Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-240/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi dövlət sosial sığorta haqları ödənilməyən xx.xx.2006-cı il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Məmmədova Türkan Şahin qızının katibliyi, İddiaçı və cavabdehin vəkili iştirakı ilə, İddia çı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 sentyabr tarixli 2-1(103)-918/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin xx xxx 2018-ci il tarixli, xx/xx*****nömrəli məktubu ilə İddiaçı bildirilmişdir ki, ona pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən qüvvədə olan mövcud qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası təyin edilmişdir: xx.xx.2006-cı il tarixədək ümumi staj - 22 il 14 gün, xx.xx.2018-ci il tarixə pensiyanın məbləği 191.72 manat təşkil etmişdir. Bundan başqa, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin yoxlanılması mümkün olmadığından həmin illər sosial sığorta stajına daxil edilməmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi müəssisə tərəfindən isə iddiaçının adına sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilmədiyi üçün sığorta stajı hesablanarkən həmin dövrlər nəzərə alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki birinci icraat 2.İddiaçı məhkəməyə müraciət edərək xx.xx.1993-cü ildən xx.xx.2007-ci il tarixinə kimi X1unda işlədiyi illərin sosial sığor ta stajına daxil edilməklə, yaşa görə əmək pensiyasının yarandığı xx.xx.2017-ci il tarixdən yaranmış məbləğ fərqinin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci il tarixdən xx.xx.1993-cü il tarixə qədər 22 il 14 gün hesablanaraq 182,0 manat pensiya təyin edilmişdir. xx.xx.1993-cü ildən xx.xx.2007-ci il tarixə kimi X1unda rəhbər vəzifələrdə işləmişdir. xx.xx.2007-ci il tarixdn xx.xx.2008-ci il tarixə “İndastral Development LTD” MMC-də sahə rəisi və Ekologiya və Təbii Sərvətlər Nazirliyində “xxxx” MMC-nin direktoru vəzifəsində çalışmışdır. Cavabdehin etinasızlığından qeyd olunan illər iddiaçının sosial stajına daxil edilməmişdir. 4.2 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinin 2018-ci il 20 dekabr tarixli 2-1(82)3085/2018 nömrəli qərarı ilə (hakim - Z.M.Tağıyev) iddia təmin edilərək İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2007-ci il tarixinə kimi X1unda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən təyin edilməsi və yaranmış məbləğ fərqinin yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. 5.Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2007-ci ilə kimi əmək fəaliyyəti ilə məşğul olması işdə olan əmək kitabçası ilə öz təsdiqi tapdığından, habelə həmin illər üzrə məcburi sığorta haqlarının ödənilməsi işdə olan xx.xx.1997-ci il tarixli aktla öz təsdiqini tapdığından iddiaçının tələbinin təmin edilməsindən cavab dehin imtinası qanunsuz və əsassız olmuşdur. 6.Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 7.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2019-cu il 22 may tarixli 21(103)-839/2019 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim - H.Həmidov, hakimlər E.Nağıyeva və V.Baxışova) cavabdehin apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 20 dekabr tarixli 2-1(82)-3085/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 8.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixinə kimi X1unda işlədiyi illər ona məxsus əmək kitabçasında əks olunduğundan və DSMF-nin Səbail rayon şöbəsinə t əqdim olunmuş DSMF vəsaitləri üzrə haqq-hesab cədvəlləri ilə təsdiq olunduğundan işə baxan məhkəmə həmin illəri sığorta stajına daxil edərək yaşa görə əmək pensiyasını hüququn yarandığı tarixdən təyin etməkdə haqlı olmuşdur. 9.Cavabdeh kassasiya şikayəti verərək həmin qərarı ləğv edib işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. c. Kasasiya instansiyası məhkəməsindəki birinci icraat 10.Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 20 noyabr tarixli 2-1(102)2563/2019 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim - S.Hüseynova, hakimlər İ.Dadaşov və K.Bədəlov) cavabdehin kasasiya şikayəti təmin olunaraq apelyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 11.Kasasiya instansiya mə hkəməsi qeyd etmişdir ki, apelyasiya məhkəməsinin sübut kimi qiymətləndirdiyi sənədlərlə işdə olan digər sənədlər arasında uyğunsuzluq mövcuddur. Ona görə də, apelyasiya məhkəməsinin qərarı ləğv edilməklə, sosial sığorta stajının mübahisəli dövrə münasibətdə müəyyən edilməsi üçün iddiaçının əmək kitabçasında qeyd edilmiş müəssisə ilə bağlı mübahisəli dövrdə münasibətdə sorğuların verilməsi (müəssisənin adı, hüquqi-təşkilatı formasının dəyişirilibdəyişidirilməməsi, vergi ödəyicisi olması və s.) və uyğunsuzluqlara dair araşdırma aparılması üçün iş yenidən apelyasiya məhkəməsinə göndərilməlidir. d. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat 12.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 sentyabr tarixli 2-1(103)-918/2020 saylı qərarı ilə (sədrlik edən və mər uzəçi hakim - Ü.Mayılov, hakimlər M.Tağızadə və X.Cəmilova) cavabdehin apelyasiya şikayəti təmin olunmayaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 20 dekabr tarixli 2-1(82)-3085/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 13.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2007-ci ilə kimi əmək fəaliyyəti ilə məşğul olması işdə olan əmək kitabçası ilə öz təsdiqi tapdığından, habelə həmin illər üzrə məcburi sığorta haqlarının ödənilməsi işdə olan xx.xx.1997-ci il tarixli aktla öz təsdiqini tapdığından iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Bundan başqa, təkrar apelyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər İdarəsinin Hüquqi Şəxsl ərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, idarədə olan reyestrə əsasən X1u xx.xx.1992-ci il tarixində qeydiyyata alınmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ MƏHKƏMƏ a) Kasasiya şikayətinin dəlilləri
15. Cavabdehin kasasiya şikayətinin dəlillərinə görə, iddiaçının sosial sığorta stajı hesablanarkən xx.xx.1993-cii ildən xx.xx.2007-ci il tarixinə kimi X1unda işlədiyi illər şöbə tərəfindən haqlı olaraq nəzərə alınmamışdır. Belə ki, X1unun mövcudluğu barəsində heç bir məlumat yoxdur, bundan əlavə həmin illərdə sosial sığorta ödəmələri həyata keçirilməmişdir. Ona görə də faktiki olaraq mövcud olmayan bir müəssisədə iddiaçının da işləməsi, sosial sığorta stajına yiyələnməsi mümkün deyildir. Bu səbəblərə görə də həmin illərin iddiaçının ümumi əmək stajına daxil edilməsi qanuni deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
18. İddiaçı məhkəmə iclasında vəkilsiz təmsil olunduğundan işə onun izahatı dinlənilmədən baxılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensi yası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 20. “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə cavabdeh tərəfindən apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə qismən riayət edilməmişdir. Ona görə də, apellyasiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilmiş hissədə iddia rədd edilməli, qalan hissədə isə qərar dəyişdirilmədən saxlanılmalıdır.
25. İşin hallarından müəyyən edilir ki, cavabdehin mübahisələndirdiyi dövr iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2007-ci il tarixinə kimi X1unda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı olmuşdur.
26. Məhkəmə tərkibi xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlə bağlı yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə qeyd edir ki, həmin dövrün sosial sığorta stajına daxil edilə bilməsi üçün iddiaçının X1unda işləməsi faktının müəyyən edilməsi kifayət edir. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından isə müəyyən edilir ki, X1u xx.xx.1992-ci ildən qeydə alınmaqla fəaliyyət göstərmiş və DSMF-də qeydiyyata alınmış müəssisə olmuş, əmək kitabçasının məlumatlarına əsasən isə iddiaçı həmin müəssisədə işləmişdir. Bundan başqa, qanunvericilik qaydasında müəssisələr xx.xx.2006-cı il tarixədək olan ödənilməmiş məcburi dövlət sosial sığorta haqqlarından azad edilmişlər. Beləliklə, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan fəaliyyət dövrünü sosial sığorta stajına daxil etməkdə apelyasiya məhkəməsi haqlı olmuşdur. 27. xx.xx.2006 -cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrü pensiyanın yenidən hesablanmasına əsas təşkil edən sosial sığorta stajına daxil edərkən isə apelyasiya məhkəməsi düzgün qərar verməmişdir. Belə ki, xx.xx.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Hazırkı işin hallarından isə xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrlə bağlı məhz iddiaçının adına sosial sığorta ödənişlərinin edildiyi müəyyən edilmir. Apellyasiya məhkəməsi tələbi bu hissədə təmin edərkən ümumən X1unun DSMF-də qeydiyyatda olmasına və DSMF-nin Səbail rayon şöbəsinə təqdim olunmuş haqq-hesab cədvəllərinə istinad etmiş, lakin həmin ödə nişlərin iddiaçıya aidiyyətinin müəyyən olunmadığına əhəmiyyət verməmişdir.
28. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 10 sentyabr tarixli 21(103)-918/2020 saylı qərarı qismən, İddiaçı xx.xx.2006-cı ildən xx.xx.2007-ci il tarixinə kimi X1unda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.