Məhkəmə qərarları › İş №2-1(102)-2403/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2403/2019

24.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2403/2019 24.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslim oğlu, Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, üçüncü şəxs X9 və vəkili X24 iştirakı ilə İddiaçı1 cavab deh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxs X15 qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-245/2019 saylı iş üzrə 30 aprel 2019-cu il tarixli qərarından üçüncü şəxs X18 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 sentyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ X2 adına verilmiş JN seriyalı 265 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Oğuz RAİK-in 05.08.1998-ci il tarixli 68 nömrəli qərarı ilə 0,25 ha həyətyanı torpaq sahəsi onun mülki yyətinə verilmişdir. Sabir İbrahimxəlilov 13.03.2014-cü ildə ölmüş və arvadı İddiaçı1 onun vərəsəsi olmaqla ondan qalan miras əmlakı qəbul etmişdir. X43, X25, X32 və X33 17.03.2015-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyətlərində olan 0,0653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 27.05.2015-ci ildə Araz Haşımova satmışlar və sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına 12.06.2015-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X10, X11, X12, X5 və X13 29.03.2016-cı il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyətlərində olan 0,0816 h a kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 29.06.2016-cı ildə Araz Haşımova satmış və sonucunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına 19.07.2016-cı il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X19, X26, X20 və X17 22.09.2015-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyətlərində olan 0,0653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 19.10.2015-ci ildə Araz Haşımova satmış və sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına 24.10.2015-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X1 4, X6, X21 və X16 JN seriyalı 425 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə birgə mülkiyyətlərinə verilmiş 1,88 ha torpaq sahəsindən 1,811801 ha hissəsini X1, qalan 0,0654 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adlarına 07.04.2016-cı il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, 06.09.2017-ci il tarixdə X21 öz payına düşən torpaq sahəsini X3 bağışlamışdır. İddiaçı Oğuz RAİK-in 05.08.1998-ci il tarixli 68 nömrəli qərarı ilə X2 mülkiyyətinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 13.07.2017-ci il tarixli **********40 nömrəli mək tubla bundan imtina edərək bildirmişdir ki, qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi digər mülkiyyətçilərə məxsus torpaq sahələri ilə üst-üstə düşür və həmin torpaq sahələri ilə bağlı qüvvədə olan məhkəmə qərarları mövcuddur. Bununla razılaşmayan iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, mərhum əri Sabir İbrahimxəlilovun adına hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatları Oğuz-Yevlax şose yolu ilə Oğuz-İsmayıllı şose yolunun kəsişmə nöqtəsindən 90 m sonra, keçmiş su arxından başlayaraq, Oğuz-Qəbələ şose yolu istiqamətində kanal boyu 86 m, şose yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 m, ticarət obyektindən ayıran su arxı boyu 32 m, şose yolu ilə alma bağına doğru 31 m ölçüdə yerləşir. Bu səbəbdən də hesab etmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçıların Oğuz rayonunun Kərimli kəndi ərazisində yerləşdiyini iddia etdikləri 0,25 ha torpaq sahəsi əvvəllər alqı-satqı müqavilələri və qüvvədə olan məhkəmə qərarları əsasında qanuni əsaslarla başqabaşqa vətəndaşların adlarına dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə düşür. Bu məhkəmə qərarları hal-hazırda qüvvədədir. İddiaçıların iddia etdiyi ərazidə naturada həyətyanı məqsədli torpaq sahəsi mövcud deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.03.2018ci il tarixli 32419 nömrəli ekspert rəyi ilə müəyən edilmişdir ki, JN seriyalı 2 65 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X2 mülkiyətində olan 0,25 ha həyətyanı torpaq sahəsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin elektron bazasında öz əksini tapmadığından, torpaq sahəsinin sənəd üzrə konkret olaraq hansı ərazidə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. İddiaçıların iddia etdiyi torpaq sahəsinin təyinatı DWJ elektron baza xəritələrində kənd təsərrüfatı təyinatlı əkin torpağı olmaqla, həmin torpaq sahəsi **********31, **********06, **********41, **********42, **********99 və **********89 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Araz Haşımovun mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. İddiaçıların iddia etdiyi və A raz Haşımovun mülkiyyətində olan torpaq sahəsi İddiaçı1 tərəfindən məftillə çəpərlənərək istifadə olunur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2-1(84)-56/2018 nömrəli qərardadı (hakim - R.Məcidov) ilə iddia tələbinin İddiaçı3 və İddiaçı2 cavabdeh DƏDRX-in 9 saylı ərazi idarəsinə qarşı “Oğuz RAİK-in 05.08.1998-ci il tarixli 68 nömrəli qərarına əsasən mərhum X2 mülkiyyətinə verilmiş Oğuz-Yevlax şosse yolu ilə Oğuz-İsmayıllı şosse yolunun kəsişmə nöqtəsindən 90 m sonra, keçmiş su arxından başlayaraq, Oğuz-Qəbələ şosse yolu istiqamətində kanal boyu 86 m, şosse yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 m, ticarət obyektindən ayıran su arxı boyu 32 m, şose yolu ilə alma bağına doğru 31 m ölçüdə 0,25 ha olan, JN seriyalı 265 B nömrəli torpağın m ülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2-1(84)-56/2018 nömrəli qərarı (hakim - R.Məcidov) ilə İddiaçı1 cavabdeh DƏDRX-in 9 saylı Ərazi İdarəsinə qarşı “Oğuz RAİK-in 05.08.1998-ci il tarixli 68 nömrəli qərarına əsasən mərhum X2 mülkiyyətinə verilmiş Oğuz-Yevlax şosse yolu ilə Oğuz-İsmayıllı şosse yolunun kəsişmə nöqtəsindən 90 m sonra, keçmiş su arxından başlayaraq, Oğuz-Qəbələ şosse yolu istiqamətində kanal boyu 86 m, şosse yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 m, ticarət obye ktindən ayıran su arxı boyu 32 m, şose yolu ilə alma bağına doğru 31 m ölçüdə 0,25 ha olan, JN seriyalı 265 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası rədd edilmişdir. İddiaçı1 apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli 2-1(84)-56/2018 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-320/2018 saylı, 25 iyul 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – G.Q.Abbasov, ha kimlər – R.R.Rəfiyev və E.Ş.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2-1(84)-56/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)40/2019 saylı, 16 yanvar 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – İ.A.Dadaşov, hakimlər – K.N.Bədəlov və S.Ə.Hüseynova)ilə iddiaçının kassasiya şikayəti təmin edilərək Şəki Apelyasiya Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-245/2019 saylı, 30 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – R.Ə.Əliyev, hakim lər – A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin olunmuş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli 2-1(84)-56/2018 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilmiş və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsinə və üçüncü şəxs X15 qarşı “Oğuz RAİKin 05.08.1998-ci il tarixli 88 nömrəli qərarına əsasən mərhum X2 mülkiyyətinə verilmiş, OğuzYevlax şose yolu ilə Oğuz-İsmayıllı şose yolunun kəsişmə nöqtəsindən 90 metr sonra, keçmiş su arxından başlayaraq, Oğuz-Qəbələ şose yolu istiqamətində kanal boyu 86 m, şose yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 m, ticarət obyektindən ayıran su arxı boyu 32 m, şose yolu ilə alma bağına doğru 31 m ölçüdə 0,25 ha olan, JN - 265 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarını ləğv edib iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işin halları tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, apellyasiya şikayətində istinad olunan Oğuz Rayon Məhkəməsinin 14.12.2007-ci il tarixli 2-116 nömrəli qətnaməsini və Şəki Apellyasiya Məhkəməsinin 05.10.2010-cu il ta rixli 2(107)-4/2010 nömrəli qətnaməsini hazırki işlə əlaqələndirməyə çalışan iddiaçılar ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli Çıxarışlar, qanuni qüvvəsini almış məhkəmə qətnamələri və çox sayda digər birbaşa sübutları qəbul etmək istəmirlər. Apellyasiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi 05 oktyabr 2010-cu il tarixli və 30 iyul 2012-ci il tarixli qətnamələrə istinad etsə də, onun tərəfindən təqdim edilmiş sübutları nəzərə almamışdır. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin 30 iyul 2012-ci il tarixli qətnaməsinin icrası mümkün olmayan qətnamə kimi geri qaytarılması barədə Oğuz rayon İcra və Probasiya şöbəsinin qanuni qüvvəsini almış qərarı mövcuddur. 05 oktyabr 2010-cu il tarixli qətnaməyə gəldikdə isə həmin qətnamənin 10 ilə yaxın müddət ərzində icra olunmamasının səbəbinə də məhkəmə hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında üçüncü şəxs və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ünvanladığı teleqramda prosesin təxirə salınmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə göndərdiyi məktubda işə onların iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və i ş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya məhkəməsi işin faktiki halları ilə bağlı olaraq müəyyən etmişdir ki, Oğuz RAİKın 05.08.1998-ci il tarixli 68 nömrəli qərarına əsasən 0,25 ha torpaq sahəsi iddiaçının mərhum əri X2 mülkiyyətinə verilmiş, Sabir İbrahimxəlilovun hüquqları dövlət qeydiyyatına alınaraq, koordinatları yerində göstərilməklə torpağın mülkiyyətə verilməsinə dair 21.10.2005-ci il tarixli JN seriyalı 265 B nömrəli (kod ********) şəhadətnamə ilə rəsmiləşdirilmiş, mərhum əri Sabir İbrahimxəlilov 19.03.2014-cü ildə vəfat etmiş, 31.04.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı mərhumdan miras qalmış həmin əmlakın qanun üzrə vərəsəsi sayılmış, iddiaçı mərhum ərinin vərəsəsi kimi miras əmlakını dövlət notariat kontorunda qəbul edərək miras əmlakının mülkiyyətçisi olmuşdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia “Daşınmaz əmlakın dövlət reyestri h aqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən təmin edilməlidir. Həmin normaya görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaya qarşı cavabdehin etirazının əsas dəlili ondan ibarətdir ki, iddiaçının öz adına qeydiyyata alınmasını tələb etdiyi tor paq sahəsi digər mülkiyyətçilərə məxsus torpaq sahələri ilə üst-üstə düşür və həmin torpaq sahələri ilə bağlı qüvvədə olan məhkəmə qərarları mövcuddur. Cavabdeh bu dəlilinin əsassız olduğuna dair özünün mövqeyini isə apellyasiya məhkəməsi onunla əsaslandırmışdır ki, tərəflərin mülkiyyətinə verilmiş torpaq sahələri Oğuz rayonunun Kərimli kəndində yerləşməklə bir-biri ilə qonşu olan torpaq sahələridir. Əvvəllər tərəflər arasında həmin torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı on ilə qədər davam edən məhkəmə mübahisələri olmuş, məhkəmə qətnamələri ilə həmin torpaq sahələrinin bir-biri ilə üst-üstə düşmədiyi müəyyən edilmiş və həmin qətnamələr qanuni qüvvədədirlər. Ancaq birinci instansiya məhkəməsi hazırki iş üzrə tərəflərin də vaxtilə iştirak etdikləri və onlar üçün bilavasitə preyudisia l qüvvəsi olan məhkəmə qərarları ilə müəyyən edilmiş halları nəzərə almamış, həmin mülki işləri tələb edərək onları öyrənməmiş, həmin məhkəmə qərarları ilə müəyyən edilmiş halların əksinə olaraq mübahisə predmeti olan torpaq sahələrinin üst-üstə düşməsi nəticəsinə gəlmiş, bununla da, MPM-in 82.3-cü və İPM-nin 78-ci maddələrinin tələblərinə uyğun olmayan məhkəmə qərarı qəbul etmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtər əfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. İlk növbədə qeyd edilməlidir ki, apellyasiya məhkəməsi qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə həmin torpaq sahələrinin bir-biri ilə üst-üstə düşmədiyinin müəyyən edildiyini bildirərkən Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 05 oktyabr 2010-cu il tarixli qətnaməsinə və Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 30 iyul 2012-ci il tarixli 2(107)-213/2012 nömrəli qətnaməsinə istinad etmişdir. Lakin iş materiallarında məhkəmənin istinad etdiyi həmin qətnamələr yoxdur. Kollegiya həmçinin qeyd edir ki, MPM-in 82.3-cü maddəsi də məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Həmin normaya görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi bu norma mülki mübahisələrə tətbiq e dilə bilən normadır. Hazırki iş isə inzibati mübahisədir. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-in qeyd edilən norması mülki mübahisə gedişində müəyyən edilmiş faktın inzibati məhkəmə icraatı zamanı mübahisələndirilməsinin yolverilməzliyini müəyyən etmir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, işin materiallarından müəyyən olunur ki, tərəflər arasında mülki məhkəmə icraata qaydasında baxılmış çoxsaylı məhkəmə mübahisələri olmuş və həmin işlərdə məhkəmələr tərəfindən faktlarla bağlı bəzən bir-biri ilə ziddiyyət yaradan nəticələrə gəlinmişdir. Odur ki, hətta güman olunsa ki, apellyasiya məhkəməsinin istinad etdiyi Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 05 oktyabr 2010-cu il tarixli və Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 30 iyul 2012-ci il tarixli 2(107)-213/2012 nömrəli qətnamələrində torpaq sahələrinin bir-biri ilə üst-üstə düşmədiyinin müəyyən edildiyi göstrərilib, lakin üçüncü şəxs tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4730/2019 saylı, 24 iyun 2019-cu il tarixli qərarında torpaq sahələrinin üst-üstə düşdüyü göstərilib. Beləliklə, hətta MPM-in 82.3-cü maddəsindən çıxış etməklə torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyi məsələsinə qiymət verilməsi məsələsi həll edilməli olsa belə, bu halda bir-birinə ziddiyyət təşkil edən məhkəmə aktları mövcuddur. Ona görə də, kollegiya hesab edir ki, torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi məsələsi işin hallarının obyektiv və hərtərəfli araşdırılmasına əsaslanan ekspertiza rəyi ilə müəyyən edilməlidir. Bu məsələ üzrə məhkəmə təkrar baxışda iş üzrə ekspertiza keçirildiyini nəzərə almaqla tərəflərlə həmin rəyi hərtərəfli tədqiq etməli, zərurət yaranarsa sahələrin üstüstə düşməsi məsələsini dəqiq müəyyən edə bilmək üçün əlavə ekspertizanın keçirilməsini müzakirə etməlidir. Apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddiaçıya ayrılmış sahənin koordinatlarının göstərməklə konkret naturada harada yerləşdiyini qərarın nəticəsi hissəsində dəqiq göstərib. Lakin məhkəmənin bu koordinatları haradan əldə etdiyi bəlli deyildir. İş üzrə keçirilmiş 32419 saylı, 12 mart 2019-cu il tarixli ekspert rəyində göstərilmişdir ki, JN-265B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X4 mülkiyyətində olan 0,25 ha həyətyanı torpaq sahəsi elektron bazada öz əksini tapmamışdır. Buna görə də, ekspert X8 ayrılmış torpaq sahəsinin apellyasiya məhkəməsinin öz qərarında göstərdiyi ərazidə yerləşibyerləşməməsi ilə bağlı suala cavab verməyin mümkün olmadığını bildirmişdir. Göründüyü kimi məhkəmə xüsusi bilik tələb edən məsələ üzrə (torpağın hansı koordinatlarda yerləşməsi) hər hansı mötəbər sübuta əsaslanmadan nəticəyə gəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, hətta torpaq sahələrinin üst-üstə düşməsi halı müəyyən edilərsə belə, bu halda, məhkəmə həm cavabdehin bildirdiyi, həm də ekspert rəyində göstərilən məsələlərə də qiymət verməlidir. Sözügedən məsələlər isə ondan ibarətdir ki, həmin sahə artıq üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, həmin sahə yə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış əvvəlki və sonrakı qeydiyyatla bağlı hüquq müəyyənedici sənədlər mübahisələndirilmədən iddiaçının adına eyni yerə dair qeydiyyatın aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi yolverilməzdir. Çünki iddiaçının hüquqi marağı bu halda həmin sahəyə dair öz adına qeydiyyatın aparılmasını tələb etdiyindən sözügedən qeydiyyatın aparılması üçün o, əvvəllər və hazırda mövcud olan qeydiyyatın aparılmasına əsas təşkil etmiş sənədləri mübahisələndirməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(107)-245/2019 saylı iş üzrə 30 aprel 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar