Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-24/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-24/2023) (Açar sözlər: ixtisaslaşmış tibb müəssisəsi, əlilliyin təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1964, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində D övlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci qrup əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1655/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.23 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 0050003AACSG saylı göndərişdən görünür ki, iddiaçıda xəstəlik xx.xx.2019-cu il tarixdə başlamışdır. Əsas xəstəlik qismində “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya” diaqnozu, ağırlaşma kimi isə “Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, qıcolma tutmaları (stasionarda olarkən 21 gün ərzində 4 tutma qeyd olunmuşdur)” diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik qismində isə, “İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip. Serebral ateroskleroz, Baş-beyin atrofiyası. Koqnitiv pozğunluqlarla. Digər daimi ağrı, Bazu sümüyünün yuxarı ucunun sınığı, Sağ bazu sümüyünün böyük qabarının qeyri-düzgün bitişmiş sınığı, sağ bazu oynağının kontrakturası. Nevrasteniya, Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ. Bazu oynağının çıxığı” xəstəliyi qeyd edilmişdir. 2.Sonuncu müayinəyə dair məlumatın verilməsi barədə altsistemdən çıxarışa əsasən, iddiaçının 0050003AACSG saylı göndəriş əsasında, xəstənin əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı olması səbəbindən əlillik dərəcəsinin tə yin olunmasından imtina edilmişdir. 3.Cavabdehin iddiaçıya ünvanladığı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 11 noyabr 2016-cı il tarixli, 446 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilməklə müəyyən edilir. Müəyyən olunmuşdur ki, onun əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Səhiyyə müəssisəsi tərəfindən ətraf lı müayinə və müalicə edildikdən sonra, yeni göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti şəxsin iştirakı olmadan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat 4.İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən yol verilən pozuntunun aradan qaldırılması və 10 iyun 2019-cu il tarixindən müəyyən edilməklə iddiaçıya ikinci qrup əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 5.İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildən epilepsiya xəstəliy indən əziyyət çəkir, xəstəliyi ilə əlaqədar müxtəlif səhiyyə müəssisələrində ambulator və stasionar müalicələr almış, müalicə aldığı müddətlərdə baş vermiş qıcolma faktları müvafiq səhiyyə müəssisələri tərəfindən qeydə alınmışdır. Son olaraq “Azərsutikinti” xəstəxanasında 8-28 may 2019-cu il tarixləri arasında stasionar müalicə almış, müalicə aldığı 21 gün ərzində iddiaçıda 4 dəfə qıcolma tutmaları baş vermiş və bu faktlar müvafiq olaraq həmin səhiyyə müəssisəsi tərəfindən qeydə alınmışdır. Əlilliyinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün qeyd olunan səhiyyə müəssisəsi tərəfindən 8 iyun 2019-cu il tarixli, 0050003AACSG nömrəli göndəriş tərtib edilərək elektron qaydada TSEK-ə göndərilmiş, diaqnoz” bölməsinin “b) Ağırlaşma” bəndində “Fokal başlanğıclı qıcolma t utmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar. Qıcolma tutmaları (stasionarda olarkən 21 gün ərzində 4 tutma qeyd olunub)” ifadəsi qeyd olunmuşdur. Beləliklə, yuxarıda qeyd etdiyi və səhiyyə müəssisəsi tərəfindən də qeydə alınan 21 gün ərzində 4 dəfə qıcolma tutmaları faktı göndərişdə öz əksini taparaq təsdiq olunmuşdur. Lakin cavabdeh əlilliyin qiymətləndirilməsi ilə bağlı qüvvədə olan və istinad etdiyi normativ-hüquqi aktların tələblərinə əməl etməmişdir. Belə ki, 25 iyun 2019-cu il tarixdə göndərişə cavab olaraq elektron hökumət portalından əldə etdiyi “TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi” sənədində “əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacın olması” əsas gətirilərək, cavabdeh tərəfindən iddi açıya ikinci qrup əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən, əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 2.2.11-ci bəndinə əsasən, “epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalar və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi (G40-G41.9)” halları olduqda ikinci qrup əlillik təyin edilir. “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.1- ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyinin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. TSEK əlillik dərəcəsinin verilməsindən imtina haqqında qərarını haqlı göstərmək üçün qəsdən göndərişin diaqnoz bölməsində səhiyyə müəssisəsi tərəfindən ona təqdim edilmiş məlumatları təhrif etmiş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ikinci qrup əlillik dərəcəsinin verilmə sinə birbaşa göstəriş olan “Qıcolma tutmaları (stasionarda olarkən 21 gün ərzində 4 tutma qeyd olunub)” sözlərini diaqnoz bölməsindən çıxartmışdır. Beləliklə, Xidmət və TSEK öz fəaliyyətində əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın təmin edilməsi məqsədilə bütün sənədləşmələrin və qiymətləndirmə işlərinin elektron qaydada və insan müdaxiləsini istisna edən şəraitdə aparılmalı olduğunu nəzərdə tutan tələblərə əməl etməyə lüzum görməmiş və kobud qanun pozuntusuna yol verərək iddiaçıya əlillik dərəcəsinin təyin edilməməsi üçün diaqnozun “Qıcolma tutmaları (stasionarda olarkən 21 gün ərzində 4 tutma qeyd olunub)” hissəsini sənədlərdən qəsdən çıxarmaqdan çəkinməmişdir. Cavabdehin 2 oktyabr 2019-cu il tarixli cavab məktubunda onun istinad etdiyi hallara heç bir münasibət bildirilməmiş, sadəcə olaraq Xidmət tərəfindən 10 iyun 2019-cu il tarixdə əlilik dərəcəsinin verilməsindən imtina edilməsi haqqında qərar verildiyi faktı təkrar olaraq diqqətinə çatdırılmışdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasına əsasən malik olduğu sosial təminat hüququ və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarlarının tələbləri kobud şəkildə pozulmuş, qanuni əsasla iddiaçıya verilməli olan ikinci qrup əlil statusunun verilməsindən qanunsuz olaraq imtina edilmişdir. 6.Cavabdehin iddiaya qarşı xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli etirazlarında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0050003AACSG saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehti yacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0050003AACSG saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2019-cu il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya” diaqnozu, ağırlaşma kimi isə “Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar” diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip.Serebral ateroskleroz, Baş-beyin atrofiyası. Koqnitiv pozğunluqlarla. Digər daimi ağrı, Bazu sümüyünün yuxarı ucunun sınığı, Sağ bazu sümüyünün böyük qabarının qeyri-düzgün bitişmiş sınığı, sağ bazu oynağının kontrakturası. Nevrasteniya, Essensial [birincil i] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ. Bazu oynağının çıxığı” xəstəliyi qeyd edilmişdir. Əsas xəstəliyinə görə 2018-ci ildə 12 gün, 2019-cu ildə isə 21 gün olmaqla son bir il ərzində cəmi iki dəfə stasionar müalicədə olmuşdur. Epilepsiya xəstəliyində əlillik dərəcəsi qıcolmaların aylıq tezliyindən asılı olaraq müəyyənləşdirilir ki, bu da stasionar müalicə müddətində təsbit edilməklə dəqiqləşdirilir. Lakin İddiaçı cəmi iki dəfə stasionar müalicə almışdır, stasionar müalicə müddətləri isə qıcolmaların aylıq tezliyini müəyyənləşdirmək üçün yetərli hesab olunmur. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və qıcolmaların xarakteri və tezliyinin dəqiqləşdirilməsi üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli, 446 nömrəli qərarı ilə, Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “TibbiSosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişiklər edilmişdir. Həmin dəyişiklərə əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2.bəndinə görə, “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əm ək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”, 4.7-ci bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir. Buna görə də, əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. İddiaçı əlilliyin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidm əti və tabeli tibbi-sosial ekspert komissiyaları tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. 7.Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə 23 saylı Şəhər Poliklinikası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 8.Birinci instansiya məhkəməsi iddiaçıda olan xəstəliklər və qüsurların müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan, iş üzrə məhkəmə tibbi ekspertizasının keçirilməsini zəruri hesab etmişdir. 9.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin ekspert rəyindən görünür ki, 1964-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: vətəndaş İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı iş ma teriallarında olan əlillik vəziyyətinin Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0050003AACSG saylı göndəriş tam doldurulmuş, müayinələr tam aparılaraq ona “generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epilepsiya, fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar” diaqnozu müəyyən edilmiş və əlillikdən imtina qərarı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən düzgün olmuşdur. Vətəndaş İddiaçı ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməklə müayinə və müalicə olunmalı, əldə olunmuş nəticəyə uyğun sənədlər təkrar əlilliyin təyini üçün Tibbi Sosial Ekspert Komissiyasına göndərilməlidir.
10. Bakı İnzibati Məhkəm əsinin 2-1(112)-322/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim M.C.Qarayeva) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert də iddiaçıya əlilliyinin təyin edilə bilməsi üçün onun əlavə ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməklə müayinə və müalicə olunmasının zəruriliyini bildirmişdir. Yalnız bundan sonra əldə edilmiş nəticələrə əsasən iddiaçının əlilliyinin olub-olmamasını müəyyənləşdirməyin mümkünlüyü bildirilmişdir. Beləliklə cavabdehin imtinası əsaslı olmuşdur.
12. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2022-ci il tarixli qərardadı ilə 23 saylı Şəhər Poliklinikasının üçüncü şəxs qismində statusu ləğv edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1655/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-322/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya ş ərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi).
16. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual normaların pozuntusu ilə qər ar qəbul etmişdir.
18. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9). Göründüyü kimi, ay ərzində 4 dəfə təkrarlanan tutmalarla müşayiət olunan epilepsiya xəstəliyi zamanı ikinci dərəcə əlillik təyin edilməli olduğu halda, əlilliyin təyin edilməsindən imtina edilmişdir.
19. Cavabdeh göndərişdə əlilliyin təyininə əsas verən ağırlaşmaların qeyd olunmadığını bildirmişdir. Məhkəmə göndərişdə ağırlaşmaların qeyd olunub-olunmadığını və beləliklə cavabdehin imtinasının əsaslı olub-olmadığını aydınlaşdırmamışdır.
20. Cavabdehin göndərişdə ağırlaşmaların qeyd olunmaması ilə bağlı mülahizəsinin əsassız olması həm iş materialları ilə, həm də məhkəmənin qərarı ilə ta m sübut olunur. Məhkəmə tərəfindən “stasionarda olarkən 21 gün ərzində 4 tutmanın olması” diaqnozunun göndərişdə yalnız ağırlaşma kimi göstərilməsi və əsas diaqnozda bu barədə heç bir qeydin aparılmaması ilə bağlı mülahizəsi isə tamamilə əsassızdır. “Stasionarda olarkən 21 gün ərzində 4 tutmanın olması” ağırlaşma halıdır və bu səbəbdən əsas diaqnozda deyil, ağırlaşma hissəsində göstərilmişdir. Məhkəmə hansı qanunvericilik aktına əsasən bu halın əlilliyin təyin edilməsindən imtina üçün əsas olmasına aydınlıq gətirmədən əlilliyin təyin edilməsindən imtina qərarının düzgün olması qənaətinə gəlmişdir.
21. Şikayət əsaslandırılarkən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.11 -ci bəndinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarını qanuni və əsaslı hesab etmiş, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı n (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir 3.2. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dö vrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 3.1. Əlillik səbəbi Agentlik tərəf indən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həm in gün ərzində altsistemə daxil edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə “1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Re spublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.” Həmin Əsasnamənin 2-ci hissəsinin 2.2-cü bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsi lalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);
26. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsi nə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apelly asiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəmə sinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla belə, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, bu qərarın 23-24-cü bəndlərində istinad olunan normalara görə, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (hazırkı mübahisəyə münasibətdə TSEK) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.
34. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkan larının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, şəxsin sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Eyni zamanda xəstəlik nəticəsində orqanizmin funksiyalarının sabit və davamlı pozulma dərəcəsindən və intensivliyindən asılı olaraq Tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsə birinci, ikinci və üçüncü dərəcə əlillik müəyyən olunur.
35. Hazırkı mübahis əyə münasibətdə nəzərə almaq lazımdır ki, epilepsiyanın əsas klinik əlaməti epileptik tutmaların mövcudluğundan ibarətdir. Epileptik tutmaların təkrarlanması xəstənin həyat fəaliyyətini məhdudlaşdırır, tutmalar zamanı şəxs özünə və davranışlarına nəzarət itirir. Lakin epilepsiyanın mövcudluğu bütün hallarda əlilliyi və əlilliyin təyin olunmasını şərtləndirmir. Belə ki, əlilliyin müəyyən olunması zamanı Tibbisosial ekspert komissiyaları tərəfindən epilepsiya ilə bağlı əsas kliniki-funksional əlamətlər, tutmaların xarakteri və tezliyi, əqli-mnestik sferanın vəziyyəti və şəxsin hərəkət pozuntularının səviyyəsi əsasında şəxsin sağlamlıq vəziyyəti də qiymətləndirilməlidir. Epileptik tutmaların tezliyi aylıq paroksizmaların orta arifmetik tezliyi əsasında müəyyən olunur. Bu baxımdan tutmaların növü, dövriliyi və tezliyi barədə göstəricilər, eləcə də tutmalar zamanı şəxsin sağlamlıq vəziyyəti və davranışı ilə bağlı gündəlik məlumatların əldə olunması üçün şəxsin müəyyən müddət ərzində ixtisaslaşmış tibb müəssisəsində stasionar qaydada müayinə və müalicəsinə zərurətin yarana biləcəyi qəbul edilməlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, ixtisaslaşmış tibb müəssisəsində stasionar qaydada müayinə və müalicə həm tutmaların kənar qulluq və nəzarət tələb edən kobud psixopatoloji simptomatika və kobud şəxsiyyət pozulmaları (əqli zəiflik) və s. kimi hallarla müşayiət olunub-olunmadığının müəyyən edilməsi və bunun üzərindən həm də əlillik dərəcəsinin düzgün təyin olunması baxımından da zəruri sayıla bilər.
36. Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PH Şnin ekspert rəyində qeyd olunmuşdur ki, 1964-cü il təvəllüdlü İddiaçı “generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epilepsiya, fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar” diaqnozu müəyyən edilmişdir. İddiaçı ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməklə müayinə və müalicə olunmalı, əldə olunmuş nəticəyə uyğun sənədlər əlilliyin təyini üçün təkrar Tibbi Sosial Ekspert Komissiyasına göndərilməlidir.
37. Nəzərə alınmalıdır ki, epilepsiya xəstəliyində əlillik dərəcəsinin qıcolmaların aylıq tezliyindən asılı olaraq müəyyənləşdirilməsi zamanı, həm də həmin tutmaların bu qərarın 35-ci bəndində qeyd olunan kliniki-funksional və digər əlamətlər əsasında şəxsin sağlamlıq vəziyyətinə təsiri də qiymətləndirilməlidir. Bu baxımdan iddiaçının ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməklə əlavə müayinə və müalicə olunması ilə bağlı cavabdehin tələbi əsaslı sayılmalıdır.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1655/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxl