Məhkəmə qərarları › İş №2-1(102)-2391/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2391/2019

18.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2391/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Bakı şəhəri İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iş üzrə (Açar sözlər: dövlət ehtiyacları üçün torpaqların alınması, mənəvi ziyanın ödənilməsi, daşınar əmlaka dəymiş maddi ziyan) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İlkin iddia üzrə Cavabdeh2 vəkili Həsənova İlahə Zakir qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kompensasiya verilməklə daşınmaz əmlakın boşaldılması barədə iddia tələbinə, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 cavabdeh İdd iaçınə qarşı kompensasiyanın, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1089/19 saylı 24 aprel 2019-cu il tarixli qərarından ilkin iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18.09.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ü nvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçi Cavabdeh1 69478 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın əsassız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən evin dəyərinin 78000 manat təyin olunması, təyin olunan evin dəyərinə 20 faiz və 10 faiz əlavə edilməsi, cavabdeh tərəfindən onun xeyrinə 5000 manat miqdarında dəymiş mənəvi zərərin əvəzinin tutulması, söküntü altında qalan mebel, ev əşyalarının və sair 2000 manat dəyərində vəsaitin ödənilməsi, 800 manat məbləğində kirayə vəsaitinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzr ə tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı Şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdeh1 ünvan 3 ünvan ında yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir, digər cavabdehlər isə mülkiyyətçinin ailə üzvləri olmaqla orada yaşayır və qeydiyyatdadırlar. Həmin mənzil (əmlak) qeyd olunan Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehə danışıq (könüllü alqı-satqı) yolu ilə onun mülkiyyətçisi olduğu daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilib. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehlərə yaşadığı ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlə t ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə mülkiyyətçi Cavabdeh1 69478 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirib. Lakin cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina edib. Qarşılıqlı iddia üzrə tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29.4-cü maddəsinə görə dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyəri ədalətli ödəmək şərtilə yola verilə bilər. Lakin, mənzil İddiaçı tərəfindən onunla heç bir alqı-satqı müqaviləsi bağlanılmadan, mənzilin d əyəri ödənilmədən sökülmüşdür. Bu barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət etmişdir. "xxxx" MMC tərəfindən əmlaka baxış keçirilməmişdir. Mənzilin faktiki sahəsi ölçülməmişdir. Mənzilin faktiki ümumi sahəsi 52 kv.m. təşkil etmişdir, bu da 1 kv.m. üçün ödənilən 1500 manatdan 78 000 manat təşkil edir. Bu məbləğlər təklif olunan kompensasiya məbləğinə daxil deyildir. Bundan əlavə, Yasamal Rayonu İcra Hakimiyyəti tərəfindən noyabr ayında evin kommunal xətləri bilərəkdən kəsilmiş və soyuqda iki azyaşlı uşaqla birlikdə bir müddət yaşamışlar. Həmin evdə yaşamaq mümkün olmadığı üçün 04.12.2018-ci il tarixdə məcbur olub çıxmışlar. Sonrakı gün evin əşyalarının bir hissəsini çıxarıb aparmışlar. Daha sonrakı gün digər evdə qalan əşyaları çıxarmaq üçün gələndə görmüşlər ki, e v içərisində əşyalar ola ola sökülmüşdür. Nəticədə ailəsilə və iki azyaşlı uşaqları ilə soyuqda evsiz qalmışlar, uşaqlar bir müddət məktəbə gedə bilməmişlər, xəstələnmişlər, ailə üzvləri stress keçirmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2-1(81)963/2019 saylı qərarı ilə ilkin iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçi Cavabdeh1 69478 manat məbləğində kompensasiyanın ödənilməsi və qarşılıqlı iddia tələbinin rədd edil məsi qərara alınmışdır (hakim E.Əliyev). Həmin qərardan narazı qalan Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1089/19 saylı 24 aprel 2019-cu il tarixli qərarı ilə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2-1(81)-963/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin ÖM seriyalı 015520 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Cavabdeh1 məxsus ünvan 3 ünvanda yerləşən mənzilin sahəsi 25,8 kv.m təşkil etsə də, həmin mənzilə dair kompensasiya hesablanarkən yalnız mülkiyyətdə olan sahə deyil faktiki istifadədə olan sahə də nəzəra alınaraq, yəni əsas sahə 26,82 kv.m, köməkçi sahə 17,28 kv.m və sanitar qovşaq sahəsi 2,91 kv.m hesablanmaqla ümumilikdə 47,01 kv.m nəzərə alınaraq (bütün kompensasiya növləri, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə olunmaqla, həmçinin 2 aylıq kirayə haqqı və köçmək xərci) ümumilikdə 69478 manat məbləğində kompensasiya hesablanması qanunidir. Həmçinin qarşılıqlı iddia ərizəsi 5000 manat miqdarında dəymiş mənəvi zərərin əvəzi tutulması və söküntü altında qalan mebel və ev əşyalarının və s. 2 000 (iki min) manat dəyərində vəsait ödənilməsi tələbi əsassızdır. Belə ki, İddiaçı hərəkətl əri nəticəsində ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılara maddi ziyan dəyməsi iş materialları ilə sübut olunmur. İlkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçıların fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların İddiaçı qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi iş materialları ilə öz təsdiqini tapmır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1089/19 saylı 24 aprel 2019-cu il tarixli qərarından ilkin iddia üzrə Cavabdeh2 və vəkili İlahə Həsənova tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 35.3, 36.1-ci maddələrini və Azərbaycan Respublikası Konstitusiyasının 29.4cü maddələrini tətbiq etməli olduğu halda etməmişdir. ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması məqsədi ilə alınmış, lakin mənzil iddiaçı tərəfindən cavabdehlərlə heç bir alqı-satqı müqaviləsi bağlanılmadan, mənzilin dəyəri ödənilmədən, tamamilə qanunsuz şəkildə sökülmüşdür. İddiaçı alqı-satqı müqaviləsi bağlamadan, əmlak qarşılığında heç bir kompensasiya ödəmədən, üstəlik əşyalar da evin içində olduğu halda cavabdehlərə məxsus olan əmlakı sökmuş, bununla da cavabdehlərin konstitusion hüquqlarını açıqaşkar şəkildə pozmuşdur. Bundan əlavə, İddiaçı tərəfindən hesablanmış kompensasiya məbləği də ədalətli şəkildə müəyyənləşdirilməmişdir. Belə ki, daşınmaz əmlakın qiymətləndirməsini həyata keçirmiş “xxxx” MMC tərəfindən mənzilə ümumiyyətlə baxış keçirilməmiş, mənzilin faktiki sahəsi ölçülməmişdir. Cavabdehlərə aid olan mənzilin ümumi sahəsi faktiki olaraq 52 kv.m. təşkil edirdi. Bu halda, “xxxx” MMC-nin müəyyənləşdirdiyi meyarlara əsasən, həmin daşınmaz əmlakın dövlət ehtiyacına alınması ilə bağlı ödəniləcək kompensasiyanın miqdarı 52 x 1.500 = 78.000 manat təşkil etməli idi. Lakin qiymətləndirmə şirkəti daşınmaz əmlaka yerində baxış keçirmədiyindən, kompensasiya məbləğini əmlakın faktiki sahəsinə görə hesablamamışdır. Bu halda, məhkəmə mübahisəli ekspertiza rəyini dəqiqləşdirmək məqsədilə yeni ekspertiz a təyin etməli və əmlakın əsl dəyərini müəyyənləşdirməli idi. Məhkəmə qeyd olunan məsələləri aydınlaşdırmamış, hətta eksperti məhkəmə araşdırmasına cəlb etməmiş, bununla da çəkişmə və ədalətli məhkəmə araşdırması prinsiplərini pozmuşdur. Həmçinin, məhkəmə cavabdehlərə mənəvi ziyan dəyməyinin iş materialları ilə sübut olunmadığını, buna görə də, iddianın bu hissədə əsassız olduğunu və rədd edilməli olduğunu qeyd etmişdir. Lakin məhkəmənin bu mövqeyi yanlışdır. Belə ki, cavabdehlər qarşı tərəfin hərəkətləri nəticəsində heç gözləmədiyi bir anda özlərinə məxsus olan əmlakdan və daimi yaşayış yerilərindən məhrum olmuşlar. Onlara əmlakları qarşılığında heç bir pul ödənilmədiyindən başqa yaşayış yeri tapmaqda da həddindən artıq çətinlik çəkmiş, uzun müddət evsiz qalmışlar. Ev sökülən zaman evdə q alan mebel və əşyalar dağıntılar altında qalmış, bununla da, ağır maddi ziyan dəymişdir. Qeyd olunan hallar nəzərə alındıqda, məhz qarşı tərəfin əməlləri ucbatından maddi və mənəvi ziyan vurulduğuna heç bir şübhə yoxdur. Kassator İPM-nin 96.5, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1089/19 saylı 24 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ilkin iddia üzrə iddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə ilkin iddia üzrə iddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iş tirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh2 vəkili Həsənova İlahə Zakir qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1089/19 saylı 24 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1089/19 saylı 24 aprel 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil 25.8 kv.metr payda Cavabdeh1 məxsusdur, o həmin mənzildə oğlu (Cavabdeh2), gəlini (Cavabdeh3) və 2 nəvəsi ilə birlikdə yaşayır. ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması zərurəti yaranmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alan orqan kimi Bakı Şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı sözügedən mənzili qiymətləndirmiş və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə mülkiyyətçi Cavabdeh1 69478 manat məbləğində kompensasiyanı (20% əlavə, 2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) könüllü sürətdə ödəməyi təklif etmiş, Cavabdeh1 kompensasiyanı qəbul etməmişdir. Bundan sonra İddiaçı Cavabdeh1 məxsus mənzili sökmüş və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı mübahisə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kom pensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifad ə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: Həmin Qanunun 7.6-cı maddəsinə əsasən bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı şəxsin ailə üzvləri qismində torpaqda yaşayan şəxslər də alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən alan orqanın və ya torpağın alınması qrupunun hərəkətləri nəticəsində zərər çəkmiş alınmanın təsirinə məruz qalan şəxs və ya həmin torpaqda hüququnun olması iddiası ilə çıxış edən şəxs, yaxud həmin torpaqda belə hüququ olan şəxs hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 90 gün müddətində alan orqanın və ya torpağın alınması qrupunun müvafiq aktlarından və ya onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı orqana və (və ya) qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin müvafiq layihə üçün alınmasının zəruri olmadığını iddia edən, habelə ödənilən kompensasiyanın məbləği ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən bu maddənin heç bir müddəası alınmanın təsirinə məruz qalan şəxs, torpağın alınması qrupu, alan orqan və ya alınma prosesində iştirak edən digər orqan tərəfindən mübahisənin alternativ həlli üsullarından istifadə edilməsinə və ya məhkəməyə ərizə verilənədək mübahisənin digər həlli üsulları ilə bağlı razılığın əldə edilməsinə mane olan hal kimi qəbul edilə bilməz. Həmin Qanunun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 66.1-ci maddəsinə əsasən bu Qanuna uyğ un olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. Həmin Qanunun 66.2-ci maddəsinə əsasən çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir. Həmin Qanunun 66.3-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalmış şəxs alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bu Qanunun 66.2-ci maddəsində nəzərdə tutulmuş halın baş verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər. Həmin Qanunun 66.3-cü maddəsinə əsasən çətinliklə bağlı ödəniş alınmanın təsiri nə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir: 66.4.1. 5 ildən 6 ilədək müddət üçün — 5 faiz; 66.4.2. 6 ildən 7 ilədək müddət üçün — 6 faiz; 66.4.3. 7 ildən 8 ilədək müddət üçün — 7 faiz; 66.4.4. 8 ildən 9 ilədək müddət üçün — 8 faiz; 66.4.5. 9 ildən 10 ilədək müddət üçün — 9 faiz; 66.4.6. 10 ildən artıq müddət üçün — 10 faiz. Yuxarıda sadalanan normaların tələblərinin işin faktiki hallarına tətbiqi zamanı görünür ki, İddiaçı Cavabdeh1 məxsus mənzili sökərək dövlət ehtiyacları üçün alarkən yuxarıdakı maddi hüquq normalarının tələblərinə riayət etməmiş, Cavabdeh1 və onun ailə üzvləri tərəfindən mənzilə görə təklif edilən kompensa siyanın məbləği ilə razılaşmamasına baxmayaraq məhkəməyə müraciət etmədən qanunun tələblərini pozaraq mənzili sökməklə Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyət hüquqlarına müdaxilə etmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçıların “ünvan 1 ünvanında yerləşən evin dəyərinin 78000 manat təyin olunması, təyin olunan evin dəyərinə 20 faiz və 10 faiz əlavə edilməsi” ilə bağlı tələbi ilə əlaqədar qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında sökülmüş mənzilin faktiki sahəsinin ölçüsü ilə bağlı mübahisə olduğundan, işə baxılarkən sökülmüş mənzilin ölçüsünün nə qədər olmasının dəqiq müəyyən edilməsi kompensasiya məbləğinin ədalətli hesablanıb-hesablanmamasına qiymət verilməsi baxımından əhəmiyyət kəsb edir. Belə ki, iş materiallarında olan OM seriyalı 015520 nömrəli Qeydiyyat V əsiqəsində ünvan 1 ünvanında yerləşən mənzil 25.8 kv.metr payda Cavabdeh1 məxsus olması qeyd edilmişdir. Bununla yanaşı, iş materiallarında olan Qiymətləndirmə Aktı”ndan çıxarışda İddiaçı tərəfindən mənzilin ölçüsü 47.01 kv.metr kimi qeyd edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar isə mənzilin faktiki sahəsinin 52 kv.metr təşkil etdiyini qeyd edirlər. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi mənzilin sahəsinin nə qədər olması istiqamətində hər hansı məhkəmə araşdırması aparmamışdır. Bundan əlavə, qarşılıqlı iddia üzrə iddiaçılar hər kvşmetr üçün 1500 manat (20% və 10%-lik əlavə nəzərə alınmadan) kompensasiya verilməli olduğu qənaətindədirlər. İddiaçı tərəfindən cəlb edilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş “Qiymətləndirmə Aktı”na əsasən isə kompnesasiyanın məbləği əsas və k öməkçi sahə üzrə hər kv. metr üçün 1250 manat, sanitar qovşağı üçün isə 666.67 manat müəyyən edilmişdir. Lakin iş materiallarına sözügedən ekspert rəyinin özü əlavə edilməmiş, apellyasiya instansiya məhkəməsi də həmin ekspert rəyini tələb etməmiş, kompensasiya məbləğinin hesablanması zamanı hansı meyarların əsas götürüldüyünü və məbləğin hesablanması zamanı qanunvericiliyin tələblərinə və ədalətlilik prinsiplərinə riaəyət edilib-edilməməsinə qiymət verməmişdir. Qeyd edilənlərlə yanaşı, apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddia üzrə cavabdehlərə kompensasiya məbləği hesablanarkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 66-cı maddəsinin tələblərinə (10% çətinliyə görə kompensasiya) və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının göstərişlərinə (dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir) riayət edilib-edilməməsinə qiymət vermədən qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçıların “5000 manat miqdarında dəymiş mənəvi zərərin əvəzinin tutulması” ilə bağlı tələbi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 07 nömrəli qərarında qeyd edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hə rəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərəri n vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mən əvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqs iri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçıların fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların İddiaçı qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi iş materialları ilə öz təsdiqini tapmadığından, qarşılıqlı iddia b u hissədə də əsassızdır. Halbuki, İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına riayət etmədən mənzili sökməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir və qarşılıqlı iddia üzrə iddiaçıların mənəvi ziyanla bağlı tələbi məhz İddiaçı qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanla bağlıdır ki, bu halda apellyasiya instansiya məhkəməsinin qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasının müəyyən edilməməsinə dair nəticəsi əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçıların “söküntü altında qalan mebel, ev əşyalarının və sair 2000 manat dəyərində vəsaitin ödənilməsi” ilə bağlı iddia tələbi ilə əlaqədar qeyd edir ki, İddiaçı Cavabde h1 məxsus mənzilin sökülməsi zamanı həmin mənzildə hər hansı əşyanın olmamasına dair sübut (səlahiyyətli şəxslərin iştirakı ilə tərtib edilmiş akt, video yazı və s.) təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, maddi ziyanın dəyməsi iş materialları ilə təsdiqlənmədiyindən iddia tələbi həmin hissədə əsassızdır. Lakin məhkəmə nəzərə almamışdır ki, İddiaçı inzibati orqan kimi sözügedən mənzilin sökülməsi zamanı mənzilin daxilində hər hansı əşyanın olmamasına dair sübut da təqdim etməmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, iddiaçının evi onun məlumatı və iştirakı olmadan sökülmüşdür. Belə olan halda, iddiaçıdan söküntü zamanı evdə olan əşyalarla bağlı hər hansı sübutun tələb edilməsi əsassızdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci ma ddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçıların “800 manat məbləğində kirayə vəsaitinin ödənilməsi” ilə bağlı iddia tələbi ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan “Qiymətləndirmə hesabatından Çıxarış”da 2 aylıq kirayə haqqı və köçmək xərci olaraq 1000 manat hesablandığı qeyd edilmişdir. Apellyasiya instansiya məhkəməsi isə İddiaçındən konkret hansı məbləğin kirayə haqqına aid edildiyini dəqiqləşdirməmiş və onun ədalətli olub-olmamasına qiymət verməmişdir. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi öz qərarının əsaslandırmasında “xxxx” MMC tərəfindən tərtib edilmiş “Qiymətləndirmə Aktı”na istinad etsə də, iş materiallarında yalnız “Qiymətləndirmə hesabatından Çıxarış” mövcuddur və həmin çıxarışda ekpertin gəldiyi nəticənin əsaslandırılması, başqa sözlə kompensasiya məbləğinin hesablanması ətraflı şəkildə öz əksini tapmamışdır. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi sözügedən ekpert rəyini tələb etməmiş və “Qiymətləndirmə hesabatından Çıxarış”da qeyd edilənlərlə kifayətlənməklə iş üzrə qərar qəbul etmişdir. Halbuki, İn zibati-Prosessual Məcəllə 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunve riciliyin yuxarıda qeyd olunan tələblərinə əməl etməyərək qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçılar C avabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçınə qarşı “ünvan 1 ünvanında yerləşən evin dəyərinin 78000 manat təyin olunması, təyin olunan evin dəyərinə 20 faiz və 10 faiz əlavə edilməsi, cavabdeh tərəfindən onun xeyrinə 5000 manat miqdarında dəymiş mənəvi zərərin əvəzinin tutulması, söküntü altında qalan mebel, ev əşyalarının və sair üçün 2000 manat dəyərində vəsaitin ödənilməsi, 800 manat məbləğində kirayə vəsaitinin ödənilməsi” barədə tələbinə qiymət verərkən,ilk növbədə “xxxx” MMC tərəfindən tərtib edilmiş “Qiymətləndirmə Aktı”nı tələb etməli və kompensasiaynın hesablanmasının qanuni əsaslandırılması ilə tanış olmalı, o cümlədən hər kv.metr üçün ekspert rəyində göstərilmiş məbləğin ədalətli olub-olmamasına qiymət verməli; hesablanmış kompensasiyanın ədalətli olub-olmamasının müəyyən edilməsi üçün kompensasiya məbləği hesablanarkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 66-cı maddəsinin tələblərinə (10% çətinliyə görə kompensasiya) və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının göstərişlərinə (dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir) riayət edilib-edilməməsinə qiymət verməli; İddiaçındən konkret hansı məbləğin kirayə haqqına aid edildiyini dəqiqləşdirməklə kirayə haqqı üçün nəzərdə tutulmuş məbləğin ədalətli olub-olmamasına qiymət verməli; 5000 manat miqdarında dəymiş mənəvi zərərin əvəzinin tutulması tələbi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 07 nömrəli qərarında qeyd edilənləri nəzərə almalı; söküntü altında qalan mebel, ev əşyalarının və sair üçün 2000 manat dəyərində vəsaitin ödənilməsi tələbi ilə bağlı İPM-nin 12.1-ci maddəsinin tələbinə uyğun olaraq öz xidməti vəzifəsinə görə bu istiqamətdə məhkəmə araşdırma aparmalı və bununla da ümumilikdə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçınə qarşı tələblərinə hərtərəfli məhkəmə araşdırması aparmaqla baxmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A LDİ: İlkin iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1089/19 saylı 24 aprel 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar