Məhkəmə qərarları › İş №2-1(102)-239/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-239/2019

16.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-239/2019 16.01.2019 ALİ MƏHKƏMƏ İş № 2-1(102)-239/19 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri 2019-cu il 16 yanvar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Bağırov Ziya Bayram oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 sentyabr tarixli 2-1(103)-1949/2018 nömrəli qərarından cav abdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2017-ci il 21 sentyabr və 2017-ci il 28 dekabr tarixli ərizlər ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, ünvan 1 yerləşən0,12 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh müvafiq olaraq 2017-ci il 10 oktyabr və 2018-ci il 18 yanvar tarixli məktublatla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, İdarəyə poçt vasitəsi ilə daxil olmuş sənədlər surətdir və torpaq sahəsinə İdarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Həmçinin, mübahisəli torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməm işdir. Bu səbəbdən, ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2018-ci il 9 fevral tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, ünvan 1 tərəfindən ona ayrılmış 0,12 ha torpaq sahəsinə mərzçəkmə planının tərtib olunması, çöl-ölçmə işlərinin aparılması, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 28 yanvar tarixli, 40 nömrəli məktubu və islahat komissiyasının 1997-ci il 1 dekabr tarixli, 03 nömrəli protokoluna əsasən, Bakı şəhəri, Suraxanı rayonu, ünvan 1 yerləşən 0,12 hektar torpaq sahəsi fərdi ev tikmək üçün iddiaçıya ayrılmışdır. İddiaçı göstərilənlərə və Azərbayc an Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 2.1, 33.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 may tarixli 2-1(82)1415/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, ünvan 1 yerləşən ünvan 1 tərəfindən iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 sentyabr tarixli 2-1(103)-1949/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2018-ci il 8 oktyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2018-ci il 31 oktyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktublarında və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, aparılmış yoxlama-ölçü işləri nəticəsində məlum olmuşdur ki, müvafiq torpaq sahəsi sənəd üzrə 1200,0 kv.m, faktiki olaraq 1170,0 kv.m-dir və torpaq sahəsi 30,0 kv.m azdır. Həmçinin, müvafiq torpaq sahəsi üzərində özbaşına olaraq ümumi sahəsi 150,0 kv.m olan birmərtəbəli yaşayış evi, sahəsi 65,0 kv.m olan köməkçi tikili, sahəsi 24,0 kv.m olan qaraj və digər yarımçıq tikili inşa edilmişdir. Bundan başqa, müvafiq torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin və qaz kəmərinin mühafizə zolağında yerləşir (119,0 kv.m hissəsi). Həmç inin, İdarənin elektron kadastr baza məlumatlarına əsasən müvafiq torpaq sahəsi sovxoz ərazisindən kənarda yerləşir. İşin obyektiv araşdırılması məqsədilə Bakı şəhəri İcra Hakimiyyəti, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və x2 və x3 məhkəmə tərəfindən inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və ekspertiza təyin olunmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 11.1, 12.1, 23-cü maddələrinin, “Torpaq islahatı haqqında” Qanunun 10 -cu maddəsinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 62, 68, 111.1-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olund uğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;... Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndinə əsasən, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlar ının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Abşeron rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 28 yanvar tarixli, 40 nömrəli məktubu və islahat komissiyasının 1997-ci il 1 dekabr tarixli, 03 nömrəli protokoluna əsasən, ünvan 1 1998-ci il 25 dekabr tarixli 28 №-li əmri ilə ünvan 1 yerləşən 0,12 hektar torpaq sahəsi fərdi ev tikmək üçün iddiaçıya ayrılmışdır. Həmin əmrdən çıxarış iddiaçı tərəfindən təqdim olunmuşdur. Beləliklə, iddiaçının İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ var. Cavabdehin əsas dəlilləri ondan ibarətdir ki, müvafiq torpaq sahəsi sənəd üzrə 1200,0 kv.m, faktiki olaraq 1170,0 kv.m-dir və torpaq sahəsi 30,0 kv.m azdır. Həmçinin, müvafiq torpaq sahəsi üzərində özbaşına olaraq ümumi sahəsi 150,0 kv.m olan birmərtəbəli yaşayış evi, sahəsi 65,0 kv.m olan köməkçi tikili, sahəsi 24,0 kv.m olan qaraj və digər yarımçıq tikili inşa edilmişdir. Bundan başqa, müvafiq torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin və qaz kəmərinin mühafizə zolağında yerləşir (119,0 kv.m hissəsi). Həmçinin, İdarənin elektron kadastr baza məlumatlarına əsasən müvafiq torpaq sahəsi sovxoz ərazisindən kənarda yerləşir. Şikayətin həmin dəlilləri əsaslı deyil. Belə ki, iddiaçı öz tələbində müvafiq aktla ona ayrılmış 0.12 ha torpaq sahəsi üzrə təkcə hüququn qeydə alınmasını deyil, ilk növbədə çöl-ölçmə işlərinin aparılmasını və mərzçəkmə planının tərtib olunmasını xahiş edir ki, həmin ölçmə və mərzləmə işlərin nəticəsi olaraq torpaq sahəsinin faktiki vəziyyəti müəyyən oluna bilər. İddiaçı da torpaq sahəsinin 0.12 ha-dan 30 kv.m az olmasını mübahisələndirmir. Torpaq sahəsindəki tikililərə gəldikdə, iddiaçı öz tələbində yalnız torpaq sahəsinə iddia edir. Müvafiq torpaq sahəsinin 119.0 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin və qaz kəmərinin mühafizə zolağında yerləşdiyinə dair dəlillərə gəldikdə, x2 iddiaçıya ünvanladığı 2018-ci il 14 avqust tarixli DX-18/1619 №-li məktubunda iddiaçıya məxsus torpaq sahəsinin kənarından keçən, x2-yə məxsus 6 kV-luq YS-489-759 budaqlanma KTM 972 elektrik hava xəttinin istismarında çətinlik yaratmadığı, bu səbəbdən də həmin torpaq sahəsi üzərində hüququn qeydə alınmasına etiraz olunmadığı bildirilmişdir. Torpaq sahəsinin iddiaçının mülkiyyətinə verildiyi vaxtda qüvvədə olan 1991-ci il 9 noyabr tarixli Torpaq Məcəlləsinin 81-ci maddəsinə əsasən, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, sahibləri və istifadəçiləri aidiyyəti üzrə mülkiyyət, sahiblik və istifadə hüququndan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, torpaq sahibləri və torpaq istifadəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Eyni tələb 1999-cu il 25 iyun tarixli Qanunla təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndində təsbit olunmuşdur. Həmin normaya əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçi ləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Bakı Regional Qaz İstismarı Departamentinin 2018-ci il 13 avqust tarixli məktubuna əsasən, iddiaçıya ayrılmış torpaq sahəsindən Bakı Regional Qaz İstismarı Departamentinə məxsu s qaz xətləri keçmir və qaz qurğuları mövcud deyil. Torpaq sahəsinin sovxoz ərazisindən kənarda yerləşdiyinə dair dəlilə gəldikdə, cavabdeh birinci və apellyasiya instansiyası məhkəmələrində icraat zamanı həmin hala dair hər hansı sübutu təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 sentyabr tarixli 2-1(103)-1949/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar