Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-24/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2023-cü il tarixli, 2-1(103)-1772/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur, ona daxili işlər orqanlarında xidmətdən ehtiyata buraxılmış xüsusi rütbəli şəxs kimi xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçının daxili işlər orqanlarında xidmətə yenidən qəbul edildiyi xx.xx.2016-cı il tarixdən ona pensiya ödənişi faktiki olaraq dayandırılmışdır.
3. İddiaçı xx.xx.2017-ci il tarixdən öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmiş və onun əmək pensiyası xx.xx.2017-ci il tarixdən yenidən bərpa edilmişdir.
4. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsini xahiş etmişdir.
5. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinad edərək, qeyd edilən dövrün müraciət edilən tarixdən əvvəlki üç ilin əhatəsinə düşmədiyini bildirmiş və iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət üçün əmək pensiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xa hiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında ona 2015-ci ilin dekabr ayında xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2016-cı il tarixədək pensiya ödənilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək yenidən polis orqanlarında xidmətdə olmuş, bu müddət ərzində isə ona əmək pensiyası ödənilməmişdir. xx.xx.2017-ci il tarixdən isə iddiaçının müraciəti əsasında pensiya ödənişi bərpa edilmişdir. Ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi barədə iddiaçı cavabdehə müraciət etmiş, lakin cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinad edərək müraciətin təmin olunmasından imtina etmişdir. Halbuki, cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinad e tməsi qanunsuzdur, çünki qeyd edilən dövr üçün də cavabdeh iddiaçıya əmək pensiyasını ödəmək öhdəliyi daşıyırdı.
8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilib. Onun pensiyanın ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciət etməsi səbəbindən 3 illik müddətlə bağlı şərtin tətbiqinə zərurət yaradır. Bu səbəbdən də həmin məbləğin ona ödənilməsi mümkün deyildir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: Orxan Həsənov) 18 noyabr 2022-ci il tarixli, 2-1(112)-8115/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanıb ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Bi rinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi maddi hüquqi baxımından əsaslıdır. Belə ki, qanunvericiliyə əsasən, əmək pensiyası təyin edilmiş şəxsin daha sonra xidmətə bərpa edilməsi və ya hər hansı formada əmək fəaliyyətini davam etdirməsi onun əmək pensiyasının dayandırılmasının əsası qismində çıxış etmir. Əksinə, şəxsə əmək pensiyası təyin edildikdən sonra da onun əmək fəaliyyətini həyata keçirməsi mümkündür ki, qanunvericilik həmin qrup şəxslər üçün işləyən əmək pensiyaçısı statusunu müəyyən etmiş, həmin şəxslərin sonradan işləməyən əmək pensiyaçısı statusu müəyyən edildiyi təqdirdə isə əmək pensiyasının hansı qaydada ödənilməsi ilə bağlı qaydaları təsbit etmişdir. Cavabdeh isə heç bir qanuni və əsaslı səbəb olmadan xx.xx.2015-ci il tarixdən apar ılmış əmək pensiyası təyinatını iddiaçının xidmətə bərpa edilməsi əsası ilə dayandırmış, şəxsin işləyən əmək pensiyaçısı statusunu nəzərə almamışdır. Cavabdeh əmək pensiyasını həmin dövrdə də ödəməli olmasına baxmayaraq, iddiaçı ödənişləri xidmətdən öz arzusu ilə xaric edildikdən sonra yenidən təyinat aparılmaqla əldə etməyə nail olmuşdur. Halbuki, iddiaçı işləyən əmək pensiyaçısı statusuna malik olduğu dövrdə də həmin ödənişləri əldə etməli idi. İddia tələbi prosessual hüquqi baxımından da əsaslıdır. Hazırkı iş üzrə faktiki olaraq iddiaçının əmək pensiyasının ödənişləri dayandırılsa da, bununla bağlı heç bir inzibati akt qəbul edilməmiş, ödənişlər əsaslandırılmış inzibati akt olmadan faktiki xarakterli hərəkətlərlə dayandırılmışdır.
11. Birinci instansiya məhkəməsi, həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin, eləcə də 32.1-2-ci maddəsinin tətbiqindən söhbət gedə bilməz. İstər cavabdehin istinad etdiyi müddəa, istinad etməsə belə Konstitusiya Məhkəməsi tərəfindən şərh verilmiş müddəa pensiyanın təyini və yenidən hesablanması ilə əlaqədar ödənişlərin təyinatı məsələsinə müddətlə bağlı məhdudiyyətin gətirilib-gətirilməməsi ilə bağlıdır. Hazırkı iş üzrə tələb edilən ödəniş isə nə əmək pensiyasının təyini, nə də əmək pensiyasının yenidən hesablanması ilə bağlı olmadığından müddətlə bağlı məhdudiyyətin tətbiqi istisna edilir. İşin faktiki halları da göstərir ki, hazırda tələb edilən ödəniş heç bir inzibati akt olmadan inzibati orqanın maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadan səhvi nəticəsində dayandır ılmış pensiya ödənişlərinin bərpası ilə bağlıdır ki, bununla bağlı iddiaçının müraciətinə məhdudiyyət gətirən hər hansı norma mövcud deyil və mülkiyyət hüququnun tərkib hissəsi kimi iddiaçı ona ödənilməli olan, lakin ödənilməmiş ödənişləri müddət məhdudiyyəti olmadan tələb etmək hüququna malikdir.
12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Rəşid Səmədov) 26 may 2023cü il tarixli, 2-1(103)-1772/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 37.3 və 37.3.1. İşləyən əmək pen siyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqd an sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsasland ırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiy ası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya mə hkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsinə nail olmaqdan ibarətdir.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Bununla belə, məhkəmə kollegiyası ka ssasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya daxili işlər orqanlarında xidmətdən ehtiyata buraxılmış xüsusi rütbəli şəxs kimi xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək yenidən daxili işlər orqanlarında xidmətdə olmuş və həmin dövr üzrə iddiaçıya əmək pensiyasının ödənişi dayandırılmış, xx.xx.2017-ci il tarixdən isə yenidən bərpa edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə “Əmək pensiyaları haqqınd a” Qanunun 32.1-1-ci maddəsinə istinadən qeyd edilən dövrün müraciət edilən tarixdən əvvəlki üç ilin əhatəsinə düşməməsi səbəbi ilə iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.
29. Bu qərarın 18-ci bəndində istinad edilən normalar baxımından, hazırkı mübahisəyə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normaların əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması zamanı keçmiş dövrə aid ödənişlərin həyata keçirilməsi ilə əlaqədar münasibətləri tənzimlədiyi nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisədə iddiaçının tələbi əmək pensiyasının təyini və əmək pensiyasının yenidən hesablanması ilə deyil, artıq təyin olunmuş əmək pensiyası üzrə dayandırılmış ö dənişlərlə bağlıdır. Bu baxımdan həmin tələbə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsini tətbiq etməkdə cavabdeh haqlı sayıla bilməz.
30. Odur ki, ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
31. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2023-cü il tarixli, 21(103)-1772/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.