Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2394/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmə tinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi məsuliyyətinə cəlb olunması barədə 19 dekabr 2022-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-121/2024 nömrəli, 2 aprel 2024-cü il tarixli qərarından İddiaçı və cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı məxsus obyektdə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavi ləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. 2. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, İddiaçı operativ vergi nəzarətinin aparılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir. 3. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 007973 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında aktın məzmunundan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı İddiaçı məxsus obyektdə əmək müqaviləsi bağlamadan 10 nəfər fiziki şəxsin işə cəlb edilməsi faktı qeyd edilmişdir. 4. xx.xx.2022-ci il tarixli, 007973 nömrəli akta əlavədən görünür ki, İddiaçı məxsus obyektdə operativ vergi nəzarəti nəticəsində Azadov Xətayi Xəqani oğlu, X10, X23, X24, X40, X25, X11, X41, X26 və X22 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qeyd edilmişdir. 5. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçı və aktda adı çəkilən digər şəxslər izahat verməkdən, həmçinin tərtib edilmiş aktlarla tanış olub imza etməkdən, nüsxəsini qəbul etməkdən imtina etmişlər. 6. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına gör ə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 10 (on) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına gör ə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı əsasında xx.xx.2022-ci il tarixdə ona məxsus ünvan 1 ünvanında yerləşən “Nostalji” kafesində operativ vergi nəzarəti keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticələrinə dair xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və akta əsasən ümumilikdə 10 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi aşkar olunmuşdur. Operativ vergi nəzarəti tədbirinin nəticələrinə dair xx.xx.2022-ci il tarixli akt və materiallara baxılmada iştirak barədə bildirişlə bi rgə onun poçt ünvanına göndərilmişdir. Həmin akta baxılmasının nəticələrinə dair cavabdeh təşkilat tərəfindən xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və barəsində 20000,0 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar əsaslandırılmamışdır. Lakin hazırkı mübahisə üzrə operativ vergi nəzarət tədbiri 31 oktyabr 2022-ci il tarixdə keçirilmiş, akt elektron üsulla xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinə göndərilmiş, aktla bərabər materiallara baxılmada iştirakla bağlı bildiriş də göndərilmiş və materiallara baxılmada iştirak məqsədi ilə o, xx.xx.2022-ci il tarixdə 12 saylı ƏVBİ-nin inzibati binasına dəvət olunmuşdur. Materiallara baxılmanın nəticəsi barədə xx.xx.2022-ci il tarixli məsuliyyətə cəlb etmə barədə qərar qəbul edilmişdir.
9. Qanunvericiliyin tələbinə əsasən xx.xx.2022-ci il tarixdən hesablanmaqla vergi ödəyicisinə aktı imzalamamasının səbəblərinə dair yazılı etirazını və digər zəruri sənədlərin təqdim edilməsi üçün 30 gün vaxt verilməli, xx.xx.2022-ci il tarixdən sonrakı növbəti 15 gün ərzində yoxlama materiallarına və digər zəruri sənədlərə baxmalı, daha sonrakı 10 gün müddətində isə nəzarət tədbirinin nəticəsinə dair qərar qəbul etməli idi. Lakin cavabdeh təşkilat qeyd olunan müddəti hətta nəzarət tədbirinin nəticələrinə dair aktı imzalamağının səbəblərinə dair yazılı etirazın və digər zəruri sənədlərin təqdim edilməsi üçün müəyyən edilmiş 30 günlük müddəti gözlə mədən xx.xx.2022-ci il tarixdə barəsində mübahisələndirilən qərarı qəbul etmiş, lakin qərar əsaslandırılmamışdır.
10. Operativ vergi nəzarət tədbiri zamanı faktiki olaraq obyektdə fəaliyyət göstərməyən, obyektə bağlılığı olmayan, nəzarət tədbiri keçirilən anda obyektdə olmayan və faktiki olaraq obyektdə çalışmayan, obyektə qonaq qismində gələn, eləcə də özünün istehsal etdiyi kənd təsərrüfatı məhsullarını obyektə satan şəxslərin adları aktda qeyd olunmuş, onların guya obyektdə əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi görüntüsü yaradılmışdır. Belə ki, aktda adları qeyd olunan X36, X41 və X18 ümumiyyətlə tanımır, sözügedən şəxslər nəzarət tədbiri keçirilən tarixdə işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə obyektdə “Ha llowen party” keçirilmiş X25 həmin partynin təşkilatçıları tərəfindən qonaq qismində obyektə dəvət edilmiş, onunla onun arasında hər hansı əmək münasibətləri yaranmamış və həmin gündən sonra da heç vaxt obyektdə olmamışdır. X11 nəzarət tədbiri keçirilən tarixdə obyektdə olmamış və hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Sadəcə onunla xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlandığından onun adı növbəti gün vergi orqanı əməkdaşları tərəfindən akta əlavə edilmişdir. Eləcə də, X23 obyektin yaxınlığında yaşayır və günaşırı obyektə onun tərəfindən qatıq məhsulu satılır. O həmin məhsulu obyektin mətbəxinə təhvil verir və oradan boş bankaları alaraq çıxır. X3 ilə aralarında əmək münasibətləri deyil, alqı-satqı münasibətləri mövcuddur. X29 və X40 nəzarət tədbiri keçirilən gün obyektdə hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməmiş, həmin şəxslər işə qəbulla bağlı obyektdə olmuşlar və xx.xx.2022-ci ildən işə başlamışlar. Həmin tarixdən isə onlarla əmək müqaviləsi bağlanmışdır. X9 isə onun qardaşıdır. Nəzarət tədbiri keçirilən gün obyektdə müştəri sıxlığı olmuş və onu kömək etməsi üçün çağırmışdır. Reallıqda isə o “Nostalji” kafedə işləmir. Göründüyü kimi, vergi orqanı tərəfindən faktiki olaraq obyektdə işləməyən şəxslərin adları akta əlavə edilməklə barəsində əsassız cərimə tətbiq edilmişdir. Keçirilmiş operativ nəzarət tədbiri zamanı cavabdeh təşkilat qanunvericiliyin yuxarıda sadalanan göstərişlərini nəzərə almamış, obyektdə işlərin görülməsinə cəlb edilmiş şəxslərin hansı qaydada işlərin yerinə yetirilməsinə cəlb edilməli olduğunu və “Sadələşdirilmiş v ergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə olunmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin dairəsini müəyyən etməmiş, ümumilikdə aktda adları qeyd olunan şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanmalı olması qənaətinə gəlmişdir. Göründüyü kimi, ona məxsus obyektdə keçirilmiş operativ vergi nəzarət tədbiri kobud maddi və prosessual pozuntularla müşahidə olunduğundan və aktda qeyd olunanlar həqiqəti əks etdirmədiyindən barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ləğv edilməlidir.
11. Cavabdehin dəlillərinə görə onların əməkdaşları vergi qanunvericiliyində əks olunmuş və vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivəsində hazırkı iş üzrə iddiaçının ünvan 1 ünvanında fəaliyyət göstə rdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri həyata keçirmişlər. xx.xx.2022-ci il tarixli qərar Vergi Məcəlləsinin 50.1.7-ci maddəsində əks olunmuş Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və Vergi Məcəlləsinin 50.1.3-cü maddəsində əks olunmuş pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə operativ vergi nəzarətini əhatə etmişdir. Operativ vergi nəzarəti tədbiri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmışdır. Operativ vergi nəzarətinin həyata keçirilməsi həvalə olunmuş Baş İdarənin əməkdaşları - K.Kərimov, M.Hüseyno v, S.Cənnətov, T.Əliyev, İ.Rüstəmov, Ş.Muradov barədə məlumatlar müvafiq reyestrə daxil edilmişdir. Vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatda olan hazırkı işdə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi kafedə xx.xx.2022-сi il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Həyata keçirilmiş yoxlama nəticəsində10 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb edilməsi faktı aşkar edilmiş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şə xslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir.
12. Operativ vergi nəzarəti tədbiri zamanı həmçinin o da müəyyən edilmişdir ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən cəlb edilmiş işçilər X30, X10, X23, X24, X40, X25, X12, X41, X27 və X9 müxtəlif işlərə cəlb edilmişlər. Operativ vergi nəzarəti bilavasitə vergi ödəyicisi İddiaçı iştirakı ilə aparılmışdır. İddiaçı operativ vergi nəzarətinin başlama qərarı və həmin qərar dəyişiklikləri nəzərdə tutan qərarla, həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışla tanış edilməsi təmin edilmişdir. xx.xx.2022-ci il tarixli sərbəst aktdan görünür ki, İddiaçı nəzarət tədbirinin nəticəsi olaraq tərtib edilmiş aktı imzalamaqdan, eləcə də tərəfindən yol verilmiş vergi hüquq pozuntusu ilə bağlı izahat verməkdən imtina etmişdir. Həmçinin əmək müqaviləsi bağlanmadan müxtəlif işlərə cəlb edilmiş işçilər də izahat verməkdən imtina etmişlər.
13. Operativ vergi nəzarətinin həyata keçirildiyi vaxta, yəni xx.xx.2022-ci il tarixə aid olan müvafiq əmək müqavilərinin elektron informasiya sistemində olan məlumata görə adları qeyd olunan şəxslərin iddiaçı cəmiyyətlə əmək müqaviləsi mövcud olmamışdır. Həmçinin aşkar edilmiş işçilərin fotoları iş materiallarına əlavə edilmişdir. Müvafiq etiraza əlavə edilmiş fotolardan və video çəkilişdən göründüyü kimi, operativ vergi nəzarət i tədbiri zamanı aşkar olunmuş işçilər iddiaçının fəaliyyət göstərdiyi obyektdə müxtəlif işlərin yerinə yetirilməsinə iddiaçı tərəfindən cəlb edilmişlər. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillərin heç birinin mötəbərliyi təsdiqlənmədiyindən cavabdeh inzibati orqan hesab edir ki, qəbul etdiyi qərarın ləğvi üçün əsaslar mövcud deyildir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə, Məcəllədə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Bununla bağlı olaraq bildiririk ki, hazırkı mübahisənin predmeti olan qərarın qəbul zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Sözügedən qərar müəyyən edilmiş müddətlər daxilində qəbul olunmuşdur. İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tar ixli imzalamamış və aktın nüsxəsini qəbul etməkdən imtina etmişdir. Belə olan halda VM-nin 39.4-cü maddəsinin tələblərinə əsasən cavabdeh inzibati orqan tərəfindən 007973 nömrəli aktın surəti xx.xx.2022-ci il tarixli məktubla göndərilmişdir. İddiaçıya məxsus olan “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”dan görünür ki, aktın surətilə bağlı olan məktub xx.xx.2022-ci il tarixdə saat 14:08:14-də İddiaçı tərəfindən qəbul edilərək oxunmuşdur. Məhz iddiaçı tərəfindən vergi yoxlaması aktının bir nüsxəsi xx.xx.2022-ci il tarixdə saat 14:08:14-də oxunduğundan, yəni qəbul edildiyindən VM-nin 39.4-cü maddəsindəki şərti cavabdeh ödəmişdir. Məktubun qəbul edilmə tarixi mövcud olduğundan aktın verilmə tarixini müəyyənləşdirmək mümkündür. Akta dair etiraz verilməsi ilə bağlı iddiaçı lazımi hüquqi müdafiə vasitələri ilə təmin edilmişdir. Qeyd edilməlidir ki, VM-nin 39.6 və 49.1-ci maddəsindəki müddətlər mütləq zamanda baş verməli olan müddətlər deyil. Qanunverici vergi orqanına VM-nin 39.6-cı maddəsində 15 gün ərzində materiallara baxmaq, eləcə də VM-nin 49.1-ci maddəsindəki 10 gün ərzində qərar qəbul etməklə bağlı hüquqi səlahiyyətlər vermişdir. xx.xx.2022-ci il tarixli qərarın qəbulu zamanı vergi qanunvericiliyində əks olunmuş müddətlərə mütləq qaydada əməl edilmiş, həmin müddətləri ötürərək hər hansı hərəkətlər edilməmişdir. Həmçinin mübahisələndirilən qərarla VM-nin 49.2-ci maddəsinin də tələbləri gözlənilmişdir. Belə ki, qərarda iddiaçı tərəfindən yol verilmiş vergi hüquq pozuntusunun adı və konkret maddəsi göstərilmişdir. Vergi qanunvericliyinin pozulmasının şəraiti, həmin şə raiti təsdiq edən sənədlər və məlumatlar kimi xx.xx.2022-ci il tarixli qərarda xx.xx.2022-ci il tarixli akta istinad olunduğu göstərilmişdir.
14. İddiaçının digər dəlili olan cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarın əsaslandırılmaması ilə bağlı mövqeyi ilə də razılaşmırlar. Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar operativ vergi nəzarətinin həyata keçirilməsinin əsasıdır. xx.xx.2022-ci il tarixli qərara əlavə edilmiş çıxarışda yoxlamanın həyata keçirilməsinin əsası kimi VM-nin 50.2.2ci maddəsinə istinad olunmuşdur. Cavabdeh inzibati orqan olaraq iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirlməsi ilə əlaqəda r mənbəyi bəlli məlumatlar əsasında xx.xx.2022ci il tarixli qərar qəbul olunmuşdur. Cavabdeh tərəfindən vergi nəzarət tədbirinin həyata keçirilməsi üçün istinad edilən mənbəyi bəlli məlumatlar iddiaçının vergi orqanına təqdim etdiyi vergi hesabatlarındakı (bəyannamələrindəki) məlumatlar və bilavasitə həyata keçirilmiş müşahidə tədbirləri olmuşdur. Vergi ödəyicisinə məxsus şəxsi hesab vərəqəsindən göründüyü kimi İddiaçı tərəfindən 2022-ci ilin 1-cü rübü üzrə “Muzdlu işlə əlaqədar olaraq ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi” dövriyyə göstəriciləri olmadan təqdim olunmuşdur. Həmçinin 2022-ci ilin İ və İİ rübü üzrə vergi orqanına təqdim edilmiş “Sadələşdirilmiş verginin Bəyannaməsi”ndə də dövriyyə g östəriciləri qeyd edilməmişdir. Eləcə də iddiaçının xx.xx.2022-ci il tarixdə təqdim etdiyi 2022-ci ilin 3-cü rübü üzrə “Muzdlu işlə əlaqədar olaraq ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi” təhlil olunmuşdur. Sözügedən bəyannamənin 1-ci əlavəsində işə götürən kimi İddiaçı 5 nəfər işçinin işə cəlb etdiyini göstərmişdir. Hər bir işçi üçün ay ərzində cəmi 5 iş günü müəyyən etmiş və cəmi 75 manat əmək haqqı hesablamışdır. Ümumiyyətlə kafenin iş gününü 20 gün kimi qeyd etmişdir.
15. Müvafiq bəyannamə məlumatlarına əsasən qeyd olunur ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Nostalji” kafe cəmi 1 nəfər işçi ilə işləmişdir. Göründüyü kimi, vergi ödəyicisinin bəyannamə məlumatları VM-nin 50. 1.7-ci maddəsində əks olunmuş halların aşkar edilməsi ilə əlaqədar cavabdeh inzibati orqan tərəfindən operativ vergi nəzarətinin təyin edilməsi üçün mənbəyi bəlli məlumatlar olmuşdur. Həmin məlumatlar iddiaçının əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxslərin müxtəlif işlərə cəlb etməsini göstərən və vergi hüquq pozuntusunun əlamətlərinə işarə edən kifayət qədər ciddi dəlillər kimi çıxış edir. Qeyd edilən hallar ona dəlalət edir ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsində tam əsaslara malik olmuşdur. İddiaçının qeyd etdiyi dəlillər işin faktiki və hüquqi hallarına uyğun gəlmir. Sözügedən fikirlər vergi hüquq pozuntusunun nəticələrindən yayınmaq və qanuni formada müəyyən edilmiş vergi öhdəliyinin icrasından yayınmağa xidmət edən mülah izələrdir. İş materiallarına əlavə edilmiş fotolardan və video çəkilişdən göründüyü kimi aktda adları qeyd edilmiş şəxslər “Nostalji” sözləri əks olunmuş köynəklər geyinmiş, iddiaçının fəaliyyətdə olduğu təsərrüfat subyektində bilavasitə əmək funksiyalarının icrasına cəlb edilmişlər. İddiaçı işçilərdən X.Azadovu, M.Əliyevi, A.İsmayılovu, O.Abbasovu tanımadığını, onların kafedə heç bir iş görmədiyini qeyd etsə də fotolarda və video çəkilişdə O.Abbasovun musiqi aləti ilə ifa etdiyi, X.Azadovun, M.Əliyevin, A.İsmayılovun isə obyektin xüsusi geyim forması olan “Nostalji” sözləri əks olunmuş köynəklərdə müştərilərə xidmət göstərdiyi əks olunmuşdur. S.İsmayılovanın nəzarət tədbiri həyata keçirildiyi vaxt həmin obyektdə olmadığı qeyd edilsə də, həmin şəxs də obyektdə olmuş və əmək funksiyalarının icrasına cəlb edilmişdir. Həmçinin guya sonradan S.İsmayılovanın adının növbəti gün akta əlavə edilməsi ilə bağlı iddiaçının dəlili əsassızdır. Çünki xx.xx.2022-ci il tarixində sözügedən obyektdə hər hansı nəzarət tədbiri aparılmamışdır. Fotolar və videoçəkiliş vasitəsi ilə müəyyən olunur ki, U.Hüseynova da xüsusi mətbəx geyimində mətbəxdə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. T.Əliyevin və V.Rəhimlinin həmin obyektdə hər işlərin yerinə yetirilməsinə cəlb edilməməsi qeyd edilsə də foto və videoçəkilişdə həmin şəxslərin kafedə iddiaçı tərəfindən işlərə cəlb edildiyi açıq aydın görsənir. M.Məmmədzadənin tədbir zamanı kafedə işlədiyini, orada olduğunu iddiaçı özü etiraf etmişdir. İddia ərizəsinin dəlillərindən, eləcə də hüquqi qüvvəyə minmiş əmək müqavilələri haqqında məlumatdan görü nür ki, F.X4, X40 və X11 ilə xx.xx.2022-ci il tarixdə, yəni yoxlamadan 1 gün sonra əmək müqaviləsinin bağlanmasını təmin etmişdir. Bu hal da onu göstərir ki, yoxlama zamanı aşkar edilmiş şəxslər təsadüfi şəxslər olmamış, bilavasitə iddiaçı ilə əmək münasibətlərində bağlılığı olan şəxslər olmuşlar. Odur ki, xx.xx.2022-ci il tarixli qərar kifayət qədər əsaslı və qanunidir.
16. Gəncə İnzibati Məhkəməsinin (hakim X42) xx.xx.2023-cü il tarixli, 2- 1(114)1325/2023 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********2507 nömrəli qərarının qismən, yəni İddiaçı 6000 (altı min) manat məbləğində maliyyə sanksiy ası tətbiq edilməsi hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
17. Məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli, 007973 nömrəli akta əlavədə adları qeyd edilmiş digər şəxslərə - X30, X10, X24, X40, X41, X26 və X6 münasibətdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********2507 nömrəli qərarı əsaslıdır. Bu fakt isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.
18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
19. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-121/2024 nömrəli, 2 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər X37 (məruzəçi), X13 və X14) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1325/2023 saylı qərarı iddianın təmin edildiyi hissəsində qismən, yəni “12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********2507 nömrəli qərarının İddiaçı 2000 (iki min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsinin ləğv edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməmiş, digər hissələrdə birinci instansiya məhkəməsinin q ərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
21. İddiaçı Vergi Məcəlləsinin 16.1.7-1, 41.1, 41.2, 49.2, 50.2, 58.10, 218.4.4-cü maddələrinə istinad edərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
22. Qeyd edilmişdir ki, keçirilmiş operativ nəzarət tədbiri zamanı cavabdeh təşkilat qanunvericiliyin göstərişlərini nəzərə almamış, obyektdə işlərin görülməsinə cəlb edilmiş şəxslərin hansı qaydada işlərin yerinə yetirilməsinə cəlb edilməli olduğunu və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət s osial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə olunmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin dairəsini müəyyən etməmiş, ümumilikdə aktda adları qeyd olunan şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanmalı olması qənaətinə gəlmişdir.
23. Eyni zamanda iş materiallarında olan foto və video materialların mötəbər sübut kimi qəbul edilməsi və məhkəmə icraatı çərçivəsində istifadə edilməsi üçün ilk öncə obyektə baxış keçirilməli, baxış zamanı aşkar olunan hallar protokolla rəsmiləşdirilməli və protokola foto və video materiallar əlavə edilməlidir. Buna baxmayaraq DVX № 007973 seriyalı AKT-da obyektə baxış keçirilmədiyi qeyd olunmuş və baxış protokolu tərtib edilməmişdir. Belə olan halda foto və videomaterialların mötəbərliyi mübahisəlidir və qanunun yuxarıda sadalanan tələblərinə riayət olunmadan aparılmış foto və video çəkilişin nəticələri mötəbər sübut hesab edilə bilməz. Sadalananlara baxmayaraq məhkəmə mötəbərliyi şübhə doğuran foto və video materiallara əsaslanmış, şahid ifadələrini həmin foto və video materiallarla müqayisə etmiş və müqayisə zamanı yaranmış ziddiyyətli məqamları vergi orqanının xeyrinə şərh etmişdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində Vergi Məcəlləsinin 16.3, 23.1.1, 32.1, 50.1, 53.1, 58.10-cu maddələrinə, Əmək Məcəlləsinin 5-1, 7.2, 44 və 49.1-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir.
25. Qeyd edilmişdir k i, operativ vergi nəzarəti tədbiri zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmiş X45 və X11 ilə bağlı cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilməsinə baxmayaraq hər iki instansiya məhkəməsi iş üzrə obyektiv qərar qəbul etməmişdir. Müvafiq məhkəmə materiallarına əlavə olunan O.Abbasovla bağlı foto şəkildən də görünür ki, həmin şəxs operativ vergi nəzarətinin həyata keçirildiyi gün “Nostalji” kafedə olmuş, iddiaçı tərəfindən onun üçün müəyyən olunan vəzifə funksiyalarının icrasını həyata keçirmişdir. Məhkəmə kollegiyası qeyd edilən faktın əksini iddia etməklə O.Abbasovun guya hansısa şəxs tərəfindən musiqi ifa etməsi üçün dəvət edildiyini qeyd edir. Lakin məhkəmənin gəldiyi bu qənaət əsaslı görünmür. Çünki məhkəmə obyektiv həqiqətə na il olmaq üçün bir sıra məqamları diqqətdən kənarda saxlamışdır. Belə ki, məhkəmə inzibati mühakimə icraatına qaydalarına əsasən Orxan Abbasovu dəvət edən şəxsin (şəxslərin) kimliyini müəyyən etməmiş, həmçinin onun hansı hüquq müəyyənedici sənədlər əsasında iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə işə cəlb edildiyini, Fidan Məmmədovun bununla bağlı razılığının olub- olmamasını araşdırmamış və işin faktiki, hüquqi halları ilə əlaqələndirməmişdir. X2 ilə bağlı gəldiyi nəticə də əsaslı deyil. Belə ki, həmin şəxsin şəxsiyyəti operativ vergi nəzarəti zamanı müəyyən edilmiş və aktda bu barədə müvafiq qeydlər mövcuddur. Həmin şəxs də operativ vergi nəzarəti keçirilən gün “Nostalji” kafedə olmuş, ona həvalə olunan işin yerinə yetirilməsi zamanı tərəfimizdən aşkar olunmuşdur. Qeyd olunmalıdır ki, sözügedən işçinin şəxsiyyətinin müəyyən edilməsi ancaq operativ vergi nəzarətinin nəticəsi ilə bağlı olmuş, həmin hərəkətlər daxilində onun kimliyi müəyyən olunmuşdur. Eləcə də, X11 ilə xx.xx.2022-ci il tarixdə, yəni yoxlamadan 1 gün sonra əmək müqaviləsinin bağlanmasını təmin etmişdir. Bu hal da onu göstəririk ki, yoxlama zamanı aşkar edilmiş şəxslər təsadüfi şəxslər olmamış, bilavasitə iddiaçı ilə əmək münasibətlərində bağlılığı olan şəxslər olmuşlar. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdeh iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
41. Baxış protokolu 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisini n ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 41.2. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. Maddə
50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektləri n və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşk ar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsə lə (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələr i) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39–49-cu maddələrinin müddəaları tətbiq edilir. 58.1
0. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsin ə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 218.4.4-cü maddə. Bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. 220.10-cu maddəsinə əsasən Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi f ərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər - 15 manat kimi müəyyən edilir. 220.11.1-ci maddə. Bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2,0 əmsal tətbiq edilməklə müəyyən edilir: 221.8-ci maddə. Bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərinə görə sadələşdirilmiş vergi aşağıdakı qaydada hesablanır: 221.8.1. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər sadələşdirilmiş vergini bu Məcəllənin 220.10-cu maddəsində göstərilən sabit vergi məbləğinin bu Məcəllənin 220.11-ci maddəsində göstərilən əmsallara vurulması yolu ilə hesablayır və dövlət büdcəsinə ödəyir. 221.8.2. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstəri lən fiziki şəxslər qeydiyyatda olduğu yerdən asılı olmayaraq, həmin fəaliyyətin faktiki həyata keçirildiyi ərazi üçün bu Məcəllənin 220.10-cu və 220.11-ci maddələrinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. 221.8.5. Bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər bu Məcəllənin 220.10-cu maddədə nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, müvafiq icra hakimiyyəti orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır.
28. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il **********044300 nömrəli əmri ilə təsdiq edilmişdir. Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keç irilməsi Qaydaları: 1.4. Operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 2 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə op erativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 1.6. Operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. 1.10. Operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. 1.13. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçi rilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.1. Operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.2. Operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxslə ri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. 2.3. Vergi ödəyicisi vergi orqanının vəzifəli şəxsinin (şəxslərinin) operativ nəzarət tədbirlərini həyata keçirmək, o cümlədən xronometraj metodu ilə müşahidə aparmaq üçün ona məxsus obyektə daxil olmasına icazə vermədikdə və ya həmin tədbirlərin həyata keçirilməsinə şərait yaratmadıqda operativ vergi nəzarəti tədbirlərini həyata keçirməli olan, o cümlədən xronometraj metodu ilə müşahidə aparmalı olan vergi orqanının vəzifəli şəxsi (şəxsləri) və vergi ödəyicisi tərəfindən imzalanan sərbəst formada akt tərtib edilir. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda öz qeydlərini edə bilər, habelə aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır və göstərilən pozuntularla əlaqədar vergi ödəyicisi barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və aidiyyəti hüquqi aktların tələblərinə uyğun olaraq həmin protokolu baxılması üçün məhkəməyə göndərir. 2.4. Operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tər əfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. 2.5. Tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. 2.6. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır.
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi 10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri ol duqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətl i nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. 10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə iş əgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq 21 məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin fa ktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiz iki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydın laşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. 10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub -olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10- cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. 10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qayd asında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 9
6. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
30. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün h esab edilmişdir.
31. Apelyasiya məhkəməsinin qərarından həm iddiaçı, həm də cavabdeh kassasiya şikayəti verdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələr inin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsin ə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur.
37. Vergi qanunvericiliyi vergi nəzarətinin forma və metodlarını, habelə qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən etmişdir ki, belə tədbirlərdən biri də operativ vergi nəzarət tədbiridir. Operativ vergi nəzarəti - Vergi Məcəlləsinin 50.1-ci maddəsində müəyyən edilən məsələlər üzrə vergi orqanı tərəfindən bilavasitə vergi ödəyicisinin fəaliyyətini həyata keçirdiyi ərazidə keçirilən yoxlama tədbirlərinin kompleksidir. Həmin maddənin tələbinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtə ə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Operativ vergi nəzarət tədbiri vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir.
38. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətl ərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirlərinə aiddir. 39. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən İddiaçı məxsus obyektdə nağd hesablaşmaların aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qəra rının icrası ilə əlaqədar vergi orqanının əməkdaşları tərəfindən İddiaçı məxsus “Nostalji” kafesində operativ vergi nəzarəti həyata keçirilmiş, qərarın icrası zamanı həmin obyektdə əmək müqaviləsi bağlamadan 10 nəfər fiziki şəxsin, yəni X30, X10, X23, X24, X40, X25, X12, X41, X27 və X9 ilə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmiş və buna görə də, yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilm iş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir.
40. Bundan sonra vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla İddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək məsuliyyəyə cəlb edilmişdir.
41. Operativ vergi nəzarəti bilavasitə vergi ödəyicisi İddiaçı iştirakı ilə aparılmışdır. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, cavabdeh orqan tərəfindən aparılan inzibati icraat zamanı İddiaçı nəzarət tədbirinin nəticəsi olaraq tərtib edilmiş aktı imzalamaqdan, eləcə də tərəfindən yol verilmiş vergi hüquq pozuntusu ilə bağlı izahat verməkdən imtina etmişdir. Həmçinin əmək müqaviləsi bağlanmadan müxtəlif işlərə cəlb edilmiş işçilər də izahat verməkdən imtina etmişlər.
42. Apellyasiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərin iştirakı ilə iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi zaman vergi orqanın əməkdaşları tərəfindən çəkilərək sübut kimi məhkəməyə təqdim edilmiş video görüntülərə baxış keçirilmişdir. Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş foto və video çəkilişlərdən görünür ki, aktda adları qeyd edilmiş şəxslərdən X36, X41 və X15 “Nostalji” sözləri əks olunmuş x üsusi forma geyinməklə, həmçinin X7 mətbəxdə xidmət etdikləri müəyyən edilir.
43. İddiaçı apellyasiya şikayətinin dəlillərində X29 və X40 adlı şəxslərin tədbir keçirilən gün obyektdə hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmədiyini, həmin şəxslərin işə qəbulla bağlı obyektdə olduqlarını və xx.xx.2022-ci ildən işə başladıqlarını, həmçinin X5 isə onun qardaşı olub müştəri sıxlığı ilə bağlı ona kömək etdiyini qeyd etsə də, onların da yoxlama keçirilən zaman iddiaçının fəaliyyətdə olan təsərrfüat subyektində bilavasitə əmək funksiyasının icraasına cəlb edildiyi iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş foto və video görüntülərlə müəyyən edilir.
44. İddiaçı qeyd edilən şəxslərin ona məxsus obyektdə işləmədiklərini bildirsə də, bu halı sübut edəcə k hər hansı mötəbər sübutlar məhkəmələrə təqdim edilməmiş, eyni zamanda birinci instansiya məhkəməsinindəki icraat zamanı şahid qismində ifadə vermiş qeyd edilən şəxslər də bu halı təsdiq edə bilməmişlər.
45. İddiaçının vergi orqanına təqdim etdiyi müvafiq bəyannamə məlumatlarına əsasən bir nəfər işçisi (yoxlama keçirilən zaman əmək müqaviləsi bağlanmış 2 nəfər) olduğunu bildirsə də, bəyannamədə qeyd edilən həcmdə dövriyyənin bir nəfər işçi tərəfindən həyata keçirilməsi praktiki cəhətdən mümkün olmadığı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir. Bu fakt da özü-özlüyündə iddiaçının müəssisədə fiziki şəxsləri əmək müqaviləsi olmadan, həmin şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi qənaətinə gəlməyə əsas verir.
46. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmə hallarının cavabdeh vergi orqanı tərəfindən yoxlanılması onun vergi nəzarət tədbiridir ki, bu tədbir nəticəsində də cavabdeh inzibati orqanın əməkdaşları vergi ödəyicisi olan iddiaçıya məxsus obyektə gələrək pozuntu aşkar edərək bunu protokolla rəsmiləşdirmiş, müvafiq foto və ya video çəkilişdən istifadə etməklə hazırda həmin çəkilişləri sübut qismində məhkəməyə təqdim etmişlər.
47. Vergi Məcəlləsinin 41.1-ci maddəsində qeyd edilmişdir ki, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur.
48. Digər tərəfdən, apellyasiya məhkəməsi tərəfindən iddiaçı ya rəsmi məlumat göndərilərək operativ vergi nəzarəti tədbirinin keçirildiyi günə, xx.xx.2022-ci il tarixə ona məxsus obyektdə quraşdırılmış kameranın videogörüntülərinin təqdim edilməsi təklif edilmiş, lakin bu görüntülər təqdim edilməmişdir. Məhkəmə iclasında nümayəndəsi görüntülərin saxlanılmadığını bildirmişdir.
49. Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində isə birinci instansiya məhkəməsinin qərarı X11, X25 və X19 münasibətdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi hissəsində mübahisələndirilmişdir.
50. Cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri X19 münasibətdə əsaslı olduğundan həmin hissədə təmin edilmişdir. Apell yasiya məhkəməsi bu hissədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etməmişdir. İddiaçı Fidan X1 ona məxsus obyektdə işləmədiyini, sadəcə olaraq süd məhsulları gətirdiyini bildirsə də, iş materiallarına əlavə edilmiş foto və video görüntülərlə X16 xüsusi mətbəx geyimində olduğu və onun iddiaçıya məxsus obyektin mətbəxində işlədiyi aydın şəkildə görünür. U.Hüseynovanın xüsusi mətbəx geyimində və mətbəxdə müxtəlif işləri icra etdiyi halda, kafeyə süd məhsulları gətirməklə onların satışını həyata keçirməsinə dair ifadəsi inandırıcı görünmür və təqdim edilmiş digər sübutlarla təkzib edilir. Digər tərəfdən, iddiaçı bunun əksini sübut edəcək mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.
51. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti nin dəlillərini X11 və X20 münasibətdə əsaslı hesab etməmişdir. X8 və X17 adları xx.xx.2022ci il tarixli, 007973 nömrəli aktda göstərilsə də, onların operativ vergi yoxlaması aparılan vaxt obyektdə işləmələri iş materialları ilə öz təsdiqini tapmamışdır. X25 birinci instansiya məhkəməsində verdiyi ifadəsində də kafedə işləmədiyini, həmin gün dəvət əsasında gəldiyini bildirmişdir. İş materialları ilə onun iddiaçı ilə əmək münasibətlərində olması müəyyən edilmir. O.Abbasovun kafedə bayram tədbirləri ilə bağlı hansısa şəxslərin dəvəti ilə həmin gün orada musiqi ifa etməsi onun iddiaçı ilə əmək hüquq münasibətlərində olmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. X8 isə video görüntülərlə operativ vergi yoxlaması aparılan vaxt kafedə olması müəyyən olunmur. Onun sonradan iddiaçı ilə ə mək müqaviləsi bağlaması isə əvvəlki dövrdə də orada əmək fəaliyyəti ilə məşğul olması kimi qəbul edilə bilməz.
52. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərilmiş xüsusatlara münasibətdə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdı rma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat ü zərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
53. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya maliyyə sanksiyası tətbiq edilməsi barədə cavabdehin qəbul etdiyi qərar 2 nəfərə münasibətdə qanunvericilik normalarının pozuntusu ilə qəbul edildiyindən, həmin qərar iddiaçı üçün əlavə vergi məsuliyyəti yaratmış, həmin hissədə haqlı olaraq qərar məhkəmə tərəfindən ləğv edilmişdir. 8 nəfərə münasibətdə cavabdeh vergi orqanının qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir.
55. Məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayətləri təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Gəlirlər Baş İdarəsinin kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-121/2024 nömrəli, 2 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.