Məhkəmə qərarları › İş №2-1(102)-2395/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2395/2019

30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2395/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2395/19 Bakı şəhəri 30 oktyabr 2019-cu il Açar sözlər: məhkəmə iclasının tərəfin iştirakı olmadan keçirilməsi; qanunun analogiyasından istifadə edilməli olan hallar, coxmənzilli binada olan mənzilin üzərində mülkiyyət hüququnun qeydə alınmasınan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədə lovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2019-cu il tarixli, 2-1(103)-1038/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 3, mərtəbə 13, ümumi sahəsi 129,7 kv.m olan 204 saylı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alı nması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, “xxxx” MMC ilə bağlanmış 24 fevral 2014-cü il tarixli, 250 nömrəli müqavilə əsasında mənzili almış, həmçinin Yasamal rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(004-5583/2017 saylı qətnaməsi ilə həmin evə sahiblik və istifadə hüququ tanınmışdır. İddiaçı, həmin mənzilə dair hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə qeyri-qanuni imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2-1(81)106/19 saylı qərarı ilə (hakim Miminat Hacıbəy ova) iddia tələbi təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq aldığı mənzilə pay haqqını tam ödəməklə mülkiyyət hüququnu əldə etmişdir və onun həmin mənzilə sahiblik və istifadə hüququ qanuni qüvvəyə minmiş və icraya yönəlmiş məhkəmə qətnaməsi ilə tanınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2019-cu il tarixli, 2-1(103)-1038/2019 saylı qərarı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi hes ab etmişdir ki, “xxxx” MMC tərəfindən 2013-cü il yanvarın 1-dən sonra inşa edilən çoxmənzilli yaşayış binasının bütövlükdə, o cümlədən onun bir hissəsi kimi ayrı-ayrılıqda mənzil yaxud qeyri-yaşayış sahələrinin dövlət qeydiyyatının aparılması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq tikinti obyektinin istismarına icazə cavabdehə ünvanlanan ərizəyə mütləq əlavə edilməli idi. İddiaçı isə həmin sənədi cavabdehə göndərməmiş, habelə belə bir sənədin mövcudluğunu da sübut edə bilməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1, 113.1, 113.2. 113.3, 109.1, 109.2, 109.4, 109.5, 109.6, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 178.8, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.4, 8.0.6, 8.0.10.1, 1 0.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində iddia ərizəsində qeyd olunmuş iddianın əsaslarını təkrarlamış və bildirmişdir ki, məhkəmə iclası onların iştirakı olmadan keçirilmişdir. Digər əsas kimi bildirilmişdir ki, qanunvericilik məhdud məsuliyyətli cəmiyyət tərəfindən inşa edilmiş binada yaşayış və qeyri-yaşayış sahələrinə dair çıxarışın verilməsini nəzərdə tutmamışdır. Bu səbəbdən, hazırkı mübahisəyə qanunun analogiyası tətbiq olunmalı, iddiaçı əldə etdiyi mənzilin pay haqq ını tam ödədiyindən onun həmin mənzilə mülkiyyət hüququ tanınmaqla dövlət reyestrində hüquqların müvafiq qeydiyyatı aparılmalıdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.6, 15.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3, 11.1, 17.1, 18, 139.1, 139.3, 178.8, 112.1, 113.3-cü maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİS SƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı ilə “xxxx” MMC arasında imzalanmış 24 fevral 2014-cü il tarixli, 250 nömrəli müqavilədən görünür ki, iddiaçı müqavilədə göstərilmiş məbləği həmin MMC-yə tam ödəməklə Yasamal rayonu Şərifzadə küçəsi 12-də inşa edilmiş 5 girişli 16 mərtəbəli yaşayış evinin giriş 3, mərtəbə 13, ümumi sahəsi 129,7 kv.m. olan 3 otaqdan ibarət 204 saylı mənzilin tikintisini “xxxx” MMC-yə həvalə etmiş, sonuncu isə tikinti quraşdırma işlərini layihə sənədlərinə və tikinti norma və qaydalarına uyğun qaydada qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC-nin 24 fevral 2014-cü il tarixli maliyyə arayışına görə, Bakı şəhəri Yasa mal rayonu Şərifzadə küçəsində “xxxx” MMC tərəfindən inşa edilən 16 mərtləbəli yaşayış binasının 3-cü girişi 13-cü mərtəbəsində ümumi sahəsi 129,7 kv.m-dən ibarət olan 204 saylı üç otaqlı mənzilin tam dəyəri payçı iddiaçı tərəfindən tam ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5583/2017 nömrəli iş üzrə qəbul etdiyi 20 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, iddiaçının Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 12-də inşa edilən 5 girişli 16 mərtəbəli yaşayış evinin giriş 3 mərtəbə 13 ümumi sahəsi 129,7 kv.m. olan 3 otaqdan ibarət 204 saylı mənzilə dair sahiblik və istifadə hüququ tanınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5583/2017 nömrəli, 20 sentyabr 2017-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün 24 oktyabr 2017-ci ildə Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmişdir. Cavabdehin 14 may 2018-ci il tarixli, **********25 nömrəli məktubuna görə, iddiaçının Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi ev 12 mənzil 204 üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı iddiaçının poçt vasitəsilə daxil olmuş 19 aprel 2018-ci il tarixli ərizəsinə baxılmış, lakin mənzil yerləşən yaşayış binasının istismarına icazə sənədləri və mənzil tikinti kooperativi tərəfindən verilmiş protokoldan çıxarış təqdim edilmədiyi, təqdim edilmiş sənədlər arasında olan məhkəmə qərardadının idarəyə rəsmi daxil olmadığı və məhkəmə qərardadı ilə cavabdehin üzərinə heç bir öhdəlik qoyulmadığı üçün, ərizənin icrası mümkün olmamışdır. Az ərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin birinci instansiya məhkəməsinə ünvanlanan 08 oktyabr 2018ci il tarixli 37/34-04771 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanda yerləşən aspirant yataqxanasının sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 564 nömrəli, 19 dekabr 2012-ci il tarixli sərəncamı ilə yaşayış binalarının tikintisinin “xxxx” MMC tərəfindən layihələndirilməsinə icazə verilmişdir. Yaşayış binalarının layihə sənədlərinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsi tərəfindən 14 oktyabr 2014-cü il tarixli, 18838/17251 nömrəli eksertiza rəyi verilmişdir. Həmin binalarda tikinti quraşdırma işləri başa çatdırılmış, lakin sözügedən yaşayış binalarının istismarına icazə aktı alınmadan sakinlər tərəfindən məskunlaşdırılmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Digər prosessu al hüquq normaların pozuntusu kimi iddiaçı məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi barədə bildirmiş, lakin dəlilin hüquqi əsasını göstərməmişdir. Lakin Azərbaycan Respublikası İPM-nin 92.0.3-cü maddəsində proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduğu hal məhkəmə qərarının kassasiya qaydasında mütləq ləğv olunması üçün əsas kimi müəyyən edildiyindən, məhkəmə kollegiyası məsələyə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası dəlili araşdırarkən aşağıdakı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin: - 20.1-ci maddəsinə əsasən, (...) məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur; - 20.3-cü maddəsinə əsasən, məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Azərbaycan Respublikasının MPM-nin: - 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sə nədin kötüyünə imza etdirilməklə verilir. Maddələrin tələbləri onu ehtiva edir ki, məhkəmə iclasının tarixi barədə prosess iştirakçılarının məlumatlı olması onlara ünvanlanmış məhkəmə sənədlərinin qəbul edilməsini təsdiq edən imzalanmış sənədin məhkəməyə çatdırılması ilə müəyyən edilir. Apellyasiya icraatına aid olan işin materiallarından göründüyü kimi, məhkəmə iclasının 02 may 2019-cu il tarixinə təyin edilməsi barədə iddiaçıya ünvanlanmış məhkəmə bildirişi rabitə qovşağına 02 aprel 2019-cu il tarixində təhvil verilmiş, habelə 29 mart 2019cu il və 01 may 2019-cu il tarixlərində AZEMİS vasitəsilə iddiaçının mobil telefon nömrəsinə SMS xəbərdarlığı göndərilmişdir. 02 may 2019-cu il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi, məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3- cü maddəsinə əsaslanmaqla işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İPM-nin: - 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur; - 62.2-ci maddəsinə əsasən, məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər; - 62.3-ci maddəsinə əsasən, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Maddələrin tələblərindən göründüyü kimi, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında prosess iştirakçısına bildiriş təqdim edilməlidir və həmin bildirişdə onun gəlmədiyi halda işə iştirakı olmadan baxıması mümkünlüyü əks olunmalıdır. Bu şərtlərin mövcudluğu halında, işə tərəfin iştirakı olmadan baxılması qanunvericilikdə təsbit edilmişdir. İddiaçıların ünvanına məhkəmə bildiirşlərin çatdırılması barədə işdə sənəd mövcud deyildir. Bu halda məhkəmə kollegiyası kassasiya şikayətində bildirilmiş əsasla qismən razılşır ki, məhkəmə tərəfindən yuxarıda göstərilmiş prosessual qanunvericiliyin tələblərinə tam əməl edilməmişdir. Yəni Azərbaycan Respublikası İPM-nin 16-cı maddəsində nəzərdə tutulmuş “Məhkəmə baxışının şifahiliyi prinsipini” gözlənilməklə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məl umat verilmişdir. Bunun sübuta yetirən hal - məhkəmə bildirişinin rabirə qovşağına təqdim edilməsidir. Lakin həmin məlumatın iddiaçıya çatdırılmasının öz təsdiqini tapmaması və bununla da onun hüquqlarının pozulmasına münasibətdə məhkəmə kollegiyası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində müəyyən edilmiş məhkəməyə müraciət etmiş şəxsin açıq məhkəmə araşdırması hüququnun pozulub-pozilmaması ilə bağlı İnsan Hüquqiları üzrə Avropa Məhkəməsinin presedent hüququnda bildirilmiş hüquqi mövqeyinin tətbiq edilməsini zəruri hesab edir. Konvensiyanın 6-cı maddəsinin 1-ci paraqrafına görə, "hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən..., qanun əsasında yaradılmış... məhkəmə vasitəsi ilə,... işinin ədalətli və açıq araşdırılması hüqu quna malikdir. Birinci və tək instansiya məhkəməsində aparılan proseslərdə 6-cı Maddənin 1-ci bəndi çərçivəsində "açıq məhkəmə araşdırması" hüququ "şifahi məhkəmə araşdırması" hüququnu ehtiva edir, bir şərtlə ki, bu cür araşdırmanın aparılmasından imtinanı əsaslandıran istisna hallar olmasın. Şifahi məhkəmə araşdırmasının aparılmasından imtinanı əsaslandıran halların istisna xarakteri bu cür halların tezliyi ilə deyil, səlahiyyətli məhkəmə tərəfindən baxılmalı olan məsələlərin mahiyyəti ilə bağlıdır. İkinci və üçüncü instansiya məhkəmələrində dinləmələrin olmamasına həmin proseslərin spesifik xüsusiyyətləri ilə haqq qazandırıla bilər, bir şərtlə ki, birinci instansiya məhkəməsində dinlənilmə keçirilmişdir. Birinci instansiya məhkəməsində araşdırma açıq keçirilməyibsə, yuxarı instansiya məh kəməsində araşdırmanı açıq keçirmək yolu ilə bu çatışmazlığı aradan qaldırmaqolar. Beləliklə, qərarlardan verilən şikayətlər üzrə proseslərlərdə məhkəmə instansiyası yalnız hüquqi məsələlərə baxdıqda, faktlar üzrə məsələlərin yoxlanılmasından fərqli olaraq, şəxsdə apellyasiya və ya kassasiya instansiya məhkəmələrində dinlənilmə imkanının olmaması 6-cı Maddənin tələblərinə cavab verə bilər (Miller İsveçə qarşı iş üzrə qərar, § 30). Bildirilmiş hüquqi mövqeyi əsas tutmaqla, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində keçirilən şifahi məhkəmə baxışında iddiaçı tərəf təmsil olunmuş, müvafiq sübutları təqdim etmiş və öz mövqeyini bildirmişdir. Apellyasiya şikayəti üzrə aparılan icraat zamanı əlavə sübutlar təqdim olunmamış və məhkəmənin apardığı araşdırma birinci instnasiy a məhkəməsində toplanmış sübutlar üzrə hüquqi məsələlərə aid olmuşdur. Göstərilənləri nəzərə almaqla, məhkəmə kollegiyası hesab edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından iddiaçının açıq məhkəmə araşdırması hüququ pozulmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, 2013-cü il yanvarın 1-dən sonra inşa edilən çoxmənzilli yaşayış binasının bütövlükdə, o cümlədən onun bir hissəsi kimi ayrıayrılıqda mənzil yaxud qeyri-yaşayış sahələrinin dövlət qeydiyyatının aparılması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq tikinti obyektinin istismarına icazə cavabd ehə təqdim olunmadığından, sonuncunun imtinası qanunamüvafiq olmuşdur. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, qanunvericilik məhdud məsuliyyətli cəmiyyət tərəfindən inşa edilmiş binada yaşayış və qeyri-yaşayış sahələrinə dair çıxarışın verilməsini nəzərdə tutmamışdır. Bu səbəbdən, hazırkı mübahisəyə qanunun analogiyası tətbiq olunmalı, iddiaçı əldə etdiyi mənzilin pay haqqını tam ödədiyindən onun həmin mənzilə mülkiyyət hüququ tanınmaqla dövlət reyestrində hüquqların müvafiq qeydiyyatı aparılmalıdır. Məhkəmə kollegiyası aşağıdakı hüquqi əsaslara görə dəlillə razılaşmadığını qeyd edir. İşin hallarına görə iddiaçı 19 aprel 2018-ci il tarixdə çoxmənzilli binada onun sahibliyində olan mənzilin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etmiş, lakin tikinti obyektin in istismarına icazə olmadığı üçün imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun): - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layih ə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; - 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddələrin tələbləri işin hallarına münasibətdə əlaqəli təhlili belə izah olunur ki, həm 01 yanvar 2013-cü il tarixinə qədər inşa edilmiş çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün, həm də 01 yanvar 2013-c ildən qüvvəyə minən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin sırasında istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazə olmalıdır. İddiaçının sahibliyində olan mənzilin də daxil edildiyi binanın istismara qəbul aktı təqdim edilmədiyindən, apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehin imtinası əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu hissədə apardığı hüquqi qiymətləndirməsini qanunvericiliyin yuxar ıda göstərilmiş tələblərinə uyğun hesab edir. İddiaçı tərəfindən bildirilmiş dəlil istinad edilən Qanunun 8.0.6-cı maddəsinin tətiqi ilə bağlıdır. Həmin Qanunun: - 8.0.6-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi hesab olunur. İddiaçı hesab edir ki, onun tərəfindən mənzilin tikintisi müqavilə əsasında məhdud məsuliyyəti cəmiyyətə həvalə edildiyindən, həmin cəmiyyətlə yaranan münasibətlər mənzil-tikinti kooperativi ilə payçılar arasında yaranan münasibətlər kimi qiymətləndirilməklə, qanunun analogiyasından istifadə edilməli və göstərilmiş ma ddədə sadalanmış sənədlər təqdim edilməklə onun mülkiyyət hüququ qeydə alınmalı idi. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ilk olaraq qanunun analogiyasından hansı hallarda istifadə edilməli olduğu məsələsinə qiymət verilməlidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun: - 1.0-ci maddəsinə əsasən, bu Konstitusiya Qanununda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.10-ci maddəsinə əsasən, qanunun analogiyası — konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi; - 13.1-ci maddəsinə əsasən, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqd a hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər; - 16.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz: 16.0.4. normativ tənzimləmə mövcud olduqda. Müddəaların tələblərindən göründüyü kimi, qanunun analogiyasından yalnız konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığı halda istifadə oluna bilər. Belə münasibətləri tənzimləyən normanın mövcud olması qanunun analogiyasından istifadə edilməsini istisna etməlidir. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası iddiaçının dəlilinə münasibətdə bildirir ki, onun sahibliyində olan mənzilə dair mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsaslar yuxarıda göstərilmiş Qanunun 8.0.9 və 8.0.10-cu maddələrində dəqiq müəyyən edildiy indən, həmin hallarla bağlı Qanunun 8.0.6-cı maddəsinin analogiya üzrə tətbiqi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə ziddir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya b ilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2019-cu il tarixli, 2-1(103)-1038/2019saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar