Məhkəmə qərarları › İş №2-1(102)-239/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-239/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-239/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təyin olunduğu tarixdən əvvəlki üç il üçün “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “təyin olunduğu tarixdən əvvəlki üç il müddətinə “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2023-cü il tarixli, 2-1(105)-564/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş, 1986-cı ildə hərbi vəzifəli kimi Çernobıl AES-də toplanışa cəlb edilmişdir.

2. İddiaçının xx.xx.1992-ci il tarixdən “ Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” ömürlük ikinci dərəcə əlilliyi müəyyən edilmiş, xx.xx.2021-ci il tarixdən isə ona “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar” müddətsiz ikinci dərəcə əlillik təyin olunmuşdur.

3. İddiaçı cavabdehə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsini xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” müddətsiz ikinci dərəcə əlilliy i xx.xx.2021-ci tarixdən müəyyən olunmuş və qanunvericiliyin tələbinə uyğun olaraq ona həmin tarixdən 350 manat məbləğində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” ikinci dərəcə əlilliyi xx.xx.2021-ci il tarixdən müəyyən edildiyi üçün iddiaçıya ərizədə qeyd edilən dövrlər üzrə sözügedən təqaüdün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin olunduğu xx.xx.2021-ci il tarixdən əvvəlki üç il müddətinə “Müharibə v ə ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Prezident təqaüdünü almaq hüququ xx.xx.2021-ci il tarixdən deyil, xx.xx.1992-ci il tarixdən yaranmışdır. İddiaçı 2020-ci ilin sentyabr ayında dayandırılmış əmək pensiyası ilə bağlı müraciət etdikdə, ona məlum olmuşdur ki, o, həm də Prezident təqaüdü almalıdır. Lakin müvafiq orqanın səhlənkarlığı səbəbindən həmin təqaüdü xx.xx.2021-ci il tarixdən alır. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan R espublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.

7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının müddətsiz olaraq “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” ikinci dərəcə əlilliyi xx.xx.2021-ci il tarixdən müəyyən edilmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq ona həmin tarixdən 350 manat məbləğində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İddiaçının əlilliyinin müəyyən edildiyi tarix onun həmin təqaüdü almaq hüququnun yaranma anı kimi hesab edil məlidir. Müharibədə iştirakla əlaqədar əlilliyi olan şəxslərin təqaüd almaq hüququnu onların əlillik statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Əlillik statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq təqaüdü almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Ona görə də, belə mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən təqaüdü almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, bu təqaüdün veriləcəyi şəxslərin kateqoriyasını Azərbaycan Respublikasının suverenl iyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslər əhatə edir. İddiaçıya xx.xx.2021-ci il tarixədək müəyyən olunmuş əlillik səbəbi (“Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar”) isə bu kateqoriyaya aid edilmir. Beləliklə, iddiaçıya “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” ikinci dərəcə əlillik xx.xx.2021-ci il tarixdə təyin edildiyindən, həmçinin Prezident təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası nəzərdə tutulmadığından, iddiaçıya xx.xx.2021-ci il tarixd ən əvvəlki üç il üçün Prezident təqaüdünün ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İsmayıl Quliyev) 14 aprel 2023-cü il tarixli, 2-1(118)-1264/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Prezident təqaüdünün əvvəlki 3 illik tarixə hesablanaraq ödənilməsi ilə əlaqədar olan bir sıra bənzər işlərdə məhkəmə təcrübəsi formalaşmış, Prezident təqaüdü ilə bağlı tələblərə “Sosial müavinətlər haqqında” Qanunun müddəalarının tətbiq edilmədiyi qəbul olunmuşdur. Hazırkı işdə də Prezident təqaüdü iddiaçının əlilliyinin müəyyən olunduğu tarixdən hesablanmışdır. Prezident təqaüdünün əvvəlki 3 il üçün ödənilməsi nəzərdə tutulmadığından, cavabdeh orqanın imti nası əsaslı hesab edilməlidir. Qeyd edilənlərdən əlavə məhkəmə hesab edir ki, tələb edilən təqaüd qanunvericilikdən irəli gələn qazanılmış hüquq kimi tələb edilərsə, bu xx.xx.2021-ci il tarixdən əvvəlki üç il ilə bağlı yox, hüquq yaradan norma kimi qeyd edilən Prezident Fərmanının qüvvəyə mindiyi 2008-ci il tarixdən tələb edilə bilər. Lakin məhkəmə qeyd edir ki, iddiaçının 2008-ci ildən bu hüquqlardan istifadə etmə imkanı olsa da, o, həm əlilliyi və əlilliyin səbəb əlaqəsi ilə bağlı, həm də Prezident təqaüdü ilə bağlı zəruri müraciətləri etməmiş, öz hüquqlarından istifadə etməmişdir.

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. İş üzrə apellyasiya icraatı zamanı i ddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək həmçinin bildirmişdir ki, iddiaçı hərbi xidmət müddəti bitdikdən sonra hərbi vəzifəli kimi Çernobıl AES-də toplanışa çağırılmışdır. xx.xx.2021-ci il tarixdən əvvəl təyin edilmiş “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlillik səbəbi isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, Səyyad Qafari və Gülnar Cabbarova) 18 avqust 2023-cü il tarixli, 2-1(105)-564/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən təqaüdü almaq hüququnu onun “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlil hesab edildiyi 1992-ci il tarixdən əldə etdiyini, Azərbaycan Respublikası Prezidentinin “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” xx.xx.2008-ci il tarixli Fərmanından sonra “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” anlayışının “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” anlayışı ilə əvəz edildiyini bildirmiş, dolayısı ilə iddiaçının sonuncu qeyd edilən hazırkı əlillik səbəbinin elə “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbi ilə eyni olduğunu vurğulamışdır. M əhkəmə kollegiyası şikayətin həmin dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.5-ci bəndinə əsasən “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” və “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlillik səbəbləri müxtəlif kateqoriyalardan olan səbəblər olmaqla, biri digəri ilə əvəz edilməmiş və halhazırda hər ikisi qanunvericiliklə qüvvədə olan əlillik səbəbləridir.

14. İddiaçının 1992-2021-ci il tarixləri arasındakı dövr ərzində mövcud olmuş ilkin əlilliyinin səbəbi “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” olmuş, daha sonra ona xx.xx.2021-ci il tarixdən məhz “Çernobıl AES-də hərbi xidmət vəzifələr ini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlillik dərəcəsi təyin edilmişdir. Yəni iddiaçıya münasibətdə TSEK tərəfindən 2021-ci ilədək əlilliyin səbəbi “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” olmaqla inzibati akt qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdən isə ona “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Həmin tarixə qədər isə iddiaçının əlillik səbəbinin “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” olması barədə iş materiallarında hər hansı sübut və ya dəlil mövcud deyildir, iddiaçı tərəfindən də məhkəmə kollegiyasına təqdim edilməmişdir.

15. İddiaçı xx.xx.2021-ci il tarixdən “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət i vəzifələri) yerinə yetirməklə əlaqədar” əlil hesab edildiyindən, yalnız həmin tarixdən etibarən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 823 nömrəli Fərmanında qeyd edilən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən əlilliyi müəyyən edilmiş şəxslərin kateqoriyasına aid edilmiş və qanunvericiliyin tələbinə müvafiq qaydada ona həmin tarixdən Prezident təqaüdü təyin edilmişdir. İddiaçıya “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlillik təyinatı barədə TSEK tərəfindən tərtib edilmiş əvvəlki aktlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. Qeyd edilən müayinə aktlarında TSEK-in diaqnozu qeyd edilmiş, həmin aktlarda göstərilən əlilliyin səbəbi ilə bağlı iddiaçı məlumatlı olmuş, lakin sonrakı dövrdə həmin aktlarla bağlı mübahisə açmamış, inzibati qaydada və məhkəməyə şikayət verməmişdir. İddiaçıya qeyd edilən səbəbli əlaqə ilə təyin edilən əlillik barədə aktlar ona məlum olduğu vaxtdan qüvvədə olmuş və hüquqi cəhətdən etibarlı sayılmışdır. Həmin aktlar “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlilliyin təyini barədə yeni inzibati akt qəbul edilənədək geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixli qərarda da həmin qərarın ondan əvvəlki dövrə şamil edilməsi qeyd edilməmiş, əlillik müddətsiz müəyyən edilmişdir.

16. Beləliklə, iddiaçının əvvəlki dövrlər üzrə ödənilməsini tələb etdiyi Azərbayca n Respublikası Prezidentinin təqaüdü xx.xx.2008-ci il tarixdən təsis edildiyindən, ona həmin təqaüdün alınması hüququna malik “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” səbəbindən əlilliyi olan şəxs statusu xx.xx.2021-ci il tarixdən verildiyindən, həmin gündən də ona qeyd edilən təqaüd təyin edildiyindən, həmin tarixədək ona sözügedən səbəbli əlaqə ilə deyil, “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” səbəbindən əlilliyin təyini barədə qüvvədə olan inzibati aktlar olduğundan iddiaçı hazırkı tələbində haqlı olmamışdır, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyildir və iddiaçının hüquqlarını pozmamışdır.

17. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

18. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçıya xx.xx.2021-ci il tarixdə əlillik təyin edildiyi zaman qüvvədə olan redaksiyada) Maddə 1.0.1. əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyy ət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Maddə 1.0.2. əlilliyi olan şəxs – müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agent liyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çer nobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 4.1. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bən dində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. 22. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanı (iddiaçıya xx.xx.2021-ci il tarixdə əlillik təyin edildiyi zaman qüvvədə olan redaksiyada) Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilli yi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram: 1. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1. İ dərəcə əlilliyi olan şəxslərə – 400 manat; 1.2. İİ dərəcə əlilliyi olan şəxslərə – 350 manat; 1.3. İİİ dərəcə əlilliyi olan şəxslərə – 300 manat.

2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir; 2.2. bu Fərmanın 1-ci hissəsi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri – daha yüksəyi verilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman 2008-ci il sentyabrın 1-dən qüvvəyə minir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ape llyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərar ının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hal larının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya təyin olunduğu xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qər arında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 1986-cı ildə hərbi vəzifəli kimi Çernobıl AES-də toplanışa cəlb edilmiş iddiaçıya xx.xx.1992-ci il tarixdən “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar”, xx.xx.2021-ci il tarixdən isə “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar” müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdən iddiaçıya “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezide ntinin təqaüdü” təyin olunmuşdur.

32. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona təqaüdün təyin olunduğu xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsinə nail olmaqdan ibarətdir.

33. İlk növbədə qeyd edilməlidir ki, bu qərarın 22-ci bəndində istinad olunan normada təqaüdlərin müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın analoji şəkildə təqaüdlərə münasibətdə tətbiqi Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında qanunvericiliyə uyğun və bu mənada əsaslı sayıla bilməz.

34. Həmçinin bu qərarın 20-21-ci bəndlərində istinad edilən normalara görə, əlilliyin qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyinin səbəbini, dərəcəsini və müddətini TSEK və həmin normalarda nəzərdə tutulan müəyyən hallarda isə TSEK-in funksiyalarını həyata keçirən Agentlik müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (x idməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblər üzərindən əlillik müəyyən edilir. İstinad olunan normalara əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

35. Nəzərə almaq lazımdır ki, cavabdehin iddiaçıya sözügedən Prezident təqaüdünü ödəmək öhdəliyi məhz iddiaçının xx.xx.2021-ci il tarixdən “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar” əlilliyini müəyyən edən TSEK-in qərarı əsasında yaranır. Cavabdeh də həmin qərarın məzmununa bağlıdır və ona uyğun davranmağa, yəni müvafiq təqaüdün ödənişini iddiaçının “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar” əlilliyi olan şəxs hesab edildiyi tarixdən həyata keçirməyə borcludur.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2023-cü il tarixli, 2-1(105)-564/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar