Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-240/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; trolleybus sürücüsü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmə k pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-1(105)-601/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. NZ № ******* seriyalı hərbi biletə əsasən iddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur.
2. İT № ******* seriyalı əmək kitabçasının məlumatlarına əsasən iddiaçı: - xx.xx.1979-xx.xx.1980-ci illərdə X1 təhsil almış; - xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək və xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Azneftkimyamaş” İB 2 saylı Təmir Tikinti İdarəsində çilingər; - xx.xx.1985-ci il tarixdən xx.xx.2003-cü il tarixdən Sumqayıt şəhər Tramvay Trolleybus İdarəsində trolleybus sürücüsü; - xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Sumqayıt şəhər Nəqliyyat Departamentində trolleybus sürücüsü işləmişdir.
3. Sumqayıt şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 22 saylı arayışa əsasən iddiaçı: - xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhər Tramvay Trolleybus parkına 3-cü dərəcəli çilingər işinə qəbul edilmiş; - xx.xx.1987-ci il tarixdən köçürmə yolu ilə 3-cü sinif trolleybus sürücüsü işinə keçirilmiş; - xx.xx.1989-cu il tarixdən köçürmə yolu ilə 3-cü dərəcəli çilingər işinə keçirilmiş; - xx.xx.1989-cu il tarixdən köçürmə yolu ilə BSD-yə 3-cü sinif trolleybus sürücüsü işinə keçirilmiş; - xx.xx.1992-ci il tarixdən 2-ci sinif trolleybus sürücüsü işinə keçirilmiş; - xx.xx.2 003-cü il tarixdə idarənin ləğvi ilə əlaqədar işdən azad edilmiş; - xx.xx.2003-cü il tarixdə ENX sahəsində trolleybus sürücüsü işinə qəbul edilmiş; - xx.xx.2004-cü il tarixdən ştat cədvəlinin dəyişməsinə əsasən 6-cı dərəcəli (2-ci sinif) trolleybus sürücüsü təyin edilmiş; - xx.xx.2006-cı il tarixdən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir.
4. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş güzəştli arayışa görə, iddiaçı xx.xx.1985-xx.xx.1989, xx.xx.1989-xx.xx.1992-ci il tarixlərdə Sumqayıt Tramvay Trolleybus İdarəsində işləmiş, xx.xx.1992-ci il tarixdən trolleybus sürücüsü vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə öz təşəbbüsü ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nöm rəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXVİİİ bölməsi 23004000-11462 şifri üzrə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması hüququ verilir.
5. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə əlaqədar olaraq cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan 27 iyul 2021-ci il tarixli, **********9 nömrəli məktubla müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi filiala təqdim edilən 11 sentyabr 1980-ci il tarixli, ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (22 il 9 ay 13 gün (xx.xx.1980-xx.xx.1981, xx.xx.1981-xx.xx.1983, xx.xx.1984-xx.xx.1985, xx.xx.1985-xx.xx.2003) təşkil edir. Bundan başqa, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli i ş stajı 12 il 6 aydan az (4 il 2 ay 5 gün (xx.xx.1987xx.xx.1989, xx.xx.1989-xx.xx.1992) təşkil edir. Qeyd olunanlara əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 6 oktyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(112)-11206/2021 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı iddia ərizəsində əmək kitabçasının məlumatlarına istinad edərək cavabdehin imtinasını əsassız hesab etdiyini qeyd etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları:
9. Cavabdehin yazılı etirazının dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(118)-539/2022 nömrəli qərarı ilə (hakim V.E.Əzizova) iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdehin mövqeyinə görə iddiaçının cəmi 22 il 9 ay 13 gün və 4 il 2 ay 5 gün xüsusi stajı vardır. Halbuki, əmək kitabçasına görə iddia çı xx.xx.2003-cü ildə idarənin ləğv edilməsi ilə işdən azad edilsə də, elə həmin tarixdə yeni yaradılan Nəqliyyat Departamentinə trolleybus sürücüsü işinə qəbul edilmiş və həmin funksiyanı yerinə yetirmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi əmək kitabçasının həmin hissəsinin iddiaçı tərəfindən cavabdehə təqdim edilmədiyini bildirmiş və bu səbəbdən həmin stajın onun ümumi iş stajına hesablanmadığını qeyd etmişdir.
12. Cavabdeh imtina məktubunda və iddia ərizəsinə etirazında iddiaçının xx.xx.1987xx.xx.1989-cu və xx.xx.1989-xx.xx.2006-cı illərdə trolleybus sürücüsü işlədiyi dövrün yalnız 4 il 2 ay 5 günlük dövrünü xüsusi staj kimi qəbul etmişdir. Cavabdehin nümayəndəsi qalan müddətin hansı səbəbdən xüsusi staj kimi qəbul edilməməsi səbəbini izah edə bilməmişdir. Məhkəmə araşdırması zaman ı iddiaçının 25 il 7 aydan yuxarı ümumi, o cümlədən 16 il 7 ay xüsusi stajına malik olması öz təsdiqini tapmışdır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-1(105)-601/2022 nömrəli qərarı ilə (hakimlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(118)-539/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmiş dir ki, həm iddiaçıya məxsus əmək kitabçasından, həm də arayışdan göründüyü kimi, iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.2003-cü il tarixədək Sumqayıt şəhər Tramvay Trolleybus parkında trolleybus sürücüsü, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək ENX sahəsində trolleybus sürücüsü vəzifəsində işləmişdir. İddiaçının bu vəzifədəki sığorta stajı 17 il 07 ay 09 gün təşkil edir.
16. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya ödənilməsini mümkünsüz edən digər hal kimi həm də iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmamasına istinad etsə də, cavabdehin bu dəlili əsasızdır. Çünki iddiaçının pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən yaranmışdır ki, bu halda da pensiya kapitalının olması tələb olunmur.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubu və iddia ərizəsinə etirazda göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiy a hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 21. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 23000000 – XXVİİİ. Nəqliyyat... 23004000 –
4. Şəhər elektrik nəqliyyatı... 23004000—11462 – trolleybus sürücüləri 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəx slər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiy a instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KA SSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
28. Hazırkı iş üzrə cavabdehin mübahisələndirdiyi və kassasiya şikayətində də təkrar olaraq qeyd etdiyi xüsusat iddiaçının tələb olunan ümumi və güzəştli şərtlərlə iş stajına malik olmamasından ibarətdir.
29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının əmək kitabçasına əs asən ümumi iş stajı olaraq onun xx.xx.1985-xx.xx.2003-cü illərdə eyni müəssisədə (Sumqayıt şəhər Tramvay Trolleybus parkında) işlədiyini qəbul etsə də, güzəştli iş stajı kimi sadəcə xx.xx.1987-xx.xx.1989 və xx.xx.1989-xx.xx.1992-ci illərdə trolleybus sürücüsü işləməsini nəzərə almış, iddiaçının eyni müəssisədə, eyni peşədə xx.xx.2003-cü ilə qədər, habelə, müəssisənin ləğv edilməsi ilə əlaqədar iddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək ENX sahəsində trolleybus sürücüsü vəzifəsində işləməsini ona pensiya təyin edilməsi məqsədilə zaman nəzərə almamış, bunun səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
30. Cavabdehin etirazının və şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirilən dövr üzrə əmək fəaliyyətinə dair məlu matlar onun əmək kitabçasında qeyd edilmiş, həmin qeydlərin qeyri-mötəbərliyi ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
31. Hazırkı qərarın 23-cü bəndində qeyd edilən normanın tələbinə əsasən sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
32. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
33. İddiaçının işləmiş olduğu “trolleybus sürücüsü” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və a ğır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (23000000 – XXVİİİ. Nəqliyyat - 23004000 –
4. Şəhər elektrik nəqliyyatı - 23004000—11462 – trolleybus sürücüləri) nəzərdə tutulmuşdur.
34. Beləliklə, iddiaçının yuxarıda qeyd olunan normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-1(105)-601/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir