Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2403/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs qismində cəlb edilməklə icraatın təzələnməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətin səbəb əlaqəsinin düzgün təyin edilərək “Hərbi travmad ır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qərarının verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 20 aprel tarixli, 2-1(103)-712/2021 nömrəli qərardadından Dövlət Sosial Müdafiə X1 şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2018-ci il 30 noyabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin “c” bəndinə əsasən onun 2004-cü il 5 iyul tarixdə hərbi xidmə t vəzifələrini yerinə yetirərkən aldığı xəsarətin səbəb əlaqəsinin düzgün təyin edilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qoyulmasını xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 mart tarixli, 2-1(82)684/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, N saylı hərbi hissə komandirinin göndərişi əsasında 2005-ci il 11 oktyabr tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalın hərbi həkim-komissiyası tərəfindən şəhadətləndirilmiş İddiaçı 2004-cü il 5 iyul tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətin səbəb əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qərarının verilməsi öhdəliyi cavabdehə həva lə edilmişdir. Məhkəmə qərarı 2019-cu il 17 may tarixdə qanuni qüvvəsini almış və cavabdeh tərəfindən icra olunmuşdur.
3. Dövlət Sosial Müdafiə X1 şəxs 2020-ci il 8 oktyabr tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, inzibati iş üzrə Dövlət Sosial Müdafiə X1 şəxsin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2019-cu il 1 mart tarixli qərarın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 mart tarixli qərarı Dövlət Sosial Müdafiə X1 şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması ilə qəbul edilmiş, adıçəkilən qərar qəbul edilərkən Dövlət Sosial Müdafiə X1 şəxs mar aqlarına toxunan şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməmişdir. Pul öhdəliyi ilə bağlı olan bu qərarın icrası Dövlət Sosial Müdafiə X1 şəxs tərəfindən həyata keçirildiyindən qeyd olunan qərar ləğv edilməli və işə mahiyyəti üzrə baxılması təzələnməlidir. Fondun tərəf olaraq mövqeyi iş üzrə nəzərə alınmalıdır.
5. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 27 noyabr tarixli, 2-1(82)-684/2019 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddia tələbinin faktiki və hüquqi əsasları da, məhz hərbi qulluqçunun aldığı xəsarətin səbəb əlaqəsinin düzgün müəyyən edilməsindən ibarətdir ki, bununla bağlı məsələlər isə Dövlət Sosial Müdafiə Fondunun Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərma nı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”də göstərilən fəaliyyət sahələrinə aid deyildir.
7. Dövlət Sosial Müdafiə X1 şəxs həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 20 aprel tarixli, 21(103)-712/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 27 noyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Dövlət Sosial Müdafiə X1 şəxs həmin qərardaddan kassasiya şikayəti v erərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinin əsasını ərizədə göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
12. Tərəflər kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəm ə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyiş dirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
17. Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin (Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmişdir ) müddəalarına görə, Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir (1.1.). Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir (1.2.). Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur... (1.5.). Fond və onun əmlakı dövlətin mülkiyyətidir (5.1.).
18. Dövlət Sosial Müd afiə Fondu hazırkı məzmunda ərizəsinin əsası kimi qeyd edir ki, məhkəmə qərarı onun hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması ilə qəbul edilmiş, qərar qəbul edilərkən Dövlət Sosial Müdafiə X1 şəxs maraqlarına toxunan şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməmişdir.
19. Məhkəmə kollegiyası ərizəçinin dəlillərini əsası hesab etmir. Belə ki, həmin qurumun ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olduğu, bu zaman, dövlətin bilavasitə ona verdiyi səlahiyyətləri həyata keçirdiyi nəzərə alındıqda, həmin qurum hazırkı işdə hər hansı subyektiv hüquqlarının pozulduğunu iddia edə bilməz. Çünki ona həvalə olunmuş səlahiyyət və funksiyalar dövlətə məxsus subyektiv hüquqlarıdır. Dövlət isə hazırkı icraatda digər orqanı vasitəsi ilə təmsil olunub. Bu, cavabdehi digər dövlət orqanlarının hüquqi yardımından istifadə etmək (onlarda olan sübutlardan istifadə etmək, mütəxəssis cəlb etmək, irəli sürdüyü dəlillərin əsasına dair rəy almaq və s.) imkanından məhrum etmirdi. Yəni dövlətin öz orqanı vasitəsi ilə təmsil olunduğu və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə başa çatmış icraatın təzələnməsini onun digər orqanı, - icraata cəlb olunmadığına istinadla - tələb edə bilməz.
20. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 20 aprel tarixli, 2-1(103)-712/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır.