Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2392/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Rövşən Kəndli (fermer) Təsərrüfatının Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi; iddianın mümkünlük şərtlərinə düzgün qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" kəndli (fermer) təsərrüfatının Cavabdehnə qarşı (üçüncü şəxs X7) qarşı “sərəncamın ləğv olunması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2024-cü il tarixli, 2-1(104)-1/2 024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Cavabdeh xx.xx.2000-ci il tarixli, 190 nömrəli “Dövlət torpaq fondunun icarəyə verilməsi haqqında” sərəncamı ilə Ceyrançöl massivində yerləşən suvarılmayan 23 saylı sahədən 1090.0 ha qış otlaq sahəsi ayrılıb “Rövşən Kəndli (fermer) Təsərrüfatı”-nın başçısı X2 25 il müddətinə icarəyə verilmişdir. 2. xx.xx.2000-ci il tarixli 68 saylı torpaq sahəsinin icarə verilməsi müqaviləsindən görünür ki, Cavabdeh Başçısının qərarına əsasən “Rövşən Kəndli (fermer) Təsərrüfatı” müəssisəsinin başçısı R.Mustafayevin icarəsinə qoyunçuluğu inkişaf etdirmək üçün 25 il müddətinə illik 981.000 manat icarə haqqı ilə 109 0,0 ha qış otlaq sahəsi verilmişdir.
3. X4 Cavabdehnə və üçüncü şəxs X2 qarşı Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli, 190 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddiası Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(83)-742-2015 nömrəli qərarı ilə təmin edilərək, Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli 190 saylı sərəncamı ləğv edilmiş, həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə işə baxmış Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx.xx.2016-cı il tarixli, 2-1(104)-151/2016 saylı qərarla Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(83)-742-2015 nömrəli qərarı ləğv edilmiş, X4 Cavabdehnə və üçüncü şəxs X2 qarşı Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli, 190 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
4. Azərbaycan Respublikası Cavabdeh xx.xx.2016-cı il tarixli, 07 nömrəli sərəncamı ilə Samux rayonu Ceyrançöl massivində 23 saylı qış otlaq sahəsindən orta ot örtüyünə malik suvarılmayan, 700 baş tutumu olan 350 hektar örüş sahəsi ayrılaraq qoyunçuluqla məşğul olmaq üçün X5 15 il müddətinə icarəyə verilmişdir. 5. xx.xx.2016-cı il tarixli 02 saylı “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, X5 Ceyrançöl massivində yerləşən suvarılmayan 23 nömrəli sahədən yaxşı (orta) ot örtüyü olan, suvarılan (suvarılmayan) 350.0 ha qış otlaq sahəsi 15 il müddətinə istifadəyə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi ba rədə ərizə ilə məhkəməyə müraciət edərək, Samux rayonu Ceyrançöl massivində 23 saylı qış otlaq sahəsində 350 ha örüş sahəsinin üçüncü şəxs X5 icarəyə verilməsinə dair Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 07 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli, 190 saylı sərəncamı və bu sərəncam əsasında bağlanmış xx.xx.2000-ci il tarixli, 68 saylı icarə müqaviləsi ilə Ceyrançöl massivi, 23 saylı sahədən heyvandarlığın inkişafı məqsədi üçün "xxxx" Kəndli (Fermer) Təsərrüfatına dövlət torpaq fondundan 25 il müddətinə 1090,0 ha torpaq sahəsi ayrılmış və torpaqdan müvəqqəti istifadə hüququna dair xx.xx.2005-ci il tarixli, JN06590 nömrəli şəhadətnamə verilmişdir. Qış otl aq sahəsindən təyinatına uyğun istifadə etməklə yanaşı icarə müqaviləsinin şərtlərinə əməl etmiş və müəyyən edilmiş icarə haqqını da vaxtında ödəmişlər. Hal-hazırda borc mövcud deyildir. 12 yanvar 2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X1 RİH-i başçısının xx.xx.2016-cı il tarixli, 07 saylı sərəncamına və bu sərəncam əsasında onunla bağlanılmış xx.xx.2016-cı il tarixli, 02 saylı icarə müqaviləsinə əsaslanıb Samux Rayon Məhkəməsinə müraciət edərək istifadələrində olan Ceyrançöl massivində 23 saylı qış otlaq sahəsindən çıxmaqlarını tələb etmişdir. Üçüncü şəxsə ayrılmış 350 ha torpaq sahəsi uzun müddətdir istifadələrində olan və istifadə hüquqları dövlət qeydiyyatına alınmış 1090,0 ha torpaq sahəsinin tərkib hissəsidir və ona verilmiş 350 ha torpaq sahəsində istifadə dövlət qe ydiyyatına alınmamışdır. X11-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Ceyrançöl massvinin 23 saylı sahəsində 350 ha qış otlaq sahəsinin Ə.Hüseynova icarəyə verilməsi barədə Samux RİH başçısının xx.xx.2013-cü il tarixli sərəncamı və sərəncam əsasında bağlanılmış xx.xx.2013-cü il tarixli, 02 saylı icarə müqaviləsi ləğv edilmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2- 1(114)-921/2022 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır. 9. 09.01.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Torpaqdan müvəqqəti istifadə Hüququna dair JN-6590 (kod-5070000) nömrəli Şəhadətnamə ilə Samux rayonu İcra Hakimiyyəti başçısının 29 dekabr 2000-ci il tarixli 190 saylı qərarı ilə, heyvandarlıq üçün 25 (iyirmi beş) il müddətinə “ Rövşən Kəndli (fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmiş, Samux rayonu “Ceyrançöl” massivi ərazisindəki 23 nömrəli sahədən 1090.0 hektar torpaq sahəsinin, Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 07 nömrəli sərəncamı ilə X5 icarəyə verilmiş Samux rayonu, “Ceyrançöl” massivində 23 saylı qış otlaq sahəsində yerləşən 350.0 ha örüş sahəsi ilə üstüstə düşdüyü müəyyən olunmuşdur.
10. Gəncə İnzibati Məhkəməsinin 3 aprel 2024-cü il tarixli, 2- 1(114)-35/2023 nömrəli qərarı ilə(hakim E.Axundov) iddia tələbi təmin edilərək, Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 07 saylı sərəncamı ləğv edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinə əsas olmuş sərəncam birinci instansiya məhkəməsi tərəfindən ləğv ol unsa da, apellyasiya instansiya məhkəməsi tərəfindən həmin qərar ləğv edilmiş, nəticədə ilkin vəziyyət bərpa edilmişdir. Lakin cavabdeh sərəncamın hüquqi qüvvəsini saxladığını nəzərə almadan mübahisələndirilən sərəncamı qəbul edərək, 350 ha torpaq sahəsini üçüncü şəxsin icarəsinə vermişdir. Bundan əlavə mütəxəssis rəyi ilə də təsdiq olunur ki, 29 dekabr 2000-ci il tarixli 190 saylı sərəncam ilə verilmiş torpaq sahəsi xx.xx.2016-cı il tarixli, 07 nömrəli sərəncamı ilə icarəyə verilmiş torpaq sahəsi üst-üstə düşür. Beləliklə cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli, 07 nömrəli sərəncam qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən sərəncamın ləğvi üçün əsas hesab edilir.
12. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək iddianın rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2024-cü il tarixli, 2-1(104)-1/2024 nömrəli qərardadı ilə (hakimlər: A.Bayramov - sədrlik edən, R.Mamedov və A.İsgəndərova) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 3 aprel 2024-cü il tarixli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı “Rövşən Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh xx.xx.2000-ci il tarixli, 190 nömrəli “Dövlət torpaq fondunun icarəyə verilməsi haqqında” sərəncamı ilə torpaq sahəsi ayrılmış "xxxx" Kəndli (Fermer) Təsərrüfatı ayrı-ayrı hüquqi şəxslər olub, müxtəlif vaxtlarda, müxtəlif şəxslər t ərəfindən təsis edilmiş, ayrı-ayrı ünvanlarda yerləşmişlər, hər bir hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olmuş, özlərinə məxsus təsis sənədi olan nizamnamələri qəbul edilmişdir. Qeyd edilən hüquqi şəxslərin birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə şəklində yenidən təşkil edilməsi, nizamnamə kapitalının satılması və ya güzəşt edilməsi iş materialları ilə müəyyən edilmir. Digər tərəfdən, iddiaçı Xanlar Rayon İcra Hakimiyyətinin xx.xx.1996-ci il tarixli, 178 saylı qərarı ilə qeydiyyata alınmış "xxxx" Kəndli (Fermer) Təsərrüfatının nizamnaməsinin kapitaldakı paylar ilə bağlı hissələrinə xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dəyişiklik edilməsinə istinad edərək, bu halın hazırkı iddiaçının subyektiv hüququnun olmasına dəlalət etdiyini bildirsə də, lak in iş materiallarından göründüyü kimi, qeyd edilən dəyişikliklər "xxxx" Kəndli (Fermer) Təsərrüfatının nizamnaməsinə edilmiş dəyişiklik olmuş, hazırkı iddiaçı ilə bağlılığı olmamışdır. İddiaçı “Rövşən Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti adlı subyektin "xxxx" Kəndli (Fermer) Təsərrüfatına torpaq sahəsi ayrılması ilə bağlı Cavabdeh xx.xx.2000-ci il tarixli, 190 nömrəli “Dövlət torpaq fondunun icarəyə verilməsi haqqında” sərəncamına istinad etməklə üçüncü şəxsin icarəsinə torpaq sahəsinin verilməsinə dair Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 07 saylı sərəncamını mübahisələndirməyə subyektiv hüququ yaranmır.
15. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən İPM-in 35.1-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndlərinə istinad etmişdir.
16. İddiaçı kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2024-cü il tarixli, 2-1(104)-1/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. iddiaçının kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayətində işin hallarını sadalamış əlavə olaraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi "xxxx" X6 aid olan bütün sənədləri gördüyü halda iddianın "xxxx" X8 MMC-nin tərəfindən qaldırılması və iddianın bəzi yerlərində texniki səhv olaraq MMC sözünün qeyd olunması səbəbindən iddianı mümkün saymamışdır. Halbuki iş materiallarında olan bütün hüquqmüəyyən edici sənədlər "xxxx" X6 aid olub. Halbuki bu iki hüquqi şəxs arasında hər hansı hüquqi bağlantı mövcud deyil. Hər bir hüquqi şəxsin VÖEN və digər məlumatları tam fərqlidir. Bu faktı iş materiallarında olan subutlar da tam təsdiq edir. Bu səbəbdən apellyasiya məhkəməsi İPM-in 35.1-ci maddəsinin tətbiqində səhvə yol vermişdir b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Üçüncü şəxs kaassasiya şikayətinə yazılı etiraz təqdim edərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2024-cü il tarixli, 2-1(104)1/2024 nömrəli qərardadını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri süb utlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5 Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın d avam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilmədiyindən qərardad ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
23. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı Samux rayonu Ceyrançöl massivində 23 saylı qış otlaq sahəsində 350 ha örüş sahəsinin üçüncü şəxs X5 icarəyə verilməsinə dair Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 07 saylı sərəncamının ləğv edilməsinə yönəlmişdir.
24. İddiaçının bu barədə tələbini əsaslandırmaq üçün istinad etdiyi işin faktiki halları ondan ibarətdir ki, Samux rayonu İcra Hakimiyyəti başçısının 29 dekabr 2000-ci il tarixli 190 nömrəli sərəncamı ilə 25 il müddətinə “Rövşən Kəndli (fermer) Təsərrüfatı”na icarəyə verilmiş torpaq sahəsi ilə Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 07 nömrəli sərəncamı ilə üçüncü şəxs X5 icarəyə verilmiş 350.0 ha örüş sahəsi üst-üstə düşür.
25. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü barədə gəldiy i nəticəni onunla əsaslandırmışdır ki, “Rövşən Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh xx.xx.2000-ci il tarixli, 190 nömrəli “Dövlət torpaq fondunun icarəyə verilməsi haqqında” sərəncamı ilə torpaq sahəsi ayrılmış "xxxx" Kəndli (Fermer) Təsərrüfatı ayrı-ayrı hüquqi şəxslər olub, müxtəlif vaxtlarda, müxtəlif şəxslər tərəfindən təsis edilmiş, ayrı-ayrı ünvanlarda yerləşmişlər, hər bir hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olmuş, özlərinə məxsus təsis sənədi olan nizamnamələri qəbul edilmişdir. Bu səbəbdən iddiaçı “Rövşən Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti adlı subyektin "xxxx" Kəndli (Fermer) Təsərrüfatına torpaq sahəsi ayrılması ilə bağlı Cavabdeh xx.xx.2000-ci il tarixli, 190 nömrəli “Dövlət torpaq fondunun icarəyə verilməsi haqqında” sərəncamına istinad etməklə üçüncü şəxsin icarəsinə torpaq sahəsinin verilməsinə dair Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 07 saylı sərəncamını mübahisələndirməyə subyektiv hüququ yaranmır.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
27. İş materiallarında olan "xxxx" Kəndli (Fermer) Təsərrüfatının nizamnaməsinə əsasən, Xanlar Rayon İcra Hakimiyyətinin xx.xx.1996-ci il tarixli, 178 saylı sərəncamı ilə dövlət qeydiyyatına alınmış və təsisçisi X3r.
28. Həmçinin işdə olan Azərbaycan Respublikası Cavabdeh xx.xx.2000-ci il tarixli, 190 nömrəli “Dövlət torpaq fondunun icarəyə verilməsi haqqında” sərəncamından görünür ki Ceyrançöl massivində yerləşən suvarılmayan 23 saylı sahədən 1090.0 ha qış otla q sahəsi ayrılıb “Rövşən Kəndli (fermer) Təsərrüfatı”-nın başçısı X2 25 il müddətinə icarəyə verilmişdir.
29. Bundan əlavə işdən görünür ki, "xxxx" Kəndli (Fermer) Təsərrüfatının nizamnaməsinə edilmiş xx.xx.2013-cü il tarixli dəyişikliyə əsasən təsərrüfatın təsisçi Çingiz Salahov ilə əvəz edilmişdir.
30. Beləliklə, iddia ərizəsinə nəzər yetirdikdə, ərizəni imzalayan şəxsin vəzifəsi "xxxx" Kəndli (Fermer) Təsərrüfatı MMC-nin direktoru yazılsa da, lakin imzalayan şəxs Çingiz Salahov olmuş, eləcə də imzanın üzərindən Rövşən” Kəndli (Fermer) Təsərrüfatının möhürü vurulmuşdur.
31. Lakin apellyasiya məhkəməsi bu ziddiyyətli halları araşdırmayaraq, iddiaçı tərəfindən iddia ərizəsində buraxılmış formal xətaların aradan qaldırılması istiqamətində məhkəmənin yardım etmək vəzifəsini düzgün icra etməy ərək iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması səbəbindən iddianı mümkün saymamışdır.
32. Halbuki, İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
33. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılaraq yenidən hüquqi qiymət verilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkə mə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2024-cü il tarixli 21(104)-1/2024 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.