Məhkəmə qərarları › İş №2-1(102)-24/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-24/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-24/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənfəət vergisi üzrə əlavə vergi məbləği hesablanmasının mübahisələndirilməsi, xərc sənədlərinin - malların alış aktlarının təsdiq edilmiş nümunəvi formaya uyğun olmadığı üçün sübut kimi qəbul olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qız ının katibliyi, iddiaçının vəkili İddiaçı2, cavabdehin nümayəndəsi X1 və vəkili Cavabdeh2 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-459/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən kameral vergi yoxlaması ilə 2018-ci ilin mənfəət vergisi üzrə iddiaçıya 41.423,51 əlavə vergi məbləği hesablanmış, yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haql arının hesablanması barədə” xx.xx.2019cu il tarixli, **********259200 saylı qərar qəbul edilmişdir.

2. İddiaçı həmin qərarın ləğv edilməsi üçün şikayət vermiş, cavabdehin xx.xx.2019cu il tarixli **********134500 saylı qərarı ilə iddiaçının kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğlərinin azaldılması barədə xx.xx.2019-cu il tarixli inzibati şikayəti təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 3 İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019cu il tarixli **********259200 saylı vergilərin hesablanması barədə qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2019-cu il tar ixli **********259200 saylı vergilərin hesablanması barədə qərarlarına əsasən, kameral olaraq iddiaçının şəxsi hesab vərəqəsinə 2018-ci il üzrə mənfəət vergisi hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral hesablanmış mənfəət vergisi əsassız olaraq hesablanmışdır. xx.xx.2019-cu il tarixli **********259200 saylı “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqqlarının hesablanması barədə” Qərara əsəsən, iddiaçıya 41.423,5 manat mənfəət vergisi hesablanmışdır. Hesablamaya əsas olaraq vergi orqanı, Bəyannamədə və ya Hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə X3 məlumatlarına əsasən, 207.117,54 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılmayan xərclər müəyyən edilməsi nəticəsində (xərc sənədlərin olmama sı) əlavə vergi hesablanması göstərilmişdir. Belə ki, 2014, 2015, 2016, 2017-ci illər üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsi fəaliyyət növü, gəlirin əldə edilməsi ilə bağı obyekt sayı dəyişməmişdir. 2018-ci ildən əvvəlki 3 il ərzində vergi orqanının tələbinə əsasən, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın tələblərinə əsasən 20% şərti rentabellik normasına əsasən hesablanmışdır. Son 4 il üzrə mənfəət vergisi bəyannamələri ərizəyə əlavə edilir. Mənfəət Vergisi üzrə dəqiqləşmiş vergi bəyannaməsi x xxxxx 2019-cu il tarixində təqdim olunmuşdur. Halbuki, Mənfəət Vergi bəyannaməsi son 4 ildə vergi orqanına müvafiq qaydada təqdim edilmiş, qəbul edilmiş və təsdiq edilmişdir. 2018-ci il mənfəət vergisi üzrə hesabatda Gəlir -318.062,63 manat, Gəlirdən çıxılan xərclər 265.052,19 manat, vergiyə cəlb edilən mənfəət 53.010,44 manat olmaqla, 10.602,09 manat mənfəət vergisi dövlət büdcəsinə hesablanmış və ödənilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli **********259200 saylı vergilərin hesablanması barədə qərarın ləğvi barədə Vergilər Nazirliyinə şikayət ünvanlamış, lakin bu günədək heç bir tədbir görülməmiş hər hansı qərar verilməmişdir. Şikayət icraata götürülmüş, lakin hələ baxılmamış, qərar çıxarılmamışdır.

5. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” x x.xx.2019-cu il tarixli **********259200 nömrəli qərara əsasən, 2018-ci il üçün mənfəət vergisi üzrə 41.423,51 manat əlavə vergi məbləği hesablanması Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Ona görə də iddiaçının formal mülahizələri əsasında vergi orqanı tərəfindən hesablanmış vergilər əsassız hesab edilə bilməz. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2815/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia təmin edilmiş, cavabdehin iddiaçıya əlavə vergi məbləği hesablanması barədə xx.xx.2019-cu il tarixli **********259200 saylı qərarı ləğv edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən vergi qanunvericiliyinin tələbləri pozularaq iddiaçıya əsassız olaraq vergi borcu hesablanmışdır.

8. Cavabdeh apelyasiya şi kayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-459/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2815/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

10. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ciddi hesabat blanklarının forma və rekvizitlərinə cavab verməyən malların alış aktları əsas götürülməklə iddianın təmin edilməsi əsassız ol muşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir; ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə zəruri rekvizitləri əks etdirməlidir və ciddi hesabat blanklarının onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədl əri ilə əvəz edilməsinə yol verilmir.

11. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin və ona əlavənin dəlilləri

12. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, “iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş malların alış aktlarının surəti xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında, yəni qərar elan olunan gün cavabdehə təqdim edilmişdir. Həmin sübutların araşdırılm ası və yazılı münasibət bildirilməsi üçün əlavə vaxt istənilməsinə baxmayaraq, məhkəmə tərəfindən cavabdehə əlavə vaxt verilməmişdir. Bununla da proses iştirakçısı kimi cavabdehin məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.”

13. Halbuki, qeyd olunan sənədlər (malların alış aktlarının surəti) dəfələrlə vergi orqanına göndərilmiş və vergi orqanının bu sənədlərdən məlumatı olmuşdur. Məhkəmədə isə həmin sənədlər sübut kimi işə əlavə olunması üçün təqdim olunmuşdur. Cavabdeh tərəfindən həmin sübutlar əvvəllər dəfələrlə araşdırılmışdır. Lakin cavabdeh tərəf iddiaçının dediklərinin əksini iddia etmişdir. Mübahisə də məhz buna görə olmuşdur. Eyni zamanda, cavabdehə əlavə vaxt verilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi də əsassızdır. Çünki məhkəmənin hazırlıq icraatı zamanı cav abdehə bir neçə dəfə şərait yaradılmış və cavabdeh bununla əlaqədar öz münasibətini bildirmişdir.

14. Daha sonra məhkəmə qərarında göstərilmişdir ki, “iddiaçı tərəfindən A-4 formalı kağızlarda tərtib edilmiş aktların sonradan tərtib edildiyinə və saxta olmasına əsaslı şübhələr yaranır. Lakin, məhkəmə qeyd olunan halları nəzərə almamış və işin nəticəsi üzrə əsassız qərar qəbul etmişdir”.

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliy inin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır.

16. Kassasiya şikayətinə əlavədə də apelyasiya instansiyası məhkəməsinin qərarının əsassız olduğu qeyd edilir və bildirilir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(103)-2839/2020 saylı qərarında göstərilmişdir ki, 2018-ci ilin mənfəət vergisi bəyannaməsində iddiaçı tərəfindən göstərilmiş və hesabat dövründə vergi ödəyicisi tərəfindən çə kilmiş xərclərin 207.117.54 manat məbləğində hissəsi yalnız alış aktları ilə təsdiqlənir. Alış aktları ciddi hesabat blanklarının forma və rekvizitlərinə cavab vermədiyi üçün apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən həmin xərclərin həqiqətən çəkilmədiyi qənaətinə gəlmişdir.

17. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blankalarının tərtibi və tətbiqi qaydalar”na istinad etmişdir. Həmin normativ akt, təşkilatlar və vergi ödəyiciləri tərəfindən təqdim edilmiş mallar, iş və xidmətlərlə bağlı hüquq münasibətlərini tənzimləyir. Alış-aktlarında göstərilm iş şəxslərin vergi ödəyicisi olmasına dair hər hansı hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə etiraz edərək şikayətin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

19. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və ape lyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... Maddə 37.1 Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3 Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orq anı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 130.1 Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot me todundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qə rarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası m əhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2019-cu il tarixli **********259200 saylı vergilərin hesablanması barədə qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsassız hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin ciddi hesabat blanklarının forma və rekvizitlərinə cavab verməyən malların alış aktları götürülməklə iddianın təmin edilməsi əsassızdır.

28. Hazırda iddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********259200 sayl ı əlavə vergilərin hesablanması barədə qərarını mübahisələndirir.

29. Məhkəmə kollegiyası iş materiallarına əsaslanmaqla qeyd edir ki, uçot-baza məlumatlarına əsasən, iddiaçının xx.xx.1997-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi olduğu müəyyən edilmişdir.

30. İddiaçı tərəfindən 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xammal və materiallar, malın dəyəri, enerji xərcləri, qaz xərcləri, yanacaq xərcləri, su və kanalizasiya xərcləri, rabitə xərcləri, mühafizə xərcləri, reklam xərcləri, malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər, elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər və digər xərclər sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (251.560,48 manat), vergi ödəyicisi tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0,00 manat) (+) hesabat dövrü ərzində vergi ödəyicisinin ƏDV depozit hesabının göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) məbləği (44.442,94 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların məbləği (0,00 manat) (+) qeyri-rezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin (0,00 manat), cəmi məbləğləri (44442,94 manat) (-) cari il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0,00 manat) müqayisəsi nəticəsində baza məlumatlarına əsasən 207.117,54 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

31. İş materiallarından görünür ki, təqdim edilmiş bəyannamə məlumatlarında yaranmış uyğunsuzluq ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli nömrəli məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində uyğunsuzluğun səbəbi ilə bağlı təsdiqedici sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin mənfəət vergisi üzr ə 41.423,51 manat əlavə vergi məbləği hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********259200 nömrəli qərar qəbul edilmişdir.

32. İddiaçı tərəfindən 2018-ci il üçün mənfəət vergisi üzrə hesablanmış 41.423,51 manat əlavə vergi məbləğinin azaldılması barədə Vergilər Nazirliyinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) daxil olmuş xx.xx.2019-cu il tarixli **********729100 nömrəli inzibati şikayətinin araşdırılması zamanı nəzərə alınmış xərclərdən əlavə vergi ödəyicisi tərəfindən digər çəkilmiş xərclər barədə hər hansı təsdiqedici sənədlərin təqdim olunmadığı, vergi orqanı tərəfindən yoxlamaların aparılması zamanı Vergi Məcəlləsinin 37ci, 67-ci və 83-cü maddələrinə əsasən Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarının tətbiq edilməsinin vergi orqanının üzərinə qoyulduğu, inzibati araşdırma ilə hesablanmış verginin azaldılmasına əsas olan faktların və hüquqi halların müəyyən edilmədiyi, xərclərin tərkibinin əmək haqqı, sosial sığorta haqqları, kommunal xərclər, amortizasiya və gəlirdən çıxılan vergilərdən ibarət olduğunu nəzərə alaraq, vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmiş və verginin hesablanması barədə qərar qüvvədə saxlanılmışdır. Araşdırmanın nəticəsi üzrə “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2019-cu il tarixli **********134500 nömrəli qərar qəbul edilmişdir.

33. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Müəssisə və təşkilatl arın, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir; ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə zəruri rekvizitləri əks etdirməlidir və ciddi hesabat blanklarının onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz edilməsinə yol verilmir.

34. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2005-ci il tarixli 1-163 nömrəli əmri ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun tərtib olunmuş ciddi hesabat blanklarının Siyahısı”na əsasən alış aktları ciddi hesabat sənədi sayılmır.

35. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” xx.xx.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə malların alış aktlarının nümunəvi forması təsdiq edilmişdir.

36. Vergi ödəyicisi malları sahibkarlıq subyektlərindən aldıqda malların alışı qanunvericiliklə müəyyən edilmiş sənədlər (elektron qaimə-faktura və elektron vergi hesab-faktura) almaqla, vergi orqanı nda uçotda olmayan şəxslərdən aldıqda isə “Malların alış aktı” tərtib etməklə və belə malların anbara təhvil verilməsi isə forması Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların təhvil-qəbul aktı” (MAA- 1) ilə sənədləşdirilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir.

37. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi malların alış aktları Maliyyə Nazirliyinin qərarı ilə təsdiq edilmiş nümunəvi formaya uyğun deyil, aktlarda satıcıların rekvizitləri haqqında hər hansı məlumat yoxdur, həmin aktlar birtərəfli qaydada alıcı, yəni iddiaçı tərəfindən A-4 formalı kağızlarda tərtib edilmişdir. Eyni zamanda aktlarla alınmış malların ödəni şlərini təsdiq edən sübutlar iddiaçı tərəfindən nə inzibati şikayətin araşdırılması zamanı vergi orqanına, nə də ki, məhkəməyə təqdim olunmamışdır. Bütün bunlar da həmin aktların xərcləri təsdiq edən sənədlər kimi qəbul edilməsi üçün əsas vermir. Apelyasiya şikayətinə baxılan zaman məhkəmə də haqlı olaraq qeyd olunan halları nəzərə almış və iddia təmin edilməmişdir.

38. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Odur ki, kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İd diaçının verdiyi kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-459/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar