Məhkəmə qərarları › İş №2-1(102)-2402/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2402/2019

30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2402/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2402/19 Bakı şəhəri 30 oktyabr 2019-cu il Açar sözlər: pensiya təminatı hüququ, güzəştli şərtlərlə pensiya hüququ, xüsusi iş stajının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun i.tirakı ilə, tərəflərin iştirakı olmadan, İddiaçı t ərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2019-cu il tarixli, 2-1(107)-279/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı 01 mart 2012-ci il tarixdən əmək şəraiti ağır olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 04 dekabr 1973-cü il tarixdən başlamaqla fasilələrə Şəki şəhərində yerləşən müxtəlif daş ka rxanalarında təhlükəli Kiş çayında ekskavatorçumaşinist işləmişdir. İddiaçı təhlükəli iş stajını nəzərə almaqla ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasına dair cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin siyahısı”na uyğun gəlmədiyini bildirməklə imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2018-ci il tarixli, 2-1(84)-740/2018 saylı qərarı ilə (hakim Rüfət Məcidov) iddia qismən təmin edilmiş, iddiaçıya 01 mart 2015-ci il tarixdən güzəştli şərtlərlə ə mək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı 01 yanvar 2006-cı il tarixədək 25 il ümumi və 12 il 06 aydan çox güzəştli əmək stajını toplamışdır ki, bununla da iddiaçının həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ erən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”na əsasən 55 yaşının tamam olduğu 19 may 2010-cu il tarixdən güzəştli pensiya hüququnun yaranmasına səbəb olmuşdur. Lakin məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı ona güzəştli pensiyasının təyin olunması üçün 01 mart 2018-ci il tarixdə müraciət etdiyindən, əmək pensiyaları haqqında hazırkı qanunvericiliyin tələblərinə uyğun olaraq ona güzəştli şərtlərlə əmək pensiyası ən çoxu müraciət etdiyi tarixdən 3 il əvvəldən, yəni 01 mart 2015-ci il tarixdən hesablanaraq ödənilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 2-1(107)-439/2018 saylı qərarı ilə (sədrlik edən Elçin Hüseynov, hakimlər Rövşən Rəfiyev və Gündüz Abbasov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin q ərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli, 2-1(102)-276/2019 saylı qərarı ilə (sədrlik edən Nigar Rəsulbəyova, hakimlər Zakir Quliyev və İlqar Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının 16 fevral 1988-ci il tarixdən 30 yanvar 1989-cu il tarixədək Şəki Su-Tikinti İdarəsində, 30 yanvar 1989-cu il tarixdən 17 aprel 2004-cü il tarixədək X4, 17 aprel 2004-cü il tarixdən 01 oktyabr 2005-ci il tarixədək isə Şəki Tikinti Materialları Kombi natında ekskavator maşinisti işləməsi öz təsdiqini tapsa da, onun işlədiyi müəssisələrin əmək şəraiti ilə bağlı hər hansı məlumat iş materiallarında mövcud olmamış, habelə apellyasiya məhkəməsi bununla bağlı lazımi araşdırma aparmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2019-cu il tarixli, 2-1(109)-279/2019 saylı qərarı ilə (sədrlik edən İmanverdi Şükürov, hakimlər Akif Eyvazov və Rafail Əliyev) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi iş üzrə Ali Məhkəmənin qərarında qeyd olunan göstərişləri təkrarlamış və iddiaçının əmək kitabçasındə öz əksini tapmış “ekskavator maşinisti” peşəsi üzrə işlədiyi müəssisələrin əmək şəraiti ilə bağlı hər hansı məlu matların olmadığına istinad etməklə iddia tələbinin əsaslı olmadığı qənaətinə gəlmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəsini aldığı 01 yanvar 2006-cı il tarixədək əvvəllər qüvvədə olmuş pensiya qanunvericiliyi ilə nəzərdə tutulmuş zəruri iş stajını topladığından, onun güzəştli pensiya hüququ da əvvəlki qanunvericiliyin tələblərinə uyğun olaraq 55 yaşının tamam olduğu 19 may 2010-cu il tarixdə yaranmışdır. İddiaçı qeyd etmişdir ki, ekskavator maşinisti peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın birinci dağ-mədən işləri bölməsinin, açıqda dağ mədən işləri və yer səthində işlər yarımbəndində ekskavator maşinistlərinin peşəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.2.1-ci bəndinə əsasən açıqda dağ-mədən işləri və yer səthində işlər bölmələrində göstərilməsi onun işlədiyi ekskavator maşinisti peşəsinin həmin kateqoriyaya, yəni dağ-mədən işlərinə aid olmaması anlamına gəlməməlidir. İddiaçı hesab edir ki, onun işlədiyi peşənin həmin kateqoriyaya aid edilməməsi eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsinə və sosial tarazlığın pozulmasına gətirib çıxara bilər. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, 9.8, əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13cü maddələrinə i stinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı xx xxx 1955-ci il tarixdə Şəki şəhərində doğulmuşdur. O, 04 dekabr 1973-cü il tarixdən 08 fevral 1974-cü il tarixədək fəhlə işləmiş, 27 may 1974-cü il tarixdən 06 mart 1976-cı il tarixədək hərbi xidmətdə olmuş,15 mart 1976-cı il tarixdən 13 iyul 1983-cü il tarixədək 13 saylı X1 (PMK-13-də), 14 iyul 1983-cü il tarixdən 16 fevral 1988-ci il tarixdən 7 nömrəli X4 (Promkombinatda), 16 fevral 1988-ci il tarixdən 30 yanvar 1989-cu il tarixədək Şəki Su-Tikinti İdarəsində, 30 yanvar 1989-cu il tarixdən 17 aprel 2004-cü il tarixədək X4, 17 aprel 2004-cü il tarixdən 01 oktyabr 2005-ci il tarixədək Şəki Tikinti Materialları Kombinatında ekskavator maşinisti və 05 yanvar 2010-cu il tarixdən 30 aprel 2014-cü il tarixədək “xxxx” Kiçik Müəssisəsində operator işləmişdir. İddiaçının qeyd olunan illərdə işləməsi adına açılmış 06 fevral 1974-cü il tarixli əmək kitabçası, hərbi xidmətdə olması isə НЗ seriyalı ******* nömrəli hərbi biletlə öz təsdiqini tapır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana m üraciət etmiş, cavabdeh orqan onun müraciətini 12 mart 2018-ci il tarixli 80/3-144 nömrəli məktubla cavablandıraraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısına əsasən onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yoxdur. “Ekskavator maşinisti” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 1.1.2-ci (Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda vəəsaslı təmirdə: dağ-m ədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər) və 1.2.1-ci (Açıqda dağ-mədən işləri və yer səthində işlər) bəndlərində nəzərdə tutulmuşdur. Sözügedən peşə iddiaçının işlədiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının “dağ mədən işləri” bölməsində 2010100a—14388 kodu ilə göstərilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci madd əsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Digər prosessual hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin aşağıdakı maddələri pozulmuşdur: - 69.4-ci maddəsinə əsasən, məhkəmə qərarının əsasland ırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir; - 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. - 96.0.6-cı maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadığı halda məhkəmə qərarı kassasiya qaydasında mütləq ləğv olunmalıdır. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, apellyasiya inst ansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Əsasalandırmaya isə həmçinin məhkəmənin qərar qəbul edilərkən istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi aiddir. Bu tələblərə uyğun olaraq əsaslandırılmamış apellyasiya məhkəməsinin qərarı kassasiya qaydasında mütləq ləğv olunmalıdır. Apellyasiya məhkəməsinin qərarından göründüyü kimi, məhkəmə tətbiq etdiyi norma kimi yalnız Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsaslanmış və Ali Məhkəmənin qərarında qeyd olunan göstərişləri təkrarlamışdır. Bununla yanaşı, həmin maddəsinin tələblərinə də riayət olunmamışdır. Halbuki, məhkəmə qərarının əsaslandırılmasının zəruriliyi yuxarıda göstərilmiş prosessual qanunvericilikdə təsbit olunmaqla yanaşı, həmçinin İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinin 1-ci bənd ində müəyyən edilmiş “ədalətli məhkəmə” araşdırılmasının təminatlarından biri kimi müəyyən edilmişdir. İddia tələbinə qiymət verərkən məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İddiaçının iddia edilən pensiya hüququnun yaranmasını birinci instansiya məhkəməsi 01 mart 2015-ci il tarixinə aid etmiş, həmin anda qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə: - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşın a çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, (...) çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məblə ği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıd ır. Lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. Əvvəlki qanunvericilik isə 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa aid olmuşdur. Onun 01 avqust 1997-ci il tarixinə qədər olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər — 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ciil tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1- dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Bü müddəaların tətbiqi ilə bağlı apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 25 ildən artıq sosial sığorta stajına malik olması mübahisə olunmamışdır. Mübahisəli hal iddiaçının xüsusi sığorta stajının müəyyən edilməsi ilə bağlıdır. Belə ki, apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ekskavator peşəsində işlədiyi Şəki Su-Tikinti İdarəsi, X5, Şəki Tikinti Materialları Kombinatı müəssisələrinin əmək şəraiti ilə bağlı hər hansı məlumat iş materiallarında yoxdur və bununla bağlı iddiaçının sənədin təqdim edə bilməməsinə əsaslanmışdır. Halbuki, Azərbaycan RespublikasıAli Məhkəmənin qərarında göstərilmişdir ki, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi iddiaçının işlədiyi peşənin xarakteristikası (iş şəraiti) istiqamətində araşdırmaqla işə yenidən baxmalıdır. Mahiyyətinə görə kassasiya məhkəməsinn bildirdiyi mövqeyi Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində əks olunmuş işin hallarının tam araşdırılmaması ilə bağlı olmuşdur. Lakin işin apellyasiya icraatında olan hissəsindən göründüyü kimi, məhkəmə tərəfindən hər hansı bir araşdırma aparılmamış, bi r iclas çərçivəsində tərəflərin izahatı dinlənilməklə qərar qəbul edilmişdir. Bununla isə məhkəmə Azərbaycan Respublikası İPMnin 96.11-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası mübahisəli məsələyə qiymət verərkən aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “2010100a—14388” kodla ekskavator maşinistləri peşəsi göstərilsə də, lakin həmin peşə üzrə istehsalat sahələri ardıcıl olaraq təsnifatlaşdırılaraq aşağıdakı kimi müəyyən edilmişdir: 20100000 kodla - Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri; 20101000 - 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər 2010100a - kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, draqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye mey dançalarında işlər. 2010100a - Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikonlarda və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri. Quyu partlatma işləri Qeyd edilən sahələrin sadalanmasının mahiyyəti ondan ibarətdir ki, güzəştli şərtlərlə pensiya hüququ verən sahələrə ümumi olaraq yeraltı işlər aid olsa da, lakin növbəti sahələr açıq dağ-mədən və yer səthində olan işlər kimi müəyyən olunmuş və onlara həm karxanada müvafiq peşələr üzrə görülən işlər, həm də yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında, torpaqların rekultivasiyası istiqamətində aparılan işlər də aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında iddiaçının işlədiyi müəssisələrlə bağlı əlavə araşd ırmanın aparılması zəruriliyi göstərilmiş sahələrə uyğun olub-olmaması ilə əlaqəli hesab olunmalıdır. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin apardığı araşdırma həmin müəssisələrə müvafiq sorğular verilməklə iş fəaliyyətinin istiqamətlərinin müəyyən edilməsi və yaxud xüsusi biliklərə malik olan mütəxəssis cəlb edilməklə məsələynin həll edilməsi ilə bağlı olmalıdır. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məh kəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2019-cu il tarixli, 2-1(107)-279/2019saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar