Məhkəmə qərarları › İş №2-1(102)-240/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-240/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-240/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vətəndaşlıq mənsubiyyətinin tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 noyabr tarixli, 2-1(103)-1128/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etmişdir.

2. Cavabdeh 2018-ci il 26 sentyabr tarixli, ******* saylı qərarı ilə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanmaqdan imtina etmişdir. Qərarda göstərilmişdir ki, şəxsin 1998-ci il 7 oktyabr tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehlər Azərbaycan Resp ublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsi və Cavabdeh2nə qarşı 2018-ci il 4 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi İnzibati Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini qeyd etmiş və 1952-ci il 15 oktyabr təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 5 mart tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə iş üzrə icraata qəbu l edilmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1952-ci il 15 oktyabr tarixdə Bakı şəhərində doğulmuşdur. 1981-ci ildən 1989-cü ilə qədər Bakı şəhərində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Doğum haqqında şəhadətnaməsi 1952-ci il 24 oktyabr tarixdə İS 847790 №-li, 1170 qeydi ilə Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmişdir. ünvan 1 ünvanına Xətai rayon XDS İK tərəfindən verilmiş 136212 №-li orderdə onun da adı qeyd olunmuşdur. Şəxsiyyət vəsiqəsi alınması üçün Cavabdeh2nə müraciət etsə də, Cavabdeh2 mənfi cavab vermişdir. Sonradan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə müraciət etmiş, lakin 2018-ci il 26 sentyabr tarixli, ******* saylı qərarı ilə iddiaçın ın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 avqust tarixli, 2-1(81)603/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Azərbaycan SSR-də doğulsa da, Rusiya Federasiyasının vətəndaşı olmuş və onun 1998-ci il tarixədək yəni, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmamışdır. Belə ki, iddiaçının Azərbaycan Respublikasında yaşayış y eri üzrə 1998-ci il 30 sentyabr tarixə qədər qeydiyyatı olmadığından cavabdeh tərəfindən onun vətəndaşlıq mənsubiyyəti tanınmamışdır. İddiaçı tərəfindən həmin halın əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 noyabr tarixli, 2-1(103)-1128/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 avqust tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şika yəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını və qanun pozuntusuna yol vermiş birinci və apellyasiya instansiyası məhkəmələrinin hakimləri barədə intizam icraatının başlanılması üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmələr məhkəmə proseslərində nəzərə almamışdır ki, 38 saylı arayışdan 1999-cu ildə X2 atası X4 ölümündən sonra, B.Nuriev 55/57, mənzil 87 ünvanında bir mənzilin kirayəçisi olduğu məlumdur. O zamana qədər, iddiaçı da bu ünvanda qeydiyyatda olmuş, lakin 3 saylı MİS-in rəhbəri A.Qəzənfarovun təkidi ilə istifadə hüquq u 1999-cu il 29 iyul tarixdə ləğv edilmişdir. İddiaçının nümayəndəsi V.B.Statsenko pasport şöbəsinin sənədlər təqdim edərək, sübut etmişdir ki, həqiqətən iddiaçı mübahisəli ünvanda qeydiyyatda olmaqla yaşamışdır, lakin qeydiyyat şöbəsindən verilən arayış bu faktı əks etdirməmiş, qeydiyyat şöbəsinin əməkdaşı araşdırma aparmadan formal olaraq arayış təqdim etmiş, polis bunun məhkəmə tərəfindən qərar verilməli olduğunu və bu onun səlahiyyətinə aid olmadığını izah etmişdir. 2000-ci ildən sonra 3 nömrəli xüsusi MİS ləğv olunduğundan, iddiaçının 1990-cı il 29 iyun -1999-cu il 29 iyul tarixləri arasında qeydiyyatına dair birbaşa sübut da tapa bilməmişdir. Pasport şöbəsi əməkdaşı iddiaçının 1990-cı il iyun tarixdə qeydiyyata alındığına dair kifayət qədər dəlil olduğunu açıqlayaraq sənədlər təqdim etmişdir. Beləliklə, məhkəmə tərəfindən qanunsuz və əsassız qərara qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun (1998-ci il 30 sentyabr tarixdə qəbul edilmiş, 1998-ci il 7 oktyabr tarixdə qüvvəyə minmişdir): Maddə

1. Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərb aycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə

5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikas ı vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 17. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 18 mart tarixli, 84 №-li qərarı ilə təsdiq edilmişdir): 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa;...

4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hə r ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.2. Bu Qaydanın 4.1.6–4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan hallarda 14 yaşından 18 yaşınadək uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların razılıqları tələb olunur. 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

20. İşin məhkəmələr tər əfindən müəyyən edilmiş hallarına görə, iddiaçı 1952-ci il 15 oktyabr tarixdə Bakı şəhərində doğulmuş, 1978-ci ildə X5 ilə rəsmi nikaha daxil olmuş, nikah bağlanandan sonra “Kildyakova” soyadını qəbul etmişdir. İddiaçı halhazırda Rusiya Federasiyasının vətəndaşıdır.

21. İddiaçının Azərbaycan Respublikası, Bakı şəhəri, B.Nuriyev küçəsi, ev № 55/57, mənzil 87-də yaşayan, Azərbaycan Respublikasının vətəndaşı X3 2018-ci il 20 avqust tarixində notariat qaydasında verdiyi etibarnamədə də iddiaçının 5 dekabr 2002-ci ildə Krasnodar diyarı Abinsk rayonu üzrə Daxili işlər şöbəsi (bölmə kodu:232026) tərəfindən verilmiş ********** saylı pasporta əsasən Rusiya Federasiyasının vətəndaşı olduğu, Rusiya Federasiyasının Krasnodar diyarı, Abinsk şəhərində yaşadığı göstərilmişdir. 22. “Azərbaycan Respublikas ının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinin müddəalarından göründüyü kimi, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: (1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; (2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; (3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; (4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər.

23. İşdən göründüyü kimi, iddiaçı 1978-ci il 12 dekabr tarixə kimi ünvan 3 ünvanda, 1978-ci il 26 dekabr tarixdən 1990-cı il 31 may tarixə kimi ünvan 4 ünvanda, 1990-cı il 12 iyun tarixdən 1990-cı il 29 iyun tarixə kimi ünvan 5 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmuşdur.

24. İddiaçının 1990-cı il 29 iyun tarixdən sonra Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə rəsmi qeydiyyatda olduğuna dair məlumat işdə yoxdur.

25. Eyni ilə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsində təsbit olunmuş, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini təsdiq edən digər hallar da hazırkı işdə müəyyən edilməmişdir.

26. Beləliklə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənilmədiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.

27. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 noyabr tarixli, 2-1(103)-1128/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar