Məhkəmə qərarları › İş №2-1(102)-24/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-24/2020

05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-24/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ( müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina, iddiaçının atəşkəsdən sonra yaralanması ) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1342/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, 1977-ci il təvəllüdlü İddiaçı (bundan sonra mətndə iddiaçı) 06.N5-ci ildən 10.N5-ci ilədək N saylı hərbi hissənin tərkibində, 10.N5-ci ildən 05.N8-ci ilə kimi N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, xx.xx.N5-ci il tarixdə N saylı hərbi hissənin tərkibində yar alanmışdır. (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin xx.xx.2018-ci il tarixli, 42 nömrəli arayışı) Suraxanı RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N5ci il tarixli 153 nömrəli əmrilə şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilərək kursant hərbi rütbəsi verilmiş və xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərildiyi üçün bütün növ təminatlardan azad edilmişdir. Xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş sıravi İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli 281 nömrəli əmrilə şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmiş, Müdafiə nazirinin xx.xx.N8-ci il tarixli əmrinə əsasən hərbi xidmət müddəti başa çatdığ ına görə həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. (Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinin sorğusuna verdiyi xx.xx.2016-cı il tarixli 9/2-2219 saylı cavab məktubu) N saylı hərbi hissənin tibb hissəsinin rəisi tərəfindən təsdiq edilmiş, «Epikrizdən çıxarış»da qeyd olunmuşdur ki, N saylı hərbi hissənin sıravi əsgəri İddiaçı N saylı hərbi hissənin travmatologiya şöbəsində xx.xx.N5-ci il tarixdən xx.xx.N6-cı il tarixədək sol budun aşağı üçdə birinin dəlib keçən güllə yaraları diaqnozu ilə müalicə alıb. Travmanı xx.xx.N5ci il tarixdə öz hərbi hissəsində qarovulda durarkən yoldaşının əlində açılmış silahdan yaralanma almışdır. İlk yardım və müalic ə hərbi hissənin tibb məntəqəsində göstərilib və sonra N N-li hərbi hissəyə gətirilib və müalicədən sonra hərbi hissəyə yazılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasınin xxxx saylı xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı xəsarəti «hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» kimi şəhadətləndirilmişdir. Sözügedən qərarda qeyd olunmuşdur ki, Bakı şəhəri Suraxanı RHK tərəfindən N5-ci ildə hərbi xidmətə çağırılmış İddiaçı hərbi xidmət keçərkən əsgər yoldaşının əlindəki silahdan açılmış atəş nəticəsində xx.xx.N5-ci il tarixdə aldığı və 28.12,N5-ci il tarixdən xx.xx.N6-cı il tarixədək N nömrəli hərbi hissədə müalicə almışdır. İddiaçı barəsində Gəncə hərbi prokurorluğunda araşdırma materialı yoxdur və cin ayət işi istintaq edilməmişdir və onun hansı müddətdə hərbi xidmətdə olmağı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxiv İdarəsi tərəfindən təsdiq edilməli və hərbi hissəni tərk edən zaman həmin hərbi hissənin hansı ərazidə dislokasiya olması müəyyən edilməlidir. Qeyd edilən sənədlər əldə edildikdən sonra, İddiaçı hərbi hissənin yerləşdiyi ərazi aidiyyəti üzrə müvafiq hərbi prokurorluğa müraciət edə bilər. (Gəncə Hərbi Prokurorluğunun xx.xx.2018-ci il tarixli, HP15/707 saylı məktubu) İddiaçının ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmaması, onun barəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında cinayət işi istintaq olunmaması və material araşdırılmaması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən H-11800 nömrəli, xx.xx.2017-ci il tarixli arayışda və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2017-ci il tarixli, xxxx saylı məktubda qeyd edilmişdir. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, cavabdeh xx.xx.2018-ci tarixli, xxxx nömrəli məktubla bildirmişdir ki, iddiaçıya “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2018-ci il və təkrar xx.xx.2018-cı il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Təqdim olunmuş sənədlərdə uyğunsuzluq old uğundan və yaralanma, döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olmadığından (əsgər yoldaşının şəxsi səhlənkarlığına görə) iddiaçıya “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu cavabla razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, N5-ci ildən hərbi xidmətə çağırılmış, xx xxxxxx N5-ci il tarixdə N saylı hərbi hissənin tərkibində Murov dağında səngərdə düşmənlə üz-üzə dayanan zaman düşmən tərəfindən atəşkəsin pozulması zamanı qarşı tərəfin açdığı atəş nəticəsində dəlib-keçən güllə yarası almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasınin 642 saylı xx. xx.2016-cı il tarixli qərarı ilə onun xəsarəti “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi şəhadətləndirilmişdir. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasınin Müdafiə Nazirliyinə müraciət etmiş, cavabdehin xx.xx.2018-ci il tarixli, 1/H-784 saylı cavab məktubu ilə xahişi təmin edilməmiş, imtinaya əsas kimi təqdim olunmuş sənədlərdə uyğunsuzluq olduğu, yaralanmanın döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olmadığı (əsgər yoldaşının şəxsi səhlənkarlığına görə) göstərilmişdir. Cavabdeh iddiaya qarşı etiraz edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri əsassız və qanunsuzdur. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, xx xxxxxx N5-ci il tarixdə h ərbi xidmətə çağırılıb və xx.xx.N5-ci il tarixdə N nömrəli hərbi hissənin tərkibində qarşı tərəfin açdığı atəş nəticəsində yaralanıb. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının x xxxxx 2006-cı il tarixli 90-111 QD nömrəli Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006-cı il tarixli 396 nömrəli Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün xx xxxxxxxx N5-ci il tarixli 216 nömrəli qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «1988-ci il fevralın 1-dən N1-ci il oktyabrın 9-dək erməni milliyyətçi dəstələrinə qarşı Ermənistanla həmsərh əd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteranı vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir...». Azərbaycan Respublikası Müdafiə nazirinin x xxxxxx N8-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş ««Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndinə əsasən, 1988-ci il fevralın 1-dən N1-ci il oktyabrın 9-dək erməni quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında iştirak edən şəxslərə...- N1-ci il oktyabrın 9- dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmi ş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İddiaçı hərbi xidmətə N5-ci ildə çağırılıb (atəşkəsdən sonra). Hansı ki, N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparılması qanunda qeyd edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N5-ci il tarixli 216 nömrəli Qərarına xx xxxxxx 2016-cı ildə 438 nömrəli qərarla edilmiş dəyişiklikdə qeyd edilib ki, N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müvafiq komissiyaların rəyləri əsasında veteran adı verilir. Əlavə olaraq sənədlərə baxış keçirilərkən məlum olur ki, iddiaçının aldığı yaralanma xidmət yoldaşı tərəfindən törədilmişdir. İddiaçı isə öz ərizəsində bildirib ki, Murov dağında düşmənlə səngərdə üz-üzə dayanan zaman, yəni döyüş bölgəsində olan zaman düşmən tərəfindən atəşkəsin pozulması zamanı qarşı tərəfin açdığı atəş nəticəsində dəlib-keçən güllə yarası almışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 642 nömrəli xx.xx.2016-cı il tarixli qərarında bu haqda qeyd var. İddiaçı xidmətinin atəşkəsdən qabaq olmasını və ya yaralanmasının qarşı (düşmən) tərəfindən yetirilməsini təsdiq edən başqa sübutunu məhkəməyə təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-80/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: X.X.İmanov) iddia təmin edilmiş, iddiaçıya «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmi şdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, cavabdeh inzibati orqan olan Müdafiə Nazirliyi iddiaçıya onun tərəfindən müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğuna, yəni onun hərbçi kimi döyüş əməliyyatlarında iştirak etməməsini sübut edə bilməmişdir. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1342/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-80/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apelyasiya instansiyas ı məhkəməsi hesab etmişdir ki, iddiaçının hərbi xidmətə N5-ci ildə (atəşkəsdən sonra) çağırıldığından, iddiaçının xx.xx.N5-ci il tarixdə yaralanması iddia ərizəsində göstərildiyi kimi qarşı (düşmən) tərəfin açdığı atəş nəticəsində yox, qarovulda duran öz əsgər yoldaşının əlindəki silahdan açılmış atəş nəticəsində baş verdiyindən və iddiaçı xidmətinin atəşkəsdən qabaq olması və ya yaralanmasının bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia təmin oluna bilməz. İddiaçı apelyasiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçının kassasiya şikayətində bildirilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən iş materiallarına düzgün hüquqi qiymət verməmişdir. Onun barəsində olan epikrizdə qeyd edilmişdir ki, travmanı xx.xx.N5-ci il tarixdə öz hərbi hissəsində qaravulda durarkən yoldaşının əlində açılmış silahdan yaralanma nəticəsində almışdır. Lakin bunu təsdiq edəcək heç bir dəlil olmamış, onun yazılı izahatı alınmamışdır. Odur ki, bu halın epikrizə hansı səbəbdən qeyd edilməsi naməlumdur. Mərkəzi HHK-nın qərarında da epikrizə istinad edilərək onun xəsarətinin əsgər yoldaşının əlindəki silahdan açılmış atəş nəticəsində alındığı göstərilmişdir. Xəsarətin əsgər yoldaşının əlin dəki silahdan açılmış atəş nəticəsində alsaydı, bu barədə hərbi prokurorluqda istintaq aparılmalı idi. Lakin belə qərar olmadığından onun xəsarət almasının əsgər yoldaşının əlindəki silahdan açılmış atəş nəticəsində baş verməsi barədə qeydlər mötəbər sayıla bilməz. Ona görə də məhkəmə tərəfindən bu məlumatlar sübut kimi qəbul edilə bilməzdi. İş materiallarında bu halı inkar edən sübutlar mövcuddur, lakin apelyasiya məhkəməsi bu sübutlara heç bir hüquqi qiymət verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən hakim Xalıq İmanova ünvanlanan xx.xx.2018-ci il tarixli HP-xx/xx-xxx saylı məktubda bildirilmişdir ki, onun xx.xx.N5-ci il tarixdə hərbi xidmət zamanı əsgər yoldaşının əlindəki silahdan açılmış atəş nəticəsində yaralanması faktı üzrə hərbi pr okurorluq orqanlarında cinayət işi istintaq edilməmişdir. Kassator bildirir ki, onun ödənilməmiş və ya götürülməmiş məhkumluğunun olmaması, onun barəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında cinayət işinin istintaq olunmaması və material araşdırılmaması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən H-xxx nömrəli, xx.xx.2017ci il tarixli arayışda və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2017-ci il tarixli, xxxxx saylı məktubda qeyd edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, xx xxxxxx N5-ci il tarixdə N say hərbi hissənin tərkibində döyüş zonasında - Murov dağında səngərdə düşmənlə üz-üzə dayanan zaman düşmən tərəfindən atəşkəsin pozulması zamanı qarşı tərəfin açdığ ı atəş nəticəsində dəlib-keçən güllə yarası aldığından ona müharibə veteranı adı verilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1342/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxx 2016-cı il tarixli 642 saylı Qərarında göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı RHK tərəfindən N5-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət keçərkən əsgər yoldaşın ın əlindəki silahdan açılmış atəş nəticəsində xx.xx.N5-ci ildə aldığı və xx.xx.N5-ci ildən xx.xx.N6-cı ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: «Sol budun aşağı 1/3-də dəlib-keçən, irinləmiş güllə yarası» (Azərbaycan Respublikası SHXÇDX-nin Suraxanı rayon İdarəsinin xx.xx.2016-cı il tarixli 969 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli N nömrəli arayışı, N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N6-cı il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir), «hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır». Bundan başqa, işə apelyasiya instansiyasında baxılarkən məhkəmə tərəfindən Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyas ının İddiaçı xəstəliyinin səbəb əlaqəsinə dair xx xxxx 2016-cı il tarixli 642 saylı Qərarının verilməsi üçün əsas olmuş sənədlərin təqdim olunması cavabdehə həvalə olunmuş və bununla əlaqədar müvafiq sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərə əlavə edilmiş İddiaçı adına tərtib olunan 59/350 saylı «Xəstəlik tarixçəsi»ndə qeyd olunmuşdur ki, «..xəstənin şikayəti sol budun aşağı 1/3- də dəlib-keçən, irinləmiş güllə yarasındandır. Dediyinə görə, xx.xx.N5-ci il tarixdə hərbi hissədə qarovulda duran öz əsgər yoldaşının əlindəki silahdan açılmış atəş nəticəsində yaralanıb. 14 dekabr - xx xxxxxx N5-ci il tarixdən müalicə alıb və N №-li hərbi hissəyə göndərilib». İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində Murov dağında düşmənlə səngərdə üz-üzə dayanan zaman, yəni döyüş bölg əsində olan zaman düşmən tərəfindən atəşkəsin pozulması zamanı qarşı tərəfin açdığı atəş nəticəsində dəlib-keçən güllə yarası almasını bildirsə də, iş materialları ilə müəyyən olunur ki, onun yaralanması qarşı (düşmən) tərəfin açdığı atəş nəticəsində yox, qarovulda duran öz əsgər yoldaşının əlindəki silahdan açılmış atəş nəticəsində baş vermişdir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvaf iq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N5-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə, N1-ci ilin oktyabrın 9-dan N4-cü ilin mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N4-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyy ətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, dövlət sərhəd xidməti və hərbi hissələr, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin sözügedən bəndinin “qeyd” hissəsində göstərilmişdir ki, Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazildiyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət X idməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Beləliklə iddiaçının hərbi xidmətə N5-ci ildə (atəşkəsdən sonra) çağırılması işin mübahisəsiz halıdır. İşin mübahisə edilən halı ondan ibarətdir ki, iddiaçı xx.xx.N5-ci il tarixdə qarşı (düşmən) tərəfin açdığı atəş nəticəsində yaralandığını, cavabdeh isə bu faktı inkar edərək onun qarovulda duran öz əsgər yoldaşının əlindəki silahdan açılmış atəş nəticəsində yaralandığını bildirmişdir. Cavabdeh iddiaçının xx.xx.N5-ci il tarixdə qarşı (düşmən) tərəfin açdığı atəş nəticəsində deyil, qarovulda duran öz əsgər yoldaşının əlindəki silahdan açılmış atəş nəticəsində yaralandığını sübut etmək üçün Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxx 2016-cı il tarixli 642 saylı Qərarına və xəstəlik tarixçəsinə istinad etmiş, iddiaçı isə məhkəməyə bu faktı təkzib edən, qarşı (düşmən) tərəfin açdığı atəş nəticəsində yaralandığını isə təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzi bati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1342/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar