Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2391/2023 17.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Şırvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2023-cü il tarixli, 2-1(106)-65/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Vergi ödəyicisi İddiaçı (VÖEN **********) xx.xx.2019-cu il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmışdır.
2. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli cari bəyannamə və daha sonra dəqiqləşdirilmiş bəyannamələr üzrə cavabdeh tərəfindən kameral yoxlamalar keçirilmişdir.
3. Cavabdehin 2019-cu il gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə əlavə vergi məbləğinin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********771600 nömrəli ‘Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının he sablanması barədə” qərarı ilə iddiaçı barəsində əlavə 7594,72 manat vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli, **********771600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. Eyni zamanda onun fəaliyyəti dövründə heç bir vergi ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. 2019-cu il gəlir vergisi, bəyannaməsi üzrə ke çirilən kameral yoxlama vergisinin aparılması ümumiyyətlə qanuna uyğun olmamışdır. Belə ki, kameral yoxlama aparılan cari bəyannamə onun tərəfindən göndərilməmişdir. Bu xüsusat onunla sübut olunur ki, vergi ödəyiciləri üçün yaradılmış bəyannamə siyahısı barədə internet vergi idarəsində, həmin arayışın vergi bəyannaməsinin onun tərəfindən cavabdeh inzibati orqana göndərilməsi əks olunmur. Bununla bağlı, dəfələrlə onun tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə 6 saylı ƏVD-nə bu halı şübhəsiz sübut edən dəlillər təqdim etməklə şikayətlər edilmişdir, lakin bu məsələnin araşdırılması əvəzinə sonralar da onun əvəzindən elektron dəqiqləşmiş bəyannamələr də göndərilmişdir. Belə ki, onun şəxsi hesab vərəqəsində qeyd olunan xx.xx.2019-cu il tarixdə FŞGV 2019- CARİ (ARAYİŞ) və xx.xx.201 9-cu il tarixdə FŞGV 2019-dəqiqləşmiş (B) bəyannamələri onun tərəfindən verilməmişdir. Yenə də bu hal xx.xx.2020-ci il tarixli bəyannamə siyahısı barədə internet vergi idarəsindən çıxarışda öz əksini tapmamışdır. Onun tərəfindən arayış və bəyannamə təqdim edilmədiyindən cavabdeh inzibati orqan tərəfindən qanunsuz və əsassız olaraq kameral vergi yoxlaması aparılmış və nəticədə qanunsuz və əsassız qərar qəbul edilərək, ona qanunsuz olaraq əlavə vergi məbləği hesablamışdır. Belə ki, mübahisələndirilən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş **********771600 saylı xx.xx.2021-ci il tarixli qərar qanunvericiliklə müəyyən edilmiş qaydada ona təqdim olunmamışdır. Cavabdeh inzibati orqan tərəfindən kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarı qəbul edərkən araşdırma zamanı elek tron qaimə fakturası məlumatlarına əsasən 2019-cu il ərzində iddiaçı tərəfindən taxta materialının kub metrinin satış qiyməti 355,0 manat təşkil etdiyinə idxal məlumatlarına görə kub metrinin alış dəyəri 268,0 manata başa gəlmişdir ki, bu zaman ticarət əlavəsi 33,0 faiz təşkil etdiyi aşkar edilmiş, bu uyğunsuzluqlar guya sənədsiz mal alışı və satışı ilə məşğul olma, həmçinin guya satış dövriyyəsinin gizlədilməsi kimi qeyd edərək əsaslandırmağa çalışmışdır. Bildirilmişdir ki, iddiaçının (2017-40%, 2018-20,5%, 2019-4,3%) illər üzrə ticarət əlavələri qeyd olunub. Həmin hesabatlarda qeyd edilən ticarət əlavələri həqiqəti əks etdirir. Bunu müvafiq sənədlər təsdiq edir. Vergi orqanı tərəfindən bildirilir ki, 2019-cu ildə ölkə üzrə eyni adlı malın satışında ticarət əlavəsi 33% təşkil etmişdir. Bu müqayisəni aparan vergi əməkdaşı, diqqət etməmişdir ki, iddiaçının satışı 2019-cu ilin 1-ci rübündə baş vermişdir. Vergi orqanı tərəfindən iddiaçının 1-ci rübü üzrə satış ilin müvafiq dövrü ilə müqayisə edilmişdir. Hesab edir ki, bütöv 2019-cu ilin nəticələri ilə ilin 1-ci rübünün müqayisəsi effektiv deyildir. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, o, 2019-cu ildə sahibkarlıq fəaliyyətini dayandırdığına görə həmin dövrdə yeni məhsul da idxal etməmiş və anbarda qalan malı tez bir zamanda pula çevirmək üçün cüzi ticarət əlavəsi ilə satmışdır. Bu heç bir halda istər iqtisadi, istər hüquqi cəhətdən vergiyə cəlb edilən satış dövriyyəsinin gizlədilməsi kimi qiymətləndirilə bilməz. 2018-ci il ərzində 113641,38 manat dəyərində mal idxal edilmişdir. Göndərilən məktubda bu rəqəm səhv qeyd ed ilmişdir. Cavabdeh vergi orqanı iddiaçıya kameral qaydada əlavə verginin hansı vergi ödəyicisi tərəfindən təqdim olunmuş uçot və hesabat məlumatları əsasında hesablandığını göstərməmiş, verginin baza məlumatları əsasında hesablandığını bildirsə də, həmin baza məlumatlarının əks olunduğu sənədləri (hesabatları, bəyannamələri) təqdim etməmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci maddəsində baza məlumatları əsasında vergi ödəyicilərinə əlavə vergilərin hesablanması nəzərdə tutulmamışdır. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi qanunvericliyin tələbinə görə cavabdehin üzərinə qoyulmuşdur. Lakin cavabdeh inzibati orqan onun vergidən yayınma halını təsdiq edən hər hansı halı sübut edə bilməmiş və bunun nəticəsi olaraq qanunsuz və əsassız olaraq kameral vergi yoxlaması keçirərək, qərar qəbul etmişdir. Onun tərəfindən 2019-cu il üzrə fiziki şəxslərin gəlir vergisinin cari vergi ödəmələrinin hesablanması haqqında arayış təqdim edilmədiyi təqdirdə onun hesab vərəqəsinə xx.xx.2019-cu il tarixində FŞGV 2019 Cari (arayış) işlənmişdir. Onun tərəfindən 2019-cu il FŞGV bəyannaməsi təqdim edilmədiyi halda xx.xx.2019-cu il tarixində kimsə onun əvəzinə saxta bir imza ilə 6 Saylı Ərazi Vergilər Baş İdarəsinə arayış formasında bəyannamə təqdim etmişdir və dərhal bu bəyannaməyə Kameral vergi yoxlaması aparılmışdır. Artıq ödəmə onun şəxsi hesab vərəqəsinə əsasən cavabdeh inzibati orqan tərəfindən onun bank hesabına qoyulmuş sərəncam nəticəsində qanunsuz və əsassız olaraq bank hesabından silinmişdir. 2019-cu il gəlir vergisi cari bəyannaməsinə əsasən keçi rilən kameral vergi yoxlaması və göstərilən səbəblər tamamilə ilə əsassızdır. Belə ki, qeyd edilən bəyannamə onun tərəfindən göndərilməmişdir, əvəzindən ona aid olmayan imza ilə arayış təqdim edilmişdir. İddiaçı artıq ödəmənin qaytarılması barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan bir sıra əsassız məktublar göndərərək, artıq ödəmənin geri qaytarılmasından imtina etmişdir.
6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən 2018-ci ilin 4-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin əlavəsinə əsasən hesabat dövrünün sonuna sahibliyində 209806.09 manat mal qalığı qalmışdır. Vergi ödəyi cisi sahibkarlıq fəaliyyətinin 5 aprel 2019-cu il tarixdən dayandırmışdır. Sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən obyektin fəaliyyətini isə 11 aprel 2019-cu il tarixdən ləğv etmişdir. 2019-cu ilin yanvar-aprel ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ƏDV-siz dövriyyəsi 6843.8 manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən gəlir kimi 135666,00 manat göstərilmişdir. Halbuki 2019-cu ilin əvvəlinə 209806.09 manat mal qalığı olduğu üçün 74140,09 manat kənarlaşma yaranmışdır. Vergi ödəyicisinin sahibliyində olan mal qalığının araşdırılması zamanı obyektin ləğv edildiyi və ödəyicinin sahibliyində qalan malın olması aşkar edilməmişdir. Yaranmış kənarlaşm a ilə iddiaçı tərəfindən təqdim edilmiş vergi məbləği (797,52 manat) nəzərə alınmaqla 7594,72 manat əlavə vergi məbləğinin hesablanması nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********726300 nömrəli bildiriş göndərilmişdir. İddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə və ya əsaslandırılmış izahat məktubu təqdim edilməmişdir. Beləliklə də Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin tələblərinə uyğun olaraq “Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən iddiaçıya 8392,24 manat 209806.09/5*20%=8392.24) əlavə vergi məbləği hesablanmışdır. 2019-cu il gəl ir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə əlavə vergi məbləğinin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********771600 nömrəli ‘Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. Arayış və cari bəyannamənin iddiaçı tərəfindən vergi orqanına göndərilməməsi və bu xüsusatın vergi ödəyiciləri üçün yaradılmış bəyannamə siyahısı barədə internet vergi idarəsində həmin arayışın və vergi bəyannaməsinin iddiaçı tərəfindən cavabdeh inzibati orqana göndərilməsinin əks olunmaması ilə sübut olunması dəlili ilə bağlı bildiririk ki, iddia ərizəsində qeyd olunan arayış və bəyannamə iddiaçı tərəfindən poçt vasitəsi ilə vergi orqanına təqdim edildiyi üçün qeyd olunan hesabatda (internet vergi idarəsində) görsən məməsi mümkündür. Lakin sonradan təqdim olunan dəqiqləşdirilmiş bəyannamələr iddiaçı tərəfindən elektron qaydada təqdim edilmişdir ki, bu bəyannamələr ilə də iddiaçı tərəfindən müvafiq vergilər hesablanmışdır. Həmin bəyannamələrin iddiaçı tərəfindən təqdim edilməməsini sübut edən hər hansı bir il barəsində iddia ərizəsində qeyd edilməmişdir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd edir ki, “Mübahisələndirilən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş **********771600 saylı xx.xx.2021-ci il tarixli qərar qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya təqdim olunmamışdır”. Bildirilir ki, “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabata əsasən xx.xx.2021-ci il tarixli, **********771600 nömrəli mübahisələndirilən inzibati akt xx.xx.2021ci il tarixdə **********771600 nömrə ilə qanunv ericiliyə uyğun olaraq elektron üsulla iddiaçının elektron kabinetinə göndərilmiş və iddiaçı tərəfindən qeyd olunan qərar xx.xx.2021-ci il tarixdə, saat 11:05:31-də oxunmuşdur. Göründüyü kimi iddiaçının qeyd olunan, təhrif olunmuş və heç bir əsası olmayan dəlili hüquqdan sui-istifadə olaraq hakimdə yanlış fikir formalaşdırmağa xidmət edir. Bu isə yolverilməzdir və qanunvericiliyin tələblərinə birbaşa zidd hərəkətdir. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd edir ki, “Vergi orqanı tərəfindən iddiaçının 1-ci rübü üzrə satış ilin müvafiq dövrü ilə müqayisə edilmişdir. Hesab edir ki, bütöv 2019-cu ilin nəticələri ilə ilin 1-ci rübünün müqayisəsi effektiv deyildir. 2019-cu ildə sahibkarlıq fəaliyyətimi dayandırdığıma görə həmin dövrdə yeni məhsul da idxal etməmiş və anbarda qalan malı tez bir zamanda pula çevirmək üçün cüzi ticarət əlavəsi ilə satmışdır. Əlavə olaraq qeyd edir ki, 2018-ci İldə 113641.38 manat dəyərində mal idxal edilmişdir”. Göstərilən dəlillərlə bağlı məlumat üçün qeyd edirik ki, iddiaçı tərəfindən xx.xx.2019-cu tarixdə təqdim edilmiş 2018-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.3.2-ci sətrində (Mallar) dövr ərzində 388276.41 manat mal alındığı, 259454.02 manat dəyərində mal satıldığı göstərilmişdir. Hesabat dövrünün sonuna 128822.39 manat mal qalığı qalmışdır. Lakin hesabatda dövrün əvvəlinə, yəni 2017-ci ilin sonuna olan 80983.70 manat mal qalığı göstərilməmişdir. Məlumat üçün bildiririk ki, 2017-ci il ərzində iddiaçı tərəfindən 694707.20 manat dəyərində mal alınmış, 613723.5 manat dəyərində mal isə satılmışdır. (1 28822.39+80983.70=209806.09 mal qalığı) Qeyd olunan faktlar iddiaçı tərəfindən təqdim olunan hesabatlarla təsdiq olunur. Nəticə etibarı ilə kameral vergi yoxlaması ilə əlavə 7594,72 manat (iddiaçı tərəfindən təqdim olunmuş hesabata əsasən qeyd olunan 797.52 manat vergi məbləği nəzərə alınmaqla) (209806.09/5*20%o-8392.24) vergi məbləği hesablanmışdır. Eyni zamanda bildirilir ki, iddia ərizəsində qeyd olunan “2019-cu ilin nəticələri ilə ilin 1-ci rübünün müqayisəsi” ifadəsi ziddiyyətlidir və anlaşılan deyildir. İddia ərizəsində iddia tələbinin dəlili olaraq qeyd edilir ki, “Hesab edirəm ki, cavabdeh vergi orqanı iddiaçıya kameral qaydada əlavə verginin hansı vergi ödəyicisi tərəfindən təqdim olunmuş uçot və hesabat məlumatları əsasında hesablandığını göstərməmiş, verginin baza məlumatları əs asında hesablandığını bildirsə də, həmin baza məlumatlarının əks olunduğu sənədləri təqdim etməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsində baza məlumatları əsasında vergi ödəyicilərinə əlavə vergilərin hesablanması nəzərdə tutulmamışdır”. Qeyd olunanlarla bağlı məlumat üçün bildirilmişdir ki, iddiaçıya kameral vergi yoxlaması ilə əlavə verginin hesablanması zamanı hər hansı vergi ödəyicisi tərəfindən təqdim olunmuş uçot və hesabat məlumatlarından istifadə edilməmişdir. Əlavə vergi məbləği Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin tələblərinə uyğun olaraq "Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən iddiaçıya hesablanmışdır. Hesab edir ki, heç bir əsası olmayan dəlillərə istinad edərək iddia tələbini irəli sürmək hüququndan sui-istifadədir. Baza məlumatları dedikdə, iddiaçı tərəfindən təqdim edilmiş hesabatlar da daxil olmaqla idxalı təsdiq edən gömrük məlumatları və digər sənədlər hesab edilir.
7. Şirvan İnzibati Məhkəməsinın 18 noyabr 2021-ci il tarixli e-2-1(120)-1147/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertiza təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin “Vergi öhdəliyinin yaranmaması haqqında” **********598500 nömrəli arayışda qeyd olunan “********** yazısı, İddiaçı B” sözləri və həmin arayışda olan imza ilə sərbəst nümunələrdəki sözlər və imzalar eyni şəxs tərəfindən yəni İddiaçı tərəfindən icra olunmuşdurmu?
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 27 aprel 2022-ci il tarixli 4/461 nömrəli ekspert rəyində bildirilmişdir ki, İddiaçı adına olan “vergi öhdəliyinin yaranmaması haqqında” **********598500 nömrəli arayışın ön tərəfində “VÖEN” qrafası qarşısındakı “********** ” rəqəmləri, “vergi ödəyicisinin tam adı” qrafası qarşısındakı “İddiaçı B. ” yazıları və həmin arayışın arxa tərəfində “Arayışı tərtib edən məsul şəxsin S.A.A ” qrafasındakı “İddiaçı B. ” Yazıları və həmin yazıların qarşısında “İmza” qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
9. Şirvan İnzibati Məhkəməsinın 18 oktyabr 2022-ci il tarixli, 2-1(120)-137/2022 nömrəli qərarı ilə (hakim H.Nəcəfov) iddia tələbi təmin edilərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03 may 2021-ci il tarixli, **********771600 nömrəli qərarı ləğv edilmişdir.
10. Məhkəmə hesab etmişdi ki, cavabdeh vergi orqanı iddiaçıya kameral qaydada əlavə verginin hansı vergi ödəyicisi tərəfindən təqdim olunmuş uçot və hesabat məlumatların əsasında hesablandığını göstərməmiş, baza məlumatlarının əks olunduğu sənədləri təqdim etməmişdir. İnzibati orqan “vergi öhdəliyinin yaranmaması haqqında” **********598500 nömrəli arayış formasında bəyannaməyə əsasən kameral vergi yoxlaması aparmışdır ki, iş materiallarında olan 27 aprel 2022-ci il tarixli 4/461 nömrəli ekspert rəyinə əsasən həmin arayışın saxta yolla imzalandığı sübuta yetirilmişdir. Cavabdeh inzibati orqanın 0 3 may 2021-ci il tarixli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şırvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2023-cü il tarixli, 21(106)-65/2023 nömrəli qərarı ilə (hakimlər: O.İsmayılov - sədrlik edən və məruzəçi, S.Həsənov və T.Kərimov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinın 18 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh qərar qəbul edərkən həmin vaxt qüvvədə olan Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, Həmin vaxt qüvvədə olan 37.2-ci maddənin tələbinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutu lmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Başqa sözlə, 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə 2021-ci ildə cavabdeh tərəfindən kameral vergi yoxlaması keçirilməklə mübahisələndirilən qərar qəbul edilmişdir. Bundan əlavə, "Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli qərarına əsasən iddiaçıya mübahisələndirilən qərarla vergi borcu hesablanmışdır. Halbuki, ha zırkı mübahisəyə münasibətdə iddiaçının mənfəətini birbaşa müəyyən etməyin mümkün olmadığına istinadən cavabdeh tərəfindən şərti rentabelliyin tətbiqi əsassız sayılmalıdır. Həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə, eləcə də analoji fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisinə aid məlu matlara istinadən ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayəti onun iddia tələbinə qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun tərtib olunmuş və qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Vergi Məcəlləsinin 37.4, 50.1.1, 67, 70.3, 83.2.1, 83.9, 90.0.2-ci maddələrinin, İnzibati Prosessual Məcəllənin 12.1-ci, 58.7-ci, 69.4-cü maddələrinin tələbləri pozulmuşdur.
16. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinin tələblərini pozaraq cavabdeh tərəfindən apellyasiya şikayətində irəli sürülmüş dəlillərə hər hansı münasibət bildirilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İnzibati icraat haqqında” Qanun: Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
19. Vergi Məcəllə si: Maddə 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.... Maddə 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəs ində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini a şağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.... 67.14. bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9. vergi ödəyicis inin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
20. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qi smən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araş dıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
24. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən müəyyən olunur ki, “vergi öhdəliyinin yaranmaması haqqında” xx.xx.2019-cü il tarixli, **********598500 nömrəli arayış formasında bəyannamədəki imza iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, iddiaçı tərəfindən tərtib edilməmiş (imzalanmamış) “Vergi öhdəliyinin yaranması haqqında” **********5988500 nömrəli a rayış kameral yoxlamaların keçirilməsinə əsas olmuşdur.
26. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmələr tərəfindən vergi öhdəliyinin yaranması haqqında arayışda olan imzanın iddiaçıya məxsus olmaması müəyyən edilsə də, lakin cavabdeh inzibati orqanın hazırda mübahisələndirilən qərarının kökündə həmin arayış yox, xx.xx.2021-ci il tarixli dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi durmuşdur. Beləliklə, xx.xx.2019-cü il tarixli arayış hazırkı işinin mahiyyətinə təsir etmir.
27. Hazırda mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********771600 saylı qərarın qəbul edilməsinə səbəb olmuş xx.xx.2021-ci il tarixli dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin bəyannamədə malların təqdim edilməsindən gəlir kimi 135.666,00 manat göstərilmişdir. 2
8. Cavabdehin mövqeyinə görə, 2019-cu ilin əvvəlinə 209.806.09 manat mal qalığı olduğu üçün 74.140,09 manat kənarlaşma yaranmış, lakin iddiaçının sahibliyində olan mal qalığının araşdırılması zamanı obyektin ləğv edildiyi və iddiaçının sahibliyində qalan malın olması aşkar edilməmişdir. Yaranmış kənarlaşma ilə iddiaçı tərəfindən təqdim edilmiş vergi məbləği (797,52 manat) nəzərə alınmaqla iddiaçıya kameral vergi yoxlaması nəticəsində cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03 may 2021-ci il tarixli **********771600 nömrəli qərarı ilə 7594,72 manat (209806,09/5 x20%=8392,24-797,5) əlavə vergi hesablanmışdır.
29. Göründüyü kimi, iddiaçıya vergi borcu şərti rentabellik norması tətbiq etməklə əlaqəli məlumatlardan isti fadə olunaraq "Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli qərarına istinad edilərək hesablanmışdır.
30. Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər.
31. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67-ci maddəsinin tətbiq inin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur.
32. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbay can Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir.
34. Beləliklə, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixi 55 saylı Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə 7594,72 manat əlavə vergi məbləği hesablanmışdır.
35. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri ed ən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə ızah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur.
36. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.
37. Belə olan halda, vergi orqanının mübahisələndirilən qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********771600 nömrəli qərarının qəbulunun vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə apellyasiya instansiya məhkəməsinin nəticəsi əsaslı olmuşdur.
38. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şırvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2023-cü il tarixli, 21(106)-65/2023 nömrəli