Məhkəmə qərarları › İş №2-1(102)-239/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-239/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-239/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə dair çıxarışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Ka dastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-596/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 8 may 2006-cı il tarixli ərizə ilə Dəvəçi rayon İcra Hakimiyyəti başçısının Bilici İƏV-liyi üzrə nümayəndəliyinə müraciət edərək, həyat yoldaşı X10 təyinatla Xəlfələr kənd əsas məktəbinə dil-ədəbiyyat müəlliməsi vəzifəsinə göndərildiyindən və hal-hazırda hə min məktəbdə müəllimə işlədiyindən Xəlfələr kəndində daimi yaşamaq və işləmək üçün onlara həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmişdir.

2. Həmin ərizəyə nümayəndəlik tərəfindən baxılmış və iddiaçıya bələdiyyənin ehtiyat fonduna aidiyyəti olmayan vaxtı ilə mərhum X2 adına olmuş və sonradan ləğv edilmiş təsərrüfatın 0,20 ha həyətyanı torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir.

3. Bununla əlaqədar Dəvəçi rayon İH başçısının Bilici İƏV-liyi üzrə nümayəndəliyi tərəfindən 16 may 2006-cı il tarixində Dəvəçi rayon İcra Hakimiyyəti qarşısında vəsatət qaldırılmış və həmin həyətyanı torpaq sahəsinin iddiaçıya verilməsinə dair sərəncam verilməsi xahiş edilmişdir.

4. Bilici İƏV-liyi üzrə nümayəndəliyinin vəsatətinə baxılmış və Dəvəçi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-c ı il tarixli 178 nömrəli sərəncamı ilə Xəlfələr kəndində yaşamış mərhum X4 məxsus olmuş, sonradan ləğv edilmiş təsərrüfata aid 0.2 ha həyətyanı torpaq sahəsinin ehtiyacı nəzərə alınaraq Xəlfələr kənd sakini İddiaçı adına keçirilməsi, İddiaçı adına keçirilmiş torpaq sahəsində fərdi mənzil tikintisinə icazə verilməsi qərara alınmışdır.

5. Bundan başqa, İddiaçı ilə X3 arasında xx.xx.2006-cı il tarixdə sadə yazılı formada akt imzalanmışdır. Həmin aktda qeyd edilir ki, mərhum X21 tərəfindən mərhum X4 bağışlanmış Xəlfələr kəndindəki yaşayış evi Ziyada Qasımovanın həyat yoldaşı Ağakərim Qasımov tərəfindən İddiaçı 1000 ABŞ dolları dəyərində satılmış və evin dəyəri A.Qasımova verilmişdir.

6. Eyni zamanda, Ağakərim Qasımovun övladları X12, X8, X5, X6, Ağayeva Hicran Ağakərim qızı, X14, X7 tərəfindən imzalanmış 08 may 2006-cı il tarixli ərizələrdən görünür ki, onlar anaları X4 məxsus olan evin ataları X1 mülkiyyətinə keçirilməsinə və alqı-satqı edilməsinə etiraz etməmişlər.

7. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Şabran rayonu, Xəlfələr kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrdə qeydə alınması və texniki pasportun verilməsini xahiş etmişdir.

8. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etdiyi torpaq sahəsi Şabran RİH başçısının xx.xx.2006-cı il tarixli 178 saylı sərəncamı ilə ayrılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1-ci madd əsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Dövlət mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsi ilə müəyyən edilmişdir. Həmin torpaqların sırasında həyətyanı (ev tikintisi) məqsədilə ayrılması nəzərdə tutulan torpaqlar öz əksini tapmamışdır. “Torpaq islahatı haqqında” Qanuna əsasən torpaq sahələrinin ayrılması ilə nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Qeyd olunanları nəzərə alınaraq ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran rayonu, Xəlfələr kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpaq sahəsi faktiki olaraq uzun müddət onun istifadəsində olmuş, lakin müvafiq olaraq bələdiyyə mülkiyyəti formalaşana qədər, yəni 2001-ci il yanvar ayının 1-nə qədər qeyd olunan torpaq sahəsinə dair sənədləşdirmə işi aparılmamışdır. Şabran rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2006cı il tarixli 178 saylı sərəncamına əsasən istifadəsində olan torpaq sahəsinin qeydiyyatı aparılmışdır. Qanunvericiliyin tələblərinə əsasən ayrılmış tor paq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün hər hansı əngəl yoxdur. Əgər belə boşluq varsa vətəndaşın xeyrinə həll edilməlidir. Qeyd edir ki, torpaq sahəsi qanuni istifadədədir və torpaq islahatı nəticəsində vətəndaşların qanuni istifadəsinə verilmiş torpaq sahələri statusu daşıyır. Torpaq sahəsi nə bələdiyyə, nə də dövlət mülkiyyətinə aiddir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, torpaq sahəsi məhz fərdi yaşayış evinin tikintisi məqsədilə onun mülkiyyətinə ayrılmışdır.

11. Cavabdehin iddiaya dair yazılı etirazı iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildiri lməmişdir. Torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxem təqdim edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir.

12. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Şabran rayon Dövlət Arxivi tərəfindən təqdim edlmiş, Xəlfələr və Yelkəsən kəndləri X25 1991-1995-ci illər üçün 5 nömrəli təsərrüfatbaşına kitabdan görünür ki, təsərrüfatın şəxsi istifadəsində olan torpaq sahəsi 0,18 ha göstərilmiş, X3 təsərrüfat başçısı olmaqla, X11, X5, X12, Qasımova Hicran Ağakərim qızı, X18, X9 təsərrüfat üzvləri kimi qeyd edilmişdir.

13. Xəlfələr kənd inzibati ərazi vahidi üzrə 1996-2000-ci illər üçün 6 nömrəli təsərrüfatbaşına kitabdan i sə görünür ki, həmin illərdə təsərrüfat başçısı X11 olmuşdur.

14. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 29 iyun 2022-ci il tarixli, 21(118)-1158/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi ilkin olaraq X4 ayrılmışdır. xx.xx.2006-cı ildə Şabran (keçmiş Dəvəçi) rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə mərhum Z.Qasımovaya ayrılmış 0.20 ha torpaq sahəsinin iddiaçının adına keçirilməsi qərara alımışdır. Halbuki, “Torpaq islahatı haqqında” Qanunun və Torpaq Məcəlləsinin müddəalarına əsasən 1999-cu ildə bələdiyyələr yaradıldıqdan sonra vətəndaşlara torpaq sahələrinin ayrılması bələdiyyələrin səlahiyyətinə verilmiş və artıq 2006-cı ildə yerli icra hakimiyyətinin belə bir səlahiyyəti olmamışdır. “Daşınmaz əmlakın dövlə t reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsaslar sadalanmışdır. Lakin yerli icra hakimiyyəti orqanlarının sərəncamları həmin əsaslara daxil edilməmişdir.

16. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-596/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-1(118)-1158/2022 nömrəli qərarı dəyişd irilmədən saxlanılmədır.

18. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir.

21. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 57.8, 158.4-cü maddəsinə, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Torpaq islahatı haqqında” Azərbayc an Respublikasının Qanunu: Maddə

6. Dövlət torpaqları Dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: 1)dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 2)dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; 3)yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 4) meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); 5) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; 6) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bö lməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; 7) təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları; 8)dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; 9)dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; 10) dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi m ülkiyyətə verilməsi qanunla müəyyən edilir. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmı ş hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada eti barsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə.

26. İnzibati icraat haqqında Qanun: Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəb ərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur..... Maddə

58. Sübutların araşdırılması qaydası.... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırı ldıqdan sonra qiymətləndirilir..... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şi kayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qayd ada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə f undamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki hal ları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Bununla belə, məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. 35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

36. Hazırkı mübahisənin predmetini cavabdehin Şabran rayonu, Xəlfələr kəndi ərazisində yerləşən 0,2 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir.

37. İşin halları ilə müəyyən olunur ki, Dəvəçi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 128 saylı sərəncamına əsasən, iddiaçının adına keçirilməsi qərara alınan 0,2 ha həyətyanı torpaq sahəsi dövlət mülkiyyətində olmamış, həmin sahə təsərrüfat başçısı olaraq mərhum Ziyada Qasımova məxsus olmuşdur.

38. Mübahisələndirilən hüquq münasibəti yaranan zaman qüvvədə olmuş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 28-ci maddəsində kənd təsərrüfatı, torpaqdan istifadə və təbiəti mühafizə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri tə sbit edilmişdir. Belə ki, həmin maddədə icra hakimiyyəti başçısının torpaqdan istifadə ilə bağlı səlahiyyətlərində müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək səlahiyyəti nəzərdə tutulmuşdur. 39. “İnzibati İcraat haqqında” Qanunun 65.1 və 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmçinin həmin Qanunun 65.2-ci maddəsinə görə etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 və 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyə tinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.

41. İddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün istinad etdiyi sərəncam səlahiyyəti olmayan orqan tərəfindən qəbul edildiyindən həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilməz.

42. Göründüyü kimi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün apellyasiya məhkəməsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh o lunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmiş, həmçinin kassasiya instansiyası məhkəməsinin göstərişlərinə riayət etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-596/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar