Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2394/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü iddia müddətinin ötürülməsi; (inzibati orqan tərəfindən 1 yanvar 2011-ci ilədək qəbul edilmiş əmrin mübahisələndirilməsi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə qarşı "cavabdehin xx.xx.2002-ci il tarixli, 20 nömrəli əmrinin ləğv edilərək qanunsuz işdən çıxarılması ilə bağlı ona dəymiş ziyanın ödənilməsi, dövlət qulluğu stajının bərpa olunması və onun Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində şöbə müdiri vəzifəsinə bərpa olunması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyul 2023-cü il tarixli, 2-1(108)-28/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirinin 01 mart 2002-ci il tarixli, 20 nömrəli əmri ilə Məmmədov X1 MR Təhsil Nazirliyi xarici əlaqələr, yeni tipli məktəblər və internat məktəbləri şöbəsinin müdiri vəzifəsindən 01 mart 2002-ci il tarixdən azad edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏH KƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Təhsil Nazirliyində şöbə müdiri vəzifəsinə bərpa olunması və ona dəymiş ziyanın ödənilməsi barədə tələbindən imtina etdiyini göstərərək Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin xx.xx.2002-ci il tarixli, 20 nömrəli əmrinin ləğv edilməsi, dövlət qulluğu stajının bərpa olunması və ona mənəvi təskinlik olaraq 01 manat məbləğində təzminat ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı həmçinin məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
4. Ərizə onunla əs aslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin onun qanunsuz olaraq işdən azad olunduğu vaxtlarda Naxçıvan Muxtar Respublikasında amansız, qeyri-demokratik siyasət yürüdüldüyündən və bu hərc-mərclik Naxçıvan MR Ali Məclisinin sabiq sədri tərəfindən həyata keçirildiyindən hüquqlarının hər hansı bir şəkildə müdafiəsinə çalışmaq ya azadlıqdan məhrum edilməyə, ya da psixotrop maddələrdən istifadə etməklə şərlənərək ruhi dispanserə yerləşdirilməyə səbəb ola bilərdi. İşin belə olduğunu görüb həyat və sağlamlığını qorumaq m əqsədi ilə, müraciətlərini saxlayaraq yaşamını davam etdirmək məqsədi ilə Naxçıvan MR-da özünə başqa işlər axtarmağa çalışmışdır. Yüksək dərəcəli idman ustası olmağına baxmayaraq, ona idman məşqçisi işləməyinə belə qadağa qoyulmuşdur. Bu səbəbdən də o, məcbur olaraq, ata ocağını tərk edib, Bakı şəhərinə getmişdir. Naxçıvan Muxtar Respublikasında aparılan son islahatlardan sonra hüquqların müdafiəsi və bərpası yenidən aktuallaşdığından müraciətlərini davam etdirməyə başlamışdır. Qanunsuz olaraq işdən çıxarılması barədə qanunvericiliyin tələbinə uyğun olaraq bir ay içərisində məhkəməyə müraciət etməsi qeyrimümkün olmuşdur.
5. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2- 1(122)-367/2023 nömrəli qərardadı ilə (hakim E.Hüseynov) İddiaçı prosessual müddətin bə rpa olunması barədə 17 may 2023-cü il tarixli ərizəsi təmin edilməmiş və onun cavabdehə qarşı “xx.xx.2002-ci il tarixli, 20 nömrəli əmrin ləğv edilərək qanunsuz işdən çıxarılması ilə bağlı ona dəymiş ziyanın ödənilməsi, dövlət qulluğu stajının bərpa olunması və onun Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində şöbə müdiri vəzifəsinə bərpa olunması tələbi”nə dair iddiası mümkün sayılmamışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı mübahisələndirilən əmrdən xəbərdar olmuşdur. Belə ki, həmin əmr barədə özünün də etiraf etdiyi kimi məlumatlı olmuş, iddiaçı bu əmrlə tutduğu vəzifədən azad edildiyini bilmişdir. Lakin mübahisələndird iyi inzibati akt ona məlum olduğu vaxtdan 21 il müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmış, bununla da qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür.
7. Məhkəmə bildirmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, inzibati akt yeni qanuna görə də mübahisələndirilə bilməz.
8. İddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.
9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmas ını xahiş etmişdir. Apelyasiya şikayəti birinci instansiya məhkəməsinə verilən müddətin bərpa olunması barədə vəsatətin dəlillərinə uyğun əsaslandırılmışdır. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyul 2023-cü il tarixli, 2-1(108)-28/2023 nömrəli qərardadı ilə (hakimlər Y.Qurbanov - sədrlik edən və məruzəçi, S.Qarayev və F.Abbasov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı cavabdehin 01 mart 2002-ci il tarixli 20 nömrəli əmri ilə vəzifədən azad olunduğu tarixdən m üvafiq əmrdən xəbərdar olmuş, lakin ötən 21 il ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmiş və müraciət etməməsinin üzürlü səbəbdən baş verməsinə dair hər hansı sübutu təqdim etməmişdir. Bu halın mövcudluğu isə iddianın mümkünlük şərtlərini istisna edir. İddiaçı qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən buraxdığından birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının müddətin bərpası barədə 17 may 2023-cü il tarixli ərizəsini təmin etməyərək bu əsasla da iddianı mümkün saymamışdır.
12. Məhkəmə kollegiyası qərarı əsaslandırmaqda davam edərək daha sonra bildirmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən şikayətində göstərdiyi dəlillər əsaslı sayıla bilməz. Şikayətdə göstərilən, iddia tələbinin mahiyyətinə aid olan digər dəlillərə (heç bir əsas göstərilmədən, eyni zamanda işdən çıxmaq haqqında ərizəsi olmadan, qanunsuz olaraq işdən çıxarılması, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda göstərilməsi tələb olunan məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilmədikdə həmin əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər) isə iddia mümkün sayılmadığından hüquqi qiymət verilməsi prosessual qanunvericiliyin tələbinə əsasən mümkün hesab edilmir.
13. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA Q ARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin dəlilləri buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin i ddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
17. İnzibati Prosessual Məcəllə Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haq qında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəx sin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, ka ssasiya şikayətinin dəlilləri mahiyyətcə müddətin ərpa olunması barədə ərizənin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə əhəmiyyətli olan prosessual məsələlərin tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
23. Apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Apellyasiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı müəyyən olunmuş hallara hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin prosessual hüquq normaların ın tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəs inə gələ bilər.
26. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.
27. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.
28. Hazırkı iş üzrə iddia tələbi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2002-ci il tarixli, 20 nömrəli əmrin ləğvinə yönəlmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən müvafiq inzibati akt (əmr) qanunvericili klə müəyyən edilmiş prosessual müddətdə mübahisələndirilməmişdir, başqa sözlə iddianın mümkünlük şərtlərinin biri qismində çıxış edən qanunvericiliklə müəyyən edilmiş iddia müddətinə əməl edilməsi ilə bağlı şərtə riayət edilməmişdir.
30. Belə ki, iddiaçının mübahisələndirdiyi əmrin qəbul edildiyi vaxtda qüvvədə olan, 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzə rdə tutulmuşdur. Həmçinin qeyd olunan Məcəllənin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 31. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.
32. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məc əllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir və 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Hazırkı iş üzrə prosessual müddətin ötürülməsi ilə bağlı üzrlü hal müəyyən edilmədiyindən, habelə müddətin bərpası ilə bağlı qanunvericiliklə müəyyən edilmiş istisna hal müəyyən edilmədiyindən, 1 ildən çox müddət keçdiyindən, bununla bağlı iddiaçıya hüquqi yardım göstərilməsi halı da mümkün olmamışdır.
33. Məhkəmə kolle giyası əlavə olaraq qeyd edir ki, iddiaçının istinad etdiyi Əmək Məcəlləsinin 296-cı maddəsində də fərdi əmək mübahisələrinin həlli iddia müddətlərinə tabe tutulur. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
34. İddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin ol maması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. İddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
35. Qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin ö z mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar qanunvericiliyin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
36. Apellyasiya instansiyası məhkəməsi iş üzrə iddia müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu iddiaçının iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.
37. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin e dilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyul 2023cü il tarixli, 2-1(108)-28/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.