Məhkəmə qərarları › İş №2-1(102)-2396/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2396/2019

30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2396/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № 2-N(N02)-2396/N9 Bakı şəhəri 30 oktyabr 20N9-cu il Açar sözlər: dövlət qulluqçusunun işdən azad edilməsinə dair əmrin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəkili XXXun iştirakları ilə, İ ddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 may 20N9-cu il tarixli, 2-N(N03)-467/20N9 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qanunsuz işdən azad olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 20N8-ci il tarixli əmrinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, N997-ci ildən 24 avqust 20N6-cı il tarixədək keçmiş Zəngilan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon Şöbəsində müdir müavini vəzifəsində işləmişdir. 24 avqust 20N6-cı il tarixdə idarələr birləşdirildikdən sonra Əsasnamənin olmaması səbəbindən müdir müavinin hansı işlərə baxa bilməsi müəyyən edilməmişdir. İddiaçının qüsursuz xidməti nəzərə alınmadan cavabdehin 28 sentyabr 20N8-ci il tarixli, **********2 saylı əmri ilə o, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilmişdir. Halbuki, iddiaçı uzun müddət qüsursuz xidmət göstərmiş və xidmətində heç bir nöqsana yol verməmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 20N8-ci i l tarixli, 2-N(8N)4405/20N8 saylı qərarı ilə (hakim Elçin Məmmədov) iddia rədd edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi əmrin verilməsinə əsas olan, cavabdehin 03 sentyabr 20N8-ci il tarixli Nazirliyin Aparatın Daxili nəzarət və audit şöbəsinin müdirinin N7 sentyabr 20N8-ci il tarixli yazılı məruzəsi və 24 avqust 20N8ci il tarixli arayışlara əsasən, iddiaçının işində nöqsanlara yol verməsi və cavabdehin mübahisələndirilən əmrinin qanuni və əsaslı olması müəyyən edilmişdir. İddiaçı vəzifələrinin yalnız işçilərin işə davamiyyətinə, əmək intizamına və vəzifə səlahiyyətinin icrası zamanı dövlət qulluqçularının etik davranış qaydalarına riayət olunmasına nəzarətdən ibarət olduğunu qeyd edərək buna dair 04 yanvar 20N8-ci il tarixli, 0N saylı əmrin mövcud olduğun u bildirsə də, məhkəmə həmin əmrin iddiaçının iş yeri üzrə bütün tapşırıqların, o cümlədən sosial sığorta haqlarının, proqnoz tapşırıqlarının yığım faizini, həmçinin qeyri büdcə təşkilatları üzrə aylıq tapşırıqların, pensiyaların təyin edilməsinin, ödənişinin təmin edilməsinin mühasibat hesabatlarının hazırlanaraq təqdim edilməsinin və fərdi uçotun təşkili üzrə hesabatları, eləcə də işçilərin bundan irəli gələn vəzifələrin vaxtında, dəqiq və keyfiyyətlə yerinə yetirilməsi məqsədilə verilməsi qənaətinə gəlmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 may 20N9-cu il tarixli, 2-N(N03)-467/20N9 saylı qərarı ilə (sədrlik edən Ü lvi Mayılov, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə öz təsdiqini tapmamış, lakin iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş əmrin qanunauyğunluğu iş materialları ilə sübuta yetirilmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25.2, 25.6, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.N, 52, 58.7, 68.N, 68.2, 73.N, 87.6, 87.8-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təm in edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, onun işdən azad olmasına dair əmrin verilməsinə Nəzirə Süleymanovanın işdən çıxarılması və XXXa qanunsuz pensiya və müavinətin təyin edilməsi səbəb olmuşdur. Nəzirə Süleymanovanın işdən çıxarılmasının qanunsuz olmaması faktı hüquqi qüvvəsini almış məhkəmə qətnamələri ilə öz təsdiqini tapmış, XXXun barəsində isə saxta sənədlər əsasında müxtəlif dövrlərdə qanunsuz əmək pensiyalarının, sosial müavinət və prezident təqaüdünün alınması faktı üzrə məhkəmə qərarı barəsində həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı bildirmişdir ki, XXXa pensiya və müavinət təyin edi lən zaman onun təqdim etdiyi sənədlərin saxta olmasının müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin XXXa təyin edilmiş əmək pensiyası, sosial müavinət, prezident təqaüdü və əlillik dərəcəsinin araşdırılması nəticəsinı dair rəyində Zəngilan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən sosial müavinət və təqaüd təyinatı aparılan zaman qanunvericiliyin tələblərinin pozulmadığı qeyd olunmuşdur. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 26, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90, 96-cı maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və on un vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı N997-ci ildən 24 avqust 20N6-cı ilə kimi keçmiş Zəngilan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləmiş və 24 avqust 20N6-c ı il tarixdən DSMF-nin Zəngilan rayon şöbəsində müdir müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 20N8-ci il tarixli, **********2 saylı əmrinə əsasən, 28 sentyabr 20N8-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla 24 avqust 20N6-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.N.6-cı maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. Əmrin əsası kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03 sentyabr 20N8ci il tarixli, **********2 nömrəli əmri, Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri H.İmanovun N7 sentyabr 20N8-ci il tarixli, **********6 nömrəli yazılı məruzəsi və 24 avqust 20N8-ci il tari xli, **********2 nömrəli arayış göstərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03 avqust 20N8-ci il tarixli, **********4 saylı əmrinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığorta üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırma aparılmış, həmin araşdırmanın nəticələri barədə 24 avqust 20N8-ci il tarixli, **********2 saylı “Arayış” tərtib olunmuş və sozügedən arayışda digər təkliflərlə yanaşı Nazirliyin Aparatının aidiyyəti şöbələri tərəfindən məhkəmə qətnamələrinin saxtalaşdırılaraq əmək pensiyası hüququ yaratmış şəxslər barəsində hüquqi qiymətin verilməsi üçün materialın Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsinin tə min edilməsi və əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Şöbənin müdiri XN0, müdir müavini İddiaçı, Sosial sığorta sektorunun müdiri X2N, həmin sektorun aparıcı məsləhətçisi X6, Pensiya, sosial yardım və müavinətlər sektorunun müdiri X7, həmin sektorun aparıcı məsləhətçisi XN4, məsləhətçiləri XNN və Babaşova Səidə Məmməd qızı, Sosial xidmət sektorunun müdiri XN2, Mühasibat uçotu sektorunun müdiri XN5, həmin sektorun aparıcı məsləhətçiləri X4 və XN6 barədə müvafiq intizam tənbehi tədbirlərinin tətbiqindən irəli gələn məsələləri həll etmələri təklif olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 03 sentyabr 20N8-ci il tarixli, **********2 saylı əmrdən görünür ki, Nazirliyin 03 avqust 20N8-ci il tarixli, **********4 nömrəli əmrinə uyğun olaraq DS MF-nin Zəngilan rayon şöbəsinin 0N yanvar 20N7-ci il tarixdən 0N iyul 20N8-ci il tarixədək olan dövr ərzində funksional vəzifələrinin icrası vəziyyətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunmuşdur. Belə ki, araşdırma nəticəsində əvvəlki araşdırma zamanı aşkar edilmiş nöqsanların tam aradan qaldırılmadığı, Şöbənin iş fəaliyyətinin yaxşılaşdırılması üçün müəyyən edilən tapşırıqların tələb olunan səviyyədə yerinə yetirilmədiyi müəyyən edilmişdir. Şöbənin pensiya, sosial müavinət və təqaüdlər sahəsindəki fəaliyyətində də bir sıra nöqsanlara, o cümlədən vətəndaşlara pensiya və sosial müavinət təyin olunmasında artıq ödəmə hallarına, təyinatı nöqsanlı hesab edilən pensiya və sosial müavinət işlərinin ödənişinin aparılmasına yol verilmişdir. Həmin əmrin 3-cü bəndi i lə Nazirliyin Aparatının Kadr və kadr hazırlığı şöbəsinə əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Şöbənin əməkdaşları barədə müvafiq intizam tənbehi tədbirlərinin tətbiqindən irəli gələn məsələləri həll etməsi, 4-cü bəndi ilə isə Nazirliyin Aparatının aidiyyəti şöbələri tərəfindən məhkəmə qətnamələrinin saxtalaşdırılaraq əmək pensiyası hüququ yaratmış şəxslər barəsində hüquqi qiymətin verilməsi üçün materialın Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsinin təmin edilməsi tapşırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Daxili nəzarət və audit şöbəsinin müdiri H.İmanov tərəfindən əmək və əhalinin sosial müdafiəsi nazirinə ünvanlanmış N7 sentyabr 20N8-ci il tarixli, **********6 nömrəli “Yazılı məruzə”sində qeyd olunmuşdur ki, Zəngilan rayonu, Vənətli kənd sakini hazırda ünvan N ünvanında yaşayan X2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bacısı X3 qanunsuz işdən çıxarılması ilə bağlı 2N avqust 20N8-ci il tarixdə daxil olmuş müraciəti aidiyyəti üzrə Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılmışdır. Nazirlik yanında DSMF-nin Zəngilan rayon şöbəsinin məlumatında XXXnın bacısı XXXnın Zəngilan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (hazırda şöbə) 05 iyul 20N6cı il tarixli 42 nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edildiyi, lakin XXXnın işdən azad edilməsi ilə bağlı Şöbədə heç bir sənədin saxlanılmadığı qeyd olunmuşdur. DSMF-nin Zəngilan rayon şöbəsinin müdir müavini İddiaçı (Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin Zəngilan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sabiq direktoru) təqdim etdiyi izahatında XXXnın 08 iyun 20N6-cı il tarixdən 22 iyun 20N6-cı il tarixədək işə gəlmədiyindən onun Mərkəzin müvafiq əmri ilə tutduğu vəzifədən azad edildiyini bildirmişdir. Zəngilan rayon Mərkəzi Xəstəxanasının 30 iyun 20N8-ci il tarixli, 206 nömrəli məktubunda XXXnın 20 iyun 20N6-cı il tarixdən N0 iyul 20N6-cı il tarixədək Mərkəzi Xəstxanada müalicə olunduğu və həmin dövr üçün əmək qabilliyətinin müvəqqəti itirməsinə görə xəstəlik vərəqəsi aldığı qeyd olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, XXX 20 iyun 20N6-cı il tarixdən N0 iyul 20N6-cı il tarixədək əmək qabilliyətinin müvəqqəti itirdiyi dövrdə (əmək qabilliyətinin olmaması vərəqəsi əlavə olunur) Zəngilan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 05 iyul 20N6-cı il tarixli 42 n ömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə zidd olaraq tutduğu vəzifədən azad olunmuşdur. Sozügedən “Yazılı məruzə”də həmçinin qeyd olunmuşdur ki, Q.Süleymanovun müraciətində adı qeyd olunan (əmmədov) XXXoğlunun saxta sənədlər əsasında müxtəlif dövrlərdə qanunsuz əlilliyə görə əmək pensiyası, sosial müavinət, Prezident təqaüdü və əlillik dərəcəsi aldığı müəyyən edildiyi üçün 22 may 20N8-ci il tarixdə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs imkan tədbiri seçilərək məhkəmə icraatı aparılır. DSMF-nin Zəngilan rayon şöbəsinin 0N yanvar 20N7-ci il tarixdən 0N iyul 20N8-ci il tarixədək olan dövr ərzində funksional vəzifələrinin icrası vəziyyəti yoxlanılmış, yoxlama materiallarına hüquqi qiymət verilməsi üçün Azərbaycan Res publikasının Baş Prokurorluğuna göndərilmişdir. “Yazılı məruzə”də əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə DSMF-nin Zəngilan rayon şöbəsinin müdir müavini İddiaçı barəsində intizam tənbehi tədbirinin görülməsinin Nazirliyin Aparatının Kadr və kadr hazırlığı şöbəsinə tapşırılmasına münasibət bildirilməsi xahiş olunmuşdur. Zəngilan Rayon Məhkəməsinin 2(034)-594/20N7 saylı, 30 avqust 20N7-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh DSMF-nin Zəngilan rayon şöbəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün orta əmək haqqı ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(N05)-3347/20N8 saylı, 06 noyabr 20N8-ci il tarixli qətnaməsi il ə apellyasiya şikayəti qismən təmin edilərək, Zəngilan Rayon Məhkəməsinin 30 avqust 20N7-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbi rədd edilmişdir. Ali Məhkəməsinin N5 aprel 20N9-cu il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmşdır. Binəqədi Rayon Məhkəməsinin 4(00N)-246/20N8 saylı, NN may 20N8-ci il qərarı ilə 07 fevral N969-cu ildə Zəngilan rayonunun Vənətli kəndində doğulmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanda qeydiyyatda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78.3.2, 320.N və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş XN8 barəsində 03 (üç) ay 02 (iki) gün müddətinə yəni, N3 avqust 20N8-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərardan görünür ki, istintaq zamanı müəyyənedilmişdirki, XN8 N992-N993cü illərdə Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində hərbi xidmətdə olmadığı halda, guya Müdafiə Nazirliyinin Arxiv İdarəsindən onun həmin hərbi hissə komandirinin N5 fevral N992-ci il tarixli, N №-li əmri ilə hərbi hissəyə qəbul edilməsi və N993-cü ilin dekabr ayınadək orada xidmət keçməsinə dair 03 sentyabr N997-ci il tarixli, 26/2-N443 saylı saxtaarayışı istintaqa məlum olmayan şəraitdə və üsulla əldə etmiş və buarayış əsasında Zəngilan rayon Hərbi Komissarlığından 24 iyun N999-cu il tarixdə 03N887 №-li müharibə veteranı vəsiqəsini, həmçinin 24 mart 2003-cüildə AO ******* №-li hərbi bileti alaraq, həminsaxtasənədlərdənistifa dəetməkləadına N3 aprel 2004-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin sabiq 2N saylı zona TSEK-i tərəfindən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsinənailolmuşdur. DSMF-nin Zəngilan rayon şöbəsindən 3N dekabr 2005-ci il tarixdən 3N avqust 20N6-cı il tarixədək cəmi 2N250.62 manat məbləğində İİ qrup Qarabağ əlili kimi əmək pensiyası, 0N oktyabr 2008-ci ildən 3N may 20N7-ci il tarixədək N0090 manat 2-ci qrup Qarabağ əlili kimi Prezident təqaüdü, həmçinin arvadı XN adına ailənin gəlirindən asılı olmayaraq 0N yanvar 2008-ci ildən 0N iyun 20N7-ci il tarixədək 3N25.42 manat müavinət, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 200N-ci il tarixli 6N3 №-li“Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə təmin edilməsinə dair” Fərmanına əsasən, DSMF-nin Yasamal rayon şöbəsindən 0N.08.2005-ci il tarixdən 3N.07.20N5-ci il tarixədək 3205 (üç min iki yüz beş) manat müavinət, DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsindən 0N oktyabr 20N6-cı il tarixdən 0N iyun 20N7-ci il tarixədək hər ay 393.08 manat olmaqla cəmi 3N44.64 manat məbləğində 2ci dərəcəli əlil kimi (Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə əmək pensiyası, DSMF-nin Binəqədi rayon şöbəsindən 0N sentyabr 2008-ci il tarixdən 30 may 20N7-ci il tarixədək 9950 manat 2-ci qrup Qarabağ əlili kimi Prezident təqaüdü, 04 oktyabr N996-cı il tarixdən 30 sentyabr 20N6-cı il tarixədək 250N7.28 manat əmək pensiyası alaraq, vahidniy yətləcəmi 75782.96 manatməbləğində dövlət vəsaitlərini– özgəninküllimiqdardaəmlakını aldatma yolu ilə ələ keçiribdələduzluqetmiş, hüquqverənrəsmisənədləriistifadəetməkməqsədiiləsaxtalaşdırmışvəbiləbiləsaxtasənədlərdənistifadəetmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyitərəfindənAzərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə02 aprel 20N8-ci il tarixli, ********* nömrəli və 04 iyun 20N8-ci il tarixli, ********* nömrəli məktublaracavabolaraqhəminməktublardaqeyd olunanlara əsasən Nazirliyin müvafiq əmrinə uyğun olaraq yaradılmış komissiya tərəfindən XN3 təyin edilmiş əmək pensiyası, sosial müavinət, Prezident təqaüdü və əlillik dərəcəsinin araşdırılmasının nəticəsinə dair komissiya tərəfindən hazırlanmış rəy təqdim olunmuşdur. Həmin“KomissiyaRə yi”ndəqeydolunmuşdurki, Nazirliyin Bakı şəhəri Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən pensiya və Prezident təqaüdü təyinatı aparılan zaman XXXun Zəngilan rayonundan məcburi köçkün olduğu və Zəngilan rayon şöbəsinin Bakı şəhərində yerləşdiyi nəzərə alınmaqla vətəndaş aidiyyəti üzrə Zəngilan rayon şöbəsinə yönəldilmiş, buna baxmayaraq təyinat aparıldığı halda, XXXun Zəngilan rayon şöbəsindən pensiya və Prezident təqaüdü alıb-almamasının, bu barədə müraciətinin olub-olmamasının dəqiqləşdirilməsi üçün müvafiq sorğu verilməmişdir. Həmçinin, XXXun Prezident təqaüdü təyinatı üçün Mərkəzə təqdim etdiyi AZE seriyalı 02632726 nömrəli şəxsiyyət vəsiqəsinin (29 noyabr 2004-cü il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş, yaşayış yeri: Zəngilan, S.Vurğun küçəsi 25.) surətinin əsli ilə tutuşdurulması nəticəsində başqa şəxsə aid şəxsiyyət vəsiqəsinin (02 iyun 2004-cü il tarixdə Bakı-Binəqədi RPİ tərəfindən verilmiş, yaşayış yeri: Bakı şəhəri, A.Gəraybəyli küçəsi, ev 4N, mənzil N00.) arxa hissəsinin surətinin həmin vəsiqənin arxa hissəsinin surəti kimi təqdim olunaraq əsassız təqaüd almasına şərait yaradılmışdır. Nazirliyin Zəngilan rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən pensiya təyinatı aparılan zaman XXXun ilkin əlillik dərəcəsi verildikdən 6 ildən artıq müddətdən sonra müraciət etməsi, eyni zamanda ilkin əlillik dərəcəsinin verilməsinə dair arayışın “pensiya təyin edən orqana göndərilir” hissəsini deyil, “əlilə verilir” hissəsini təqdim etməsi ilə bağlı digər şöbələrdən pensiya alıb-almamasının dəqiqləşdirilməsinin aparılmaması nəticəsində ikili əmək pen siyası almasına şərait yaradılmışdır. Qeyd olunanlara əsasən, müvafiq təyinat dövründə əmək funksiyalarının icrasında nöqsana yol vermiş şəxslərdən birinin Nazirliyin Zəngilan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləmiş İddiaçı olduğu müəyyənləşdirilmişdir. İddiaçı Zəngilan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru işlədiyi vaxt Mərkəz tərəfindən 24 yanvar 2003-cü il tarixdə təyin edilmiş əlilliyə görə əmək pensiyası üzrə 040444 nömrəli pensiya işinə pensiya təyinatı aparılan zaman XXXun ilkin əlillik dərəcəsi verildikdən 6 ildən artıq müddətdən sonra müraciət etməsi, eyni zamanda ilkin əlillik dərəcəsinin verilməsinə dair arayışın “pensiya təyin edən orqana göndərilir” hissəsini deyil, “əlilə verilir” hissəsini təqdim etməsi ilə bağlı digər şöbələrd ən pensiya alıbalmamasının dəqiqləşdirilməsinin aparılmaması nəticəsində ikili əmək pensiyası almasına şərait yaradılmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 9N-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.N-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin nəticəsinə görə, iddia tələbinin əsası kimi istinad olunan hallar iş materialları ilə öz təsdiqini tapmamış, lakin iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş əmrin qanunauyğunluğu iş materialları ilə sübuta yetirilmişdir. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlillərinin mahiyyətinə görə onun işdən azad olmasına səbəb olan halların iddiaçının təqsiri ucbatından baş verməməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun - 33.N-ci maddəsinə əsasən, bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. - 25.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu bu Qanunun N8, 20 və 25.NN-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi (25.2.6) intizam tənbeh tədbiri tətbiq edilə bilər; - 25.6-cı maddəsinə əsasən, bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud (N) və ya mütəmadi olaraq pozuntulara yol verildikdə (2) və ya bu qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə (3) tətbiq oluna bilər; - 25.NN-ci maddəsiə əsasən, dövlət qulluqçusu «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.N-ci maddəsində müəyyən edilmiş tələblə rə əməl etmədikdə və ya həmin qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Maddələrin tələblərindən göründüyü kimi, dövlət qulluqçusu tərəfindən dövlət qulluqçusu vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi pozuntulara yol verildikdə və qanunla nəzərdə tutulmuş məhdudiyyətlətə əməl olunmadıqda dövlət qulluqçusu dövlət qulluğundan azad edilə bilər və bu halda onun dövlət qulluğuna xitam verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzər ə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: - (e) işçi tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi. Maddənin tələblərindən göründüyü kimi, işçi tərəfindən yol verilmiş səhvlər nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirilməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respu blikası Qanunun N8-ci maddəsinə əsasən, dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: - N8.0.N. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; - N8.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; - N8.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli. Tələblərə görə, qanunvericiliyin və normativ hüquqi aktların həyata keçirilməsi, rəhbərlik tərəfindən verilmiş göstərişlərin yerinə yetirilməsi və dövlət orqanında müəyyən olunmuş daxili qaydalara əməl edilməsi dövlət qulluqçularının vəzifələrinə aid olunmuşdur. İşin hallarına görə, iddiaçı əmək funksiyalarının icrasına yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin nöqsanlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 03 sentyabr 20N8-ci il tarixli əmrdə və Nazirliyin Daxili Nəzarət və Audit Şöbəsinin müdiri tərəfindən tərtib olunmuş N7 sentyabr 20N8-ci il tarixli, **********6 saylı “Yazılı məruzə”də göstərilənlərə əsasən aşkar olunmuşdur. İşin hallarından göründüyü kimi, iddiaçı tərəfindən şöbənin işçisi Nəzirə Süleymanova işə gəlməməsi səbəbindən tutduğu vəzifədən azad edilmiş, halbuki həmin işçi Mərkəzi Xəstəxanada müalicə olunduğu və həmin dövr üçün əmək qabiliyyətinin müvəqqəti olaraq itirilməsinə görə xəstəlik vərəqəsi almışdır. Bununla da, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə zidd olaraq işçini tutduğu vəzi fədən qanunsuz azad etmişdir. Habelə, DSMF-nin Zəngilan rayon şöbəsinin 0N yanvar 20N7-ci il tarixdən 0N iyul 20N8-ci il tarixədək olan dövr ərzində funksional vəzifələrinin icrası vəziyyətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunmuşdur. Belə ki, araşdırma nəticəsində əvvəlki araşdırma zamanı aşkar edilmiş nöqsanların tam aradan qaldırılmadığı, şöbənin iş fəaliyyətinin yaxşılaşdırılması üçün müəyyən edilən tapşırıqların tələb olunan səviyyədə yerinə yetirilmədiyi müəyyən edilmişdir. Şöbənin pensiya, sosial müavinət və təqaüdlər sahəsindəki fəaliyyətində də bir sıra nöqsanlara, o cümlədən vətəndaşlara pensiya və sosial müavinət təyin olunmasında artıq ödəmə hallarına, təyinatı nöqsanlı hesab edilən pensiya və sosial müavinət işlərinin ödənişinin aparılmasına yol verilmişdir. Yoxlamanın nəticəsi olaraq qəbul edilmiş əmrin 3-cü bəndi ilə Nazirliyin Aparatının Kadr və kadr hazırlığı şöbəsinə əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə şöbənin əməkdaşları barədə müvafiq intizam tənbehi tədbirlərinin tətbiqindən irəli gələn məsələləri həll etməsi, 4-cü bəndi ilə isə Nazirliyin Aparatının aidiyyəti şöbələri tərəfindən məhkəmə qətnamələrinin saxtalaşdırılaraq əmək pensiyası hüququ yaratmış şəxslər barəsində hüquqi qiymətin verilməsi üçün materialın Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsinin təmin edilməsi tapşırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə 02 aprel 20N8-ci il tarixli və 04 iyun 20N8-ci il tarixli məkt ublarda qeyd olunanlara əsasən, Nazirliyin müvafiq əmrinə uyğun olaraq yaradılmış komissiya tərəfindən hazırlanmış rəyə əsasən, İddiaçı Zəngilan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru işlədiyi dövrdə XN3 pensiya təyin olunan zaman, XXXun ilkin əlillik dərəcəsi verildikdən 6 ildən artıq müddətdən sonra müraciət etməsi, eyni zamanda ilkin əlillik dərəcəsinin verilməsinə dair arayışın “pensiya təyin edən orqana göndərilir” hissəsinin deyil, “əlilə verilir” hissəsinin təqdim olunması, habelə onun digər şöbələrdən pensiya və prezident təqaüdünü alıb-almamasının və bu barədə müraciətinin olub-olmamasının dəqiqləşdirilməsinin aparılmaması nəticəsində onun ikili əmək pensiyası almasına şərait yaradılmışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi işin hallarına uyğun olaraq iddiaçı tərəfindən dövlət qulluğu vəzifələrinin yerinə yetirilməsi zamanı kobud və mütəmadi pozuntulara yol verilməsi nəticəsinə gəlmiş və haqlı olaraq onun işdən azad olunması barədə əmrin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25.2-ci maddəsinin tələblərinə uyğun, yəni qanunamüvafiq olduğu nəticəsinə gəlmişfir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 may 20N9-cu il tarixli, 2-N(N03)-467/20N9 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar