Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2398/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamentinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması, iddianın mümkünlük şərti, borcun Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada ödənilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamentinin vəkili X2 iştirakı ilə, İddia çı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamentinin (bundan sonra iddiaçı) cavabdeh “xxxx” MMC-yə (bundan sonra cavabdeh) qarşı məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-838/2019 saylı, 16 may 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayəti ilə bağlı işə Ali Məhkəmənin binasında 14 avqust 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X6 İdarəsi cav abdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən 13.271,83 manat məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehdən 1 iyul 2017-ci il tarixə 13.271,83 manat məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun iddiaçının xeyrinə tutulması qərara alınmış, iddia qalan hissədə təmin olunmamışdır. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 4 aprel 2019-cu il tarixli qərardadı i lə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X6 İdarəsi Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamenti ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 16 may 2019-cu il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Sosial sığorta haqqında” Qanunun 18-ci ma ddəsinin ikinci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Bu səlahiyyət Vergilər Nazirliyinə verilmişdir. Göründüyü kimi, hesablanmış vergilər üzrə borcların, faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması məhkəmə qaydasında iddiaçı tərəfindən tələb edilə bilər. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün he sab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Məhkəmə kollegiyası şikayətlə bağlı aşağıdakıları qeyd edir. “Sosial sığorta haqqında” Qanunun 18-ci maddəsinin 1 yanvar 2019-cu ildən qüvvədə olan redaksiyasına əsas ən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 1 yanvar 2019-cu ildən məcburi dövlət sosial sığortası sahəsində idarəetmə üzrə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Vergilər Nazirliyi tərəfindən həyata keçirilməyə başlanmışdır. Bundan başqa, bəhs edilən normaya əsasən ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödəniməsi üçün DSMF-nin yerli qurumlarının iddia qaldırmaq hüququ olmasına dair müddəa “Sosial sığorta haqqında” Qanundan çıxarılmışdır. Həmin Qanunun 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. “İnzibati icraat haqqında” 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqa nların qərarları icra sənədi hesab olunur. Göründüyü kimi, vergi orqanlarının icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi sayılan qərar qəbul edib təqdim etmək səlahiyyəti vardır və məhkəmə qərarı olmadan icra sənədi əsasında pul tələblərinin ödənilməsini təmin edə bilər. Bəhs edilənlərə əsasən, 1 yanvar 2019-cu ildən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirildiyindən və bu barədə nəzarət vergi orqanları tərəfindən həyata keçirildiyindən, mübahisə edilən məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada vergi orqanı tərəfindən həyata keçirilməlidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarına əsasən hesab edir ki, iddiaçı tərəfi ndən qanunvericiliyin yuxarıda bəhs edilən noramalarına əməl etmədiyindən iddia mümkün sayıla bilməz. Odur ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya bşikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 96.9, 96.10 və 98.1-cü maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-838/2019 saylı 16 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar
Məhkəmə qərarları › İş №2-1(102)-2398/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2398/2019
14.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver