Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2401/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid statusunun bərpa edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinə qarşı «şəhidlik statusunun bərpa edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 aprel 2024-cü il tarixli, 2-1(103)-356/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının mərhum qardaşı 1975-ci il təvəllüdlü X13 xx.xx.1993-cü il tarixdə Qaradağ rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissədə hərbi xidmət keçərkən «Hər iki ağciyərin aşağı paylarının ləng gedişli ocaqlı pnevmoniyası. Bronxiolit. Sağtərəfli parapnevmonik plevrit. Kəskin ürək-damar, tənəffüs çatmamazlığı» diaqnozundan müalicə olunarkən, xx.xx.1994-cü il tarixdə kəskin ürək-damar, tənəffüs çatışmazlığı nəticəsində vəfat etmişdir.
2. Bakı şəhəri Qaradağ RİHB-nın Ələt qəsəbə nümayəndəliy i tərəfindən xx.xx.1994cü ildə verilmiş İİ-JQ seriyalı, 454769 №-li ölüm haqqında şəhadətnamədə X9 ölümün səbəbi kimi “Şəhid olmuşdur” qeyd olunmuşdur.
3. X3 X2 Qaradağ rayon ƏSMM tərəfindən 20 sentyabr 1994-cü il tarixli 42/000042 №-li “Şəhid ailəsi” vəsiqəsi verilmişdir.
4. X1 Rayon İcra Hakimiyyətində şəhid ailəsi kimi qeydiyyata alınmamışdır.
5. İddiaçı cavabdehə mərhum qardaşı X9 «şəhid», ailəsinin «şəhid ailəsi» statusunun bərpa olunması ilə bağlı müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanlandığı xx.xx.2023cü il tarixli məktubla qeyd etmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin uçot sənədlərində N saylı hərbi hissənin əsgəri X9 xx.xx.1994-cü il tarixdə N saylı hərbi hospitalda “Hər iki ağciyərin aşağı paylarının ləng gedişli ocaql ı pnevmoniyası. Bronxiolit. Sağtərəfıi parapnevmonik plevrit. Kəskin ürəkdamar, tənəffüs çatışmazlığı. Toksiki hepatit, kəskin böyrək çatmazlığı" diaqnozundan müalicə olunarkən, saat 23:30-da kəskin ürək-damar, tənəffüs çatışmazlığı nəticəsində vəfat etməsi barədə məlumat olsa da (Əsas: N saylı hərbi hissənin xx.xx.2009-cu il tarixli 2/271 №-li məktubu və N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 193 №-li əmrindən çıxarışı), mərhumun şəhid, ailəsinin şəhid ailəsi statusuna malik olması, eləcə də müvafiq statusun ləğv edilməsi barədə məlumat yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1993-cü ildə Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.1975-ci il təvəllüdlü qardaşı X9 hərbi xidmət vəzifələrinin icrası zamanı ağır xəstələndiyinə və hər iki ağ ciyərin aşağı paylarının ləng gedişli ocaqlı pnevmoniyası, bronxolit, sağ tərəfli para pnevmonik plevrit, toksiki hepatit, kəskin böyrək çatmazlığı və kəskin ürək-damar tənəffüs çatışmazlığından N №li hərbi hospitalda vəfat etdiyinə görə hərbi qulluqçu olaraq ona verilmiş “şəhid” adı qanunsuz olaraq ləğv edildiyindən mərhum qardaşına hərbi qulluqçu olaraq verilmiş “şəhid” adının bərpa olunması vəzifəsinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qardaşı X4 Hərbi Komissarlığı tərəfindən çağırış vərəqəsinə əsasən hərbi xidmətə çağırılıb və o dövrdə Ağdam rayonu ərazisində qısa müddətli hazırlıq keçdikdən sonra döyüşə göndərilən batalyonların birində N saylı hərbi hissənin tərkibində hərbi xidmətə başlamışdır. O, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Kəlbəcər, Ağdərə, Füzuli və Ağdam ərazisində gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ilin qışında Kəlbəcər uğrunda gedən döyüşlərdə uzun müddət mühasirədə qaldığından hər iki ayağını don vurmuşdu. Uzun çəkən müalicələrdən sonra qardaşı könüllü olaraq yenidən döyüşlərə qayıtmışdır. Onun sonuncu xidmət yeri Ağdam rayonunun ərazisi olmuşdur. Qardaşı Ağdam rayonunun ərazisində hərbi xidməti vəzifələrinin icrası zamanı ağır xəstələndiyindən ona ilk tibbi yardım göstəril ərək, təcili olaraq, o dövrdə Ələt qəsəbəsində yerləşən N saylı hərbi hospitala təxliyyə etmişdilər. O, elə həmin gün xx.xx.1994-cü il tarixində döyüşlər zamanı əldə etdiyi hepatit, ağ ciyər xəstəliyindən və kəskin ürək-qan damar sisitemi xəstəliklərindən hərbi hospitalda vəfat etmişdir. N №li hərbi hissədən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinə daxil olmuş xx.xx.2009-cu il tarixli 2/271 nömrəli məktubda bildirilir ki, N saylı hərbi hissənin əsgəri X13 xx.xx.1994-cü il tarixində təxirəsalınmaz ambulator yardım alması (D-z: hər iki ağ ciyərin aşağı paylarının ləng gedişli oyaqlı pnevmoniyası. Bronxolit. Sağtərəfli para pnevmonik plevrit. Toksiki hepatit, kəskin böyrək çatmazlığı) və kəskin ürək-damar tənəffüs çatışmazl ığından ölməsi qeyd olunmuşdur. Onun ölüm faktını təsdiq edən İV-ЖГ № 454769 saylı xx.xx.1994-cü il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Anası vəfat edənədək qardaşının şəhid statusu var idi və həmin statusdan yararlanırdı. Lakin, anası vəfatından sonra şəhid statusu ləğv edilmişdir. O, bununla əlaqədar müraciətlər etsə də heç bir nəticə əldə edə bilməmişdir. 2019-cu ildən başlayaraq, o, yaranmış şəraitlə əlaqədar müvafiq inzibati orqanlara müraciətlər etmişdir. Lakin, bu günə qədər müsbət cavab ala bilməmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin imtinası əsasız və ədalətsizdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2-1(112)-2824/2023 nömrəli qərar ı ilə (hakim N.Abıyev) rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdi ki, ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununda, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nda verilmiş şəhid statusunun ləğv edilməsi ilə bağlı müddəalar mövcud deyil. Bununla belə, inzibati icraatın ümumi qaydalarına və prinsiplərinə əsasən, əlverişli inzibati akt da ləğv edilə bilər. Lakin əlverişli inzibati akt onu qəbul etmiş və ya onu ləğv etmək üçün qanunla səlahiyyət verilmiş digər inzibati orqan tərəfindən ləğv edilə bilər. İddiaçının tələbindən də göründüyü kimi, o, mərh um qardaşı X9 şəhid statusunun qaytarılması ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mərhum qardaşı X11 şəhidlik statusunun verilməsi və ya həmin statusun ləğv edilməsi ilə bağlı heç bir inzibati akt (sərəncam, əmr, qərar) qəbul edilməmişdir.”
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 aprel 2024-cü il tarixli, 21(103)-356/2024 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, C.Yusifov və Ş.Məmmədova ) apellyasiya şikayəti təmin edilməmiş Bakı İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.1, 1.2, 4.1-ci bəndlərinə istinad edərək aşağıdakıları qeyd etmişdir: “...İşin araşdırılması zamanı məhkəmə tərəfindən müxtəlif dövlət orqanlarına sorğular verilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.197 5-ci il təvəllüdlü X9 anası X7 Qaradağ Rayon İcra Hakimiyyətində şəhid ailəsi kimi qeydiyyata alınmadığı bildirilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda pensiya və sosial ödənişlər alt sistemində X8 aid heç bir məlumatın aşkarlanmadığı qeyd edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda Xidmətin Qaradağ rayon idərəsinin mövcud arxiv-uçot sənədlərində X3 “şəhid” hesab edilməsi barədə məlumatın olmadığı qeyd olunur. Eləcə də Azərbaycan Res publikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda Xidmətin Qaradağ rayon idarəsinin uçot sənədlərində N saylı hərbi hissənin əsgəri X9 xx.xx.1994-cü il tarixdə N saylı hərbi hospitalda “Hər iki ağciyərin aşağı paylarının ləng gedişli ocaqlı pnevmoniyası. Bronxiolit. Sağtərəfıi parapnevmonik plevrit. Kəskin ürək-damar, tənəffüs çatışmazlığı. Toksiki hepatit, kəskin böyrək çatmazlığı" diaqnozundan müalicə olunarkən, saat 23:30-da kəskin ürək-damar, tənəffüs çatışmazlığı nəticəsində vəfat etməsi barədə məlumat olsa da, mərhumun şəhid, ailəsinin şəhid ailəsi statusuna malik olması, eləcə də müvafiq statusun ləğv edilməsi barədə məlumatın olmadığı bildirilir. Beləliklə, iddiaçı qardaşı X11 hərbi qulluqçu olaraq verilmiş “şəhid” adı qanunsuz olaraq ləğv edildiyindən mərhum qardaşına hərbi qulluqçu olaraq verilmiş “şəhid” adının bərpa olunmasını xahiş etsə də, X11 «şəhid» statusunun verilməsi və onun sonradan ləğv edilməsi halları məhkəmə araşdırması nəticəsində öz təsdiqin tapmamışdır.”
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində iddiaçı aşağıdakıları qeyd etmişdir: İddiaçının qardaşının şəhid statusunun olmasına dair mövcud hallar nəzərə alınmamış və onlara düzgün hüquqi qiymət verilməmişdir. Qardaşı Ağdam rayonunun ərazisində hərbi xidməti vəzifələrinin icrası zamanı ağır xəstə ləndiyindən onu N saylı hərbi hospitala kəskin ağırlaşmış, huşu özündə olmayan vəziyyətdə təxliyyə etmişlər. O, döyüşlər zamanı əldə etdiyi hepatit, ağ ciyər xəstəliyindən və kəskin ürək qandamar sisitemi xəstəliklərindən xx.xx.1994-cü il tarixində hərbi hospitala təxliyyə edildiyindən cəmi bir neçə saat sonra vəfat etmişdir. O, Ələt qəsəbəsinin şəhidlər xiyabanında dəfn edilən birinci şəhiddir. Ona ədalətli olaraq şəhid statusu verilmişdir. Onun ölüm faktını təsdiq edən İV-JQ seriyalı 454769 saylı xx.xx.1994-cü il tarixli Ölüm haqqında şəhadətnamə verilmişdir. Ölüm haqqında şəhadətnamə dövlət sənədidir, onu vətəndaş özü yaza bilməz. Bu sənəd dövlətin inzibati orqanı tərəfindən verilmişdir. Ölüm haqqında şəhadətnamənin ölümün səbəbi qrafasında birbaşa “şəhid olmuşdur” qeyd edilmişdir. Anas ı vəfat edənədək qardaşının şəhid statusu var idi və anası həmin statusdan yararlanırdı. Onun vəfatından sonra şəhid statusu ləğv edilmişdir. Qaradağ rayonunun ƏSMM tərəfindən verilmiş şəhid ailəsinin statusuna dair vəsiqənin notarial qaydada təsdiqlənmiş surəti işə əlavə edilmişdir. X2 20 sentyabr 1994-cü ildə vəsiqə verilmişdir. Qardaşının oxuduğu orta məktəbə onun adı verilmişdir. Qardaşının yaşadığı küçə onun adını daşıyır. Qardaşının adı yazılmış lövhə yaşadıqları binanın üzərinə o, ölən kimi dərhal Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən vurulmuşdur. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli sərəncama əsasən anasının adına 16.00 kv.m sahəsi olan mağaza tikintisi üçün icazə verilmişdir. ƏSMM tabeliyində olan DSMF Arxiv və Sosial Ödəniş İşlərinin İ nventarlaşdırma üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş məktubda qeyd edilir ki, pensiya və sosial ödənişlər üzrə altsistemdə anasına aid heç bir məlumat aşkar edilməmişdir. Çünki şəhid ailələrinə həmin pensiya və sosial ödənişlərin ödənilməsi üzrə qərar 2007-ci ildə qəbul edilmiş və 2008-ci ildən ödənişlər həyata keçirilmişdir. Həmin dövrdə anasının həyatda olmaması səbəbindən pensiya və sosial ödənişlər üzrə altsistemdə anasına aid heç bir məlumat aşkar edilə bilməzdi.
15. Kassasiya şikayətinin hüquqi əsasını “Şəhid adının əbədiləşdirilməsi vəşəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhi d ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.5-ci bəndi təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Qanun Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 18. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həl ak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə
2. Şəhid və şəhid ail əsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”:
1. Şəhid anlayışı 1.1.Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
1. Aşağıdakılar şəhid hesab edilirlər: 1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya u ğrayan təyyarədə həlak olmuş şəxslər;
3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar;
4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya d axili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7 Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.
2. Şəhid ailəsi
3. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 1. arvadı (əri); 2. valideynləri; 3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 4. qa rdaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X5 Xidmətinin, X6 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X5 Xidməti, X6 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir....
20. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göst ərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələr inə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.
22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏR İ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vac ib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd e tməyi zəruri sayır.
28. İşin hallarından müəyyən olunur ki, 1975-ci il təvəllüdlü X13 xx.xx.1993-cü il tarixdə Qaradağ rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissədə hərbi xidmət keçərkən «Hər iki ağciyərin aşağı paylarının ləng gedişli ocaqlı pnevmoniyası. Bronxiolit. Sağtərəfli parapnevmonik plevrit. Kəskin ürək-damar, tənəffüs çatmamazlığı» diaqnozundan müalicə olunarkən, xx.xx.1994-cü il tarixdə kəskin ürək-damar, tənəffüs çatışmazlığı nəticəsində vəfat etmişdir
29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı mərhum qardaşı X11 hərbi qulluqçu olaraq verilmiş “şəhid” adının bərpa olunmasına yönəlmişdir.
30. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilmə si və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.
31. İstər “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Qanunda, istərsə də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nda verilmiş şəhid statusunun ləğv edilməsi ilə bağlı müddəalar mövcud deyil.
32. Bununla belə, inzibati icraatın ümumi qaydalarına və prinsiplərinə əsasən, əlverişli inzibati akt da ləğv edilə bilər. Lakin əlverişli inzibati akt onu qəbul etmiş və ya onu ləğv etmək üçün qanunla səlahiyyət verilm iş digər inzibati orqan tərəfindən ləğv edilə bilər.
33. Qeyd edilməlidir ki, apellyasiya məhkəməsi tərəfindən verilmiş sorğular nəticəsində xx.xx.1975-ci il təvəllüdlü X9 anası X7 Qaradağ Rayon İcra Hakimiyyətində şəhid ailəsi kimi qeydiyyata alınmadığını, həmçinin pensiya və sosial ödənişlər alt sistemində X8 aid heç bir məlumatın aşkarlanmadığı müəyyən edilmişdir.
34. Eyni zamanda cavabdehin iddiaçıya ünvanlandığı məktublarda X3 “şəhid”, ailəsinin “şəhid ailəsi” statusuna malik olması, eləcə də müvafiq statusun ləğv edilməsi barədə məlumatın olmadığı bildirilmişdir.
35. Göründüyü kimi, X11 «şəhid» statusunun verilməsi və onun sonradan ləğv edilməsi halları apellyasiya məhkəməsinin araşdırması nəticəsində öz təsdiqin tapmamışdır.
36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalı, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 aprel 2024-cü il tarixli, 21(103)-356/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.