Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2395/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliy i yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 may 2024-cü il tarixli, 2-1(103)-1296/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı tərəfindən 2021-ci ilin may ayı üçün təqdim edilmiş bəyannamə məlumatlarına əsasən cavabdeh kameral vergi yoxlaması keçirmiş və 16 mart 2022-ci tarixli **********462200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçıya 16258,45 manat əlavə vergi məbləği hesablanmışdır.
2. İddiaçı tərəfindən 2021-ci ilin iyun ayı üçün təqdim edilmiş bəyannamə məlum atlarına əsasən cavabdeh kameral vergi yoxlaması keçirmiş və 23 fevral 2022-ci il tarixli **********009500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçıya 32184.57 manat əlavə vergi məbləği hesablanmışdır.
3. Cavabdeh hesablamanın əsası kimi qeyd edilmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 109309.78 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 77125.21 manat olması vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 32.184,57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.
4. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində 2021-ci ilin iyun ayı üzrə yeni ƏDV bəyannaməsi təqdim edilmiş, həmin bəyannamə üzrə aparılmış kameral yoxlama nəticəsində 23 fevral 2022-ci il tarixli **********009500 saylı qərar ləğv edilmiş, xx.xx.2022-ci il tarixli **********222200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək iddiaçıya 32184.57 manat əlavə vergi məbləği hesablanmışdır.
5. Sonda olaraq iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində 2021-ci ilin iyun ayı üzrə yeni ƏDV bəyannaməsi təqdim edilmiş, həmin bəyannamə üzrə aparılmış kameral yoxlama nəticəsində xx.xx.2022-ci il tarixli **********222200 qərar ləğv edilərək xx.xx.2023cü il tarixli, **********860900 saylı qərar qəbul edilərək iddiaçıya 3 2184.57 manat əlavə vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin iyun 2021-ci il dövrü üzrə 28 fevral 2023-cü il tarixli **********860900 saylı, ƏDV may 2021-ci il dövrü üzrə 16 mart 2022-ci il tarixli **********462200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən onla ra ünvanlanmış uyğunsuzluq məktublarına əsasən qeyd olunan iyun 2021-ci il ƏDV bəyannaməsinə baxılmış və heç bir kənarlaşma aşkar edilməmişdir. Göstərdikləri kənarlaşmanın mənbəyi barədə ilkin sənədlər mövcuddursa iddiaçıya təqdim edilməsi xahiş edilmişdir. Lakin, vergi orqanı məktublarına məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Cavabdehin etirazları:
8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən 2021-ci ilin may ayı üçün təqdim edilmiş bəyannamə m əlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş **********714900 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən elektron qaiməfakturalar (VHF-si) üzrə **********714900 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən ƏDV məbləğləri ödənilmədiyi üçün, bu elektron qaimə-fakturalar (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********714900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfi ndən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 16258,45 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********462200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 109309.78 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 7712 5.21 manat olması vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 32184.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********634000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən k ameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 32184.57 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********009500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və yoxlama nəticəsində qəbul edilmiş qərarların ləğv edilməsi üçün hər hansı əsas yoxdur. xx.xx.2022-ci il tarixli **********222200 saylı qərara dair bildirirlər ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixində təqdim edilmiş bəyannamə üzrə aparılmış kameral yoxlama zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cə mi ƏDV məbləğinin 109309.78 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 77125.21 manat olması vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 32184.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 32184.57 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********222200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesabl anması barədə” Qərar göndərilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-935/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sualları qoyulmuşdur:
1. ƏDV iyun 2021-ci il dövrü üzrə 14 iyul 2022-ci il tarixli **********222200 nömrəli qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü müəyyən olunurmu?
2. ƏDV may 2021-ci il dövrü üzrə 16 mart 2022-ci il tarixli **********462200 nömrəli qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü müəyyən olunurmu?
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/3778 nömrəli 14 iyul 2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, “ƏDV iyun 2021-ci il d övrü üzrə 14 iyul 2022-ci il tarixli **********22200 nömrəli qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü müəyyən olunmur, 16 mart 2022-ci il tarixli **********462200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın düzgünlüyü müəyyən olunur”.
11. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2-1(112)-935/2023 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi qismən təmin edilmiş, cavabdehin 28 fevral 2023-cü il tarixli **********860900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir.
12. Birinci instansiya məhkəməsi 14 iyul 2023-cü il tarixli, 9/3778 saylı ekspert rəyinə istinad edərək hesab etmişdir ki, iddiaçıya cavabdeh tərəfindən vergi məbləğinin hesablanm ası barədə qərarlardan yalnız may 2021-ci il ƏDV üzrə hesablanmış vergi məbləği ilə bağlı qəbul edilmiş 16 mart 2022-ci il tarixli **********462200 nömrəli qərarın düzgünlüyü müəyyən olunduğundan, iddiaçının tələbi qismən təmin edilməklə yalnız cavabdeh inzibati orqanın iddiaçıya iyun 2021-ci il ƏDV dövrü üzrə vergi məbləğinin hesablanması barədə düzgünlüyü müəyyən olunmayan 28 fevral 2023-cü il tarixli **********860900 nömrəli qərarı ləğv edilməlidir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 may 2024-cü il tarixli, 21(103)-1296/2024 nömrəli qərarı ilə (hakiml ər R.Səmədov - sədrlik edən və məruzəçi, X.Cəmilova və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. H əmin Məcəllənin 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.... təqdim edilmiş ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki sənədlərlə öz təsdiqini tapmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayətində aşağıdakıları qeyd etmişdir: -ekspert səlahiyyətlərindən kənar çıxaraq qanunvericiliyin normalarını tətbiq edilməsinə dair mülahizələrini bildirmişdir ki, bu da öz növbəsində ekspertin fəaliyyət dairəsinə aid deyil. Eksper t hesablamalara dair öz mülahizələrini bildirməli olduğu halda, Vergi Məcəlləsinin müvafiq maddələrinə istinad etməklə hüquqi mövqe bildirimişdir. -Vergi Məcəlləsinin 163.1.4-cü və 163.2.2-ci maddələrinə əsasən vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda, ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Həmin Məcəllənin 174.2-ci maddəsinə əsasən bu Məcəllənin 163- cü maddəsində göstərilən hallarda ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ bu Məcəllənin 163.1-ci maddəsində göstərilən halların yarandığı hesabat dövrü ərzində ödənilməli olan ƏDV sayılır və bu Məcəllənin 174.1-ci maddəsinə uyğun olaraq hesabat dövrü ərzində ödənilməli olan verginin məbləğinə əlavə edilir. -Mübahisələndirilən məbləğ vergi ödəyicisi tərəfindən təqdim edilən 2021-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsindəki uyğunsuzluqlara əsasən, elə həmin dövr - 2021-ci ilin iyun ayı - üçün hesablanmış əlavə dəyər vergisi məbləğindən ibarət olmuşdur. Qeyd olunan hesablamalar vergidən yayınmanın aşkar olunduğu hesabat dövrü üzrə vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hesablanmışdır. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-1296/2024 nömrəli qərarı, demək olar ki, tərəflərin bildirdiyi mülahizələrdən və qanunvericiliyin müddəalarından ibarətdir. Məhkəmənin mövqeyi isə sadəcə ekspert rəyinə istinad edilməklə kiçik bir abzas şəklində bildirilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Vergi Məcəlləsi: Maddə
16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək... Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək... Maddə
24. Vergi orqanları nın vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur;... Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsind ə göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində ve rgi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəll ənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərini n düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır 20. “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar... məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir; ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir;... Maddə
13. Ekspertin vəz ifələri... təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək;... Maddə
26. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyi və onun məzmunu... tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunması.... Tədqiqat zamanı təqdim edilmiş materialların və ekspertin xüsusi biliklərinin kifayət qədər olmaması aşkar edildikdə ekspertin rəyində onun qarşısına qoyulmuş sualların hamısına və ya bir qisminə cavab verməyin qeyri-mümkünlüyünü əsaslandıran müddəa öz əksini tapır
21. Mülki Prosessual Məcəllə: Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müay inə etməklə təmin edir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir Maddə 101.2. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara ə sasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
22. İnzibati Prosessual Məcəllə: a) Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edi lmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatları n tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Madd ə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instan siyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 23. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Konstitusiya KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
28. İşin hallarının araşdırılması (oby ektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
29. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya a id faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
30. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, 2021-ci ilin may və iyun ayları üçün təqdim edilmiş bəyannamə məlumatlarına əsasən cavabdeh kameral vergi yoxlaması keçirmiş və müvafiq olaraq 16 mart 2022-ci tarixli **********462200 saylı və 23 fevral 2022-ci il tarixli **********009500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla r qəbul etmişdir.
31. Həmin qərarlara əsasən iddiaçıya may ayı üçün 16258,45 manat, iyun ayı üçün 32.184,57 manat əlavə vergi məbləği hesablanmışdır.
32. Bundan sonra iddiaçı tərəfindən iyun 2021-ci il ƏDV bəyannaməsinə bir neçə dəfə dəqiqləşmə verilmiş və sonda xx.xx.2023-cü il tarixində yeni ƏDV bəyannaməsi üzrə aparılmış kameral yoxlama nəticəsində xx.xx.2023-cü il tarixli, **********860900 saylı qərar qəbul edilərək iddiaçıya 32184.57 manat əlavə vergi məbləği hesablanmışdır.
33. İşə baxmış birinci instansiya məhkəməsi tərəfindən cavabdehin qərarlarının qanuniliyinin yoxlanılması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və təqdim edilmiş 9/3778 nömrəli 14 iyul 2023-cü il tarixli ekspert rəyinin tədqiqat hissəsindən ƏDV iyun 2021-ci il dövrü üzrə 14 iyul 2022-ci il ta rixli **********22200 nömrəli qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü müəyyən olunmaması, 16 mart 2022-ci il tarixli **********462200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın düzgünlüyü müəyyən olunması qeyd edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən cavabdeh tərəfindən əlavə vergilərin hesablanmasının qanunsuz olduğu qənaətinə gələrkən yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş rəyə əsaslanmışdır.
35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin mövqeyini əsaslı hesab etmir.
36. İşin hallarından müəyyən olunur ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində cavabdeh vergi orqanı əlavə vergi hesablamasını iddiaçının müəyyən etdiyi dövriyyəyə münasibətdə hesablamışdır. Cavabdehin 2021-ci ilin iyun ayı üzrə hesablanmış ƏDV məbləği xx.xx.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 109309.78 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 77125.21 manat olması vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 32184.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.
37. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********634000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məl umatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 32184.57 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********009500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.
38. Daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixində təqdim edilmiş bəyannamə üzrə aparılmış kameral yoxlama zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 109309.78 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 77125.21 manat olması vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 32184.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi y oxlaması ilə 2021-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 32184.57 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********222200 nömrəli qərar qəbul edilmişdir.
39. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində 2021-ci ilin iyun ayı üzrə yeni ƏDV bəyannaməsi təqdim edilmiş, həmin bəyannamə üzrə aparılmış kameral yoxlama ilə xx.xx.2022-ci il tarixli **********222200 qərar ləğv edilərək xx.xx.2023-cü il tarixli, **********860900 saylı qərar qəbul edilmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin baxış predmetini cavabdehin xx.xx.2023-cü il tarixli, **********860900 saylı qərarı təşkil edir. Lakin istinad olunan ekspert rəyində isə həmin qərarla ləğv edilmiş 14 iyul 2022-ci il tarixli **********22200 nömrəli qərarın əsaslığına qiymət verilmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, iddia predmetini təşkil etməyən və ümumiyyətlə ləğv edilmiş əlavə vergilərin hesablanması barədə cavabdehin qərarının yoxlanılması barədə keçirilmiş ekspertiza nəticəsi iddianın təmininin əsasını təşkil edə bilməz.
42. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə ekspert qarşısına ƏDV-nin hesablanmasının düzgün olub-olmaması kimi qoyulmuş, göstərilən suallara ekspert səlahiyyətlərindən kənar çıxaraq qanunvericiliyin normalarını tətbiq edilməsinə dair mülahizələrini bildirmişdir ki, bu da öz növbəsində ekspertin fəaliyyət dairəsinə aid deyil. Ekspert hesablamalara dair öz mülahizələrini bildirməli olduğu halda, Vergi Məcəlləsinin müvafiq maddələrinə istinad etməklə hüquqi mövqe bildirimişdir.
43. Halbuki, hazırkı işin xüsusiyyə tinə görə müəyyən olunmalı hal, iddiaçının ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsinin müəyyən edilməsindən asılı olduğu üçün hər iki tərəfin ƏDV tutulan əməliyyatların həcmini təsdiq edən müvafiq sənədləri tələb edərək onu müqayisəli şəkildə təhlil edib müvafiq rəyi məhkəməyə təqdim etməli idi.
44. Halbuki, işə cəlb edilmiş ekspert bu istiqamətdə tədqiqat aparmamış və nəticəsini əsaslandırmamışıdır.
45. Apellyasiya məhkəməsi isə həmin rəyi əsas tutaraq birinci instansiya məhkəməsi ilə razılaşmış, bununla da hazırkı qərarın 19-22a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verməyən qərar qəbul etmişdir.
46. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiy i dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
47. Qeyd edilənlərdən əlavə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəməyə vəsatətlə müraciət edərək xx.xx.2023-cü il tarixli, **********860900 nömrəli qərarın da ləğv edildiyini bildirmişdir.
48. Bununla bağlı apellyasiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli, **********860900 nömrəli qərarın hal-hazırda qüvvədə olub -olmamasını dəqiqləşdirməli, qüvvədə olmadığı təqdirdə bununla bağlı İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə yardım etməli və iddiaçı bu yardımı qəbul etdiyi halda, sonuncu qərarın qanuniliyinə qiymət verməlidir.
49. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 7 may 2024-cü il tarixli, 21(103)-1296/2024 nömrəli qərarı iddianın təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.