Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2392/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması, gözlənilən pensiya ödənişi müddəti GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X2, X1 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, iddiaçının vəkili Vəkil Məmmədağa qızının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-689/2019 saylı iş üzrə 25 aprel 2019-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 sentyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsinin İddiaçı ünvanlanmış **********1 saylı, 29 oktyabr 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, 01 iyul 2017- ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə əsasən işləyən əmək pensiyaçıları pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Bununla bağlı olaraq iddiaçının pensiyasının yenidən hesablanması üçün 01.01.2006-cı il tarixdən 01.07.2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının 102502.54 manat olduğu müəyyən edilmişdir. Həmin kapital 72-yə bölünərək (144-72=72) aldığı 1279,26 manat pensiyanın üzərinə 1423,65 manat əlavə olunmuş və pensiy anın məbləği 2835,53 manata çatdırılaraq ödənişə göndərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na uyğun olaraq pensiyanın hesablanmasına yenidən baxılmış və pensiya məbləğinin səhv olaraq artıq hesablandığı müəyyən olunmuşdur. Ona görə də, pensiya yenidən hesablanaraq 2406,24 manat müəyyən edilmişdir. 01 iyul 2017-ci il tarixdən 01 yanvar 2018-ci il tarixədək artıq ödənilmiş vəsaitin bərpa olunması üçün hər ay pensiyanın məbləğindən 27,07 manat tutularaq Fondun hesabına bərpa olunur. İddiaçı cavabdehin hərəkətini qanunsuz hesab edərək məhkəməyə müraciət edib onun pensiyasının yenidən hesabla nması zamanı qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə uyğun olaraq fərdi hesabının sığorta hissəsində toplanmış kapitalını 72-yə (144-72=72) bölərək alınmış məbləğin pensiyasının üzərinə əlavə edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5069/2018 saylı, 25 dekabr 2018-ci il tarixli qərarı (hakim – T.Ə.Əsədova) ilə iddia təmin edilərək İddiaçı pensiyasının yenidən hesablanan zaman hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə uyğun olaraq fərdi hesabının sığorta hissəsində toplanmış kapitalını 72-yə (144-72=72) bölərək alınmış məbləğin pensiyasının üzərinə əlavə edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respubl ikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-689/2019 saylı, 25 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – V.M.Məmmədov, hakimlər – S.S.Seyidova və İ.B.Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5069/2018 saylı, 25 dekabr 2018-ci il tarixli qərarı ləğv edilməklə iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarını ləğv edib, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmi şdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə qanunsuz olaraq pensiya yenidən hesablanarkən pensiya ödənişi müddəti aylarının sayı (144) 72 ay azaldılaraq pensiya kapitalı 72-yə (144-72=72) bölünməli olduğu halda, onun pensiya kapitalı qanunsuz olaraq 222-yə bölünmüşdür ki, bu da iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmənin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na və orada təs bit edilmiş düstura istinadı doğru olmamışdır. Dəyişiklik edilməyənədək Qanunun 45-ci maddəsinə uyğun olaraq pensiya kapitalı 144-ə bölünürdü və əgər dəyişiklik baş verməsəydi istənilən zaman işdən çıxdıqdan sonra iddiaçının pensiyası yenidən hesablanarkən pensiya təyin olunduqdan sonra fərdi hesabında toplanmış pensiya kapitalı pensiya təyin olunduqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılaraq yenidən hesablanacaqdı. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə 01.07.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Q anunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Əvvəla, Qanunun müddəasından da açıq şəkildə göründüyü kimi burada bundan əvvəl təyin olunmuş pensiyanın yenidən hesablanmasından deyil, yalnız əmək pensiyası təyin olunan şəxslər nəzərdə tutulmuşdur. Digər tərəfdən isə bu maddədə hansı şərt nəzərdə tutulmasından asılı olmayaraq bu Qanun qüvvəyə minməmişdən öncə pensiya hüququ yaranmış şəxslərə bu Qanunun müddəaları tətbiq edilə bilməz. Odur ki, iddiaçı 01 yanvar 2006-cı il tarixdə pensiyaya çıxmış və həmin tarixdən 01 iyul 2017-ci il tarixədək 72 ay deyil, hətta 138 ay işləməsinə baxmayaraq onun pensiya kapitalının 120-yə bölünməklə hesablanması qanunvericiliyin tələblərinə zidd olmuş və onun konstitusion hüquqlarının pozulması ilə nəticələnmişdi r. Beləliklə, cavabdeh mübahisəyə qüvvədə olan qanunvericiliyin normalarını düzgün tətbiq etməmiş, ilkin olaraq pensiyanı düzgün olaraq yenidən hesablasa da, sonradan yanlışlığa yol vermişdir. Tərəflərin izahatları İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətində göstərilən məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Kollegiya cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdeh tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş 37.3.1ci maddəsinə görə işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazan ılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 01 iyul 2017-ci il tarixdən dəyişdirilmiş 45-ci maddəsinə əsasən isə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06.03.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan R espublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 5.3. Misal 49. 20 avqust 2011-ci il tarixdə 45 yaşlı təyyarəciyə 540 manat güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Pensiya təyin edildikdən sonra o, işləməkdə davam edir və 31 avqust 2017-ci il tarixdə pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 65420 manat pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanması barədə müraciət etmişdir. Onun pensiyası aşağıdakı qaydada yenidən hesablanır: 51 yaşlı təyyarəçinin pensiya ödənişi müddət i 150 ay (63,5 – 51 = 12 il 6 ay x 12 ay) artırılaraq 294 ay (150 + 144) hesablanır və sonra onun pensiya ödənişi müddəti aylarının sayı 72 ay azaldılaraq 222 ay (294 – 72) müəyyənləşdirilir. Beləliklə, pensiya 01 sentyabr 2017-ci il tarixdən 294,69 manat (65420: 222) məbləğində yenidən hesablanaraq artırılır və pensiyanın ümumi məbləği 834,69 manat təşkil edir. Kollegiya apellyasiya məhkəməsinin sadalanan normaların mübahisəyə tətbiqi ilə bağlı yanaşmasını düzgün hesab edir. Belə ki, xx.xx.1957-ci il tarixdə anadan olmuş iddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının onun arzuladığı kimi yenidən hesablandığı 2017-ci ilin avqust ayında 59 yaşında, həmin vaxta pensiya kapitalının məbləği isə 102.502,54 manat olmuşdur. Bu baxımdan, 59 yaşlı iddiaçının pensiya ödənişi m üddəti 54 ay (01.07.201730.06.2018 tarixləri arasında kişilərin pensiya yaşı 63 il 6 ay – 59 = 4 il 6 ay x 12 ay) artırılaraq 198 ay (54 ay + gözlənilən pensiya ödənişi müddəti 144 ay) hesablanır və sonra onun pensiya ödənişi müddəti aylarının sayı 72 ay azaldılaraq 126 ay (198 ay – 72 ay) müəyyənləşdirilir. Beləliklə də, onun pensiyası (102.502,54 manat: 126 ay) məbləğdə yenidən hesablanaraq artırılmalı, yəni pensiya kapitalı 72-yə deyil, 126-ya bölünməli idi. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının əmək pensiyası 01.07.2017-ci il tarixdən sonra yenidən hesablandığından, «Əmək pensiyaları haqqında» AR Qanununun 37.3.1-ci maddəsinə istinadən aparılan bu hesablama sözügedən maddədə təsbit olunan şərtlərlə, amma bu dəfə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasın ın yenidən hesablanması zamanı xüsusi norma qismində çıxış edən «Əmək pensiyaları haqqında» AR Qanununun 45-ci maddəsinin 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla həyata keçirilə bilərdi. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi işin şərh olunan hallarına düzgün hüquqi qiymət verməmiş, «Əmək pensiyaları haqqında» AR Qanununun 37.3.1 və 45-ci maddələrini yanlış təfsir edib, maddi hüquq normalarını pozaraq, iddianı təmin etməklə, səhv qərar qəbul etmişdir. Kassasiya şikayətinin dəlillərinin əsassızlığı ilə bağlı olaraq isə kollegiya aşağıdakıları qeyd edir. 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1ci maddəsindəki dəyişikliyə əsasən işləyən əmək pensiyaçıları pensiya təyin olunduğu gündən sonra 6 i l və daha çox işlədikdə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ əldə etmişlər. Qeyd edilməlidir ki, 01 iyul 2017-ci il tarixədək olan vəziyyətdə işləyən əmək pensiyaçıları yalnız işləməyən əmək pensiyaçıları kateqoriyasına keçdikdən sonra bu qaydada yenidən hesablamanı tələb edə bilərdilər. Eyni zamanda, 01 iyul 2017-ci il tarixdə paralel olaraq həm də Qanunun 45-ci maddəsində dəyişiklik edilmiş və maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının say ı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. Göründüyü kimi yeni dəyişiklik Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərə münasibətdə gözlənilən pensiya ödənişi müddətinin hesablanmasının fərqli qaydasını təsbit etmişdir. Kollegiya qanunvericilikdə edilmiş dəyişiklikləri, onların eyni anda edilməsini və qanunvericinin bununla bağlı güddüyü məqsədləri nəzərə almaqla hesab edir ki, pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməklə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyanın yenidən hesablanmasını tələb edən şəxslərə münasibətdə hər iki dəyişiklik eyni anda tətbiq edilməlidir. Belə ki, qanunverici yeni yanaşma qəbul etmiş, 6 il və daha çox işləyən pensiyaçıların qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyalarının yenidən hesablanmasını mümkün hesab etmiş, lakin bu zaman həm də, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının ümumi qaydadan fərqli hesablanmalı olduğunu müəyyən etmişdir. Kollegiya xüsusilə qeyd edir ki, işləyən əmək pensiyaçılarının əmək pensiyalarının bu qaydada yenidən hesablanması imkanı 01 iyul 2017-ci il tarixdən sonra əldə edilmiş hüquq olduğundan, onun hansı qaydada hesablanmalı olduğu məsələsi də həmin tarixdən qüvvədə ola n normaya görə aparılmalıdır. Qanunun 37.3.1 və 45-ci maddələrindəki hər iki yeni tənzimləmə iddiaçıya münasibətdə bərabər tətbiq edilməlidir. Bu hal, iddiaçının hüquqlarının pozulması və ya onun vəziyyətinin ağırlaşdırılması kimi də qiymətləndirilə bilməz. Belə ki, iddiaçı əmək pensiyası təyin edildikdən sonra işləməkdə davam etmiş və işləyən əmək pensiyaçısı kateqoriyasında olmuşdur. O, müvafiq olaraq 01 iyul 2017-ci il tarixədək işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməklə Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalını 72-yə bölməklə əmək pensiyasının yenidən hesablanmasını tələb edə bilərdi. Lakin iddiaçı özünün bu hüququndan istifadə etməmişdir. İddiaçı hazırda da işləməkdə davam edən əmək pensiy açısı olduğundan və Qanunun 37.3.1-ci maddəsində təsbit edilmiş yeni hüquqdan istifadə etmək istədiyindən onun pensiyasının yenidən hesablanması müvafiq olaraq Qanunun 45-ci maddəsinin müddəaları nəzərə alınmaqla aparılmalıdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Ona görə də, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-6 89/2019 saylı iş üzrə 25 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2392/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2392/2019
17.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver