Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2397/2019 ALİ MƏHKƏMƏ İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar söz: mənzil şəraitinin yaxşılaşdırılması) GİRİŞ HİSSƏ Hakimlər: 18.09.2019 Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı vəkili Vəkil2, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı başqa mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli 2-1(103)-823/2019 nömrəli qərarından cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18.09.2019-cu il tarixdə açıq məhkəmə iclasında bax araq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ MA seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil (ümumi sahə 82.8 kv.m; yaşayış sahəsi – 44.0 kv.m; yardımçı sahə- 38.8 kv.m) paylı mülkiyyət əsasında X1 və İddiaçı (1 otaq – yaşayış sahəsi 22.0 kv.m, köməkçi sahə 5.3 kv.m) məxsus olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.10.2010-cu il taixli 326s saylı qərarı ilə ünvan 2 ünvanındakı bir hissəsi uçmuş, digər yükdaşıyan konstruksiyaları isə qəza vəziyyətində olan üçmərtəbəli yaşayış binasının sökülərək həmin binada yaşayan 66 ailəyə onlara məxsus mənzillərdən könüllü imtina müqabilində həmin ərazidə yeni yaşayış binasının layihələndirilməsi və həmin sakinlərə otaqların sayı onlara məxsus mənz illərdəki otaqların sayına bərabər, bütün kommunal şəraiti olan mənzillərin verilməsi məqsədə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.10.2010-cu il taixli 326s saylı qərarı əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 12.07.2013-cü il tarixli 273 saylı sərancamı əsasında yeni 5 mərtəbəli 68 mənzilli yaşayış binası tikilmiş və sifarişçi təşkilat Bakı şəhəri Cavabdeh olmuşdur. İddiaçının mənzili sözügedən qərar əsasında sökülmüş və iddiaçı yeni mənzillə (1 otaqlı) təmin olunmuşdur. Yeni mənzilin ümumi sahəsi 36.03 kv.metr olmuş, yaşayış sahəsi isə 16.0 kv.metr olmuşdur. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 saylı fərmanına və Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarına uyğun olaraq Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 3 saylı binada İddiaçı faktiki istifadəsində olan yaşayış və qeyri-yaşayış sahələri nəzərə alınmaqla, həmin sahələri artırmaqla başqa mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan mənzilin faktiki sahəsi 22 kv.metr yaşayış və 14 kv.metr qeyri-yaşayış sahəsindən ibarət olmuş, lakin ona təqdim edilən yeni mənzil isə 16 kv.metr yaşayış və 19.93 kv.metr qeyri-yaşayış sahədən ibarətdir. Beləliklə, hal-hazırda verilən mənzilin yaşayış sahəsi onun əvvəlki mənzilinin yaşayış sahəsindən 6 kv.metr azdır. Bundan əlavə, iddiaçıya mənzil verilərkən Azərbaycan Respubli kası Prezidentinin 26.12.2007-ci il tarixli 689 saylı fərmanına və Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarına zidd olaraq əlavə sahə və ya ona dair kompensasiya verilməmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3024/2018 saylı 07 dekabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 saylı fərmanına və Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarına uyğun olaraq Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 3 saylı binada İddiaçı faktiki istifadəsində olan yaşayış və qeyri-yaşayış sahələri nəzərə alınmaqla, həmin sahələrin artırmaqla başqa mənzil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3024/2018 saylı 07 dekabr 2018-ci il tarixli qərarından cavabdeh Bakı şəhəri Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-823/2019 nömrəli 16 aprel 2019-cu il tarixli qərarı ilə cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2-1(82)-3024/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, söküntüdən əvvəl ünvan1 iddiaçının paylı mülkiyyətində olan mənzilin yaşayış sahəsi 22 kv.m, köməkçi sahəsi 5,3 kv.m təşkil edir. Ümumi istifadədə olan köməkçi sahə 38.8 kv.m olduğundan iddiaçının həmin sahənin yarısından istifadə etmək hüququ vardır. İddiaçıya 44 kv.m və qanunvericiliyin tələbinə görə sahənin 15%-i əlavə olunmaqla 50.6 kv.m sahə ayrılmalı idi. Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli 2-1(103)-823/2019 nömrəli qərarından cavabdeh Bakı şəhəri Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə iş materiallarını ümumiyyətlə araşdırmadan qərar qəbul etmişdir. Belə ki, iddiaçının mülkiyyətində olan 27.7 kv.m mənzilin əvəzinə 36.03 kv.m tam kommunal şəraitli mənzil verilmişdir. İddiaçının mənzili qəzalı vəziyyətdə olduğu üçün söküldüyü halda ona əlavə olaraq 8.33 kv.m mənzil sahəsi verilmişdir. Qeyd edilən mənzil dövlət ehtiyacları üçün sökülməmiş, eyni zamanda sökülüb yerində başqa təyinatlı tikinti işləri aparılmamışdır. Bundan əlavə, məhkəmə “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nər imanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli 25 fevral 2016-cı il tarixli Qərarının Sabunçu rayonuna aid olmadığına baxmayaraq həmin qərarın 11.2-ci maddəsini əsas gətirərək cavabdehin dəlillərini qəbul etməkdən imtina etmişdir. Halbuki, iddiaçıya məxsus əmlakın da yerləşdiyi qeyd edilən ərazidə aparılan tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.10.2010-cu il tarixli 326s saylı qərarı əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 12.07.2013-cü il tarixli 273 saylı sərəncamı əsasında inşa edilmişdir. Həmçinin məhkəmə ümumi sahənin 38.8 kv.m olduğunu göstərərək həmin sahənin yarısından istifadə etmək hüququnun iddiaçıya məxsus olduğunu bildirir. Halbuki iş materiallarında bununla bağlı hər hansı mötəbər sübut mövcud deyildir. Belə ki, Seriya MA №0135468 saylı çıxarışa əsasən iddiaçının qəzalı vəziyyətdə olan binadakı mənzilinin ümumi sahəsi 27.3 kv.m olmuşdur. Ona təqdim edilən məzilin sahəsi isə 36.03 kv.m-dir. Göründüyü kimi iddiaçının mənzil hüquqları məhdudlaşdırılmamışdır. X2 Məcəllənin 90.1, 91, 92.0.5, 94.1-ci maddələrinə istinad edərək şikayətin təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-823/2019 nömrəli 16 aprel 2019-cu il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil 2 Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli 2-1(103)-823/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin 21(103)-823/2019 nömrəli 16 aprel 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, MA seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil (ümumi sahə 82.8 kv.m; yaşayış sahəsi – 44.0 kv.m; yard ımçı sahə- 38.8 kv.m) paylı mülkiyyət əsasında X1 və İddiaçı (1 otaq – yaşayış sahəsi 22.0 kv.m, köməkçi sahə 5.3 kv.m) məxsus olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.10.2010-cu il taixli 326s saylı qərarı ilə ünvan 2 ünvanındakı bir hissəsi uçmuş, digər yükdaşıyan konstruksiyaları isə qəza vəziyyətində olan üçmərtəbəli yaşayış binasının sökülərək həmin binada yaşayan 66 ailəyə onlara məxsus mənzillərdən könüllü imtina müqabilində həmin ərazidə yeni yaşayış binasının layihələndirilməsi və həmin sakinlərə otaqların sayı onlara məxsus mənzillərdəki otaqların sayına bərabər, bütün kommunal şəraiti olan mənzillərin verilməsi məqsədə uyğun hesab edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.10.2010-cu il taixli 326s saylı qərarı əsasında Bakı şəhər İcra Hakimiyyəti Baş çısının 12.07.2013-cü il tarixli 273 saylı sərancamı əsasında yeni 5 mərtəbəli 68 mənzilli yaşayış binası tikilmiş və sifarişçi təşkilat Bakı şəhəri Cavabdeh olmuşdur. İddiaçının mənzili sözügedən qərar əsasında sökülmüş və iddiaçı yeni mənzillə (1 otaqlı) təmin olunmuşdur. Yeni mənzilin ümumi sahəsi 36.03 kv.metr olmuş, yaşayış sahəsi isə 16.0 kv.metr olmuşdur. İddiaçının tələbi Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 saylı Fərmanına və Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarına uyğun olaraq ünvan1 ünvanda yerləşən 3 saylı binada İddiaçı faktiki istifadəsində olan yaşayış və qeyri-yaşayış sahələri nəzərə alınmaqla, həmin sahələrin artırmaqla başqa mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. Məhkəmə kollegiyası iddiaçının id dia tələbi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 saylı Fərmanı “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqındadır və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanunu isə Mülki Məcəlləyə dövlət ehtiyacları ilə əlaqədar alınan torpaqlara dair müddəaların əlavə edilməsini nəzərdə tutur. Sözügedən Fərmanın 2.3-cü bəndində qeyd edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar q iymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Hazırkı iş üzrə iddiaçıya məxsus mənzilin də yerləşdiyi binanın sökülmə səbəbi qəzalı şərait olmuş, dövlət ehtiyacları üçün sökülməmişdir və bu hal işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə, sözügedən fərmanın müddəalarının iddiaçıya məxsus mənzilin sökülməsi ilə əlaqədar tətbiqi yolverilməzdir. Bundan əlavə, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarınə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədədir. İddiaçının mənzilinin olduğu bina isə Sabunçu qəsəbəsindəd ir. Belə olan halda, sözügedən qərarın müddəalarının iddiaçıya münasibətdə tətbiqi yolverilməzdir. Qeyd edilənlərlə yanaşı iddia tələbinin əsaslı olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşan apellyasiya instansiya məhkəməsi öz qərarının əsaslandırmasında qeyd etmişdir ki, ümumi istifadədə olan köməkçi sahə 38.8 kv.m olduğundan iddiaçının həmin sahənin yarısından istifadə etmək hüququ vardır. İddiaçıya 44 kv.m və qanunvericiliyin tələbinə görə sahənin 15 %-i əlavə olunmaqla 50.6 kv.m sahə ayrılmalı idi. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ümumi istifadəsində 38.8 kv.m olmaısna dair hər hansı sübut iş materiallarında mövcud deyildir. Belə ki, MA seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünva nında yerləşən 2 otaqlı mənzil (ümumi sahə 82.8 kv.m; yaşayış sahəsi – 44.0 kv.m; yardımçı sahə- 38.8 kv.m) paylı mülkiyyət əsasında X1 və İddiaçı (1 otaq – yaşayış sahəsi 22.0 kv.m, köməkçi sahə 5.3 kv.m) məxsus olmuşdur. İş materiallarında oaln texniki pasportdan da ümumi istifadədə hər hansı sahənin olması qeyd edilməmişdir. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi iddiaçıya onun istifadəsində olan sahənin 15 %-i əlavə olunmaqla yeni mənzil verilməli olması qənaətinə gəlsə də, bu nəticəyə hansı maddi hüquq normasına əsasən gəldiyi qərarın əsaslandırılmasında qeyd edilməmişdir. Beləliklə, iddiaçının mülkiyyətində olan (yaşayış sahəsi - 22.0 kv.m, köməkçi sahə 5.3 kv.m) ünvan 2, 57 saylı mənzil qəzalı vəziyyətdə olduğundan sökülmüş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.10.2010-cu il taixli 326s saylı qərarı əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 12.07.2013-cü il tarixli 273 saylı sərancamı əsasında yeni 5 mərtəbəli 68 mənzilli yaşayış binası tikilmiş, iddiaçıya əvvəl mülkiyyətində olan 27.3 kv.m mənzilin əvəzinə 36.03 kv.m tam kommunal şəraitli (1 otaq – 16 kv.m, mətbəx - 9.59 kv.m, holl - 3.44 kv.m, sanitar qovşaq - 3.56 kv.m, eyvan - 3.34 kv.m eyvan=cəmi 36.03 kv.m) mənzil verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.10.2010-cu il tarixli 326s saylı Sərəncamında qeyd edilmişdir ki, mənzillərdən və qeyriyaşayış sahəsindən könüllü imtina müqabilində həmin ərazidə bu binada yaşayan sakinlərə otaqlarının sayı onlara məxsus mənzillərdəki otaqların sayına bərabər, bütün kommunal şəraiti olan mənzillərdən binanın sakinlər inə verilməsi məqsədəuyğun hesab edilmişdir. Sərəncama uyğun olaraq iddiaçıya onun tələb etdiyi kimi kv.m-ə uyğun deyil, mülkiyyətində olan əvvəlki mənzili 1 otaqdan ibarət olduğu üçün 1 otaqlı mənzil verilmiş, yeni mənzilin sahəsi isə yuxarıda qeyd edildiyi kimi əvvəlki mənzilin sahəsindən böyük olmuş və bütün kommunal şəraitlə təmin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6.1-ci maddəsinə əsasən "Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən…,... məhkəmə tərəfindən işinin... ədalətli... araşdırılması hüququna malikdir". İnzibati Prosessual Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, işə baxan apellyasiya instansiya məhkəməsi yuxarıda sadalanan normaların tələblərinə riayət etməməklə qərar qəbul etmiş, öz nəticəsini əsaslandırmadan iddia tələbini təmin etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiy ası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli 2-1(103)-823/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2397/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2397/2019
18.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver