Məhkəmə qərarları › İş №2-1(102)-2398/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2398/2022

29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2398/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair icarə hüquqlarının qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1950, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələ ləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçünü şəxs Yasamal rayon Yasamal Bələdiyyəsi) qarşı “torpaq sahəsinə dair icarə hüquqlarının qeydə alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1952/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər Yasamal rayon Bələdiyyəsi sədrinin 29/2 nömrəli 04 aprel 2007-ci il tarixli sərəncamı ilə Xiyabani küçəsi 12 saylı binanın yaxınlığında 345 kv. metr torpaq sahəsi İddiaçı icarəyə verilmiş, həmin sərəncama əsasən tərəflər arasında 8/16 saylı 04 aprel 2007-ci il tarixli icarə müqav iləsi bağlanmışdır.

2. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək Xiyabani küçəsi 12 saylı binanın yaxınlığında 345 kv. metr torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınmasını və həmin hüquqlarını təsdiq edən çıxarışın verilməsini xahiş etmişdir.

3. İddiaçı eyni tələblə iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək cavabdeh orqan tərəfindən iddiaçının müraciəti ilə əlaqədar hər hansı cavab məktubu təqdim olunmamış, lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra onun müraciətinə cavabdeh orqan tərəfindən 19 mart 2021-ci il tarixli **********32 nömrəli imtina məktubu təqdim olunmuş və imtina onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bununla yanaşı göstərilən torpaq sahəsi ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşmiş və bir hissəsi ümumi istifadədə olan yoldur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməklə, Yasamal Bələdiyyəsinin sərəncamı və müvafiq torpaq icarəsi müqaviləsi əsasında İddiaçı icarə hüququ ilə məxsus Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsi, 12 saylı binanın yaxınlığında yerləşən 345 kv. metr torpaq sahəsinə dair icarə hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul ed ilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yasamal Bələdiyyəsi sədrinin 04 aprel 2007-ci il tarixli 29/2 saylı sərəncamına əsasən, 04 aprel 2007-ci il tarixində Yasamal Bələdiyyəsi ilə İddiaçı arasında müvafiq qaydada torpaq icarəsi müqaviləsi imzalanaraq yuxarıda göstərilən ünvanda yerləşən 345 kv. metr torpaq sahəsi onun istifadəsinə və sahibliyinə verilmişdir. Həmin vaxtdan hazırkı vaxtadək qeyd edilən torpaq sahəsi onun faktiki istifadə və sahibliyindədir və heç bir dövlət, bələdiyyə və ya özəl təşkilat və qurumlar, eyni zamanda digər vətəndaşlar tərəfindən mübahisələndirilməmişdir və mübahisələndirilmir. Qeyd edilən torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması üçün 18 yanvar 2021-ci il tarixində cavabdeh orqana müraciət etmiş və onun ərizəsi ********** saylı nömrə ilə qeydiyyata alınmışdır. Ərizənin son icra tarixi kimi 03 mart 2021-ci il tarixi qeyd edildiyi halda bu günə qədər, yəni 10 mart 2021-ci il tarixinə, nəinki bir cavab hasil edilməmiş, heç torpaq sahəsinə mühəndis tərəfindən baxış belə keçirilməmişdir. Hazırda qanunvericiliyin tələblərinə uyğun 15 gün, xüsusi araşdırma tələb edildikdə 30 gün müddət müəyyən edildiyi halda, 51 gün ötməsinə baxmayaraq ərizəyə rəsmi cavab verilməmişdir. Qanunvericiliyin və icarə müqaviləsinin tələblərinə iddiaçı tərəfindən tam riayət edilməklə torpaq sahəsindən istifadəyə görə müəyyən edilmiş rüsumları və digər öhdəliklər vaxtında icra edilir.

6. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin əraziyə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə edilməmişdir. Bununla yanaşı, göstərilən torpaq sahəsi ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşmiş və bir hissəsi ümumi istifadədə olan yoldur. Bu barədə vətəndaşa **********32 qeydiyyat nömrəli 19 mart 2021-ci il tarixli məktub ünvanlanmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan Azərbaycan Respublikası torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4947/2021 nömrəli, 18 may 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli 10/2498 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhər Yasamal rayon Bələdiyyəsi sədrinin 29/2 saylı 04 aprel 2007-ci i l tarixli sərəncamına və Bakı şəhər Yasamal rayon Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 8/16 nömrəli 04 aprel 2007-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən sonuncunun icarəsinə verilmiş Xiyabani küçəsi 12 saylı binanın yaxınlığında yerləşən 345 kv. metr torpaq sahəsinin Bakı şəhəri Yasamal rayonu Yasamal Bələdiyyəsinin mülkiyyətində olan ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur. İddiaçı tərəfindən təqdim olunan Bakı şəhər Yasamal rayon Bələdiyyəsi sədrinin 29/2 saylı 04 aprel 2007-ci il tarixli sərəncamına və Bakı şəhər Yasamal rayon Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 8/16 nömrəli xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən sonuncunun icarəsinə verilmiş Xiyabani küçəsi 12 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsinin faktiki ölçülər i eni 10 metr, uzunluğu 34,5 metr olmaqla, sahəsi 345 kv. metr təşkil edir. Təqdim olunan torpaq sahəsinin yerləşdiyi ərazidə hər hansı bir yaşıllıq sahəsi müəyyən edilməmiş və ümumi istifadə olunan nəqliyyat və piyada yolundan kənarda yerləşir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4947/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli qərardadı ilə Yasamal rayon Yasamal Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-727/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilərək Bakı şəhər Yasamal rayon Yasamal Bələdiyyəsinin 29/2 nömrəli 04 aprel 2007-ci il tarixli sərəncamı və 8/16 nömrəli 04 aprel 2007-ci il tarixli torpaq icarəsi müqaviləsi əsasında İddiaçı istifadəsinə verilmiş Bakı şəh əri, Yasamal rayonu, Xiyabani küçəsi,12 saylı binanın yaxınlığında yerləşən 345 kv. metr torpaq sahəsinə dair iddiaçının icarə (istifadə) hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

12. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarından və cavabdeh inzibati orqan tərəfindən məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş məktublardan müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən iddia olunan bağ sahəsi həm hüquqi, həm də faktiki cəhətdən mövcud olmaqla iddiaçının istifadəsindədir.

13. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1952/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-727/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-ci maddəsində icarə hüququ hüququn məhdudlaşdırılması, yəni qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalar kim i nəzərdə tutulmuşdur. Həmin Qanununun 19.3-ci maddəsinə əsasən daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. Elektron kadastr məlumatlarında isə ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmadığından icarə hüququnun qeydiyyatı mümkün olmamışdır.

18. Bununla yanaşı, göstərilən torpaq sahəsi ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir və bir hissəsi ümumi istifadədə olan yoldur. Həmçinin iddiaçı tərəfindən torpaq sahəsinin icarəyə verilməsi barədə bələdiyyə qərarı ərizəyə əlavə edilməmişdir. Təqdim edilmiş cizgidə perimetrik ölçülər, istinad və məsafələr göstərilməmişdir. Naturada göstərilən torpaq sahəsi doqquzmərtəbəli yaşayış binasından 13 metr məsafədə yerləşir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Bələdiyyə Respublikasının Qanunu torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Maddə

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları... 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiy yatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda....

22. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşi n hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkə mə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayə t əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və möt əbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud olmamışdır.

31. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarından və cavabdeh inzibati orqan tərəfindən məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş məktublardan da müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən iddia olunan bağ sahəsi həm hüquqi, həm də faktiki cəhətdən mövcud olmaqla iddiaçının is tifadəsindədir.

32. Xüsusi olaraq qeyd edilməlidir ki, iş üzrə təyin olunmuş məhkəmə tikintitexniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli 10/2498 saylı ekspert rəyinə əsasən iddiaçının icarəsinə verilmiş Xiyabani küçəsi 12 saylı binanın yaxınlığında yerləşən 345 kv. metr torpaq sahəsinin Bakı şəhəri Yasamal rayonu Yasamal Bələdiyyəsinin mülkiyyətində olan ərazinin hüdudları daxilində yerləşdiyi, sözügedən torpaq sahəsinin eni 10 metr, uzunluğu 34,5 metr olmaqla, sahəsinin 345 kv. metr təşkil etdiyi, təqdim olunan torpaq sahəsinin yerləşdiyi ərazidə hər hansı bir yaşıllıq sahəsinin olmadığı və ümumi istifadə olunan nəqliyyat və piyada yolundan kənarda yerləşdiyi müəyyən edilmişdir.

33. Həmçin in məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyildir. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.

34. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmama sı yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. 35. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən eti barlı sayılır. 36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.

37. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq norma larının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1952/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar