Məhkəmə qərarları › İş №2-1(102)-24/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-24/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-24/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: X5ı üçün ödənilmiş vəsaitin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08.02.2022 Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (hazırda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) qarşı “X5ı üçün köçürülmüş vəsaitin geri qaytarılmas ı” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 avqust tarixli, 2-1(103)-896/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək mobil cihazların İMEİ qeydiyyatı üçün köçürülmüş vəsaitin geri qaytarılmasını xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 17 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli, 212 nömrəli qərarı ilə təsdiq edilmiş “X5ının aparılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən MCQS Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazi rliyi tərəfindən qurulur, Nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Qaydaların 2.1-ci bəndinə əsasən MCQS-in göstərilən xidmətlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulduğundan İMEİlərin qeydiyyatı ilə əlaqədar göstərilən xidmət ödənişli əsaslarla həyata keçirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 13 mart tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X4 İMEİ qeydiyyatı üçün əsassız olaraq köçürülmüş 181.175,70 (bir yüz səksən bir min yüz yetmiş beş manat yetmiş qəpik) manat məbləğin geri q aytarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2016-cı il 12 avqust tarixdən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 oktyabr tarixli, 266s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair X7”nın 10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 212 saylı Qərarı ilə 2011-ci il 28 dekabr tarixdə “X5ının aparılması Qaydaları” təsdiq edilmişdir. Yuxarıda qeyd edilən Qaydalar Azərbaycan Respublikasına gətirilən X5a alınmasını tənzimləyir və bununla da, mobil cihazlar barədə məlumatların vahid bazada toplanmasına şərait yaradır. Qa ydaların 2.1-ci bəndində qeyd edilmişdir ki, MCQS (X5 sistemi) Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qurulur, nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Qaydalara 2018-ci ildə dəyişiklik edilərək aşağıdakı bənd əlavə edilmişdi: 4.4-1. Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən X5a alınmasına görə “Dövlət rüsumu haqqında” Qanuna uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təs diq edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Belə ki, normalardan göründüyü kimi, X5a alınması üçün dövlət rüsumunun alınması yalnız bu Qaydalara müvafiq əlavə və dəyişiklik edildikdən sonra həyata keçirilməyə başlanılmışdır. Ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektləri azaddırlar. Buna baxmayaraq, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X6 (MHM) tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən İMEİ qeydiyyatı üçün müvafiq xidmət haqqı alınmaqdadır. MHM yuxarıda qeyd edilən Nazirlər Kabinetinin Qərarının 2.1-ci bəndini rəhbər tutaraq bu xidmət haqqının alınmasını əsaslı hesab edir. Halbuki, həmin Qaydaların 2.1-ci bəndində MHM-in fəaliyyətinin maliyyələşdirilməsini təmin etmək üçün qanunvericilikdə göstərilən mənbələr mütləq şərt k imi qeyd olunmuşdur. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qurulmuş X5 Sistemi (bundan sonra-MCQS) xüsusi texniki-texnoloji infrastruktura malikdir. Həmin infrastruktura mürəkkəb proqram-avadanlıq kompleksi, telekommunikasiya kanalları, məlumat bazası və internet saytı daxildir. MCQS-in fəaliyyətinin təmin edilməsi və infrastrukturunun saxlanılması üçün müvafiq miqdarda xərc tələb edilir ki, bura infrastruktura daimi texniki xidmət və dəstəyin göstərilməsi, sistemin mürəkkəb xarakterinə uyğun olaraq yüksək ixtisaslı işçi heyətinin saxlanılması, proqram təminatının lisenziyalarının, infrastruktur elementlərinin vaxtaşırı yenilən məsi və s. xərcləri daxildir. Göstərilən xərclərin qarşılanması X5ı üçün alınan xidmət haqqı hesabına həyata keçirilir və qeydiyyat üçün xidmət haqqının alınması qanunsuz və əsassız deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli, 212 nömrəli qərarı ilə təsdiq edilmiş “X5ının aparılması Qaydası”nın 2.1.-ci bəndində göstərilmişdir ki, MCQS Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qurulur, nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Beləliklə də, mobil cihazın qeydiyyatı üçün xidmət haqqının qanunsuz olması, yəni müvafiq normativ hüquqi aktda nəzərdə tutulmaması barədə iddia əsassızdı r. Sonda iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 1 dekabr tarixli, 2-1(112)-4033/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Dövlət rüsumu haqqında” Qanunun 2.0.22-ci maddəsinə əsasən satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən X5a alınması üçün dövlət rüsumu ödənilir. Qanunun normasına əsasən Məhkəmə hesab etmişdir ki, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən g ömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazların istehlakında dövlət rüsumunun ödənilməsinin istisna hal təşkil etməsi həmin cihazların qeydiyyatı məqsədilə xidmət haqqının tutula bilməməsi kimi qiymətləndirilə bilməz. Dövlət rüsumunun tətbiq olunmamasına baxmayaraq satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə idxal edilən X5ı xidmət haqqı tətbiq edilməklə həyata keçirilə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçi tərəfindən məhkəməyə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X1 mobil cihazların İMEİ qeydiyyatının aparılması üçün ödənilmiş 181.175,70 (bir yüz səksən bir min yüz yetmiş beş manat yetmiş qəpik) manat pulun geri qaytarılması məqsədilə istinad etdiyi halların əsasını sübut edə bilməmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 avqust tarixli, 21(103)-896/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 1 dekabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı əsassız, qanuna zidd və qeyri obyektivdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Nazirlər X9 təsbit olunan və hamı üçün məcburi olan Qərar əsasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin tabeliyində olan X4 (bundan sonra-Mərkəz) daxili Əmr əsasında xidmət haqqı müəyyən etmək Azərbaycanın qanunvericilik sisteminə uyğundur. Cavabdehin 2018-ci il 12 avqust tarixli daxili əmrin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli Qaydalarının 2.1-ci bəndinə bir daha nəzər yetirilməlidir. Belə ki, Qaydaların 2.1-ci bəndinə MCQS Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologi yalar Nazirliyi tərəfindən qurulur, nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Bənd üç hissədən ibarət olmaqla üç imperativ qayda müəyyən edir. Belə ki, MCQS nazirlik tərəfindən qurulur, MCQS nazirliyin müəyyən etdiyi texniki şərtlərə görə fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Üçüncü hissədə qeyd olunmuşdur ki, göstərilən xidmətlər qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Belə ki, 2.1-ci bəndinin 3-cü hissəsi MCQS-nin maliyyələşməsinin qanunvericiliklə digər mənbələr hesabına olmasını müəyyən edir. Qeyd etmək lazımdır ki, 2.1-ci bəndində istifadə olunan ''digər mənbələr" bu fəaliyyətin təşkilini nazirliyin digər gəlirləri hesabına təşkil olunmasından xəbər verməkdədir. Lakin, Mərkəz maliyyələşməni birbaşa olaraq bu bəndə istinad edərək qanunvericilikdə müəyyən edilməyən və normativ akt hesab olunmayan daxili əmr ilə müəyyən etmişdir və maliyyələşməni qanunvericiliklə nəzərdə tutulmayan mənbə hesabına formalaşdırmışdır (halbuki müvafiq normativ akt hüquqi şəxsləri bu cür haqdan azad etmişdir). Qeyd edilən bənd Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bu xidmət üçün əlavə haqq almağa əsas vermir. Lakin, bu hal da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, Məhkəmə hesab etmişdir ki, nazirliklər "Dövlət Rüsumu haqqında" Qanun ilə müəyyən olunmadığı təqdirdə də hər hansı xidmətlər üçün daxili əmr ilə fiziki və hüquqi şəxslərdən xidmət haqqı tuta bilər. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Konstitusiyanın 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

13. Bununla yanaşı, hüquqi aktların hazırlanması İlə bağlı tələblər "Normativ hüquqi aktlar haqqında" X8 tənzimlənir. Konstitusiya Qanununun 1.0.4-cü maddəsinə əsasən hüquqi akt dedikdə, normativ hüquqi akt, normativ xarakterli akt və ya qeyrinormativ hüquqi akt başa düşülür. Konstitusiya Qan ununun 3.2-ci və 4.2-ci maddələrinə əsasən normativ xarakterli aktlar və qeyri-normativ hüquqi aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməli, habelə Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən Ədliyyə Nazirliyi tərəfindən aparılan Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməlidir. Odur ki, hər hansı qurum tərəfindən qəbul edilən aktın hüquqi əsası qanundan irəli gəldiyi halda və müvafiq reyestrə daxil edildiyi halda, o, müəyyən subyektlər dairəsi üçün məcburi xarakter daşıyan tələblər müəyyən edə bilər. Daxili Əmrlər isə ümumiyyətlə X8 müəyyən edilən aktların siyahısında nəzərdə tutulmadığından yalnız daxili məsələləri nizama salmaq üçün qəbul edilə və yalnız öz əməkdaşları üçün məcburi xarakter daşıya bilər. Belə ki, məhkəmə hər hansı norma ilə bağlı olan mübahisə olduğu halda, ilkin olaraq həmin normanı analiz etməli, inzibati orqanın səlahiyyətlərini müəyyən etməli, İnzibati orqan tərəfindən aparılan hərəkətin hüquqi əsasını müəyyən etməlidir.

14. Bundan əlavə olaraq, iddia rədd edilərkən həmin rəddin əsasını iddiaçıya aydın şəkildə göstərməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 6.2-ci bəndinə əsasən Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Həmin Qərarın 6.5-ci bəndinə əsasən Qətna mənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Lakin, mənə təqdim olunmuş qərarda şikayətin təmin edilməməsinin qanuni əsası göstərilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Həmçinin etirazda göstərilmişdir ki, X5ı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli, 212 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5ı nın aparılması Qaydası”na (bundan sonra - Qayda) əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən X5 Sistemi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qurulur, nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. İddiaçı MCQS-in maliyyələşməsi barədə mülahizəsində kobud səhvə yol verərək, MCQS-in maliyyələşməsi barədə Qaydanın 2.1-ci bəndində öz əksini tapan iki müddəa arasında “və” bağlayıcısını görməzdən gələrək, Qaydanın həmin bəndini kassasiya şikayətində “göstərilən xidmətlərin qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir” şəklində göstərərək səhv qeyd etmişdir. Lakin Qaydalar ın 2.1-ci bəndində göstərilir: “MCQS Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) tərəfindən qurulur, nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.” Göründüyü kimi, Qaydaların 2.1-ci bəndinə əsasən MCQS-in maliyyələşdirilməsi iki mənbədən həyata keçirilir. Göstərilən xidmətlərə görə müəyyən edilən xidmət haqqından və qanunvericilikdə nəzərdə tutulan digər mənbələrdən (Qanunvericilikdə nəzərdə tutulan digər mənbələr “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1 -3-ci maddəsində öz əksini tapmışdır). Qaydaların 2.1-ci bəndində MCQS-in göstərilən xidmətlər hesabına maliyyələşməsi ayrıca müddəa olaraq təsbit edilsə də, iddiaçı göstərilən xidmətlər hesabına maliyyələşməni nəzərdən qaçırmışdır. Qaydalar xidmətlərin nazirlik tərəfindən göstərilməsini nəzərə almaqla, MCQS-in göstərilən xidmətlər hesabına, yəni göstərilən xidmətlərə görə xidmət haqqı tətbiq etməklə maliyyələşdirilməsini nazirliyə həvalə edilmişdir. Bununla qeyd etmək lazımdır ki, göstərilən xərclərin qarşılanması məqsədilə maliyyələşmənin bir qismi X5ı üçün alınan xidmət haqqı hesabına həyata keçirilir və qeydiyyat üçün xidmət haqqının alınması qanunsuz və əsassız deyildir.

16. X5ı xidməti qanunvericiliyə əsasən nazirliyin fəaliyyət istiqamətlərinə aiddir və nazirlik bu fəaliyyət istiqamətini X6 vasitəsilə həyata keçirir. Nazirliyin bu fəaliyyət istiqamətini X6 vasitəsilə həyata keçirməsi qanunvericiliyin tələblərinə uyğun olmaqla yanaş ı, xidmət X6 tərəfindən göstərildiyi üçün onun məhsullarına (xidmətlərinə) aid edilməlidir. X6 Qaydaya və Nizamnaməsinə uyğun olaraq göstərdiyi xidmətə qəbul etdiyi 69 nömrəli, 2018-ci il 12 avqust tarixli “X5ının aparılması” haqqında əmri ilə 2018-ci il 15 avqust tarixdən satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən ölkəyə idxal edilən X5a alınması üçün xidmət haqqının məbləği ƏDV xaric hər bir mobil cihazın hər bir İMEİ nömrəsi üzrə 1.60 (bir manat altmış qəpik) manat miqdarında müəyyən edilmişdir. Digər tərəfdən X5ının aparılması istiqamətində “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 2.0.22-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən cihazlar üçün dövlət rüsumu nəzərdə tutulmuşdur. X6 tərə findən göstərdiyi xidmət müqabilində müəyyən olunan xidmət haqqı isə dövlət rüsumu ilə səhv salınmamalıdır. Qeyd olunan xidmət haqqının təyin edilməsi Qaydalara və X2 Nizamnaməsinə əsasən müəyyən olunduğu üçün bu xidmət haqqının müəyyən edilməsi qanunvericiliyə zidd deyildir və buna görə də hesab edilməlidir ki, iddiaçının Respublika Konstitusiyasının 80-cı maddəsinə əsasən irəli sürdüyü mülahizə bu məsələ barəsində əsassızdır. Həmçinin iddiaçı kassasiya şikayətində “halbuki müvafiq normativ hüquqi akt hüquqi şəxsləri bu cür haqdan azad edir” bildirsə də, satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən ölkəyə idxal edilən X5a alınması üçün tətbiq edilən xidmət haqqının ödənilməsindən azad edən normativ hüquqi aktın hansı olduğunu bildirə bilməmişdir. TƏT BİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə ape llyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılı ğı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli, 212 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5ının aparılması Qaydası”nın (bundan sonra mətndə - Qayda) 2.1-ci bəndinə əsasən, X5 Sistemi (MCQS) Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qurulur, nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

22. MCQS Azərbaycan Respublikasının telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların “Qayda”da nəzərdə tutulmuş texniki identifika siya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi ilə bərabər həmin məlumatların saxlanılmasını və emalını həyata keçirir.

23. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli, 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında” Əsasnamənin 3.0.47-ci yarımbəndinə əsasən X5ını aparılması xidməti Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq müəyyən edilmiş vəzifələrindən biridir.

24. Həmin Əsasnamənin 5.1-ci yarımbəndinə əsasən Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanları Nazirliyin vahid si stemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 iyul tarixli 292 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın İİİ hissəsinin 14-cü bəndinə əsasən X6 Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlarına aiddir.

26. X5ı xidməti qanunvericiliyə əsasən Nazirliyin fəaliyyət istiqamətlərinə aiddir və Nazirlik bu fəaliyyət istiqamətini X6 vasitəsilə həyata keçirir. Nazirliyin bu fəaliyyət istiqamətini X6 vasitəsilə həyata keçirməsi qanunvericiliyin tələblərinə uyğun olmaqla yanaşı, xidmət X6 tərəfindən göstərildiyi üçün onun məhsullarına ( xidmətlərinə) aid edilməlidir.

27. X6 Nazirlər Kabinetinin 212 nömrəli qərarına və Nizamnaməsinə uyğun olaraq göstərdiyi xidmətə Nazirliyin razılığı ilə qəbul etdiyi 69 nömrəli, 2018-ci il 12 avqust tarixli “X5ının aparılması” haqqında əmri ilə 2018-ci il 15 avqust tarixdən satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən ölkəyə idxal edilən X5a alınması üçün xidmət haqqının məbləği ƏDV xaric hər bir mobil cihazın hər bir İMEİ nömrəsi üzrə 1,60 manat miqdarında müəyyən edilmişdir.

28. İddiaçı MCQS-in maliyyələşməsi barədə mülahizəsində “göstərilən xidmətlər və” müddəasını diqqətə almadan, MCQS-in “göstərdiyi xidmətlərin qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirildiyini” Qaydanın 2.1-ci bəndində təsbit edildiyini irəli sürür. H albuki, Qaydanın 2.1-ci bəndində aşkar olaraq göstərilmişdir ki, “MCQS Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qurulur, Nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.”.

29. Məhkəmə kollegiyası nəzərə alır ki, X5ının aparılması istiqamətində “Dövlət rüsumu haqqında” Qanunun 2.0.22-ci yarımbəndinə əsasən, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlak məqsədi ilə ölkəyə gətirilən X5a alınması üçün dövlət rüsumu nəzərdə tutulmuşdur. X6 tərəfindən göstərilən xidmət müqabilində müəyyən olunan xidmət haqqı isə dövlət rüsumu deyil.

30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 avqust tarixli, 2-1(103)-896/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar