil olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Birinci instansiya məhkəməsinin xxx-cu il tarixli, 2-1(81)-4027/2019 nömrəli (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən «Dövlət qull uğu haqqında» Qanunun 7.1, 29.3-cü maddələrinə, Nazirlər Kabinetinin 27 iyul 2009-cu il tarixli, 108 nömrəli qərarının 2-ci hissəsinə, İnzibati Prosessual Məcəllənin 2.2.2, 33.1, 52, 58.1, 68.1, 68.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia əsassızdır.

5. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xxx-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xxx-ci il tarixli, 2-1(103)-689/20 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məru zəçi, Valeh Ağayev və Aida Hüseyn) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xxx-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Apelyasiya məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də tətbiq etdiyi maddi və prosessual hüquq normalarına istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri:

8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan qəbul etdiyi qərarı cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi hüquqi əsası olmayan etirazını bütünlüklə qərara köçürməklə əsaslandırmışdır.

9. Belə ki, məhkəmə gəldiyi nəticənin əsası kimi onu qeyd etmişdir ki, guya iddiaçının işlədiyi dövrdə onun işlədiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X2 və Mühafizəsi Departamenti dövlət orqanları siyahısına aid olmadığından, onunla əmək münasibətlərinə xitam verildikdən sonra həmin Departament dövlət orqanlarının siyahısına əlavə edildiyindən, onun iş stajı dövlət orqanlarında inzibatı vəzifələrdə qulluq stajına hesablana bilməz. Eyni zamanda «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə istinad edərək iddiaçının dövlət orqanlarında inzibati vəzifələrdə 5 il qulluq stajına malik olmadığı üçün onun ümumi müsahibədə iştirak etməsinin mümkün hesab edilməməsi barədə cavabdehin imtinasını əsaslı hesab etmişdir.

10. Apelyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin konstitusion hüquq normasının təhrif olunmasına dair gəldiyi nəticəni eyni ilə qətnaməyə köçürməklə kifayətlənmiş, özünün gəldiyi nəticəni isə hər hansı bir hüquq norması ilə əsaslandırmadan Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin göstərişlərini kobud şəkildə pozmuşdur.

11. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.

12. Birinci və apelyasiya instansiyası məhkəmələri Ekologiya və X3 «Su Hövzələrində X2 və Mühafizəsi» Departamentinin əməkdaşlarına 2001-ci ildən dövlət qulluğu stajının şamil olunduğunu nəzərə almalı və Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulan norması baxımından iddiaçının 03 dekabr 2002-ci il tarixindən 19 sentyabr 2008-ci il tarixədək olan iş stajının qulluq stajı hesab olunmasını, həmçinin ümumi müsahibədə iştirakının təmin olunması barədə tələbini əsaslı hesab etməli idilər.

13. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx-ci il tarixli, 2-1(103)-689/2020 saylı qərarının ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə görə tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Əsaslandırıcı hissə:

15. Azərbaycan Respubli kasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

17. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayəti ilə bağlı ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kasasiya şikayəti yeganə bir dəlilə söykənir ki, bu da məhkəmələr tərəfindən inzibati mübahisə həll edilərkən Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi tətbiq edilməmiş, əslində isə həmin maddi hüquq norması tətbiq edilməli və iddiaçının iddiası təmin edilməlidir.

18. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində deyilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

19. Məhkə mə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətində göstərdiyi bu yeganə dəlili əsassızdır.

20. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 03 dekabr 2002-ci il tarixdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi «Balıqartırma» İdarəsində «Təsərrüfat» şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, 13 noyabr 2003-cü il tarixdən «Təsərrüfat» şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, «Balıqartırma» İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 19 mart 2004-cü il tarixli, 170/ü saylı əmrinə əsasən «Su hövzələrində X2 və mühafizəsi» Departamenti adlandırılmışdır.

21. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrin də X2 və Mühafizəsi Departamenti tərəfindən iddiaçıya ünvanlanmış 25 dekabr 2015-ci il tarixli, 16/1101 saylı məktuba əsasən iddiaçının müraciətinə baxılmış, Departamentdə saxlanılan arxiv sənədlərinə əsasən onun 13 dekabr 2002-ci il tarixdən 13 noyabr 2003-cü il tarixədək Departamentin Təsərrüfat sektorunda mütəxəssis, 13 noyabr 2003-cü ildən 19 sentyabr 2008-ci il tarixədək sözügedən sektorun müdiri vəzifəsində işləmişdir. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və 21 iyul 2004-cü il tarixli, 151s nömrəli sərəncamına əlavə və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2009-cu il tarixli, 108 nömrəli Qərarı»nın 2-ci bəndinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X2 və Mühafizəsi Departamenti dövlət orqanlarının təsnifatına aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən onun işlədiyi dövr dövlət qulluğu stajına aid edilir. Bununla əlaqədar müvafiq arayış hazırlanaraq ona təqdim olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20 may 2010-cu il tarixli əmri ilə Departamentin idarəetmə aparatında çalışan işçilərinə ixtisas dərəcələri verilmişdir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsi və Departamentin 19 sentyabr 2008-ci il tarixli, 55-K saylı əmri ilə işdən azad edilməsi nəzərə alınaraq, ixtisas dərəcələrinin verilməsi ilə bağlı tərtib olunmuş siyahıya onun adı salınmamışdır.

22. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfin dən iddiaçıya ünvanlanmış 18 oktyabr 2018-ci il tarixli, 04/08-08/3051 saylı və 12 iyun 2019-cu il tarixli, 04/08-22/2114 saylı məktuba əsasən iddiaçının ümumi müsahibədə iştirak etməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlərinə baxılmış, ona eyni məzmunlu cavablar verilərək göstərilmişdir ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunun 29.3, 7.1-ci maddələrinə istinad olunaraq, onun 2002–2008-ci il tarixlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Resursların - Artırılması və Mühafizəsi Departamentində mütəxəssis və sektor müdiri vəzifələrində çalışdığı, Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2001-ci il tarixli, 811 saylı Sərəncamı ilə X1, yetişdirilməsi və bərpası «Balıqartırma» İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliy inin tabeliyinə verilmişdir və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2004-cü il 19 mart tarixli, 170/ü nömrəli Əmri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində X2 və Mühafizəsi Departamenti adlandırılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 aprel 2002-ci il tarixli, 1217/ü nömrəli Əmri ilə təsdiq edilmiş «Su Hövzələrində X2 və Mühafizəsi Departamenti haqqında Əsasnamə»nin 4-cü hissəsinə əsasən departamentin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir. «Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında» Azərba ycan Respublikası Prezidentinin 5 sentyabr 2008-ci il tarixli, 3030 nömrəli Sərəncamının 1-ci hissəsində Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və işçilərinin aylıq vəzifə maaşları orta hesabla 25 faiz artırılan təşkilatlar sırasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X2 və Mühafizəsi Departamenti də nəzərdə tutulmuşdur. Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli, 277 nömrəli Qərarı ilə təsdiq edilmiş «Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları» ilə müəyyən edilmişdir. Onun 2002-2008-ci il tarixlərdə çalışdığı Su H övzələrində X2 və Mühafizəsi Departamenti «Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları»na «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və 21 iyul 2004-cü il tarixli, 151s nömrəli sərəncamına əlavə və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyul 2009-cu il tarixli, 108 nömrəli Qərarının 2-ci hissəsinə uyğun olaraq əlavə edilmişdir və Departament işçilərinin maliyyə təminatı 2009-cu ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saxlanılması üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçirilmişdir. Yuxarıda adıçəkilən Qərarlardan müəyyən olunur ki, iddiaçının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələr ində X2 və Mühafizəsi Departamentində işlədiyi illərdə (2002–2008-ci illər) Departament dövlət büdcəsindən maliyyələşdirilmiş təşkilat olmuşdur və yalnız 27 iyul 2009-cu il tarixdə dövlət orqanlarının siyahısına əlavə edilmişdir. O, dövlət orqanlarında inzibati vəzifələrdə 5 il qulluq stajına malik olmadığı üçün ümumi müsahibədə iştirak etməsinin qanunvericiliklə mümkün olmadığı göstərilmişdir.

23. Beləliklə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X2 və Mühafizəsi Departamenti «Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları»na «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və 2004-cü il 21 iyul tarixli, 151S nömrəli sərəncamına əlavə və dəyişiklikl ər edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyul 2009-cu il tarixli, 108 nömrəli qərarının 2-ci hissəsinə uyğun olaraq əlavə edilmişdir. Departament işçilərinin maliyyə təminatı isə 2009-cu ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saxlanılması üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçirilmişdir. Göstərilən aktlardan müəyyən olunur ki, iddiaçının Su Hövzələrində X2 və Mühafizəsi Departamentində işlədiyi illərdə (2002–2008-ci illər) qurum dövlət büdcəsindən maliyyələşdirilmiş təşkilat statusunda olmuşdur. Departament iddiaçının həmin qurumda işlədiyi tarixdən sonra, yəni, 27 iyul 2009-cu il tarixdə dövlət orqanlarının siyahısına əlavə edilmişdir.

24. Göründüyü kimi, işin təkzibolunmaz faktı ondan ibarətdir ki, iddiaçının i şlədiyi illərdə Departament dövlət büdcəsindən maliyyələşdirilmiş təşkilat statusunda olmuş, 27 iyul 2009-cu il tarixdə dövlət orqanlarının siyahısına əlavə edilmişdir.

25. Belə olan halda apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə 27 iyul 2009-cu il tarixdən əvvəl, yəni, 19 sentyabr 2008-ci il tarixdə xitam verildiyindən, hazırda həmin Departamentdə əmək fəaliyyətini davam etdirmədiyindən, onun Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin ona münasibətdə tətbiq edilməsi tələbi əsassızdır. İddiaçının işlədiyi dövrdə onun işlədiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X2 və Mühafizəsi Departamenti dövlət orqanları siyahısına aid olmadığından, onunla əmək münasibətlərinə xitam verildikdən sonra həmin Departament dövlət orqanlarının siyahısına əlavə edildiyindən, onun iş stajı dövlət orqanlarında inzibati vəzifələrdə qulluq stajına hesablana bilməz.

26. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi o halda tətbiq oluna bilərdi ki, 27 iyul 2009-cu il tarixədək «Baş kuryer» statusuna uyğun vəzifə mövcud olsa idi.

27. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq i cra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır.

28. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən birinci-beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin birinciyeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması müsahibə yolu ilə həyata keçirilir. Bu maddənin müddəaları bu Qanunun 29.2-ci maddə sinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları (şəxslər) barəsində tətbiq edilmir.

29. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı dövlət orqanlarında inzibati vəzifələrdə 5 il qulluq stajına malik olmadığı üçün onun ümumi müsahibədə iştirak etməsinin mümkün hesab edilməməsi barədə cavabdehin imtinası əsaslı olmuşdur.

30. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx-ci il tarixli, 2-1(103)689/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar