Məhkəmə qərarları › İş №2-1(102)-2389/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2389/2024

26.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2389/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlavə ödənilmiş məbləğin geri qaytarılması 26.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “əlavə ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2024-cü il tarix li, 2-1(103)1508/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Türkiyə Respublikasının “X5 End Mak. Mimarlıq” şirkəti tərəfindən İddiaçı MMCnin ünvanına göndərilmiş qurğular gömrük bəyannaməsi ilə “8415 81 009 0” kod altında bəyan edilmişdir.

2. Daha sonra, **********8843 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün qeyd edilməməsi ilə bağlı şübhə yarandığı üçün müvafiq araşdırma aparılmış və ekspertiza rəyinin verilməsi üçün X3 İdarəsinə müraciət edilmişdir. 3. xx.xx.2022-ci il tarixli ekspert rəyində malın XİF MN üzrə təsnifat kodunun bəyan edilən təsnifat kodundan fərqli olduğu göstərilmişdir. X3 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, İddiaçı MMC-nin ünvanına idxal olunan yüklər XİF MN görə aşağıdakı qaydada sinifləşdirilir: “Rekos” markalı soyutma qurğusu ********** və 7 “Rekos” markalı ulturasəs nəmləndirici qurğu ********** kodu ilə.

4. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, İddiaçı MMC-nin ünvanına Türkiyədən 77BN068/99ZD411 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********8843 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Malların rəsmiləşdirilməsi həyata keçirilərkən X3 İdarəsinə müraciət edildikdən sonra malların **********8843 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində bəyan edild iyi ********** kod altında deyil, fərqli kod altında sinifləşdirildiyi məlum olmuşdur. Malların kodunun fərqli olması nəticəsində yaranmış gömrük ödənişlərini Şirkət ödəməyə hazırdır. Bununla bağlı köməklik göstərilməsi xahiş olunur.

5. İddiaçı MMC tərəfindən 318843 №-li gömrük bəyannaməsi üzrə 2605 (iki min altı yüz beş) manat məbləğində ƏDV və 14470 (on dörd min dörd yüz yetmiş) manat məbləğində idxal rüsumu dövlət büdcəsinə ödənilmişdir.

6. Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul olunmuş 00100/2048 №-li, xx.xx.2022ci il tarixli “İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında” qərarın surətindən müəyyən olunur ki, Bakı Baş Gömrük İdarəsində ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı MMC barəsində 001- 2051/22 nömrəli inzibati xəta haqqında iş materialları nəzərdən keçiri lərək, ilk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs İddiaçı MMC barəsində 00100-2051/22 nömrəli iş üzrə icraata, vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən xitam verilməsi, iş üzrə icraata xitam verilərkən inzibati xətanın bilavasitə obyekti olan predmetin 30 sentyabr 2022-ci il tarixdə yükün buraxılışının təsdiq edilməsi ilə qanuni sahibinə qaytarıldığı, İddiaçı MMC tərəfindən ödənilməli olan idxal gömrük rüsumu üzrə 14469,65 manat, ƏDV üzrə 2604,53 manat olmaqla, ümumilikdə 17074,18 manat gömrük ödənişlərinin, beləliklə də vurulmuş ziyanın tamamilə ödənildiyi nəzərə alınmışdır.

7. İddiaç ı cavabdehə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, Türkiyə Respublikasının “X5 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoysla İddiaçı MMC-nin ünvanına göndərilmiş qurğuların "xxxx" kod altında rəsmiləşdirilmiş hesab olunması və xx.xx.2022-ci il tarixli rəsmiləşdirmə ilə əlaqədar olaraq, gömrük orqanının qanunsuz hərəkətləri nəticəsində MMC-nin artıq ödədiyi gömrük rüsumu və ƏDV-nin geri qaytarılmasını xahiş etmişdir.

8. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********8843 sorğu nömrəli gömrük bəyannaməsinin rəsmiləşdirilməsi qanunvericiliyə uyğun qaydada həyata keçirilərək yükün buraxılışı təmin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏM Ə AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Türkiyə Respublikasının “X5 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı MMC-nin ünvanına göndərilmiş qurğuların xx.xx.2022-ci il tarixdə verilmiş **********8843 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixində “8418 69 000 9” kod altında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan Bakı Baş Gömrük İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, gətirilmiş həmin qurğuların XİF MN üzrə "xxxx" kodu ilə 5% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması, həmin qurğuların sonrada n gömrük orqanının qanunsuz hərəkətləri nəticəsində 15% gömrük dərəcəsi ilə rəsmiləşdirilməsi üçün MMC tərəfindən xx.xx.2022-ci il tarixində əlavə ödənilmiş cəmi 17074,18 manat (14469,65 manat gömrük rüsumu + 2604,53 manat ƏDV) məbləğin geri qaytarılması barədə qərar qəbul edilərək müəyyən olunmuş formada müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəmiyyət sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq xarici ölkələrdən bir çox qurğu və avadanlıqlar alaraq respublikaya gətirir. Növbəti belə hal 2022-ci il avqust ayında baş vermiş və müqavilə əsasında Türkiyə Respublikasının “X5 End Mak. Mimarlıq” şirkətindən aldıqları mallar (split-kondisioner tipli soyutma qurğuları və nəmləndiriciləri) RKX**********004 n ömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinə əsasən **********8843 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə XİFMN üzrə "xxxx" nömrəli kod altında (bu kod üzrə təsnifləşdirilən malların gömrük dərəcəsi 5% təşkil edir) gömrük orqanına bəyan edilmişdir. Bundan sonra qeyd olunan bəyannamə üzrə gömrük orqanı tərəfindən 41967,48 manat gömrük ödənişi (gömrük rüsumu və ƏDV) hesablanmış və həmin məbləğ xx.xx.2022-ci il tarixində MMC tərəfindən bank vasitəsilə ödənilmişdir. Lakin bundan sonra onlara məlum olmayan səbəbdən gömrük orqanı malları buraxmamış və bir neçə gün mallar heç bir əsas olmadan gömrükdə saxlanıldıqdan sonra onlara bildirilmişdir ki, həmin malların ekspertizasının aparılması qərara alınmışdır. Bu səbəbdən də mallar xx.xx.2022-ci il tarixində gömrük orqanı t ərəfindən X3 İdarəsinə ekspertizaya göndərilmişdir. Həmin İdarənin Bakı Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC-nin ünvanına RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə idxal olunan yüklər “Rekos” markalı soyutma qurğusu olub XİFMN görə "xxxx" alt yarımmövqeyində sinifləşdirilməlidir. Bundan sonra MMC gömrük orqanı tərəfindən məcbur edilmişdir ki, ilkin təqdim olunmuş və hətta həmin orqan tərəfindən hesablanmış gömrük ödənişləri də ödənilmiş gömrük bəyannaməsi dəyişdirilərək, ekspertizadan keçirilən mallar XİFMN üzrə "xxxx" kodu altında (bu kod üzrə təsnifləşdirilən malların gömrük dərəcəsi 15% təşk il edir) bəyan olunsun və əvvəl ödənilmiş gömrük ödənişlərindən əlavə olaraq gömrük rüsumu üzrə 14469,65 manat, ƏDV üzrə 2604,53 manat olmaqla, cəmi 17074,18 manat ödəniş edilsin. MMC tərəfindən buna etiraz edildiyi üçün malların rəsmiləşdirilməsinə icazə verilməmiş, mallar müəyyən olunmuş müddətdən 13 (on üç) gün artıq gömrükdə saxlanılmış, bunun da nəticəsində malın yüklü olduğu nəqliyyat vasitəsinin boşdayanmasına görə İddiaçı MMC daşıyıcı şirkətə əlavə olaraq 2975 AZN ödəməyə məcbur olmuşdur. Boşdayanma halı ilə bağlı MMC-nin artıq ödənişlər etməsinin qarşısının alınması, həmçinin də MMC-nin həmin mallara təcili ehtiyacının yaranması səbəbindən İddiaçı MMC gömrük orqanının tələbi ilə razılaşmaq məcburiyyətində qalmış və ilkin təqdim olunmuş gömrük bəyannaməsində dəyişiklik edilərək, ekspertizadan keçirilən mallar XİFMN üzrə "xxxx" kodu altında bəyan edilmiş, MMC əsassız olaraq xx.xx.2022-ci il tarixində əlavə 14469,65 manat gömrük rüsumu, 2604,53 manat ƏDV olmaqla, cəmi 17074,18 manat ödəniş etmiş və xx.xx.2022ci il tarixində gömrük orqanına daxil olan mallar xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilərək gömrükdən çıxarılmışdır. İdxal edilən malların istehsalçısı olan Türkiyə Respublikasının “X5 End Mak. Mimarlıq” şirkəti həmin malları XİFMN üzrə "xxxx" nömrəli kod altında təsnifləşdirmişdir. İstehsalçı tərəfindən verilmiş texniki pasportda və qablaşdırma siyahısında (packing list), hətta gömrük ixrac bəyannaməsində də həmin malların XİFMN üzrə təsnifat kodu "xxxx" kimi göstərilmişdir. Bu səbəbdən də həmin sənədlərə əsasən mallar ölkə ərazisinə gətirilən zaman xx.xx.2022 -ci il tarixdə MMC tərəfindən XİF MN üzrə "xxxx" nömrəli kod altında gömrük orqanına bəyan edilmişdir. AR Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi X2, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin 84-cü Qrupunda “Nüvə reaktorları, Qazanlar, Avadanlıq və Mexaniki Qurğular, onların hissələri” təsnifləndirilmişdir. Həmin Qrupun 8415 mal mövqeyində “Rütubəti ayrıca tənzimləyə bilməyən kondisionerlər daxil olmaqla mühərrikli ventilyatorla və havanın temperaturunu və rütubətini ölçən cihazlarla təchiz olunmuş havanın kondisiyalaşdırılması üçün qurğular”, həmin mövqenin 8415 81 00 yarımqrupunda “quraşdırılmış soyuducu qurğusu və soyuq-istilik rejimlərinin dəyişdirilməsini təmin edən klapanı olan (reversiv istilik nasosları) qurğular”, həmin yarımqrupun daha aşağı qruplarında isə 8415 81 001 0 kod altında “xüsusi istehsal sahələrində mikroiqlimi saxlamaq üçün havanın temperaturunu və rütubətini avtomatik tənzimləyən sənaye kondisionerləri (0 % gömrük rüsumu) ” və 8415 81 009 0 kod altında “digərləri (5 % gömrük rüsumu)” nəzərdə tutulmuşdur. Gömrük orqanının MMC-ni məcbur edərək gömrük bəyannaməsində qeyd etdirdiyi təsnifat kodu (8418 69 000 9) Nazirlər Kabinetinin qeyd olunan qərarının 84-cü Qrupunun 8418 mal mövqeyində (Soyuducular, dondurucular və elektrik və ya başqa tipli digər soyuducu və ya dondurucu avadanlıq; 8415 mal mövqeyinin havanın kondisiyalaşdırılması üçün qurğulardan başqa, istilik nasosları) alt qrup kimi nəzərdə tutulmuşdur. 8418 mal mövqey inin açıqlamasında qeyd edilmişdir ki, 8415 mal mövqeyinin havanın kondisiyalaşdırılması üçün qurğulardan başqa, istilik nasosları 8418 mal mövqeyində təsnifləşdirilir. Göründüyü kimi, elə Nazirlər Kabinetinin qərarının özündə 8415 mal mövqeyində nəzərdə tutulmuş xüsusiyyətlərə malik olan qurğuların 8418 mal mövqeyinə aid edilməsi birbaşa istisna edilir. Nazirlər Kabinetinin qərarının yuxarıda qeyd edilən tələbləri baxımından, iddiaçı müəssisənin idxal etdiyi qurğular həqiqətən də XİFMN üzrə "xxxx" nömrəli kod altında təsnifləşdirilməlidir. X6 Ekspertiza İdarəsi hər hansı bir qanunvericilik aktına və texniki sənədə istinad etmədən, yalnız öz mülahizələrinə əsasən heç bir hüquqi əsası olmayan əsassız rəy vermişdir. Odur ki, idxal edilmiş qurğular MMC tərəfindən ilkin olaraq XİF MN üzrə "xxx x" nömrəli kod altında gömrük orqanına bəyan edilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Buna baxmayaraq, gömrük orqanı əsassız olaraq həmin bəyannaməni dəyişdirmişdir. İstənilən malın təsnifat kodu istehsalçı tərəfindən verilmiş texniki pasport və digər sənədlər, həmçinin ixrac gömrük bəyannaməsi və invoysda göstərilən koda uyğun müəyyən olunur. Hazırkı vəziyyətdə qeyd olunan sənədlərdə malın təsnifat kodu "xxxx" kimi qeyd olunmuşdur. Hansı ki, MMC-nin və yaxud da hər hansı bir üçüncü şəxsin həmin kodu dəyişdirmək səlahiyyəti yoxdur. Göstərilənlərdən tam aydın olur ki, “X5 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı MMC-nin ünvanına göndərilmiş qurğuların xx.xx.2022-ci il tarixdə verilmiş **********8843 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixində “8418 69 000 9” kod altında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan cavabdehin hərəkətləri tamamilə qanunsuz olmuşdur.

11. Cavabdeh tərəfindən iddia tələbinə dair verilən yazılı etiraza əsasən, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsində göstərilir ki, gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Həmin Məcəllənin malların təsnifatı adlanan 321-ci maddəsinə əsasən, mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni X4 X2nda kodu (kodları) müəyyən olunur. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi q ərarları əvvəlcədən qəbul edir. Bəyan edilən X4 X2 üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi X2na uyğun olan malların kodlarından istifadə edir. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan GMnin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. Qeyd edilən normalara əs asən, **********8843 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün qeyd edilməməsi ilə bağlı şübhə yarandığı üçün müvafiq araşdırma aparılmış və ekspertiza rəyinin verilməsi üçün X3 İdarəsinə müraciət edilmişdir. Həmin müraciət nəticəsində keçirilmiş ilkin ekspertizaya əsasən cavabdehə elektron formada göndərilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyində malın XİF MN üzrə təsnifat kodunun, bəyan edilən təsnifat kodundan fərqli olduğu göstərilmişdir. İddiaçı MMC tərəfindən **********8843 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 14469,65 manat, ƏDV üzrə 2604,53 manat olmaqla, ümumilikdə 17074,18 manat təşkil etdiyi, bununla da iddiaçı tərəfindən Azərbaycan Re spublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyənləşdirilmişdir. Daha sonra, “Agrocool" MMC-nin direktoru ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət edərək, malların kodunun fərqli olması nəticəsində yaranmış gömrük ödənişlərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmiş, həmin gömrük ödənişlərini ödəmiş, Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında 03 oktyabr 2022-ci il tarixli 00100/2048 saylı qərarı ilə vurulmuş ziyan tamamilə ödənildiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505- ci maddəsinin “qeyd hissəsinin 2-ci bəndi və həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən İddiaçı MMC barəsində inzibati icraata xitam verilmişdir. Həmin qərardan şikayət veri lməmişdir. Buna görə də hesab edirlər ki, iddiaçının idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq, dövlət büdcəsinə ödənilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə müvafiq ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/3776 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi X2, idxal gömrük rüsumlarının dərəcələri və ixra c gömrük rüsumlarının dərəcələri”nə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş istilik mübadiləsi aparatlarının “8415 81 009 0” nömrəli koda uyğunluğu müəyyən edilir.

13. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 30 noyabr 2023-cü il tarixli, 21(112)-4445/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Türkiyə Respublikasının “X5 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı ünvanına göndərilmiş qurğuların xx.xx.2022-ci il tarixdə verilmiş **********8843 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixində “8418 69 000 9” kod altında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş, Türkiyə Respublikasının “X5 End Mak. Mimarlıq” şi rkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı ünvanına göndərilmiş qurğuların XİF MN üzrə "xxxx" kodu ilə 5% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması, həmin qurğuların 15% gömrük dərəcəsi ilə rəsmiləşdirilməsi üçün İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində əlavə ödənilmiş cəmi 17074,18 manat (14469,65 manat gömrük rüsumu + 2604,53 manat ƏDV) məbləğin geri qaytarılması barədə qərar qəbul edilərək, müvafiq rəyin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

14. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən ekspert rəyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş gömrük ödənişlərinin qaytarılması Qaydalarının tələblərinə istin ad edərək göstərmişdir ki, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən geri qaytarılır. Beləliklə, məhkəmə araşdırması ilə sübut edilmişdir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi).

15. Cavabdeh həmin qərardan apellyas iya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və S.R.Səlimova) 10 may 2024-cü il tarixli, 21(103)-1508/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-1(112)-4445/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia rədd edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı özü də gömrük prosedurlarından keçmə zamanı təyin edilmiş ekspertizanın nəticəsi ilə razılaşmış, əlavə yaranmış gömrük rüsumunun ödənişinin edilməsi üçün ona şərait yaradılmasını xahiş etm iş və ödənişi könüllü şəkildə etmişdir. İddiaçı həmin anda cavabdehin hərəkətlərini mübahisələndirməmiş, məhkəməyə müvəqqəti müdafiə tədbiri üçün müraciət etməmiş, qanunvericilikdə nəzərdə tutulmuş müdafiə tədbirlərindən istifadə etməmişdir, habelə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu da mübahisələndirməmişdir. Həmçinin, birinci instansiya məhkəməsində icraat zamanı X1 eksperti Qahirə Məmmədova tərəfindən məhkəməyə izahat verilərək, idxal edilmiş malların texniki pasportuna əsasən həmin təsnifat kodunun müəyyənləşdirildiyi bildirilmişdir. Lakin məhkəmə qərarında ekspertin rəyinə və izahatına qiymət verilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq dövlət büdcəsinə ödənilmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Bundan başqa, iddiaçı qeyd etmişdir ki: - iddiaçı gömrük orqanının tələbi ilə heç də könüllü şəkildə razılaşmamış, başqa çıxış yolu olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin qərarında istinad etdiyi izahatı verməklə, ərizə ilə inzibati orqana müraciət və ilkin bəyannamədə dəyişiklik etməklə, avadanlıqları təcili şəkildə rəsmiləşdirmişdir. - Bakı Apellyasiya Məhkəməsinin qərarında etdiyi “iddiaçı həmin anda cavabdehin hərəkətlərini mübahisələndirməmiş, məhkəməyə müvəqqəti müdafiə tədbiri üçün müraciət etməmiş, qanunvericilikdə nəzərdə tutulmuş müdafiə tədbirlərindən istifadə etməmişdir” əsaslandırması ilə bağlı da bildirmişdir ki, gömrük orqanı ilkin olaraq iddiaçı tərəfindən təqdim edilmiş gömrük bəyannaməsini təsdiq etmiş, həmin bəyannamə üzrə gömrük ödənişlərini hesablayaraq iddiaçıya təqdim etmiş və iddiaçı da həmin gömrük ödənişlərini ödəmişdir. Lakin sonradan gömrük orqanı gömrük rəsmiləşdirilməsini başa çatdırmamış və iddiaçıya bildirmişdir ki, qeyd olunan avadanl ıqlarla bağlı əlavə araşdırma aparılır. Bundan sonra həmin avandanlıqlar müəyyən edilmiş müddətdən (3 gün) əlavə olaraq daha 13 gün gömrük ərazisində saxlanılmış və 13 gündən sonra iddiaçıya bildirilmişdir ki, həmin avadanlıqlar başqa kod altında bəyan edilməlidir. Göründüyü kimi, onsuz da iddiaçının əsassız yerə 16 gün itirdikdən sonra, gömrük orqanının qeyd olunan qanunsuz əməlindən müdafiə olunmaq üçün məhkəməyə müraciət etmək məqsədilə əlavə sənədlər toplaması, məhkəməyə müvəqqəti müdafiə tədbiri üçün ərizə ilə müraciət etməsi, həmin ərizəyə məhkəmə tərəfindən baxılaraq qərardad qəbul edilməsi, həmin qərardadın məhkəmə tərəfindən tərtib edilərək tərəflərə rəsmi qaydada göndərilməsi, həmin qərardadı gömrük orqanın icra etməsi ən azı daha 10-15 gün vaxt aparacağı üçün iddiaçı məcbur olar aq gömrük orqanının qanunsuz tələbləri ilə razılaşmış və avadanlıqların daha qısa müddət ərzində sərbəst dövriyyəyə buraxılmasına nail olmuşdur. - Hazırkı iddia tələbi üzrə cavabdeh inzibati orqanın mübahisələndirilən hərəkətləri qanunsuz hesab edilmədiyi müddətdə inzibati xəta üzrə işin icraatına xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli 00100/2048 saylı qərarın ayrıca mübahisələndirilməsinin heç bir məhkəmə perspektivi yoxdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan d igər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 1 32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şik ayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi his səsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, qərar ləğv edilməklə, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. Hazırkı iş üzrə tərəflər arasında mübahisə idxal edilən malın xarici iqtisadi X2 üzrə hansı kod ilə bəyan edilməsi ilə bağlıdır.

26. İddianı rədd edən apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, iddiaçı özü də gömrük prosedurlarından keçmə zamanı təyin edilmiş ekspertizanın nəticəsi ilə razılaşmış, əlavə yaranmış gömrük rüsumunun ödənişinin edilməsi üçün ona şərait yaradılmasını xahiş etmiş və ödənişi könüllü şəkildə etmişdir. İddiaçı həmin anda cavabdehin hərəkətlərini mübahisələndirməmiş, məhkəməyə müvəqqəti müdafiə tədbiri üçün müraciət etməmiş, qanunvericilikdə nəzərdə tutulmuş müdafiə tədbirlərindən istifad ə etməmişdir, habelə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu da mübahisələndirməmişdir.

27. Məhkəmə kollegiyası bu mövqe ilə bağlı qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən bəyannaməyə düzəlişlər edilməsi təklifi ilə razılaşması və öz iradəsi ilə bu düzəlişləri təsdiqləməsi onun sonradan aşkar etdiyi artıq ödəmələrin qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir. Bununla bağlı nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın gömrük rəsmiləşdirməsini həyata keçirən maraqlı şəxsə yardım göstərilməsi, məsləhətlərin və zəruri məlumatların verilməsində ifadə olunan xidməti vəzifələrinə dair məcburi tələblər ilkin olaraq Gömrük Məcəlləsində təsbit olunmuşdur. Həmin Məcəllənin 40.4-cü maddəsinin tələbinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri bə yannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım etməlidirlər Bu norma həm də onu nəzərdə tutur ki, gömrük rəsmiləşməsi zamanı gömrük ödənişlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını təmin etmək üçün inzibati orqan şəxsə lazımi qaydada yardım etməyibsə və ya yanlış istiqamətdə yardım etmişdirsə, iddiaçı bu halı aşkar etdiyi zaman mübahisələndirməni həyata keçirə bilər. Bu, həmçinin “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş “inzibati orqanın yardım etmə vəzifəsi” və “işin hallarının obyektiv araşdırılması” prinsiplərində n irəli gəlir.

28. Sözügedən vəzifələr iddiaçının bunu tələb edib-etməməsindən asılı olmayaraq inzibati orqanın xidməti vəzifəsini təşkil edir. Hüquqi dövlət prinsipinin tələblərinə uyğun olaraq gömrük orqanlardan özlərinin inzibati praktikalarında məhz bu qaydada davranış nümayiş etdirmələri gözlənilir. Buna görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Nəticə etibarilə, bəyannamənin məzmunu rəsmiləşdirmənin həyata keçirildiyi mərhələdə bəyannaməçinin iradəsi ilə üst-üstə düşdüyü halda belə (şəxsin özünün bu qaydada bəyannamə təqdim etməsindən və ya gömrük orqanının təklifi ilə razılaşaraq yeni məzmunda bəyannamə təqdim etməsindən asılı olmayaraq), bu, gömrük orqanını (onun vəzifəli şəxsini) “İnzibati icraat haqqın da” Qanunda və Gömrük Məcəlləsində təsbit olunmuş xidməti vəzifələrini icra etmək öhdəliyindən azad etmədiyindən, iddiaçının məhkəmədə iddia qaldırmaq hüququ artıq bəyannamənin verildiyi və ona uyğun ödəmələrin edildiyi halına istinad etməklə istisna edilə bilməz. Artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılmasına dair iddia qaldırmaq hüququ həm də Gömrük Məcəlləsinin 267-ci maddəsindən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 25 saylı qərarına əsasən təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydalarının normalarından irəli gəlir. Qanunvericiliyin qeyd edilən müddəaları aşkar şəkildə maraqlı şəxslərə gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə, həmin ödəmələri geri tələb etmək hüququ verir.

29. Odur ki, işə baxan apellyasi ya instansiyası məhkəməsinin iddiaçının idxal etdiyi malın hansı nomenklatura kodu ilə bəyan edilməli olması istiqamətində hər hansı araşdırma aparmadan, iddiaçının inzibati icraatda cavabdehin hərəkətləri ilə razılaşan istiqamətdə davranışlarına istinadən iddia tələbinin əsassız olması nəticəsinə gəlməsi düzgün olmamışdır.

30. Hazırkı iş üzrə iddia tələbinin əsaslılığına qiymət verilməsi üçün, başqa sözlə, artıq ödənişin geri qaytarılması ilə bağlı iddia tələbinin təmin edilib-edilməməsi ilə əlaqədar hazırkı iş üzrə aydınlaşdırılmalı olan məsələ idxal olunmuş malların hansı nomenklatura kodu ilə bəyan edilməsi və bu nomenklatura kodunun hansı normativ aktın tələblərinə əsasən bu kodla bəyan edilməli olmasıdır.

31. İddiaçının idxal etdiyi X4 X2nda kodunu müəyyənləşdirmək üçün Gömrük Məcəll əsinin 319, 320 və 321-ci maddələrinin tənzimləmələrindən hərəkət edilməlidir. Məhz, həmin normalar kodun və gömrük ödənişlərinin məbləğlərinin müəyyənləşdirilməsi məsələlərinə tətbiq edilməli olan maddi hüquq normaları kimi çıxış edir. Buna görə, xarici iqtisadi X2nın şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) xarici iqtisadi X2nın ayrılmaz hissəsidir, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar, xarici iqtisadi X2nın beynəlxalq əsaslarına edilən dəyişikliklərin və əlavələrin, bu əsasların təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin) və qərarların izlənməsini və gömrük işində operativ tətbiqini təmin etməlidirlər. Qanunvericilik, həmçinin nəzərdə tutur ki, bəyan edilən X4 X2 üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər.

32. Beləliklə, mübahisəyə tətbiq edilməli olan hüquq Gömrük Məcəlləsinin 319, 320 və 321-ci maddələri və onlarla əlaqəli X4 X2 və Azərbaycan Respublikasının tərəfdar olduğu “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiya, həmçinin onun ayrılmaz tərkib hissəsi olan “İzahnamə”dir.

33. Qeyd etmək lazımdır ki, “İzahnamə” (izahedici qeydlər) bilavasitə “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyanın şərhini və tətbiqini təmin etmək məqsədi daşıyır. Bu fakt isə özlüyündə “İzahnamə”nin (izahedici qeydlər) sözügedən Konvensiyanın ayrılmaz tərkib hissəsi olduğunu, onun Konvensiyanın təfsir və tətbiqində nəzərə alınmalı olduğunu təsdiq edir.

34. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının idxal etdiyi malların hansı nomenklatura kodu ilə bəyan edilməli olması ilə bağlı hazırkı qərarda əks olunmuş hüquqi mövqeni nəzərə almaqla araşdırma aparmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2024-cü il tarixli, 21(103)-1508/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar