Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-240/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı QƏRARİ (Açar sözlər: təhsil aldığı müddətin yarısının uzun müddət xidmətə daxil edilməsi və məlumat vərəqində dəyişiklik edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Naxçıvan Universitetində təhsil aldığı müddətin yar ısının uzun müddət xidmətinə daxil edilməsi və məlumat vərəqində dəyişiklik edilərək "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-74/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Naxçıvan Universiteti Rektorluğunun 02 iyul 1996-cı il tarixli, 3/12 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı test üsulu ilə imtahan verərək yüksək bal topladığından İqtisadiyyatın hüquqi tənzimlənməsi-əyani ixtisası üzrə universitetin tələbələri sırasına qəbul edilmişdir.
2. Naxçıvan Universiteti Tədris şöbəsi tərəfindən İddiaçı verilmiş 21 oktyabr 2019-cu il tarixli, T19/04 nömrəli arayışdan görünür ki, İddiaçı 1996-1997-ci tədris ilində “Naxçıvan” Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə əyani şöbəsinin İ kursuna qəbul olmuş və 1997-1998-ci tədris ilində təlim məşğələlərində iştirak etmədiyindən rektorluğun xx.xx.1997-ci il tarixli, 3/63 saylı əmri ilə həmin ixtisasın İİ kursundan tələbələr sırasından xaric edilmişdir.
3. Azərbaycan Respublikasının Dövlət X2 X3 Muxtar Respublikası Regional Bölməsi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış 16 oktyabr 2023-cü il tarixli, 210/1023 nömrəli məktubdan görünür ki, xx.xx.1979-cu il tarixdə doğulmuş İddiaçı qəbul olduğu təhsil müəssisəsinin və ixtisasın adı, sənəd verdiyi il və qəbul forması ilə bağlı hər hansı məlumat aşkar olunmamışdır. 4. “Tələbə-Məzun” məlumatları barədə çıxarışdan aydın olur ki, İddiaçı 1996-1997-ci tədris ilində “Naxçıvan” Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə əyani təhsil almış və sonradan tələbələr sırasından xaric edilmişdir. 5. 002334 nömrəli fərqlənmə diplomunun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1997-ci ildə Azərbaycan Respublikası DİN-in Bakı Yanğın-Texniki məktəbinə daxil olmuş və 18 oktyabr 1999-cu ildə Yanğına qarşı mühafizənin təşkili və texnikası ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 20 oktyabr 1999-cu il tarixli qərarı ilə ona Yanğın təhlükəsizliyi texniki ixtisası verilmişdir. 6. 002911 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 2001-ci il də DİN Polis Akademiyasına daxil olmuş və 2006-cı ildə hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 29 iyul 2006-cı il tarixli qərarı ilə ona hüquqşünaslıq ixtisası verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavə və dəyişikliyə əsasən ona təyin edilmiş pensiyasında cavabdeh tərəfindən müvafiq təminat xərclərinin 3 faizi miqdarında hesablanaraq pensiyasının yenidən hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı işə birinci instansiya məhkəməsində baxılan zaman 09 iyun 2023-cü il tarixli ərizə ilə müraciət edərək, iddia tələbini dəqiqləşdirmiş, Naxçıvan MR İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-21(122)-516/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən təqdim edilmiş 09 iyun 2023-cü il tarixli ərizə təmin edilərək, cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmiş və iddia tələbi “xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Naxçıvan Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi və məlumat vərəqində dəyişiklik edilərək "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" pub lik hüquqi şəxsinə göndərilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması” tələbi kimi icraata qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci il tarixdən xx.xx.2017-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. DİO-da xidmət müddəti 30 iyul 2017-ci il tarixinə təqvimi hesablama ilə 20 il, 00 ay, 01 gün, imtiyazlı hesablama ilə 28 il, 10 ay, 15 gün təşkil edir. Naxçıvan MR DİN-in 01 avqust 2017-ci il tarixli əmri ilə öz istəyi ilə olmasa da, təzyiq altında daxili işlər orqanlarından təqaüdə buraxılmışdır. İstefada olan polis mayorudur. Naxçıvan şəhər 3 №-li orta məktəbi bitirmiş, rus dilini bilir. Xidmət etdiyi dövrdə 1999-cu ildə Daxili İşlər Nazirliyinin orta ixtisas təhsil müəssisəsini fərqlən mə diplomu ilə, 2006-cı ildə DİN-in Polis Akademiyasını bitirmişdir. Təqaüdə buraxıldıqdan sonra 3 il Naxçıvan Dövlət Universitetində müəllim, hazırda Naxçıvan Universitetində saat hesabı müəllim işləyir. Fərdi əmək mübahisələrinin həlli ilə əlaqədar məqalələri var.
10. Naxçıvan MR İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(122)-53/2024 nömrəli qərarı ilə (hakim H.Muradov) İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Naxçıvan Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi və məlumat vərəqində dəyişiklik edilərək "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə da ir iddiası rədd edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin icrasından imtina etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarına iddiaçının özü tərəfindən əlavə edilmiş Naxçıvan Universiteti Tədris şöbəsi tərəfindən İddiaçı verilmiş 21 oktyabr 2019-cu il tarixli, T19/04 nömrəli arayışdan görünür ki, İddiaçı 1997-1998-ci tədris ilində təlim məşğələlərində iştirak etmədiyindən rektorluğun xx.xx.1997-ci il tarixli, 3/63 saylı əmri ilə tələbələr sırasından xaric edilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı hər hansı digər ali təhsil müəssisəsinə köçürülməmiş, intizamsızlıq səbəbindən müvafiq əmr əsasında Universitetdən xaric edilmişdir. Nazirlər Kabinetinin müvafiq qərarında da qeyd edildiyi kimi bilavasitə mülki ali təhsil müəssisələrindən tə ləbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir. Qeyd olunan normanın iddiaçıya tətbiq edilməsi üçün, ilk öncə, iddiaçı təhsilini davam etdirməli, ikinci isə həmin ali təhsil müəssisəsi mülki ali təhsil müəssisəsi olmalıdır. İş materiallarına əsasən iddiaçı ali təhsilinin davam etdirməmiş, Universitetdən xaric edilmişdir Digər tərəfdən isə onun sonradan 1999-cu ildə qəbul olduğu Daxili İşlər Nazirliyinin orta ixtisas təhsil müəssisəsi xüsusi təyinatlı ali təhsil müəssisəsi hesab edilmir. Həmçinin iddiaçının 1999-cu ildə qəbul olduğu Daxili İşlər Nazirliyinin orta ixtisas təhsil müəssisəsində təhsil aldığı müddət onun daxi li işlər orqanlarında xidmət etdiyi illərlə üst-üstə düşür. Göründüyü kimi, Nazirlər Kabinetinin müvafiq qərarında natamam ali təhsil müddətinin uzun müddətli xidmət illərinə daxil edilməsi imperativ qaydada tənzimlənmişdir. Qanunvericiliklə dispozitivlik şərtləri çərçivəsində seçim hüququ nəzərdə tutulmadığından və qeyd olunan imperativ şərtlər iddiaçıya münasibətdə ödənilmədiyindən İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Naxçıvan Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi mümkün deyil. Bununla da, cavabdeh inzibati orqanın imtinası haqlı olmuşdur.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası m əhkəməsində icraat
13. Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-74/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər: Y.Qurbanov - sədrlik edən və məruzəçi, S.Novruzov və M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin baxılması üçün yenidən həmin instansiyaya qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfidən qaldırılmış iddianın əsas hüquqi məzmununu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı Qərarını 1-ci hissəsində qeyd olunan daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə digər hüquq mühafizə orqanlarında xidmət müddəti ilə yanaşı "həqiqi hərbi xidmət və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində keçirdiyi təlim vaxtının yarısının uzun müddət xidmətə daxil edilməsi təşkil edir.
17. Lakin hakim Hicran Muradov iş N- 2-1(122)-53/2024, xx.xx.2024-cü il tarixli verdiyi qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı Qərarını 1-ci hissəsində qeyd olunan daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə digər hüquq mühafizə orqanlarında xidmət müddəti ilə yanaşı "həqiqi hərbi xidmət və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində keçirdiyi təlim vaxtının yarısının uzun müddət xidmətə əlavə edilməsi anlayışını təqvim yox güzəştli sayılan hissəyə əlavə edilməli olduğunu qeyd edir.
18. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı Qərarını 1-ci hissəsində qeyd olunan daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə digər hüquq mühafizə orqanlarında xidmət müddəti ilə yanaşı "həqiqi hərbi xidmət və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mü lki ali təhsil müəssisələrində keçirdiyi təlim vaxtının yarısı pensiya təyin olunarkən təqvimə hesablanır və hərbi qulluqçu pensiya hüququnu əldə edir. Məsələn: əməkdaş 16 il xidmət edib, hərbi xidmətdə 2 il olubsa və xidmətdən əvvəl mülki ali təhsil müəssisələrində 5 ilədək keçirdiyi təlim vaxtı da varsa onun yarısı təqvimə daxil edilir və ümumilikdə 20 il olduğuna görə pensiya hüququnu əldə etmiş olur.
19. Yuxarıda qeyd olunanlara əsasən nə mülki ali təhsilin yarısı nə də digər hüquq mühafizə orqanlarında müddətli və ya müddətdən artıq hərbi xidmət güzəştli sayılan hissəyə aid deyil.
20. Daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilənlər isə Azərbaycan Respublikası Nazir lər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı Qərarını 2-ci hissəsində öz əksini tapıb və həmin hallar qeyd olunaraq sıralanıb.
21. Hakim qərarda onun 1997-ci ildə mülki ali təhsil müəssisəsindən xaric olunduqdan sonra 2 il fasilədən sonra 1999-cu ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi orta ixtisas təhsil müəssisəsinə qəbul olduğunu qeyd edir. Halbuki təqdim etdiyim diplomlar və qəbul sənədlərində 1996-1997-ci illərdə Naxçıvan Universitetində təhsil aldığım və 1997-1999-cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi orta ixtisas təhsil müəssisəsinə təhsil aldığım rəsmi olaraq qeyd olunub.
22. Qeyd edir ki, Naxçıvan Universitetində təhsil aldığı müddətdə heç bir kəsiri olmayıb və verilən qiymət cədvəlində qiymətləri əla və yaxşı qiymətlər qey d olunub və təhsildə hər hansı intizamsızlıq etməmişdir.
23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi orta ixtisas təhsil müəssisəsinə qəbul olduğundan Naxçıvan Universitetində növbəti payız semestr dərslərində iştirak etməmiş və növbəti il üçün təhsildə iştirakını təsdiq etmədiyindən 1997/1998 təlim məşqlərində iştirak etmədiyinə görə tələbələr sırasından xaric olunmuşdur.
24. Universitetin bakalavr səviyyəsini başa vurmayan şəxslərin orta ixtisas təhsil müəssisələrinə qəbulu qanunla qadağan edilməmişdir. Əksinə bununla bağlı qaydalar qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 230 №li Qərarı ilə tənzimlənir. Təhsilin bakalavr pilləsində təhsil alan şəxslərə orta ixtisas pilləsi daha perspektivli hesab olunarsa təhsilini dayandırıb orta ixtisas təhsil pilləsinə qəbul ola bilərlər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 230 №-li Qərarı 2.1-ci bənd). 2009-cu ildə qəbul edilən Təhsil Haqqında Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixli N- 833-İİİQ nömrəli Qanununun 27.3-cü maddəsi əsasında müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini başa vurmayan şəxslərə arayışın verilməsi öz əksini tapmışdır. Həmin arayışın verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 12 №-li Qərarı ilə tənzimlənir. Qərara görə müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə qoruyucu nişanı olan arayış və qiymət cədvəli verilir”. Həmin arayış və qiymət cədvəli üçün də Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib v ə xüsusi blank Naxçıvan Universitetində tərtib olunaraq mənə təqdim edilmişdir. Onun təsdiq olunmuş bir nüsxəsini məhkəməyə təqdim etmişdir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı Qərarında mülki ali təhsildən xüsusi ali təhsil müəssisəsinə köçürülmə məsələsi qeyd olunsa da, nə Azərbaycan Respublikasının Təhsil Haqqında Qanununda nə X4 nə Daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamədə, nə də Azərbaycan Respublikasının digər imperativ qanunverici normalarında mülki ali təhsildən xüsusi ali təhsil müəssisəsinə köçürülmə nəzərdə tutulmamışdır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı Qərarını 1-ci hissəsində qeyd olunan daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya tə yin edilməsi üçün uzun müddət xidmətə digər hüquq mühafizə orqanlarında xidmət müddəti ilə yanaşı "həqiqi hərbi xidmət və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində keçirdiyi təlim vaxtının yarısının uzun müddət xidmətə daxil edilməsi qüvvədə olan normadı və mənim xidmətdən öncə təhsil aldığım 1 il müddətin yarısının uzun müddət hesab olunan xidmətimin təqvim olan hissəsinə əlavə olunmalıdır. olmadığından qanunvericiliyə əsasən həmin dövr üzrə pensiya hüququ olmamışdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən onun adına təqdim edilmiş məlumat vərəqində olan göstəricilərə istinad edərək, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci Və 20.14.1-ci maddələrinə müvafiq olaraq ona 1224.25 manat (min iki yüz iyirmi dörd manat iyirmi beş qəpik) təminat xərcliyinin 67.67 faizi (güzəştli xidmət illəri ilə birlikdə 28 il 10 ay 01 gün) miqdarında, yəni 828.45 (səkkiz yüz iyirmi səkkiz manat qırx beş qəpik) məbləğində əmək pensiyası hesablanmışdır ki, bu da qanunvericiliyə uyğundur.
27. Mülki ali təhsil müəssisələrində, habelə digər təhsil müəssisələrində təhsil başa vurulmadan oradakı təhsil müddətinin yarısının uzun müddət xidmətə daxil edilməsi üçün həmin Qərarda ümumi qaydadan istisna olaraq şərt kimi nəzərdə tutulmuşdur ki, uzun müddət xidmət vaxtı hesablanarkən yalnız həmin kateqoriyadan olan şəxslərin təhsil aldıqları mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsillərini başa vurmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsillərinin davamı üçün qəbul edildikləri halda müvafiq mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə, yəni oradakı təhsil müddətinin yarısı uzun müddət xidmətə daxil edilir.
28. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, qərarın ləğv edilməsini və işin baxılması üçün yenidən həmin instansiyaya qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
29. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu M əcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində i craat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə d air iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məlum olduğu kimi, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2017-ci il tarixdən qüvvəyə minimiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavə və dəyişikliyə əsasən ona təyin edilmiş pensiyasında cavabdeh tərəfindən müvafiq təminat xərclərinin 3 faizi miqdarında hesablanaraq pensiyasının yenidən hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. İddiaçı işə birinci instansiya məhkəməsində baxılan zaman 09 iyun 2023-cü il tarixli ərizə ilə müraciət edərək, iddia tələbini dəqiqləşdirmiş, Naxçıvan MR İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-21(122)-516/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən təqdim edilmiş 09 iyun 2023-cü il tarixli ərizə təmin edilərək, cavabdeh "Naxçıvan Muxtar Respublikası Döv lət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmiş və iddia tələbi “xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Naxçıvan Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi və məlumat vərəqində dəyişiklik edilərək "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə göndərilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması” tələbi kimi icraata qəbul edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisə üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 2-1(108)-74/2024 saylı qərarla yuxarıda göstərilmiş nəticəyə gələrkən qeyd etmişdir ki, “Birinci instansiya məhkəməsi iddianı rəd d edərkən ona əsaslanmışdır ki, iddiaçı digər ali təhsil müəssisəsinə köçürülməmiş, müvafiq əmr əsasında Universitetdən xaric edilmiş, Nazirlər Kabinetinin müvafiq qərarında natamam ali təhsil müddətinin uzun müddətli xidmət illərinə daxil edilməsi ilə bağlı müəyyən edilmiş imperativ şərtlər iddiaçıya münasibətdə ödənilmədiyindən onun xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Naxçıvan Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi mümkün olmadığı üçün cavabdeh inzibati orqan imtina etməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, İddiaçı X1 götürülməzdən əvvəl təhsil aldığı mülki ali təhsil müəssisəsini (“Naxçıvan” Universitetini) bitirməsi və ya həmin təhsil müəssisəsindən tələbəlik vaxtı təhsilini başa vurmadan xüsusi təyinatlı ali təhsil müəssisəsinə təhsilinin davamı üçün qəbul edilməsi iş materialları ilə müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.”
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin inzibati mübahisə üzrə gəldiyi həmin nəticə ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi inzibati mübahisənin hallarını və işdə olan sübutları tam, hərtərəfli və diqqətlə araşdırmamış, bunun nəticəsində iş qanuna uyğun olmayan və əsassız məhkəmə qərarı qəbul etmişdir.
36. Belə ki, apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən edilmişdir ki, Naxçıvan Universiteti Rektorluğunun 02 iyul 1996-cı il tarixli, 3/12 saylı əmrinin çıxarışına əsasən, İddiaçı test üsulu ilə imtahan verərək yüksək bal topladığından İqtisadiyyatın hüquqi tənzimlənməsi-əyani i xtisası üzrə universitetin tələbələri sırasına qəbul edilmişdir.
37. Həmçinin Naxçıvan Universiteti Tədris şöbəsi tərəfindən İddiaçı verilmiş 21 oktyabr 2019-cu il tarixli, T19/04 nömrəli arayışdan görünür ki, İddiaçı 1996-1997-ci tədris ilində “Naxçıvan” Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə əyani şöbəsinin İ kursuna qəbul olmuş və 1997-1998-ci tədris ilində təlim məşğələlərində iştirak etmədiyindən rektorluğun xx.xx.1997-ci il tarixli, 3/63 saylı əmri ilə həmin ixtisasın İİ kursundan tələbələr sırasından xaric edilmişdir.
38. Eyni zamanda “Tələbə-Məzun” məlumatları barədə çıxarışdan aydın olur ki, İddiaçı 1996-1997-ci tədris ilində “Naxçıvan” Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə əyani təhsil almış və sonradan tələbələr sırasınd an xaric edilmişdir.
39. Göründüyü kimi, iddiaçı 1996-1997-ci tədris illərində Naxçıvan Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə əyani təhsil almışdır. Yəni, bu işin təkzib olunmaz faktıdır.
40. Bununla yanaşı AB-ll seriyalı, 002334 nömrəli fərqlənmə diplomunun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1997-ci ildə Azərbaycan Respublikası DİN-in Bakı Yanğın-Texniki məktəbinə daxil olmuş və 18 oktyabr 1999-cu ildə Yanğına qarşı mühafizənin təşkili və texnikası ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 20 oktyabr 1999-cu il tarixli qərarı ilə ona Yanğın təhlükəsizliyi texniki ixtisası verilmişdir.
41. Həmçinin BB l seriyalı, 002911 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 2001-ci ildə DİN Polis Akademiyasına daxil olmuş və 2006 -cı ildə hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 29 iyul 2006-cı il tarixli qərarı ilə ona hüquqşünaslıq ixtisası verilmişdir.
42. Apellyasiya məhkəməsi İddiaçı apellyasiya şikayətində qeyd etdiyi onun xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Naxçıvan Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi ilə bağlı dəlillərini müzakirə edərək həmin dəlillərin əsassız olması qənaətinə gələrkən, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesabla nması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarının 1-ci bəndinin 13-cü abzasına əsasən zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan o rta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir və həmin qərarın 1-ci bəndinin 14-cü abzasında göstərilmişdir ki, əgər həmin şəxslər bilavasitə mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir, müddəalarının təhlilinə istinadən belə qərara gəlmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarında qeyd olunan daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və digər orqanlara mənsub şəxslərə pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə digər təhsil müəssisələrində keçirdikləri təlim vaxtının beş ilədək müddət daxilində təlimin bir ilinin altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilməsi yalnız həmin şəxslərin xidmətə götürülməzdən əvvəl təhsil aldıqları mülki ali təhsil müəssisələrində, habelə digər təhsil müəssisələrində təhsillərini başa vurduqları halda mümkündür. Mülki ali təhsil müəssisələrində, habelə digər təhsil müəssisələrində təhsil başa vurulmadan oradakı təhsil müddətinin yarısının uzun müddət xidmətə daxil edilməsi üçün həmin Qərarda ümumi qaydadan istisna ol araq şərt kimi nəzərdə tutulmuşdu ki, uzun müddət xidmət vaxtı hesablanarkən yalnız həmin kateqoriyadan olan şəxslərin təhsil aldıqları mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsillərini başa vurmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsillərinin davamı üçün qəbul edildikləri halda müvafiq mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə, yəni oradakı təhsil müddətinin yarısı uzun müddət xidmətə daxil edilir...”
43. Lakin məhkəmə kollegiyası apellyasiya məhkəməsinin sözügedən maddi hüquq normalarının təhlilini yanlış hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarında “bitirmək", "təhsili başa vurmaq” anlayışı (bənd 13) nəzərdə tutulmamışdır.
44. Bundan əlavə həmin qərarda yer alan “təl im” ifadəsi rus dilinin rəsmi mətnində “təhsil” kimi qeyd edilmişdir.
45. Belə ki, rus dilindəki orijinal mətndə qeyd edilmişdir ki, “При назначении пенсии лицам офицерского состава, среднего, старшего, высшего начальствующего состава органов внутренних дел и юстиции, таможни, по чрезвычайным ситуациям, Пенитенциарной и медицинской службы Министерства юстиции и младшего, главного и высшего начальствующего состава Главного управления предварительного расследования налоговых преступлений Государственной налоговой службы при Министерстве экономики Азербайджанской Республики на основании пункта 9.5.1 Закона Азербайджанской Республики «О трудовых пенсиях» в выслугу лет включается также время их обучения в гражданских высших образовательных учреждениях, а также в средних специальных образовате льных учреждениях, имеющих курсы и отделения военной подготовки, в том числе в вечерних отделениях высших образовательных учреждениях и в заочной форме образования до принятия их на действительную военную службу и на должности рядового и начальствующего состава в органах внутренних дел, из расчета один год обучения засчитывается за шесть месяцев в пределах пятилетнего срока.”
46. Bununla da məhkəmə kollegiyası inzibati mübahisəyə apellyasiya məhkəməsində təkrar baxılarkən həmin maddi hüququ normalarının yenidən diqqətlə, tam və hərtərəfli araşdırdıqdan sonra düzgün və obyektiv nəticəyə gəlməsini zəruri sayır.
47. Belə ki, yuxarıda göstərilmiş maddi hüququ normalarından apellyasiya məhkəməsinin təhlilində yazdığı məhdudiyyət mövcud deyildir.
48. Məhkəmənin isə hər hansı bir məhdudiyyət norm asını yaratmaq səlahiyyətləri yoxdur.
49. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin adıçəkilən qərarının 1-ci hissəsinin 13-cü abzasında (bəndində) “beş ilədək müddət daxilində” sözlərinə də apellyasiya məhkəməsi tərəfindən işə təkrar baxılarkən xüsusi diqqət yetirilməlidir. Əks halda bu sözlərin hüquqi baxımından təsir dairəsi də öz mənasını itirmiş olur.
50. Halbuki, onlar qərarın 1-ci hissəsində olan 14-cü abzasının (bəndinin) müddəaları ilə əlaqəlidir.
51. Həmçinin apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni təkrar həll edərkən iddiaçının “Naxçıvan” universitetindən xaric edilərkən X1 birbaşa daxil olub-olmaması məsələsini araşdırmalı və buna uyğun olaraq düzgün və obyektiv nəticəyə gəlməlidir.
52. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiy ası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(108)74/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilsin. Qərar qətidir.