Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2390/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (XX.XX.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyi ndə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2023-cü il tarixli, 2-1(103)-891/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı XX.XX.1955-ci il tarixdə doğulmuş, xx.xx.1975-ci il tarixdən xx.xx.1977ci il tarixədək hərbi xidmətdə olmuşdur. 2. 12.11.2012-ci il tarixli, 075866 nömrəli əmək kitabçasının dublikatına əsasən, iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Bakı Slavyan Universitetində, xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Volodarski adına Ti kiş fabrikində, xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" MMC-də, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X1” MMC-də işləmişdir.
3. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 141 nömrəli arxiv arayışına əsasən, iddiaçı Azərbaycan KP MK-nin “Kommunist” nəşriyyatının xx.xx.1974-cü il tarixli, 504 nömrəli əmrinə əsasən “Azərbaycan qadını” jurnalı redaksiyasına kuryer vəzifəsinə qəbul edilmiş, xx.xx.1975-ci il tarixli, 107 nömrəli əmrinə əsasən işdən azad edilmişdir. İddiaçı 1974-cü il dekabr, 1975-ci il yanvar-may aylarında əməkhaqqı almışdır.
4. Azərbaycan Respublikasının Dövlət Arxivinin Şirvan filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 252 nömrəli arxiv arayışında qeyd e dilmişdir ki, həmin filialda mühafizə olunan Əli Bayramlı DRES-nin Tikinti Quraşdırma İdarəsinin 1985-1988-ci illərə aid əmrlər kitabında iddiaçının işləməsi barədə xx.xx.1985-ci il tarixli, 30 nömrəli; xx.xx.1987-ci il tarixli, 32 nömrəli; xx.xx.1988-ci il tarixli, 54 k nömrəli məzuniyyət və ezamiyyət əmrləri vardır. Filialda mühafizə olunan Əli Bayramlı DRES-nin Tikinti Quraşdırma İdarəsinin 1985-1988-ci illərə aid əməkhaqqı hesablama kitabına əsasən iddiaçı 1985-1990-cı illərin yanvar-dekabr və 1991-ci ilin yanvar-iyun ayları üzrə əməkhaqqı almışdır. Filialda mühafizə olunan Əli Bayramlı “Şirvanenerjiinşaat Tikinti İdarəsinin 1991-ci ilə aid əməkhaqqı hesablama cədvəllərində son olaraq iyun ayında iddiaçının adına əməkhaqqı vardır. 5. "xxxx" MMC tərəfindən verilmiş arayışda qeyd edilmiş dir ki, iddiaçı xx.xx.1991ci il tarixdə 7 nömrəli əmrlə "xxxx" MMC-də mühəndis vəzifəsinə təyin olunub və xx.xx.1998-ci il tarixdə 4 nömrəli əmrlə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. 1991-ci ilin dekabr, 1992-ci ilin yanvar-dekabr, 1993-cü ilin yanvar-dekabr, 1994-cü ilin yanvar-dekabr, 1995-ci ilin yanvar-dekabr, 1996-cı ilin yanvar-dekabr, 1997-ci ilin yanvardekabr, 1998-ci ilin yanvar-sentyabr ayları üzrə əməkhaqqı almışdır. 6. “X1” MMC tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1998-ci il tarixdə 4 nömrəli əmrlə “X1” MMC-də texniki nəzarətçi vəzifəsinə təyin olunub və xx.xx.2002-ci il tarixdə 8 nömrəli əmrlə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. 1998-ci ilin dekabr, 1999-cu ilin yanvar-dekabr, 2000-ci ilin yanvar-noyabr, 2001-ci ilin yanv ar-dekabr, 2002-ci ilin yanvar-noyabr ayları üzrə əməkhaqqı almışdır.
7. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmişdir.
8. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan iş stajı və pensiya kapitalı olmadığından, onun ərizəsinin təmin edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Azərenerjiinşaat” Tikinti Quraşdırma İstehsalat Birliyinin “Şirvanenerjiinşaat” Tikinti İdar əsində 1985-ci ildən 1991-ci ilə kimi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində 1974-cü ildən 1975-ci ilin may ayına kimi işlədiyi illər iş stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2 il hərbi xidmətdə olmuş, həmçinin müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur ki, bu barədə də müvafiq qeydlər əmək kitabçasında öz əksini tapmışdır. Lakin iddiaçı 1985-ci ildən 1991-ci ilə kimi “Azərinşaat” Tikinti Quraşdırma İstehsalat Birliyinin “Şirvanenerjiinşaat” Tikinti İdarəsində, 1974-cü ildən 1975-ci ilin may ayına kimi isə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində işləsə də, bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmamışdır. İddiaçı bununla bağlı əldə etdiyi arxiv arayışlarını cavabdeh orqana təqdim etsə də, cavabdeh tərəfindən həmin dövrlər nəzərə alınmaqla iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
11. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Qeyd olunan Qanunun 3 1.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir, Yəni 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən idarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orq an olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-5652/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 1985-1991-ci illərdə “Azərenerjiinşaat” Tikinti Quraşdırma İstehsalat Birliyinin “Şirvanenerjiinşaat” Tikinti Trestində işlədiyi, 1974-1975-ci illərdə “Azərbaycan qadını” jurnalının redaksiyasında işlədiyi müddət sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının müvafiq (pensiya təyin olunmasında nəzərə alınması tələb olunan ) illərdə işləməsini təsdiq edən arayışlar mövcuddur. Həmin sənədlərdə göstərilən məlumatların həqiqətə uyğun olmadığını cavabdeh tərəf sübuta yetirmədiyindən, bu məlumatları daşıyan sənəd kimi hərbi bilet və həmin arayış mötəbər hesab olunur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı 1955-ci il təvəllüdlü olduğundan, müvafiq arayışlar üzrə işlədiyi illər onun sığorta stajına daxil edildikdə ümimilikdə 25 ildən artıq sığorta stajı toplanmış olur ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən də onun yaşa görə əmək pensiyası hüququ yaranır. İddiaçının əmək fəaliyyətinə dair həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə təqdim etdiyi arayı şlardakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmənin qənaətinə görə, cavabdeh tərəfindən iddiaçıya onun 1974-1975-ci, 1985-1991-ci illər üzrə işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Vidadi Məmmədov /sədrlik edən və məruzəçi/, Vüsalə Baxışova və Azər Hüseynov) 30 avqust 2021-ci il tarixli, 2-1(103)-1251/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin imtina məktubunda iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajı və pensiya kapitalı olmadığından, ərizəsinin təmin edilməsinin mümkün olmadığı bildirilsə də, birinci instansiya məhkəməsi gəldiyi nəticəni faktiki cəhətdən yalnız iddiaçının əmək kitabçasının məlumatları ilə əsaslandırmış, iddiaçının əmək kitabçasında qeyd olunan təşkilatlarda işləyib-işləməməsi və məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin dəqiqləşd irilməsi ilə bağlı müvafiq səlahiyyətli qurumlara heç bir sorğu verməmiş, əmək kitabçasının məlumatlarının yoxlanılması üçün hər hansı hərəkət etməmişdir. İddiaçı qanunla tələb edilən minimum sığorta stajına malik deyilsə, onun pensiyaya çıxmasına imkan verən pensiya kapitalına malik olub-olmaması da birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilməmişdir. c) birinci instansiya məhkəməsində ikinci icraat
17. Bakı İnzibati Məhkəməsinin (hakim Pərviz Hüseynov) 01 sentyabr 2022-ci il tarixli, 2-1(112)-309/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Azərenerjiinşaat” Tikinti Quraşdırma İstehsalat Birliyinin “Şirvanenerjiinşaat” Tikinti İdarəsində 1985-1991-ci illərdə, “Azərbaycan qadını” jurnalı redaksiyasında xx.xx.1974-xx.xx.1975-ci illərdə işlədiyi müddət sığorta stajı kimi nəzərə a lınmaqla iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hərbi xidmət dövrü də daxil olmaqla 26 il 9 ay 25 gün sosial sığorta stajına malikdir. İş materiallarından görünür ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası və arxiv arayışları ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan həmin sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Beləliklə, iddiaçı 25 ildən artıq sığorta stajına, yən i yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Rəşid Səmədov) 09 iyun 2023cü il tarixli, 2-1(103)-891/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, qanunvericiliyə əsasən, iş stajının təsdiqi üçün əsas götürülən sənəd ilk növbədə əmək kitabçasıdır. Lakin əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar və s. nəzərə alınır. Həmçinin iddiaçıya münasibətdə zəruri olan yaş şərti və 25 il iş stajı şərti ödənildiyindən, qanunvericiliyin tələblərinə əsasən, fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ona yaşa görə əmək pensiyasının təyin edilməsində nəzərə alınmır. Cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd ed ilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı xx.xx.2019-cı il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla 15 il 2 ay 10 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli akta əsasən cavabdeh tərəfindən iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" MMC-də, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X1” MMC-də işləməsi faktı yerində qarşılıqlı araşdırılmış, sözügedən müəssisələrin arxiv sənədləri saxlanılmadığı üçün həmin dövrlərin sığorta stajını araşdırmaq mümkün olmamışdır. Bu səbəbdən qeyd edilən dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. xx.xx.2006-cı il tarixədək iddiaçının 15 il 2 ay 10 gün sığorta stajına əsasən onun pensiya kapitalının məbləği 10978 manat təşkil edir. Belə olan halda, tələb olunan iş stajı və pensiya kapitalı olmadığından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmi şdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.... Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nə zərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... Əmək (sosial sığorta) pensiyasının t əyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir.... Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə q eydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müə yyən edilməsi üçün tədbirlər görür.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” 2.26. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydində dəyişiklik edilərkən, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i gös tərilir.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikay ət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qəra rı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab ed ir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası qeyd edir ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
38. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə o byektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
39. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırma nın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
40. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
41. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublik asının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. 42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
43. Cavabdeh tərəfindən ilkin olaraq əmək kitabçasında deyil, arxiv arayış ında qeyd edildiyi əsas gətirilərək iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək “Azərbaycan qadını” jurnalı redaksiyasında və 1985-1991-ci illərdə “Azərenerjiinşaat” Tikinti Quraşdırma İstehsalat Birliyinin “Şirvanenerjiinşaat” Tikinti İdarəsində işlədiyi müddət mübahisələndirilmişdir.
44. Cavabdehin həmin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunvericiliyə əsasən, iş stajının təsdiqi üçün əsas götürülən sənəd ilk növbədə əmək kitabçasıdır. Lakin əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar və s. nəzərə alınır.
45. Məhkəmə kollegiyası iş stajına dair arayışda göstərilən illərin əmək kit abçasında qeyd edilməməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə həmçinin qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə əmək pensiyası növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Bu Qaydalarda tələb edilən sənədlər siyahısında ümumi iş stajını təsdiq edən istənilən sənədin təqdim edilməsi nəzərd ə tutulmuşdur.
46. Cavabdeh kassasiya şikayətində isə iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək “Azərbaycan qadını” jurnalı redaksiyasında və 1985-1991-ci illərdə “Azərenerjiinşaat” Tikinti Quraşdırma İstehsalat Birliyinin “Şirvanenerjiinşaat” Tikinti İdarəsində işlədiyi müddətin artıq tərəflərindən mübahisələndirilmədiyini, lakin iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" MMC-də, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X1” MMC-də işləməsi faktının müəssisələrin arxiv sənədləri saxlanılmadığı üçün qarşılıqlı yoxlanılmasının mümkün olmadığını əsas gətirərək, həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığını qeyd etmişdir.
47. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının sözügedən müəssisələrdə işləməsi əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında həmin müəssisələrdəki əmək fəaliyyəti bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı əsaslı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmələr haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdirlər.
48. Hazırkı qərarın 26-28-ci bəndlərində göstərilən normaların tələbləri baxımından iddiaçının sözügedən müəssisələrdə əmək fəaliyyəti onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək, qeyd olunan normanın tələbini pozmuşdur.
49. Nəzərə alınmalıdır ki, əmək kitabçasının sözügedən müəssisələrdə əmək fəaliyyəti ilə bağlı qeydlərinin müəssisələrin arxiv sənədləri saxlanılmadığı üçün qarşılıqlı yoxlanılmasının mümk ün olmaması iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, iddiaçının sözügedən müəssisələrdə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).
50. Odur ki, ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
51. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
52. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2023-cü il tarixli, 21(103)-891/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Q