Məhkəmə qərarları › İş №2-1(102)-2402/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2402/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2402/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Bakı şəhəri Cavabdeh1 Mənzil Kommunal Təsərrüfatı Birliyinin 43 saylı Mənzil Kommunal İstismar Sahəsinin iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yeni açılmış hallarla bağlı icraatın təzələnməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Bakı şəhəri Cavabdeh1 Mənzil Kommunal Təsərrüfatı Birliy inin 43 saylı Mənzil Kommunal İstismar Sahəsinin iştirakı ilə) kompensasiyanın verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2145/2021 nömrəli iş üzrə 12.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 21 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81)3204/2019 saylı 04 oktyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə və üçüncü şəxslər Bakı şəhəri Cavabdeh1 Mənzil Kommunal Təsərrüfat Birliyi 43 saylı Mənzil Kommunal İstismar Sahəsinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiyanın verilməsi tələbinə dair iddiası rədd edilmişdir.

2. Həmin qərardan İddia çı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2781/2019 saylı 10 dekabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-3204/2019 saylı iş üzrə 04 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

3. Həmin qərardan İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-946/20 saylı, 17 mart 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 10 dekabr 2019-cu il tarixli, 2-1(103)-2781/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (ərizəçi ) İddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

5. Birinci instansiya məhkəməsinin 07.06.2021-ci il tarixli, 2-1(81)3204/2019 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəmə icraatının təzələnməsinə əsas olan sonradan aşkar olunmuş hər hansı yeni sübutlar və ya halları məhkəməyə təqdim edilmədiyindən ərizə əsassızdır və rədd edilməlidir.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 07.06.2021-ci il tarixli, 2-1(81)-3204/2019 nömrəli qərardadının ləğv edilməsini, icraatın təzələməsi barədə qərar dadın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 12.08.2021-ci il tarixli, 2-1(103)-2145/2021 nömrəli (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Vidadi Məmmədov) qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2-1(81)-3204/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, belə hesab etmişdir ki, 15.02.2021-ci il tarixli Bakı şəhər Cavabdeh1 Yasamal rayon MənzilKommunal Təsərrüfat Birliyi tərəfindən iddiaçıya göndərilmiş məktub qüvvəyə minmiş məhkəmə q ərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsinə əsas olan sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

10. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-in 432.2-ci maddəsinə əsasən yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar müəyyən edilmişdir. Əsaslardan biri də məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsidir. Burada da iddiaçı (ərizəçi) İddiaçı ərizəsində qeyd etmişdir ki, Bakı şəhər Yaşamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən təqdim edi lən 01.02.2020-ci il tarixli 43 saylı arayışda İddiaçı sözügedən ünvandakı sahəsi 6 kv.m-dən ibarət yaşayış sahəsində söküntüyə qədər yaşaması təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçı (ərizəçi) İddiaçı yenidən ərizə ilə müraciət edərək yeni açılan hallar üzrə məhkəmə aktına yenidən baxılmasını xahiş etmişdir. Lakin iddiası rədd edilmişdir.

11. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 12.08.2021-ci il tarixli, 2-1(103)-2145/2021 nömrəli qərardadının ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı məhkəmə tərkibinə etiraz vermişdir.

13. Məhkəmə kollegiyası iddiaçı tərəfindən Ali Məhkəmənin İnzibati kollegiyasının tərkibinə verdiyi etirazla bağlı qeyd edir ki, İPM-in “Etirazlar” adlanan İİİ Fəsli mövcuddur. Həm in Fəsil 2 (iki) maddədən, yəni 18 və 19-cu maddələrdən ibarətdir.

14. Həmçinin qeyd edilməlidir ki, İPM-in 1.2-ci maddəsinə istinadən, məhkəmə kollegiyası hesab edir ki, məhkəməyə (işə təkbaşına baxan hakimə) və ya məhkəmə tərkibinə verilən etirazlarla bağlı məsələlər MPM-in İİ fəslində daha geniş işıqlandırıldığından, həmin fəsildə yer almış müddəalara müraciət edilməlidir.

15. Belə ki, MPM-in 19.1-ci maddəsinə görə hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: 19.1.1. O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; 19.1.2. O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; 19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; 19.1.4. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.1.5. o, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; 19.1.6. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; 19.1.7. onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa 19.3. Bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol ver ilmir. Qeyd: Bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər.

16. MPM-in 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır.

17. İddiaçının məhkəmə tərkibinə olan etirazında İPM-in və MPM-in 19-cu maddələrində müəyyən edilmiş etiraz üçün əsaslar və ona dair sübutlar mövcud olmadığından, həmin etiraz MPM-in 21.3-cü maddəsinə müvafiq olaraq baxılmamış saxlanılmışdır.

18. Cavabdeh kassasiya şikayətinə qarşı etirazda qeyd etmişdir ki, kassasiya şikayətində prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələdiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Cavabdeh isə kassasiya şikayətini həmin formaya uyğun tərtib etsə də, şikayətdə pozulmasını hesab etdiyi MPM-nin 432.2-ci maddənin qarşısında dü zgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişdir. Bundan başqa, qərardad qəbul etmiş məhkəmə tərəfindən hansı maddi normanın pozulmasının, eyni zamanda, düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələdiyinə dair dəlillərini qeyd etməmişdir. Tətbiq edilən hüquq

19. İnzibati Prosessual Məcəllə: Maddə

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraa tın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcu d olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

22. M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir, belə ki, iş materiallardan görünür ki, iddiaçı (ərizəçi) İddiaçı kompensasiya ödənilməsini tələb etdiyi ev paylı mülkiyyət hüququ əsasında (1/4 hissəsi) qardaşı X2 və 3 nəfər digər şəxslərə məxsus olmuşdur, qardaşı ərizəçinin razılıq ərizəsi əsasında özünə məxsus daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya qarşılığı nda alqı-satqı müqaviləsi bağlayaraq evi satmış, alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən mənzildə daimi qeydiyyatda olan iddiaçı (ərizəçi) İddiaçı tərəfindən əmlakın satılmasına dair notarial qaydada razılıq verilmiş, mübahisələndirilən zirzəmi də daxil olmaqla bütövlükdə evə görə (evin ¼ hissəsinə) mülkiyyətçisi X1 ödənilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə və üçüncü şəxslər Bakı şəhəri Cavabdeh1 Mənzil Kommunal Təsərrüfat Birliyi 43 saylı Mənzil Kommunal İstismar Sahəsinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiyanın verilməsi tələbinə dair iddiası rədd edilmişdir.

24. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırmasının əhatə etdiyi hallar inzibati məhkəmə icraatının təzələnməsi üçün sonra dan aşkar olunmuş yeni sübutlar və ya hallar hesab edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən yeni açılmış hallar məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra aşkar olunmuş və ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmayan yeni sübutlar və ya hallardır. Ərizədə qeyd olunan hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz.

25. Belə ki, İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmaya n səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

26. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 12.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli, 2-1(103)-2145/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar