Məhkəmə qərarları › İş №2-1(102)-2398/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2398/2020

23.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2398/2020 23.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər Zakir Quliyev – sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı 01.01.2006-cı il tarixdən 31.07.2012-ci il tarixədək Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qəbələ rayonu ərazisində yerləşmiş N nömrəli hərbi hissəsində işlədiyi, habelə N72-ci il tarixdə daxil olduğu və N78-ci il tarixdə bitirdiyi X1 Texnikumunda təhsil aldığı illərin sosial sığorta stajına daxi l edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyaının 09 oktyabr 2020-ci il tarixli, 2-1(107)-347/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinin mümkünlüyü məsələsinə 23 dekabr 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı 01.01.2006-cı il tarixdən 31.07.2012-ci il tarixədək Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qəbələ rayonu ərazisində yerləşmiş N nömrəli hərbi hissəsində işlədiyi, habelə N72-ci il tarixdə daxil olduğu və N78-ci il tarixdə bitirdiyi X1 Texnikumunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzə rinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdirlər.

2. Birinci instansiya məhkəməsinin 16.06.2020-ci il tarixli, 2-1(116)-53/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ şəhər şöbəsinin üzərinə İddiaçı 01.09.N72-ci il tarixindən 13.05.N73-cü il tarixədək, həmçinin 26.05.N75-ci il tarixdən 06.03.N78-ci il tarixədək X1 Texnikumunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

3. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək bi rinci instansiya məhkəməsinin 16.06.2020-ci il tarixli qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdirlər.

4. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 09.10.2020-ci il tarixli, 2-1(107)-347/2020 nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və İmanverdi Şükürov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 16.06.2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

5. Apelyasiya instansiyası məhkəməsinin 09.10.2020-ci il tarixli, 2-1(107)347/2020 nömrəli qərarından iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolle giyasına kasasiya şikayəti verilmişdir.

6. İddiaçının kasasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və şikayətə vəkilin orderi əlavə edilməmişdir.

7. Bununla bağlı Ali Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq yardım edilmiş və göstərilən nöqsanları 23 dekabr 2020-ci il tarixə qədər aradan qaldırmaq təklif edilmişdir. Lakin iddiaçı tərəfindən bu məsələ həll edilməmişdir.

8. Buna görə də iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

10. Həmin M əcəllənin 1.2-ci maddəsinə örə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə görə kasasiya və əlavə kasasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.

12. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

13. Həmin Məcəllənin 96.3-cü maddəsinə görə kasasiya mümkün sayılmadıq da Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçının kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Şəki Apelyasiya Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar