Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-239/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xidmətə uyğunsuzluq barədə əmrin ləğv edilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı "əmrlərin etibarsız hesab edilməsi" tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 9 avqust 2024-cü il tarixli, 2-1(105)-820/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1999-cu il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə başlayaraq müxtəlif vəzifələrdə çalışmış, “polkovnik-leytenant” hərbi rütbəsinə qədər yüksəlmiş, xx.xx.2016-cı il tarixdən Astara rayon şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
2. Həmin şöbədə xidmət etdiyi zaman 2017-ci ilin noyabr ayında İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 32.5, 321.1 və 341.2.1-ci maddələri ilə cinayət işi başlanılmış, istintaq zamanı Bakı Hərbi Məhkəməsinin 04 noyabr 2017-ci il tarixli, 4-369 nömrəli qərarı ilə onun barəsind ə 03 ay həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır.
3. Cavabdehin xx.xx.2017-ci il tarixli, 075 ş/h nömrəli əmrinə əsasən xidmətində buraxdığı ciddi nöqsanlara görə iddiaçı tutduğu vəzifədən azad edilərək Xidmət rəisinin sərəncamına götürülmüşdür.
4. Bundan sonra, cavabdehin xx.xx.2017-ci il tarixli, 076 ş/h nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq Xidmət rəisinin sərəncamında olan iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
5. Daha sonra, cavabdehin xx.xx.2017-ci il tarixli, 188 n/h nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, hərbi qeyd iyyata götürülmək üçün Xidmətin Sumqayıt şəhər idarəsinə göndərilmişdir.
6. Cəlilabad Hərbi Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 1-1(096)-29/2016 nömrəli hökmünə əsasən İ.İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 32.5, 321.1 və 341.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 313-cü maddəsi üzrə 1500 manat məbləğində cərimə cəzasına, CM-nin 32.5, 321.1-ci maddəsi üzrə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, 1500 manat məbləğində cərimə cəzasına, CMnin 341.2.1-ci maddəsi üzrə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza 4000 manat məbləğində cərimə cəzası təyin edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən təyin olunmuş cərimə cəzası İ.İddiaçı işi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək həbsdə saxlanılma müddəti nəzərə alınmaqla yüngülləşdirilmiş və onun üzərində qəti cəza olaraq 1000 (min) manat cərimə cəzası saxlanılmışdır.
7. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək SHXÇDX rəisinin xx.xx.2017-ci il tarixli, 076 ş/h nömrəli əmrinin ləğv edilməsi və onun həqiqi hərbi xidmətə bərpa edilməsini xahiş etmişdir.
8. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-43-93/2-İ-166/1/2024 nömrəli imtina məktubu ilə bildirmişdir ki, o, xx.xx.2017-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığından onun yenidən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidm ətinə həqiqi hərbi xidmətə qəbul olunmağı mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2017-ci il tarixli, 076 ş/h nömrəli və xx.xx.2017-ci il tarixli, 188 n/h nömrəli əmrlərinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ehtiyata buraxılmağının formal səbəbi xx.xx.2017-ci ildə cinayət əməlini törətməkdə şübhəli bilinərək həbs olunmağı olmuşdur. Cəlilabad Hərbi Məhkə məsinin xx.xx.2018-ci il tarxili qanuni qüvvəyə minmiş hökmü ilə o 1000 (bir min) manat cərimə cəzasına məhkum edilmiş və cəriməni ödəmişdir. Onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsi ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması zamanı qanunvericiliyin tələbləri, eləcə də onun konstitusion hüquqları kobudcasına pozulmuşdur. Belə ki, bütün xidmət dövründə nümunəvi xidmətilə seçilmiş və yuxarı rəislərindən hər hansı intizam cəzası almamış, uzun illər ərzində hərbi komissar müavini, hərbi komissar, SHXÇDX-nin rayon bölməsinin və şöbəsinin rəisi vəzifələrində xidmət etmiş, xidməti vəzifələrinin icrasına münasibəti nəzərə alınmaqla hər dəfə daha yuxarı vəzifələrə irəli çəkilmiş, polkovnik-leytenant hərbi rütbəsinə qədər yüksəlmişdir. SHXÇDX rəisinin xx.xx.2017-ci il tarixli, 034 ş/h nömrəli əmri ilə tərxis edildiyi tarixdən 5 ay əvvəl “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medala layiq görülməyi qeyd etdiklərini bir daha təsdiqləmiş olur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cavabdeh AR konstitusiyasının bu müddəasını nəzərə alınmadan, təqsirinin olması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan onu tərxis etmişdir. Həmin Əsasnamənin 158-ci maddəsinin 11-ci abzasında “Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmə tdən buraxıla bilməzlər” məzmunlu müddəa nəzərdə tutulduğu halda, cavabdeh bu müddəanı pozaraq onu tərxis etmişdir. Halbuki, həmin Əsasnamənin 72-ci maddəsinin ”d” bəndinin 2-ci abzasının 1-ci cümləsinə (Cinayət işləri üzrə istintaq dövründə həbsə alınmış hərbi qulluqçular tutduqları vəzifələrdən azad edilirlər və bütün istintaq dövründə sərəncamda olurlar) əsasən o vəzifədən azad olunmaqla, sərəncama götürülməli idi. Eyni zamanda, həmin Əsasnamənin 161, 162, 163-cü maddələrində təsbit edilmiş - hərbi qulluqçunu tərxis olunma barədə məlumatlandırma, onunla 2 dəfə söhbət aparma, tibbi şəhadətləndirmə kimi mütləq tələblərə də riayət olunmamışdır. Tərxis edildiyi zaman 18 ildən artıq hərbi xidmət stajının olması, himayəsində 3 (üç) azyaşlı övladının olması da nəzərə alınmamışdır. Hesab edir k i, cavabdeh tərəfindən göstərilən hüquq normalarının tələblərinə riayət olunmaması nəticəsində ona ciddi maddi və mənəvi ziyan vurulmuşdur. Belə ki, həbs edildikdən sonra “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” nin tələbinə uyğun olaraq, tərxis olunmayacağı təqdirdə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə cərimə cəzasına məhkum edilməyi səbəbindən onun SHXÇDX-nin şəxsi heyətinin sıralarından xaric edilməyi üçün hüquqi əsas da olmayacaqdı, həqiqi hərbi xidmətini davam etdirmək hüququndan məhrum edilməyi hərbi xidmət stajını 20 ilə çatdıraraq pensiya hüququnu əldə etmək imkanını da əlindən almışdır.
11. Cavabdeh iddia ərizəsinə dair etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Sadalanan qanunvericilik normalarından və iddiaçının xx.xx.2017-ci il tarixdən ehtiyata buraxılma əmrindən görünür ki, o hazırki tələb üzrə iddia müddətini ötürmüş və bu səbəbdən onun iddia tələbi mümkün sayılmamalıdır.
12. Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(118)-3369/2024 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia tələbi təmin edilmiş, Azərb aycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamında olan polkovnik-leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında Xidmət rəisinin xx.xx.2017-ci il tarixli, 076 ş/h saylı və nizami hissə üzrə xx.xx.2017-ci il tarixli, 188n/h saylı əmrləri etibarsız hesab edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən xidmət müddəti ərzində törətdikləri cinayət əməllərinə görə həbs olunmuş və barələrində istintaq aparılan hərbi qulluqçular Əsasnamənin 72-ci bəndinə əsasən tutduqları vəzifədən azad olunaraq bütün istintaq dövrü üçün sərəncamda olurlar və barələrində istintaq və ya məhkəmə tərəfindən qərar çıxarılmayana kimi həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. İddiaçının xidmətə uyğunsuzluqla bağlı ehtiyata buraxıl masının əsasları mübahisələndirilən xx.xx.2017-ci il tarixli, 076 Ş/H saylı əmrdə göstərilməsə belə, cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatından bəlli oldu ki, onun Əsasnamənin 41.0.6cı bəndinə görə ehtiyata buraxılmasının səbəbi törətdiyi cinayət əməlinə görə xx.xx.2017ci ildən həbsə alınması ilə bağlı olmuşdur. Göründüyü kimi həmin əmrdə iddiaçının xidmətə uyğunsuz anlayışı aydın və anlaşılan deyil. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, hətta iddiaçının xidmətə uyğunsuz olması səbəbindən ehtiyata buraxılması üçün əsas onun tərəfindən cinayət törətməsi olmasa idi belə, cavabdeh tərəfindən ehtiyata buraxılma zamanı Əsasnamənin 161-ci bəndində göstərilən və imperativ xarakter daşıyan prosedur qaydalarına riayət olunmalı idi. İddiaçı xx.xx.2017-ci il tarixədək intizam məsul iyyətinə cəlb edilməmiş, əksinə xidmətdə göstərdiyi qüsursuz fəaliyyətə görə dəfələrlə medalla təltif edilmişdir. Əsasnamənin tələbləri baxımından, hərbi qulluqçu sərəncama götürülərkən o, başqa işlə təmin edilməli və sonra ehtiyata buraxılmalıdır. Lakin, iddiaçı xx.xx.2017-ci il tarixli, 075ş/h saylı əmrlə sərəncama götürülərkən tutduğu vəzifədən azad edilmişdir. Belə olduğu təqdirdə, onun vəzifə sahibi olmadan və ehtiyata buraxılma prosedurlarına riayət edilmədən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması yolverilməzdir.
14. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
15. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək buraxılmış iddia müddəti bərpa edilərək, hərbi xid mətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2017-ci il tarixli, 76 ş/h nömrəli və nizami hissə üzrə xx.xx.2017-ci il tarixli, 188 n/h nömrəli əmrlərinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 avqust 2024-cü il tarixli, 2-1(105)-820/2024 nömrəli qərarı ilə (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, İ.Quliyev və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, İddiaçı hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2017-ci il tarixli, 076 ş/h nömrəli və xx.xx.201 7-ci il tarixli, 188 n/h nömrəli əmrləri ləğv edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Xidmət rəisinin sərəncamına götürüldükdən sonra həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə sərəncamda saxlanılmalı və yalnız barəsində məhkəmə qərarının (Cəlilabad Hərbi Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 1-1(096)-29/2016 nömrəli hökmü) qəbul edildiyi tarixdən sonra onun xidmətdən ehtiyata buraxılması ilə bağlı məsələyə baxılmalı idi. Lakin, işdən görünür ki, cavabdeh inzibati orqan bu formada davranmamış, qanunvericiliyin tələblərini pozaraq iddiaçının sərəncama götürülməsinə dair xx.xx.2017-ci il tarixli əmrdən cəmi 2 gün sonra onun ehtiyata buraxılması barədə xx.xx.2017-ci il tarixli əmr qəbul etmiş və əmrdə xidməti uyğu nsuzluğun nədən ibarət olmasını əsaslandırmamış, əmrin qəbul edilməsinə əsas olan sənədləri qeyd etməmişdir....hərbi vəzifəli şəxsin, həm də 18 ildən artıq xidmət etmiş, ehtiyata buraxılmaya qədər xidmətdə fərqlənməyə görə dəfələrlə mükafatlandırılmış hərbi vəzifəli şəxsin xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ciddi əsaslara söykənməli və həmin əsaslar müvafiq qaydada rəsmiləşdirilmiş sənədlərlə təsdiq olunmalıdır. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən əsasların və onları təsdiq edən müvafiq sənədlərin mövcudluğu iş üzrə materiallardan görünmür.
18. Apellyasiya instansiyası məhkəməsi “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 72 maddəsinin d) bəndinin 2-ci hissəsinə, 158-ci maddəsinin 11-ci bəndinə, həmin Əsasnamənin 161, 162 və 165-ci maddələrinə, eləcə də həmin Əsasnaməyə 6 saylı əlavəsinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38.4-cü maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 21.1, 67.1, 67.2, 67.3-cü maddələrinə istinad etmişdir.
19. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayətində qeyd ki, apellyasiya instansiya məhkəməsi işin hallarını düzgün qiymətləndirməyərək, maddi və prosessual hüquq normalarını kobud pozaraq, qanunun tələblərinə zidd qərar qəbul etmişdir. Belə ki, iddiaçı vəzifə saxtakarlığı, hərbi xidmət keçməkdən boyun qaçırma və hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma - bir qrup şəxs tərəfindən törədildikdə kimi cinayət əməllərini törətmişdir. Bunlar isə hərbi qulluqçunun xidmətində buraxdığı ciddi nöqsanlar hesab olunur. Bu səbəbdən Xidmət rəisinin xx.xx.2017-ci il tarixli müvafiq əmrinə əsasən, xidmətində buraxdığı ciddi nöqsanlara görə Xidmətin Astara rayon şöbəsinin rəisi polkovnik-leytenant İddiaçı Xidmət rəisinin sərəncamına götürülmüş və Xidmət rəisinin xx.xx.2017-ci il tarixli müvafiq əmrinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Xidmət rəisinin sərəncamında olan polkovnik-leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
21. Kassator hesab edir ki, cinayət əməllərini törətdiyinə görə iddiaçı ehtiyata buraxılmayıb uzun müddətə sərəncamda qa lsa idi belə, bu onun xidmət müddətinin artımına səbəb olmayacaqdı. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.4-cü maddəsinə əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş hərbi qulluqçu sərəncama çıxarılır və onun həbsdə olduğu müddət, cinayət işinə xitam verildikdə və ya bəraət hökmü çıxarıldıqda, həqiqi hərbi xidmət müddətinə daxil edilir. İddiaçı isə CM-nin müvafiq maddələri ilə təqsirli bilinmiş, ona azadlıqdan məhrum etmə cəzasından daha nisbətən yüngül cəza – cərimə verilmişdir. Yəni iddiaçının cinayət işinə xitam verilmədiyi üçün və bəraətverici əsaslarla hökm çıxarılmadığına görə məhkum olunmuş hesab edilərək onun sərəncamda olma müddəti həqiqi hərbi xidmət müddətinə daxil edilə bilməz.
22. Bundan əlavə kassasiya şikayətində iddiaçı t ərəfindən iddia müddətinin ötürülməsi və həmin müddətin bərpa edilməsinin qanunsuz olması də qeyd edilmişdir. Belə ki, iddiaçı 2018-ci ilin əvvəlində xəstə olmasını, xəstəliyi ilə əlaqədar müalicə almağını, sonradan Xidmət rəhbərliyinə işə bərpa ilə bağlı müraciət etməsini bildirsə də, 2018-2023-cü illər ərzində 6 il müddətində şəxsin hüquqlarının pozulmasını bildiyi halda onun heç bir müraciəti Xidmətə daxil olmamışdır. Həmçinin iddiaçının Xidmətin keçmiş rəhbərliyinin ona qarşı qərəzli münasibətdə olması barədə şəxsi fikri, dövlət tərəfindən vətəndaş hüquqlarının digər qoruma mexanizmlərinin, o cümlədən ədalətli məhkəmə baxışının işləməməsinə dəlalət edə bilməzdi və iddiaçının heç bir halda məhkəməyə müraciət etmək hüququna təsir göstərmirdi. Bu səbəbdən, iddiaçının müraciət etmək üçün 2 023-cü ildə aprel ayında Xidmətin rəhbərliyi dəyişənə qədər keçən müddəti buraxması üzrlü hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “İnzibati icraat haqqında” Qanun: Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılması ndan və nəzərə alınmasından imtina edə bilməz. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 25. “Hərbi vəzifə və hərbi xidmət haqqın da” Qanun: Maddə
41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar:... 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)... 26. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
58. Törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar: a) həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə azadlıqdan məhrum olunanlar; b) törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar, yaxud hökmün icrası təxirə salınanlar, həmçinin azadlıqdan məhrum o lunmağa məhkum edilib, lakin amnistiya nəticəsində cəza çəkməkdən azad edilənlər. 72. d)... Cinayət işləri üzrə istintaq dövründə həbsə alınmış hərbi qulluqçular tutduqları vəzifələrdən azad edilirlər və bütün istintaq dövründə sərəncamda olurlar. Hərbi qulluqçular istintaq dövründə həbsə alınmamışlarsa, onların vəzifədən azad edilmə və digər vəzifələrə keçirilmə məsələləri hərbi prokurorluq orqanları ilə razılaşdırılmaqla həll edilir;
158. Törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar:... Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər.
161. Həqiqi hərbi xi dmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata b uraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.
162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır.... Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən;... Həqiqi hərbi xidmətdən buraxılası hərbi qulluqçularla söhbət zamanı yerində həll edilməsi mümkün olmayan suallar qoyularsa, söhbət aparan rəis həmin sualların həllinə lazım ola biləcək məlumatlarla birlikdə bu barədə yuxarıdakı bilavasitə rəisə məlumat verir. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının təqdim qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur.... Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Həmin Əsasnaməyə 6 saylı Əlavə “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidməti bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları”:
1. Təqdimat blankda tərtib edilir, hərbi hissə komandiri tərəfindən imzalanır və komanda üzrə bu məsələ ilə bağlı son qərar qəbul etmək səlahiyyəti olan komandirə (rəisə) göndərilir. Təqdimat müvafiq qurumlar vasitəsilə göndərilir. Məxfilik qrifi təqdimatın məzmunundan asılı olaraq müəyyən edilir.... 3. “Təqdimatın əsaslandırılması” adlı İİ bölmədə göstərilir:... v) h əqiqi hərbi xidmətdən buraxılmağa təqdim edilərkən: hərbi xidmətə yararlılıq dərəcələri - nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən müayinə edilib, nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən xəstəlik haqqında şəhadətnamə təsdiq edilib, onun dəqiq nömrəsi, xəstəlik haqqında təsdiq edilmiş şəhadətnamədən hərbi xidmətə yararlılıq dərəcəsi haqqında dəqiq ifadə. Əgər hərbi qulluqçu tibbi müayinəyə göndərilməyibsə, bunun səbəbi göstərilir; q)... nə vaxt və kim tərəfindən buraxılma haqqında söhbət aparılıb, hərbi qulluqçu xidmət illərinin hesabı ilə tanış edilibmi, onun buraxılmaya münasibəti;... 9. təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin “v”, “q ”, “e”, “ə” bəndləri, 158-ci maddəsinin “b” bəndi ilə buraxıldıqda); ailə vəziyyəti ilə əlaqədar buraxılmanın (qadın hərbi qulluqçuların və həqiqi hərbi xidmət hərbi qulluqçularının) zəruriliyini təsdiq edən sənədlər göndərilir.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Avropa İnsan Hü quqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zə ruri sayır.
34. İşin məhkəmələr tərəfində araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı 1999-cu ildən başlayaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçu kimi xidmət etməklə, məsul vəzifələrdə işləmiş, daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin xx.xx.2017-ci il tarixli, 075 ş/h nömrəli əmrinə əsasən o, xidmətində buraxdığı ciddi nöqsanlara görə tutduğu Xidmətin Astara rayon şöbəsinin rəisi vəzifəsindən azad edilərək Xidmət rəisinin sərəncamına götürülmüş, sərəncamda olduğu müddətdə (sərəncamdan 2 gün sonra) qəbul edilmiş xx.xx.2017-ci il tarixli, 076 ş/h nömrəli əmrlə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmin tarixli, 188 n /h nömrəli əmrlə isə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.
35. İlk öncə qeyd edilməlidir ki, iddiaçının ehtiyata buraxılması barədə əmrdə onun qəbul edilməsinə əsas, yəni xidmətə uyğunsuzluğun səbəbi konkret olaraq göstərilməmişdir.
36. Lakin işin müəyyən edilən halına əsasən, hazırda mübahisələndirilən əmrlər qəbul edilməmişdən əvvəl iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 32.5, 321.1 və 341.2.1-ci maddələri ilə cinayət işi başlanılmış, istintaq zamanı Bakı Hərbi Məhkəməsinin 04 noyabr 2017-ci il tarixli, 4-369 nömrəli qərarı ilə onun barəsində 03 ay həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır.
37. Bundan sonra Cəlilabad Hərbi Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 1-1(09 6)29/2016 nömrəli hökmünə əsasən İ.İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 32.5, 321.1 və 341.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 313-cü maddəsi üzrə 1500 manat məbləğində cərimə cəzasına, CM-nin 32.5, 321.1-ci maddəsi üzrə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, 1500 manat məbləğində cərimə cəzasına, CMnin 341.2.1-ci maddəsi üzrə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza 4000 manat məbləğində cərimə cəzası təyin edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən təyin olunmuş cərimə cəzası İ.İddiaçı işi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək həbsdə saxlanılma müddəti nəzərə alınmaqla yüngü lləşdirilmiş və onun üzərində qəti cəza olaraq 1000 (min) manat cərimə cəzası saxlanılmışdır.
38. Göründüyü kimi, mübahisələndirilən əmrin qəbul edilməsinə əsas iddiaçı barəsində cinayət işinin başlanılması olmuşdur.
39. Halbuyki, hazırkı qərarın 26-cı bəndində qeyd olan maddi hüquq normasının tələblərinə əsasən cinayət işləri üzrə istintaq dövründə həbsə alınmış hərbi qulluqçular tutduqları vəzifələrdən azad edilirlər və bütün istintaq dövründə sərəncamda olurlar. Hərbi qulluqçular istintaq dövründə həbsə alınmamışlarsa, onların vəzifədən azad edilmə və digər vəzifələrə keçirilmə məsələləri hərbi prokurorluq orqanları ilə razılaşdırılmaqla həll edilir. Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər.
40. Göründüyü kimi, qanunverici barələrində istintaq işi aparılan və həbsə alınmış hərbi qulluqçuların vəzifədən azad edilmələri və bütün istintaq dövründə sərəncamda olmalarını müəyyən etmiş və onlar barəsində cinayət işi üzrə məhkəmə qərarı çıxarılanadək həqiqi hərbi xidmətdən buraxılmalarını qadağan etmişdir.
41. Lakin cavabdeh qanunvericiliyin tələbinə uyğun davranmamış və iddiaçının sərəncama götürülməsinə dair xx.xx.2017-ci il tarixli əmrdən cəmi 2 gün sonra onun ehtiyata buraxılması barədə xx.xx.2017-ci il tarixli əmr qəbul etmiş və əmrdə xidməti uyğunsuzluğun nədən ibarət olmasını əsaslandırmamış, əmrin qəbul edilməsinə əsas olan sənədləri qeyd etməmişdir.
42. Bundan əlavə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçını n həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunması ilə bağlı “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 161, 162 və 165-ci maddələrində və həmin Əsasnaməyə 6 saylı əlavədə nəzərdə tutulmuş qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunmamış, ümumilikdə, iddiaçının dinlənilmə hüququ təmin edilməmişdir.
43. Bununla da həmçinin “İnzibati icraat haqqında” Qanunun tələbləri də cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Beləliklə, inzibati icraatda dinlənilmə hüququ prosedur prinsip və təminat kimi müəyyən edilmişdir. Həmin Qanunun 67.1 və 67.2-ci maddələrinin tələblərindən göründüyü kimi bu hüququn tələblərinə riayət edilməməsi inzibati icraatın nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuzluğuna səbəb olur və müvafiq olaraq həmin inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
44. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, mübahisəli əmrlər qəbul edilərkən həm ümumi, həm də sahəvi qanunvericiliklə müəyyən edilən qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunmamış, cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir
45. Bu səbəbdən, iddiaçı əmrlərin ləğvi ilə bağlı tələb hüququna malik olduğundan apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
46. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarın 24-27a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 9 avqust 2024-cü il tarixli, 2-1(105)-820/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.