Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2397/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər-"xxxx" MMC, "xxxx" MMC-nin iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması; çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İda rəsinə (üçüncü şəxslər-"xxxx" MMC, "xxxx" MMC-nin iştirakı ilə) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-100/2021 nömrəli iş üzrə 11.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 31.05.2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək, torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsi və onda yerləşən fərdi yaşayış evi ilə birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq, iddiaçının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.
2. Cavabdeh 25.06.2019-cu il tarixli, **********05 nömrəli etiraz məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 12.03.2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən iddiaçının qanuni istifadəsində olan 0,0208 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evinin birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
4. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 139,7 kv. metr fərdi yaşayış evi, 12.03.2015-ci il tarixli, RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Çıxarışdan göründüyü kimi, fərdi yaşayış evinin yerləşdiyi 0,0208 ha torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. Həmin torpaq sahəsinin üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsi və onda yerləşən fərdi yaşayış evi ilə birgə vahid daş ınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq, İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə 31.05.2019-cu il tarixli ərizəyə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin 25.06.2019-cu il tarixli, **********05 saylı məktubu ilə cavab verilərək, ərizənin təmin edilməsindən imtina olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Buna görə də, ərizədə göstərilmiş inzibati aktın qəbulu məhkəmə qərarı ilə cavabdehə həvalə edilməlidir. 12.03.2015-ci il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın “torpaq sahəsi üzərində hüququn növü” qrafasında yazılmış “istifadə” sözü, həmin torpağın iddiaçının qanuni ist ifadəsində olduğunu təsdiq edir. Beləliklə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq, həmin torpaq sahəsi dövlət tərəfindən iddiaçının əvəzsiz istifadəsinə verilmişdir. Həmin torpaq üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmək iddiaçının hüququdur. Cavabdeh orqan tərəfindən iddiaçının qanuni tələbindən imtina edilməsi isə əsassızdır.
5. Birinci instansiya məhkəməsinin 10.10.2019-cu il tarixli, 2-1(82)2702/2019 nömrəli (sədrlik edən hakim Rauf Daşdəmirov) qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “12.03.2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən iddiaçının qanuni istifadəsində o lan 0,0208 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsi və ona (mətnə uyğun) yerləşən fərdi yaşayış evinin birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qərara almışdır.
6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10, 15-ci maddələrinə, İPM-in 68.1, 68.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia əsassızdır.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 10.10.2019-cu il tarixli, 2-1(82)-2702/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 19.12.2019-cu il tarixli, 2-1(103)-2839/2019 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və İlham Əhmədov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 10.10.2019-cu il tarixli, 2-1(82)-2702/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
9. Apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin də istinad etdiyi hüquq normaları, həmçinin Torpaq Məcəlləsinin 5, 46, 49, 50, 51, 66, 67, 68-ci maddələrini, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsini, “İnzibati ic raat haqqında” Qanunun 13.2, 17-ci maddələrini, İPM-in 14.2-ci maddəsini tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 19.12.2019-cu il tarixli, 2-1(103)-2839/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsindəki icraat
11. Ali Məhkəmənin İnzibati Kollegiyasının 10.03.2020-ci il tarixli, 21(102)-668/2020 nömrəli (hakimlər Kəmaləddin Bədəlov - sədrlik edən və məruzəçi, İlqar Hüseynov və Sevda Hüseynova) qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin 19.12.2019-cu il tarixli, 2-1(103)-2839/2019 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
12. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərmiş Ali Məhkəmənin İnzibati Kollegiyası apellyasiya məhkəməsi üçün bir sıra məcburi xarakter daşıyan göstərişlər vermişdir.
13. Belə ki, RX seriyalı ******* saylı çıxarışa əsasən mübahisə predmetini təşkil edən 0,0208 ha torpaq sahəsi ünvan 2 ünvanda, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə ayrılmış torpaq sahəsi isə ünvan 4 ünvanında yerləşir. Təbriz küçəsi 77 saylı ünvanın əmin küçədə yerləşən 858 saylı məhəlləyə aid olması aşağı instansiya məhkəmələri tərəfindən aydınlaşdırılmamış qalmışdır.
14. Digər tərəfdən məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC, məhkəmə tərəfindən ona prosessual imkan y aradılmasına baxmayaraq, iddia mübahisəli torpaq sahəsi ilə bağlı mübahisənin onun mənafeyinə toxunduğunu aktiv hərəkətləri ilə nümayiş etdirməmişdir.
15. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti öz məktubunda sözügedən ərazi müxtəlif təyinatlı (yaşayış və qeyri-yaşayış) obyektlərin tikintisi üçün nəzərdə tutulduğundan və orada köçürülmə işləri aparıldığından iddiaçıya məxsus evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun tanınması məqsədəuyğun hesab edilmədiyini bildirsə də, cavabdeh hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını müəyyən edən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində torpaq sahəsinin söküntü ərazisinə düşməsi qeydiyyatdan imtina üçün əsas kimi nəzərdə tutulmamışdır.
16. Həmçinin Ali Məhkəmə qərarında qəti və mübahisəsiz şəkildə qeyd etmişdir ki, 12.03.2015-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışla, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 77 ünvanda yerləşən 0,0208 ha torpaq sahəsi üzərində iddiaçının istifadə qanuni hüququnun mövcudluğu müəyyən edilir.
17. Bundan başqa Ali Məhkəmə xüsusi olaraq göstərmişdir ki, iddiaçı sözügedən torpaq sahəsinin 1926-cı ildən onun ailəsinin istifadəsində olduğunu, hasarın içərisində yerləşdiyini bildirmişdir. Lakin apellyasiya məhkəməsi tam hüquqlu məhkəmə kimi, iddiaçının bu dəlili ilə bağlı araşdırma aparmalı olduğu halda bunu etməmişdir, halbuki cavabdehin hüquqi varisi olduğu orqanın tərtib etdiyi “Fərdi yaşayış evinin texniki pasportundan”dan görünür ki, hazırda iddiaçıya məxsus yaşayış evi 1926-cı ildə tikilmiş və 221,8 kv.metr meydança sahəsi olmuşdu r.
18. Məlum olduğu kimi, İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Apellyasiya instansiyası məhkəməsinin 11.06.2021-ci il tarixli, 21(103)-100/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Cahangir Yusifov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 10.10.2019-cu il tarixli, 2-1(82)-2702/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
20. İddiaçının kassasiya şikayət i onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 139,7 kv. metr fərdi yaşayış evi, seriya 12.03.2015-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X2 xüsusi mülkiyyətindədir. Çıxarışdan göründüyü kimi, fərdi yaşayış evinin yerləşdiyi 0,0208 ha torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. Həmin torpaq sahəsinin üzərində X2 mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsi və onda yerləşən fərdi yaşayış evi ilə birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq, İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə 31.05.2019-cu il tarixli ərizəyə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhə r Ərazi İdarəsinin 25.06.2019-cu il tarixli **********05 saylı məktubu ilə cavab verilərək, ərizənin təmin edilməsindən imtina olunmuşdur. Cavabdeh imtinası əsassız olduğundan, ərizədə göstərilmiş inzibati aktın qəbulu məhkəmə qərarı ilə cavabdehə həvalə edilməlidir.
21. Apellyasiya məhkəməsi hesab edir ki, iddiaçının istifadəsində olan 0.0208 ha torpaq sahəsi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 22.10.2007-ci il tarixli, 490 saylı sərəncamı və 06.03.2008-ci il tarixli, 0826 saylı icarə müqaviləsi əsasında "xxxx" MMC nin adına verilmiş 0.18 ha torpaq sahəsi daxilində yerləşməsi iş materialları ilə müəyyən edilir (qərarın 8-ci səhifəsi, 2-ci abzas). Halbuki, torpaq sahələrinin eynilik təşkil edib-etməməsi ilə bağlı sübut, iş materiallarında mövcud deyil. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 22.10.2007-ci il tarixli, 490 saylı sərəncamı ləğv edilsə də, Nərimanov rayonu, Təbriz küçəsi, 858 məhəllədə ofisyaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,38 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27.07.2005-ci il tarixli, 203 №-li Sərəncamının ləğv edilməsi iş materialları ilə müəyyən edilmədiyindən mübahisəli torpaq sahəsinin "xxxx" MMC-nin və ya başqa şəxsin istifadəsinə verilməsini istisna edilir. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10.03.2020-ci il tarixli 2- l(102)-668/2020 saylı qərarında qeyd olunmuşdur: “İşin hallarından görünür ki, iddia ərizəsində göstərilmiş həyətyanı torpaq sahəsinin üçüncü şəxs "xxxx" MMC-yə icarəyə v erilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi barədə iş materiallarında heç bir sübut olmamasına və həmin torpaq sahələrinin ayrı-ayrı ünvanlara aid olduğu müəyyən edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin torpaq sahələrinin üst-üstə düşməsi qənaətinə gəlmiş, iddianın təmin olunmaması əsaslarından biri kimi bu hala istinad etmişdir. Halbuki, iş materiallarında olan 12.03.2015ci il tarixli RX seriyalı ******* saylı çıxarışdan görünür ki, mübahisə predmetini təşkil edən 0.0208 ha torpaq sahəsi ünvan 1 ünvanda, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə ayrılmış torpaq sahəsi isə ünvan 6 ünvanında yerləşir. Təbriz küçəsi 77 saylı ünvanın həmin küçədə yerləşən 858 saylı məhəlləyə aid olması aşağı instansiya məhkəmələri tərəfindən aydınlaşdırılmamış qalmışdır. Apell yasiya məhkəməsi tərəfindən, məsələ ilə bağlı Ali Məhkəmənin müəyyən etdiyi hallar nəzərə alınmamış, heç bir təsdiqedici sənədlər olmadan iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin 3-cü şəxsə ayrılmış torpaq sahəsi ilə eynilik təşkil etdiyini qeyd etmişdir. Apellyasiya məhkəməsi tərəfindən bir hal da nəzərə alınmamışdır ki, cavabdeh inzibati orqanın hüququn qeydindən imtina üçün əsas kimi göstərdiyi Bakı Şəhər İcra Hakimiyyətinin 22 oktyabr 2007-ci il tarixli, 490 saylı sərəncamı ləğv edilmişdir. Yəni, hüququn qeydindən imtinada göstərilən əsas mövcud deyil. Bundan başqa, Ali Məhkəmənin 10.03.2020-ci il tarixli 2-1(102)-668/2020 saylı qərarında qeyd olunmuşdur: 22. “Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququn un yaranma əsası kimi “Torpaq islahatı haqqında Qanunun 9-cu maddəsinə istinad etməsi əsassızdır. Belə ki, həmin normadan göründüyü kimi, qanunverici fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi üçün sözügedən torpaq sahələrinin vətəndaşların qanuni istifadəsində olmasını tələb edir. 12.03.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışda sahəsi 0.0208 ha təşkil edən torpaq sahəsinin istifadədə olması qeydi isə hüquqi deyil, faktiki vəziyyəti əks etdirir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır və bununla bağlı qeyd edir ki, qeydiyyat orqanı tərəfindən verilmiş daşınmaz əm lakın dövlət reyestrindən çıxarış hüquqi sənəddir və həmin sənəddəki qeydlər konkret daşınmaz əmlakın hüquqi vəziyyətini əks etdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Beləliklə, iş materiallarında olan 12.03.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışla, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 77 ünvanda yerləşən 0.0208 ha torpaq sahəsi üzərində iddiaçının qanuni istifadə hüququnun mövcudluğu müəyyən edilir.” Ali Məhkəmə tərəfindən 12.03.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışla, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 77 ünvanda yerləşən 0.0208 ha torpaq sahəsi üzərində iddiaçının qanuni istifadə hüququnun mövcudluğunun müəyyən edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin müəyyən etdiyi hala yenidən və ziddiyyətli qiymət verərək göstərmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 22.10.2007-ci il tarixli, 490 saylı sərəncamı ləğv edilsə də, Nərimanov rayonu, Təbriz küçəsi, 858 məhəllədə ofis-yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,38 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin 27.07.2005-ci il tarixli, 203 №-li sərəncamının ləğv edilməsi iş materialları ilə müəyyən edilmədiyindən mübahisəli torpaq sahəsinin "xxxx" MMC-nin və ya başqa şəxsin istifadəsinə verilməsini istisna edilir.
23. MPM-ni n 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
24. Apellyasiya instansiyası məhkəməsi, Ali Məhkəmənin 10.03.2020-ci il tarixli 2- l(102)-668/2020 saylı qərarında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 77 ünvanda yerləşən 0.0208 ha torpaq sahəsi üzərində iddiaçının qanuni istifadə hüququnun mövcudluğu müəyyən edilməsinə baxmayaraq, əks nəticəyə gəlmiş və bununla da MPMnin 82.3-cü maddəsinin tələbini pozmuşdur.
25. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.4-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə əsas ən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
26. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin 11.06.2021-ci il tarixli, 2-1(103)-100/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakç ılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiy mətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət hədd ində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə ve rilir. Maddə 94.2 Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələ bləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda artıq göstərildiyi kimi, Ali Məhkəmə hazırkı inzibati mübahisəni birinci dəfə həll edib, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə işi apellyasiya məhkəməsinin baxışına təkrar göndərdiyi zaman bir sıra məcburi göstərişlər vermiş, lakin apellyasiya məhkəməsi işə təkrar baxarkən həmin məcburi xarakter daşıyan göstərişləri icra etməmiş, yəni kassasiya məhkəməsinin hüquqi mövqeyini nəzərə almamışdır.
31. Belə ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlayarkən qərarında öz hüquqi mövqeyini belə əsaslandırmışdır ki, “İş materiallarından müəyyən edilir ki, İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 8 ünvanında yerləşən yaşayış evinə və torpaq sahəsinə vahid əmlak kimi dövlət reyestrindən çıxarış verilməsini xahiş etmiş, lakin inzibati orqan ərizəyə cavab olaraq 25 iyun 2019-cu il tarixli, **********05 saylı məktubla bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən sözügedən ərizəyə digər hüquqi şəxsin adına keçmiş DTXK tərəfindən kadastr plan verilmişdir.” 32. “Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı istifadəsində olan 0.0208 ha torpaq sahəsi, Bakı şəhər İc ra Hakimiyyəti Başçısının 22.10.2007-ci il tarixli, 490 saylı sərəncamı və 06.03.2008-ci il tarixli, 0826 saylı icarə müqaviləsi əsasında "xxxx" MMC-nin adına verilmiş 0.18 ha torpaq sahəsi daxilində yerləşməsi iş materialları ilə müəyyən edilir.” 33. “Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27.07.2005-ci il tarixli, 203 nömrəli Sərəncamı ilə Nərimanov rayonu, Təbriz küçəsi, 858 məhəllədə ofis-yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,38 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti də icarə əsasında verilmiş 0,18 hektar torpaq sahəsinə 22 oktyabr 2007-ci il tarixli, 400 saylı sərəncam vermiş, lakin "xxxx" MMC ona ayrılmış 0.18 hektar torpaq sahəsind ən istifadə etmədiyindən, tikinti quraşdırma işləri aparmadığından və gələcəkdə də aparılmasını nəzərdə tutmadığından ona xitam verilməsinə etiraz etmədiyini bildirmiş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.01.2012-ci il tarixli, 023 nömrəli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin 22.10.2007-ci il tarixli, 490 saylı sərəncamı ləğv edilmişdir.”
34. Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyətinin 22.10.2007-ci il tarixli, 490 saylı sərəncamı ləğv edilsə də, Nərimanov rayonu, Təbriz küçəsi, 858 məhəllədə ofisyaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,38 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27.07.2005-ci il tarixli, 203 nömrəli Sərəncamının ləğv edilməsi iş materialları ilə müəyyən edilmədi yindən mübahisəli torpaq sahəsinin "xxxx" MMC-nin və ya başqa şəxsin istifadəsinə verilməsi istisna edilir.” 35. “Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində hüquqların ilkin qeydiyyatının iddiaçıya məxsus olması iş materialları ilə təsdiqini tapmadığından, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olan hüquqmüəyyənedici sənədləri iş materiallarında mövcud olmadığından hazırkı iddia tələbi əsassızdır.”
36. Apellyasiya məhkəməsinin öz qərarının əsaslandırılması ilə bağlı qeyd edilməlidir ki, Ali Məhkəmə Təbriz küçəsi, 77 saylı ünvanın həmin küçədə yerləşən 858 saylı məhəlləyə aid olub-olmamasının araşdırılması barədə konkret göstəriş vermişdir, lakin apellyasiya məhkəməsinin qərarında sözüge dən məsələ aydınlaşdırılmamış, üstüörtülü cümlələrlə pərdələnmişdir.
37. Ali Məhkəmənin digər göstərişi "xxxx" MMC-nin mübahisə üzrə konkret mövqeyini bildirməsi ilə olmuşdur ki, apellyasiya məhkəməsi məhkəmə iclasında həm "xxxx" MMC və həm də başqa üçüncü şəxs "xxxx" MMC mübahisəli ərazidə heç bir tikinti işlərinin aparılmadığını bildirmişlər.
38. Yeri gəlmişkən, həmin fakt apellyasiya məhkəməsinin özü tərəfindən də qərarının yuxarıda göstərilmiş əsaslandırma hissəsində də öz əksini tapmışdır.
39. Eyni zamanda apellyasiya məhkəməsinin özü tərəfindən müəyyən edilmişdir ki, 199 nömrəli, 27.05.1963-cü il tarixli Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışın surətindən göründüyü kimi ünvan 9 ünvanında yerləşən mülkün 1/3-nin iddiaçının anası X1 məxsus olması qeyd e dilmişdir.
40. Bundan başqa Ali Məhkəmə konkret olaraq belə nəticəyə gəlmişdir ki, 12.03.2015-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışla Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 77 ünvanda yerləşən 0,0208 ha torpaq sahəsi üzərində iddiaçının qanuni hüququnun mövcudluğu müəyyən edilir.
41. Lakin apellyasiya məhkəməsi Ali Məhkəmənin sözügedən hüquqi mövqeyini də nəzərə almamışdır.
42. Bu baxımdan cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubundan da (iş səh.4) “sözügedən əraziyə digər hüquqi şəxsin adına keçmiş DTXK tərəfindən kadastr” kimi cavabı ümumiyyətlə Ali Məhkəmənin yuxarıda göstərilmiş hüquqi mövqeyinə zidd olmaqla yanaşı, həmin məsələ ümumiyyətlə tam və hərtərəfli araşdırılmamışdır.
43. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən iddiaçıya sözügedən fərdi yaşayış evinə ******* saylı,12.03.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın nəyə əsasən verilməsi barədə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə sorğu göndərilməli və araşdırılmalıdır, belə ki, ən azından ümumi sahəsi 139,7 kv.m. olan və iddiaçının xüsusi mülkiyyətindəki evin altında yerləşən torpaq sahəsi də iddiaçının mülkiyyətində olmaqla, başqa şəxslərə verilə bilməz.
44. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin 11.06.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.06.2021-ci il tarixli, 2-1(103)-100/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.