Məhkəmə qərarları › İş №2-1(102)-2401/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2401/2019

25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2401/2019 25.09.2019 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər N.Rəsulbəyova (sədrlik edən və məruzəçi-hakim), Z.Quliyev və İ.Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi F.Rəsulovanın, İddiaçı-nin vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “faiz borcunun ləğv edilməsi və həmin tarixdən sonrakı dövr üçün hesablanacaq faizlərin dayandırılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibatiİqtisadi Kolleg iyasının 2-1(103)-72/2019 saylı 13 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətə baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “faiz borcunun ləğv edilməsi və həmin tarixdən sonrakı dövr üçün hesablanacaq faizlərin dayandırılması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-183/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzi bati-İqtisadi Kollegiyasının 2-1(103)-72/2019 saylı 13 fevral 2019cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-183/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-72/2019 saylı 13 fevral 2019cu il tarixli qərarı 15 fevral 2019-cu il tarixli 2-1(103)-72/2019 saylı məktubla iddiaçıya göndərilmiş və 22.02.2019-cu il tarixdə ona təqdim edilmişdir (iş v.209). Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-72/2019 saylı 13 fevral 2019cu il tarixli qərarından narazı qalan iddiaçı kassasiya şikayəti və müddətin bərpasına dair ərizə vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə sinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən 08 iyul 2019-cu il tarixli, 2-1(102)-2401/19 saylı məktubla buraxılmış müddətin bərpası barədə vəsatətə baxılması 18 sentyabr 2019-cu il tarix ə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. 18 sentyabr 2019-cu il tarixdə məhkəmə iclasında müəyyən edildi ki, həm məktubla buraxılmış müddətin bərpası barədə ərizə, həm də kassasiya şikayəti formal xətalarla (apellyasiya instansiya məhkəməsinin qərarının nömrəsi və tarixi düzgün göstərilməməklə) tərtib olunmuşdur. Məhkəmə kollegiyası 18.09.2019-cu il tarixdə məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 buraxılmış müddətin bərpası barədə ərizənin və kassasiya şikayətinin formal xətalarla tərtib olunduğunu bildirmiş və həmin xətaların aradan qaldırılması üçün məhkəmə iclasını 25.09.2019-cu il tarixə təxirə salmışdır. 23.09.2019-cu il tarixdə iddiaçının vəkili Vəkil1 Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasına “Kassasiya şikayətinə əlavə” ünvanlayaraq, əvvəlk i kassasiya şikayətində buraxdığı formal xətaları düzəltmiş, lakin müddətin bərpasına dair düzəldilmiş vəsatət 25.09.2019-cu il tarixədək Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasına daxil olmamışdır. 25.09.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-72/2019 saylı 13 fevral 2019-cu il tarixli qərarı 15 fevral 2019-cu il tarixli 2-1(103)-72/2019 saylı məktubla iddiaçıya göndərilmiş və 22.02.2019-cu il tarixdə ona təqdim edilmiş, (iş v.209), lakin kassasiya şikayəti 16.05.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-72/2019 saylı 13 fevral 2019-cu il tarixli qərarından kassasiya şikayətini Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 94.1-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq müddəti ötürməklə vermişdir və işin məhkəmə tərəfindən araşdırılmış hallarından müddətin ötürülməsinin üzürlü səbəbləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş proses sual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.Belə ki, göstərilən prosessual hüquq normalarının tələbləri baxımından ərizəçi buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməli və ərizədə, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir və məhkəmə müəyyən müddətdə şəxsin prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik törədən istənilən həyati halı üzrlü səbəb hesab edə bilər. Bununla da məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vermə müddəti iddiaçı tərəfindən ötürüldüyü və onun üzürlü səbəbləri sübuta yetirilmədiyi üçün vəsatət təmin olunmamalı, kassasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 1.2., 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı-nin Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-72/2019 saylı 13 fevral 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə vəsatəti təmin edilməsin. Kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbul olunmasından imtina edilsin və kassasiya şikayəti iddiaçıya qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar